Məhkəmə qərarları › İş №2-1(112)-6513/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6513/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6513/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehna qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 Cavabdehna (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin X3 qanunsuz hərəkətləri barədə 10 yanvar 2022-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, X3 qanunsuz hərəkətləri barədə 10 yanvar 2022-ci il tarixli ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 yanvar 2022-ci il tarixli şikayət ərizəsi ilə müraciət edərək X3 qanunsuz hərəkətlərinin araşdırılmasını və İddiaçı Hacıqabul rayonunun Navahi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 39,12 ha torpaq sahəsinə səpin suyunun verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Belə ki, Hacıqabul Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, İcra Hakimiyyətinin Başçısı zəruri tədbir görülməsini təmin etməmişdir. Nəticədə İddiaçı maddi zərərə məruz qalmışdır. Ərizə 12 yanvar 2022-ci il tarixdə cavabdehə daxil olmuşdur. Cavabdeh şikayət ərizəsinə cavab verilməsini və ərizəyə əsasən barəsində şikayət etdiyi X3 qanunsuz hərəkətlərinin araşdırılmasını təmin etməmişdir. Cavabdeh Rüstəm Xəlilovdan olan şikayəti onun özünə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə xx.xx.2022-ci il tarixdə iddiaçı Y.Ağazadəyə hüquqi yardım göstərmiş, İddiaçı hüquqlarının müdafiəsi ilə bağlı cavabdeh orqana müraciət edilsə də, hazırkı iddianı öz adından qaldırdığından iddia ərizəsinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı və İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilərək, İddiaçı qismində cəlb edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmiş, iş üzrə əsl olmayan iddiaçı X5 əsl İddiaçı (bundan sonra –iddiaçı) ilə əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər), onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən həmin Qanunun 3.1-ci maddəsinə müvafiq olaraq “İnzibati orqanların təsnifatı” layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Fərmanın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2007-ci il 28 avqust tarixdə 136 nömrəli qərarı ilə “İnzibati orqanların Təsnifatı”nı təsdiq etmişdir. Lakin həmin siyahıda Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının adı qeyd olunmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd) İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilmədiyindən, yəni tələbin yönəldiyi cavabdeh qurum inzibati orqan kimi nəzərdə tutulmadığından ona münasibətdə irəli sürülən iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 6.1, 6.2 və 7-ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının əsas hüquqi marağı ona məxsus torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsidir. “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən, torpaqların su təminatını həyata keçirən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2-ci bəndinə əsasən öz səlahiyyətləri daxilində su istehlakçılarını su ilə təmin etmək; yerüstü su obyektlərinin istifadəsini, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin (X1 istifadəsində olan sistemlər istisna olmaqla) istismarını, mühafizəsini və suvarılan torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirmək; su obyektlərindən götürülən suları müəyyən olunmuş qaydada bölüşdürmək və onlardan istifadəyə nəzarət edilməsini təmin etmək Cəmiyyətin vəzifələrinə aid edilmişdir. Bundan əlavə, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən X2 məqsədi xidmət göstərdiyi ərazidə istifadəsində olan meliorasiya və irriqasiya sistemlərini idarə etmək və torpaq istifadəçilərini mütəşəkkil, səmərəli və ədalətli olaraq su ilə təmin etməkdir. Birliyin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: istifadəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismarı və ümumi yığıncağın təsdiq etdiyi plana əsasən üzvlərinin arasında suvarma suyunun paylanması; xidmət göstərdiyi ərazidə torpaq sahiblərini suvarma suyu ilə təmin etmək üçün uzunmüddətli sazişə və illik müqavilələrə əsasən su təchizatı müəssisəsindən suyun satın alınması; istifadəsində olan meliorasiya və irriqasiya sistemlərinin bərpası, istismarı, onlarda tikinti-təmir işlərinin aparılması, hidrotexniki avadanlığın alınması, saxlanması və istismarı; üzvlərin sifarişinə əsasən meliorasiya xidmətlərinin göstərilməsi; xidmət göstərdiyi ərazidə suların mühafizəsinin, onların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunmasının təmin edilməsi; nizamnamə məqsədlərinə uyğun digər vəzifələr. Birlik xidmət göstərdiyi ərazidə üzvü olmayan torpaq sahiblərini illik müqavilələrə əsasən suvarma suyu ilə təchiz edə bilər. Məhkəmə istinad olunan normalara əsaslanaraq iddiaçıya izah edir ki, o hüquqi marağına uyğun olaraq istifadəsində olan torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün tələbinə cavab verməli olan aidiyyəti qurumlara müraciət edə, tələbi təmin olunmağı təqdirdə isə məhkəmə müdafiəsindən istifadə edə bilər. Beləliklə, qeyd olunanlara əsasən hazırkı iddianın inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan subyektinə dair mümkünlük şərtləri ödənilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar