Məhkəmə qərarları › İş №2-1(112)-6516/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6516/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6516/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Vahid oğlunun sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “texniki pasportun mülkiyyət hüququna əsas verən sənəd hesab edilməsi barədə sərəncam qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, cavabdehin üzərinə ünvan 1 ünvanı ilə bağlı X1 adına 1983-cü ildə tərtib edilmiş texniki pasportun mülkiyyət hüququna əsas verən sənəd hesab edilməsi barədə sərəncam qəbul etmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə müraciət edərək 1983-cü ildə Bakı Şəhər İcraiyyə Komitəsinin nəzdində olmuş texniki inventarlaşdırma bürosu tərəfindən tərtib edilmiş texniki pasportun (X1 adına) Bakı şəhəri Keşlə qəsəbəsi Yuxarı Bağ 4/31 ünvanındakı fərdi evə və yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnda qeydiyyatdan keçməsinə əsas verən sənəd hesab edilməsi barədə sərəncam qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh 06 dekabr 2024-cü il tarixli mətubla sadə poçt göndərişini xx.xx.2024-cü ildə təqdim edərək Şəhərsalma fəaliyyəti ilə Dövlət komitəsinin məşğul olması kimi bəsit bir cavab vermişdir. Cavab qanunsuz,əsasız,ədalətsizdir. Hazırki dövrdəki münasibətlərin 40 il əvvəlki münasibətlərə şamil edilməsi əsas qanunla da dəstəklənmir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı2 ünvanladığı 3-52/2-A-397-091/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkminləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli, 226 saylı Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Axitektura Komitəsinin tabeliyinə verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-458/2022 saylı qərardadından göründyü kimi, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma İdarəsi tərəfindən 1983-cü ildə "ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair X1 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. Həmin Qərardaddan göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, fərdi yaşayış evi və torpaq sahəsinə dair iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım barədə xx.xx.2025-ci il tarixli məktub göndərilərək iddiaçı tərəfindən tələb düzgün formulə edilməklə və iddiaçının hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin, eyni zamanda iddia ərizəsinin iddiaçı qismində çıxış edən hər iki şəxsin imzalaması və sənədlərin əsllərinin və ya notariat qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi üçün 5 gün müddət müəyyən edilmiş, iddia ərizəsindəki çatışmazlıqların məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmamasının, eləcə də sənədlərin əsllərinin və ya notariat qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi iddiaçıya izah edilmişdir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdirlər. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın mümkünlüyü İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddia İddiaçı1 münasibətdə lazımi qaydada qaldırılmayıb. Belə ki, iddia ərizəsi iddianı qaldıran şəxs tərəfindən deyil, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. İddia ərizəsi İddiaçı1 məhkəmədə təmsilçi ola bilməyən nümayəndəsi İddiaçı2 tərəfindən imzalanmışdır. İddiaçı1 İddiaçı2 verdiyi xx.xx.2024-cü il tarixli, 336262 saylı etibarnamə əlavə edilmiş, eləcə də iddia ərizəsinə əlavə edilmiş sənədlərdən iddia ərizəsinin İddiaçı1 tərəfindən deyil, nümayəndəsi İddiaçı2 tərəfindən imzalandığı müəyyən edilmişdir. Lakin həmin etibarnamədə nümayəndəninin adından məhkəmədə təmsil etmək və iddia ərizəsini imzalamaq səlahiyyətləri nəzərdə tutulmamışdır. Bundan başqa İddiaçı1 hüquqi marağı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmasından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların qeydə alınması əsasları “Daşınmaz əmlakındövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun və Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə müəyyən edilir. Odur ki, mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iddia edilən daşınmaz əmlaka dair müvafiq çıxarışın əldə edilməsi üçün torpaq sahəsinin (fərdi yaşayış evinin) olduğu yerə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi idarələrinə müraciət edərək, ərizə təmin edilmədiyi halda, inzibati orqanın imtina məktubu ilə birlikdə düzgün cavabdehə qarşı məhkəmədə iddia qaldırılma mümkünlüyü barədə hüquqi yardım edilmişdir. Məhz qeyd edilən inzibati icraat çərçivəsində təqdim edilən sənədin mötəbərliyinə qiymət verilmiş olacaqdır. Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli 439 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) Siyahıya əlavə edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Habelə hazırki iddia üzrə sənədin hüquqmüəyyənedici sənəd hesab edilməsinə dair yerli icra hakimiyyəti orqanının səlahiyyəti mövcud deyildir. Belə olan halda məhkəmə izah edir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Odur ki, iddia tələbi lazımi qaydada qaldırılmamışdır, lakin iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olaraq dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyünü istisna etmir (Belə ki, qeyd edilən tələblə inzibati orqana müraciət yoxdur və iddianın dəyişdirilməsi hazırkı iddia tələbi çərçivəsində mümkün deyil). Odur ki, məhkəmə iddia tələbinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi kimi dəyişdirilməsi ilə bağlı hüquqi yardım göstərilməsini prosessual qənaət prinsipindən irəli gələrək məqsədəuyğun hesab etmir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyünü istisna etmir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35.3, 54.3 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar