Məhkəmə qərarları › İş №2-1(112)-6515/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6515/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6515/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «müalicə ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «müalicə ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, İddiaçı 12 avqust 2003-cu il tarixdən 16 avqust 2007-ci il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında, 21 avqust 2007-ci il tarixdən 8 fevral 2016-cı il tarixədək Dövlət Sərhəd Xidmətinin 2021 saylı Hərbi Hissəsində, 8 fevral 2016-cı il tarixdən 8 noyabr 2016-cı il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində zabit kimi qulluq etmiş, Dövlət Sərhəd Xidmətinin Komandanın 4 noyabr 2016-cı il tarixli əmri ilə (xəstəliyə görə) ehtiyyata buraxılmışdır. O, 2021 saylı Hərbi Hissədən səhhətinə görə N saylı hərbi Hissəyə köçürülmüş, daha sonra Cavabdeh Komandanının əmri ilə 4 noyabr 2016-cı il tarixli əmrlə (Əsasnamənin 41.0.3-cu maddəsinə əsasən “xəstəliyə görə”) ehtiyyata buraxılmışdır. İddiaçı həmçinin Azərbaycan Respublikasının Prezidentinin 14 avqust 2012-ci il tarixli 2390 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medalı və Azərbaycan Respublikasının Prezidentinin 28 avqust 2013-cü il tarixli 3099 nömrəli sərəncamı ilə “Hərbi Xidmətlərə görə” medalı ilə təltif edilmişdir. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. İddiaçı 2016-cı ilin yanvar ayında sözügedən Qanunun həmin maddəsinə əsasən raport yazsa da, nəzərdə tutulmuş məbləğ bu günədək ona verilməmişdir. Bu barədə 16 dekabr 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə sorğu verilmiş və bildirilmişdir ki, «Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinə uyğun olaraq ona birdəfəlik müavinətın köçürülməsi barədə göstəriş verilsin. Cavabdeh inzibati orqanın 8 yanvar 2022-ci il tarixli 10/14 saylı cavab məktubunda qeyd edilmişdir ki, “müalicə müavinəti hərbi qulluqçuların raportuna əsasən müavinətin ödənilməsi barədə əmrin imzalandığı gün hərbi qulluqçuya hesablanan pul təminatı nəzərə alınmaqla ödənilir. Sabiq hərbi qulluqçu İddiaçı xidmət etdiyi hərbi hissəyə şifahi sorğu verilmiş və müəyyən olunmuşdur ki, qeyd edildiyi dövr üzrə müavinətin ödənilməsi ilə bağlı nizami hissə üzrə əmrdən çıxarış olmadığı üçün ödəniş olunmamışdır.”. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 8.1.3-ci maddəsinə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxdır. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 22-ci maddəsinə görə hər bir şəxs cəmiyyətin üzvü kimi sosial təminat hüququna və milli səylər və beynəlxalq əməkdaşlıq yolu ilə və hər bir dövlətin strukturu və ehtiyatlarına uyğun olaraq onun ləyaqətinin müdafiəsi və şəxsiyyətinin azad inkişafı üçün iqtisadi, sosial və mədəni sahələrdə hüquqlara malikdir. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9cu maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququnu tanıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kondraşina Rusiya Federasiyasına qarşı” işində məhkəmə qeyd edir ki, ərizəçinin yaşa görə artırılmış məbləğdə pensiya almaq hüququ əmlak xarakteri daşıyır və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə mülki hüquqların müəyyən edilməsi ilə bağlıdır. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşdirmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolunun 1-ci maddəsi ilə əhatə edilmişdir. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Həmin Əsasnamənin 161-ci maddəsinə əsasən Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. İddiaçı 2016-cı ilin yanvar ayında Qanunun 20.7-ci maddəsinə əsasən raport yazsa da, nəzərdə tutulmuş məbləğ bu günədək ona verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə və İPM-in 14.3, 33, 34.1, 45, 46-cı maddələrinə, «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun 20.7-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçıya iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh AR Dövlət Sərhəd Xidmətinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında (19 iyul 2022-ci il tarixli məktubunda) qeyd olunur ki, iş üzrə toplanmış müvafiq sənədlərə əsasən DSX-nın sabiq hərbi qulluqçusu İddiaçı iddiasının əsassız olduğu bildirilir və təmin olunmaması xahiş edilir. Belə ki, «Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında» Qanunun 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiya çıxmış əməkdaşları da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Müalicə müavinəti hərbi qulluqçuların raportuna əsasən müavinətin ödənilməsi barədə əmrin imzalandığı gün hərbi qulluqçuya hesablanan pul təminatı nəzərə alınmaqla ödənilir. Sabiq hərbi qulluqçu xidmət etdiyi hərbi hissəyə rəsmi sorğu göndərilmiş və müəyyən olunmuşdur ki, İddiaçı 2016-cı il üzrə «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun 20.7-ci maddəsinə əsasən müraciət raportu olmamış və qeyd edilən dövr üzrə müavinətin ödənilməsi ilə bağlı nizami hissə üzrə əmrdən çıxarış olmadığı üçün ödəniş mümkün deyil. Bu səbəbdən də iddiaçı sabiq hərbi qulluqçu İddiaçı iddiası əsassız hesab edilir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi «Hərbi qulluqçuların statusu haqqında», «Əmək pensiyaları haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1.1) fiziki və ya hüquqi şəxsin ərizəsi; (28.1.2) inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; (28.1.3) inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların müxtəlif müavinət və pul təminatı kimi digər ödənişlər almaq hüquqları olsa da, mövcud inzibati praktikada bu hüquqlardan istifadə hərbi qulluqçuların xidmətinin müvafiq dövründə bununla bağlı aidiyyəti üzrə müraciəti tələb olunur. Hazırkı işin hallarına münasibətə gəldikdə də məhkəmə vurğulayır ki, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ hüquqi aktların müddəalarında bu xüsusat birbaşa qoyulmasa da, xidmətdə olan hərbi qulluqçunun müvafiq raportla müraciət etməsi, müavinətin təyinatı baxımından onun müalicəyə ehtiyacının və bununla bağlı istifadə oluncaq pul təminatına zərurətin olmasını bəyan edən hal kimi şərtləndirilir. Məhkəmə diqqətə çəkir ki, hazırkı məhkəmə icraatında İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi xidmətdə olduğu müvafiq dövrdə “müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət”in verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq raportla müraciət etməsi bu barədə yetərli sübut təqdim edilmədiyndən, öz təsdiqini tapmır. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı İddiaçı sabiq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi həmin müavinətin verilməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «müalicə ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «müalicə ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar