Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6522/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxs X10 etibarnamə üzrə nümayəndəsi X7, nümayəndəsi və vəkili X16 iştirakları ilə, İddiaçı cavabdeh Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinə qarşı, X18 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində işə cəlb edilməklə “icarə müqaviləsinin ləğv edilməsi”tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X18 ilə cavabdeh Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 537 saylı icarə müqaviləsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-6522/2020 saylı qərardadı ilə X18 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. İddiaçı və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı və 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 icarə müqaviləsinin ləğvinə dair işə ümumi məhkəmədə baxıldığını, hazırki iddianın inzibati məhkəmə qaydasında mübahisələndirilməməli olduğunu bildirərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X10 etibarnamə üzrə nümayəndəsi və vəkili X20 dəftərxana vasitəsi ilə təqdim edilmiş etirazı müdafiə edərək qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonunun Kürdəxanı kəndinin T Bağlar massivi ərazisində x xxxxxxxx 1200 kv.sajin (təxminən 1,6 ha) torpaq sahəsi “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərinə əsasən Kürdəxanı kəndi üzrə istifadələri üçün ayrılmış həyətyanı miras torpaqları olan şəxslərin xx xxx 1916-cı il tarixə dair siyahısına əsasən Balaxanı kənd sakini Abas Mustafa oğluna məxsus olmuş, həmin şəxs 3-cü şəxsin anası X5 yaxın qohumu olmuşdur. X8 vəfatından sonra, qeyd olunan torpaq sahəsi qohumlar arasında razılaşdırılmış qaydada bölünmüş, həmin bağlı torpaqların 0,16 ha hissəsi isə 1961-ci ilə anası 1921-ci il təvəllüdlü Xanım Hüseynovaya bağışlanılmış, qeyd olunan vaxtdan ailə üzvü kimi bağ torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Anası 2011-ci ildə vəfat etmişdir. Həmin bağın qonşuluğundakı 1144 saylı bağ sahəsi Abas Mustafa oğlunun oğlu X1 Elxan Məmmədtağı oğlunun istifadəsində, 1142 saylı bağ X9, 1143 saylı bağ X4, 1136 xalası oğlu Namiq Dərab oğlunun, 1133 saylı bağ X11 istifadəsində olmuş, eləcədə 1135 saylı bağ Şarıx Dərab oğlunun, yanındakı qonşu bağlar isə digər qohumlarının adına olmuş, bir çoxu sonradan özlərinə məxsus bağ torpaq sahəsini özəlləşdirdikdən sonra satmışlar. İddiaçının isə 1951-ci ildə anadan olduqdan sonra, sahəsi 1644 kv.m olan 1140 saylı bağ sahəsindən ailə üzvlərilə birlikdə istifadə etmiş, həmçinin 2000-ci ilin əvvələrində bağ sahəsini daşdan hasara almışdır. Sonradan Kürdəxanı ərazisində maklerlik edən İddiaçı adlı şəxs saxta sənədlər əldə edərək, daş hasara aldığı torpaq sahəsini ələ keçirmək istəmişdir. Məhz buna görə 2017-ci ildən onunla aramızda məhkəmə çəkişmələri gedir. X19rşı Sabunçu rayon Məhkəməsində iddia qaldırmış, Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-4098/2017 saylı qətnaməsi ilə iddiası rədd edilmiş, İddiaçı qarşılıqlı iddiası təmin edilərək, Kürdəxanıhesab edilmiş, Pirşağı bağlar massivində yerləşən 1141 saylı bağ sahəsindən çıxarılmağı və 5 mişar daşı hündürlüyündə çəkilmiş daş hasarın üstünə əlavə olaraq tikilən hissənin Quliyev Xanların hesabına sökülməsi qət edilmişdir. Baki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103.)-5996/2019 saylı qətnaməsi ilə (hakim Vahid Sadıqov) Quliyev Xanlar tərəfindən Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-4098/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, qeyd olunan qətnamə ilə Quliyev Xanların cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “torpaq sahəsindən istifadə ilə bağlı yaranan hər hansı maneçiliyin aradan qaldırılması” barədə ilk iddianın rədd, İddiaçı Quliyev Xanlara və Kürdəxanı bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, bağdan çıxarılma, əalvə tikililərin sökülməsi” barədə qarşılıqlı iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən verilmiş kassasiya şikayəti isə Ali Məhkəmə tərəfindən təmin edilərək, iş yenidən məhkəmə baxışa qaytarılmış, Bakı Apellyasiya Məhkəməsində isə (xx.xx.2020-ci il tarixli 2(103)- 950/2020 saylı qərardad) iddiaya Bakı İnzibati Məhkəməsində baxılanadək icraat dayandırılmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən iddia ətraflı araşdırılmış, ekspertizalar təyin edilmiş, yekunda isə həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-1394/2020 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışla Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsinə dair İddiaçı adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü” ləğv edilərək, həmin bağ sahəsinə bağların bölgüsünə dair sxematik xəritəyə uyğun yeni plan-ölçünün verilməsi cavabdeh inzibati orqana həvalə edilmişdir. Hazırki halda isə İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldırararaq mənimlə Kürdəxanı bələdiyyəsi arasında bağlanmış xx.xx.2016-cı il tarixli 537 saylı icarə müqaviləsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, qeyd olunan iddiaya inzibati icraat qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Kürdəxanı bələdiyyəsi inzibati orqan qismində məhkəməyə verilsə də, iddiaçının ləğv olunmasını tələb etdiyi icarə müqaviləsi inzibati akt hesab edilmir. Bundan əlavə, eyni tərəflər arasında, eyni mübahisə predmeti barədə Sabunçu rayon məhkəməsində iddiaya baxılıb və həmin iş üzrə hazırda Bakı Apellyasiya məhkəməsində icraat dayandırılıb. Göründüyü kimi mübahisələndirmə haqqında iddia inzibati aktın qəbul olunduğu gündən 30 gün müddətində qaldırıla bilər ki, həmin müqavilə xx.xx.2006-cı ildə bağlanılıb, onun müddəti 2016-cı ildə bitib, iddiaçı isə 14 ildən sonrahazırki iddia ilə məhkəməyə müraciət edib. Hansıki həmin müqavilənin mövcudluğundan 2017-ci ildən məlumatı olmuş və bu barədə Sabunçu rayon məhkəməsində iddia qaldırmışdır. İddiaçı mülkiyyətindəki bağ sahəsinin yerinin düzgün olmadığını etiraf edib, bu barədə birlikdə tərtib edilmiş bölgü sxemini imzalayıb, hansıki həmin bölgü sxeminə görə 12 sot torpaq sahəsi digər Əzizağa adlı qonşunun ərazisinə düşür ki, bu fakt təqdim etdilmiş ekspertiza rəyi ilə tam sübut olunur.Göründüyü kimi, iddiaçı ilə inzibati orqan arasında yaranan münasibətlər mülki hüquq münasibətlərindən irəli gəlir. Hazırkı halda iddiaçı subyektiv baxımdan inzibati orqana qarşı tələb irəli sürsə də, tələb inzibati orqanın publik hüquq sahəsinə aid hər hansı bir qərarı və ya hərəkət (hərəkətsizliyi) ilə bağlı deyildir. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X10 etibarnamə üzrə nümayəndəsi X12 iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd etmək istəyir ki, hazırki idda tələbinin mümkünlüyü ilə bağlı iddiaçıya əvvəlcədən hüquqi yardımın göstərilməməsinin əsaslı səbəb odur ki, iddiaçının tələbi məhz X18 ilə Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin arasında bağlanmış icarə müqaviləsinin ləğvi ilə bağlıdır. Məhz mübahisələndirilən icarə müqaviləsi inzibati akt olmaması səbəbi ilə inzibati qaydada mübahisələndirilməsinə yol verilmədiyindən, Məhkəmə İPM-nin 13-cü maddəsi ilə, iddiaçıya hüquqi yardımın göstərilməsi ilə bağlı məktubun göndərilməsinin zəruriyyət təşkil etmədiyi nəticəsinə gəlmişdir. Mübahisələndirilən icarə müqaviləsinin, inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən müqavilə özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən icarə müqaviləsi yuxarıda sadalanan əlamətlərin hamısına malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.4-cü maddəsinə əsasən Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. İddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il tarixli icarə müqaviləsi üzrə X18 ilə Kürdəxanı Bələdiyyəsi mülki hüququn bərabər subyektləri kimi çıxış etmişdirlər. Bundan əlavə mübahisələndirilən müqavilə inzibati akt kimi qəbul edilsə belə, iddiaçı həmin icarə müqaviləsinin mübahisələndirmək üçün nəzərdə tutulmuş müddətini ötürmüşdür. Belə ki, 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. (Həmin fəsil xx xxxx 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin,cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinə qarşı, X18 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində işə cəlb edilməklə “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinə qarşı, X18 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində işə cəlb edilməklə “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6522/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6522/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver