Məhkəmə qərarları › İş №2-1(112)-6525/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6525/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6525/2025 10.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-11014/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)-1979/2024 saylı qərardadı ilə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11014/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Müraciətində qanunvericiliyə əsasən onun ev növbəsinə qeydiyyata alınmasını xahiş etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və onların mənzil növbəliyinin köçürülməsi qanunla tənzimlənmir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirdi ki, qardaşı ilə birlikdə internat məktəbində təhsil almışdır. Qardaşı hazırda Salyan rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır. Qardaşı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi Nizami rayonunda mənzillə təmin edilsə də, onun müraciətinə imtina cavabı verilmişdir. Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 0,24 hektar həyətyanı torpaq sahəsi 9 nəfər ailə üzvünə məxsusdur. Orada tikilmiş fərdi yaşayış evi yaşayış üçün tam yararsızdır. Bu səbəbdən də, özü hazırda ofisiant olaraq işlədiyi Masazır qəsəbəsində fəaliyyət göstərən çayxana obyektində məskunlaşmışdır. Özü 10 ildir ki, nişanlıdır və yaşayış üçün mənzili olmadığından ailə həyatı qura bilmir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Cavabdeh Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, iddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatdadır. 1 saylı tam orta internat məktəbi tərəfindən verilmiş 22 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçı həqiqətən xx.xx.1998-ci il tarixində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 1 nömrəli tam orta internat məktəbinin 1-ci sinfinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixində həmin məktəbin 9-cu sinfindən azad edilmişdir. İddiaçı təhsilini davam etdirmək üçün xx.xx.2006-cı il tarixində sənədlərini 8 nömrəli Bakı Peşə Liseyinə təqdim etdiyindən arxiv sənədlərində ona məxsus heç bir sənəd tapılmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil Müəssisəsi 8 saylı Bakı Peşə Liseyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən də, xx.xx.2006-cı il tarixdə 8 saylı Bakı Peşə Liseyinə “Xarrat-dülgər, parket ustası” ixtisası üzrə 146 №-li qrupa əyani qəbul olunmuş və xx.xx.2007-ci il tarixdə uzun müddət üzrsüz səbəbdən dərslərdə iştirak etmədiyi üçün liseydən xaric edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, iddiaçının adına ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-431A saylı şəhadətnaməyə əsasən 0,24 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Sorğu ilə əlaqədar olaraq müvafiq şəhadətnamənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, DİN Baş X3 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən iddiaçının adında və ya etibarnamə ilə istifadəsində qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti Başçısının Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsində hal-hazırda təmirsiz yaşayışa yararsız fərdi yaşayış evi var. Həmin evə və həyətyanı sahəyə iddiaçının atası gözdən əlil X1 nəzarət edir. Lakin həmin evin işığı, təbii qazı olmadığı üçün orada yaşamır, müvəqqəti olaraq başqa kənddə qızının evində yaşayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçının mənzil növbəsinə götürülməsi üçün cavabdeh tərəfindən müvafiq inzibati akt qəbul edilməlidir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdeh isə iddiaçının tələbindən imtina etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (48.2). Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) (50.1.).Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7). Hal-hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5-ci bəndində göstərilmişdir ki, aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, müəyyən kateqoriya vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilərək müvafiq icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciətləri əsasında mənzil uçotuna götürülə bilərlər. Yaşayış sahəsinə ehtiyacı olan şəxslər yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarına və ya bələdiyyələr tərəfindən mənzil uçotuna götürülürlər. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. İlk öncə qeyd edilməlidir ki, hazırkı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin (hakim A.Abdullayeva) xx.xx.2023-cü il tarixli 2-1(112)-11014/2023 saylı qərarı ilə iddia tələbi təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli 2-1(103)-1979/2024 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11014/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq məlum olmuşdu ki, iddiaçının ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Salyan rayonu, Kürqaraqaşlı kəndində 0,24 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Bundan əlavə, məhkəmə araşdırmaları zamanı iddiaçının internat məktəbini bitirdikdən və peşə litseyini yarımçıq qoyduqdan sonra uzun müddət harada yaşaması, maddi imkanının hansı vəziyyətdə olması, yaşadığı yaşayış sahəsi əgər hansısa ailə üzvünə aiddisə, onun ümumilikdə sahəsinin iddiaçının da həmin mənzildə yaşaması üçün qanunla müəyyən edilmiş minimum yaşayış sahəsinin ölçüsünə uyğun olub-olmadığı, ailə üzvləri ilə ailə bağlarının mövcudluğu və digər bu kimi məsələlər tam araşdırılmamışdır. Odur ki, hazırki vəziyyətdə iddiaçının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində göstərilən yaşayış sahəsinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara aid olub-olmaması müəyyən olunmur. Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Yuxarı məhkəmənin göstərişlərini nəzərə alaraq iş üzrə müvafiq araşdırma aparmış məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müvafiq məhkəmə sorğuları əsasında əldə edilmiş məlumatlara əsasən iddiaçının adında və istifadəsində hər hansı nəqliyyat vasitəsi aşkar edilməmişdir. Eləcə də, onun ailə üzvləri ilə ümumi birgə mülkiyyətində Salyan rayonunda torpaq sahəsi olsa da, həmin torpaq sahəsi yalnız iddiaçının mülkiyyətində deyildir. Həmin torpa sahəsində olan fərdi ev isə yaşayış üçün yararsızdır. İddiaçı ailə üzvlərindən kənarda yaşayır və yaşayış mənzili olmadığı üçün işlədiyi iaşə obyektində məskunlaşmağa məcbur olmuşdur. Göründüyü kimi iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Bu isə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsinə əsas verir. İddiaçının qüvvədə olan qanunvericiliyə əsasən mənzil siyahısına alınmağa hüququ yarandığından, ona münasibətdə cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Məhkəmə, həmçinin, cavabdehin etirazına münasibət bildirirək qeyd edir ki, “vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası”nın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməməsi vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli və iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar