Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6527/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs "xxxx" MMC cəlb olunmaqla) qarşı “sərəncamın aidiyyəti hissədə etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Cavabdehə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının ünvan 1 ünvanına aid olan hissəsinin, "xxxx" MMC tərəfindən zəbt edilməyən ünvanda MMC tərəfindən inşa edilmiş 13 mərtəbədən ibarət olan binanın altında (tikintialtı) olmayan, faktiki olaraq istifadəsində olan 360 kv.m-lik həyətyanı torpaq sahəsi üzərində ləğv edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək ünvan 1 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsinə aid olan hissəsində AR Konstitusiyasının 7-ci, 12-ci,13-cü, 26-cı, 29-cu, 60-cı, 68-ci, 71-ci maddələrinin tələblərinə zidd olduğunu, 148-ci maddəsinin tələbinin (hissə V) kobud pozulması ilə qəbul edildiyini, 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanla (“Siyahı”nın 2.4-cü bəndi) yarandığı müəyyən edilmiş hüququn həyata keçirilməsini (DƏDKR-da dövlət qeydiyyatına alınmasını) məhdudlaşdırdığını (Fərmana ziddi olduğunu), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3274/2019 saylı (xx.xx.2019), Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-13683/2019 saylı (xx.xx.2019) qərardadlarını, 2(103)-2107/2021 saylı (xx.xx.2021), 2(103)-675/2022 saylı (xx.xx.2022) qətnamələrini, AR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5603/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını nəzərə alaraq, cavabdehin 161 saylı (xx.xx.2019) Sərəncamının AR İPM-in 2.2.2ci və 33-cü maddələrini əldə rəhbər tutaraq, hissəvi - Təbriz küçəsi, ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan 552.8 m2-lik həyətyanı torpaq sahəsinin, "xxxx" MMC tərəfindən zəbt edilməmiş 360 (üç yüz altmış) kvadrat metrədək ölçüsü olan torpaq sahəsi üzərində etibarsız hesab edilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sərəncam onlara məxsus aid olan hissəsində qəbul edildiyi andan (xx.xx.2019-cu il) ünvanın mülkiyyətçilərinin konstitusion əsas hüquqlarını kobud pozmaqla qanuni mənafelərinə toxunmuşdur. Belə ki, ünvana məxsus olan 552.8 m2-lik həyətyanı torpaq sahəsi Sərəncamın qəbulundan öncədən Nərimanov Rayon Məhkəməsində atası A.Mövlamovun iddia ərizəsi əsasında (ƏMDX DƏDRX-ə, payçılar: Hümbətova və Həşimova qarşı) başlamış – may 2019-cu il tarixdən 2(005)-2874/2019 saylı mülki iş üzrə məhkəmə mübahisə predmeti olmuşdur. Bu barədə cavabdeh RİH-nin dəftərxanasına şəxsən təqdim edilərək, surətlərinə müvafiq qeydlər (tarix, ştamp) edilməklə dəfərlərlə yazılı xəbərdarlıqlar edilmiş, Konstitusiyanın 71-ci maddəsinə riayət edilməsi tələb edilmişdir. AR Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR qanunu qəbul edilənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinin tələb və göstərişinə tam uyğun olaraq Təbriz küçəsi, ev 34 ünvanına dair tərtib edilmiş 1961-ci il tarixli (xx.xx.2001-ci il tarixədək) texniki pasportun 1-ci səhifəsində həyətyanı torpaq sahəsinin ölçüsü barədə qeyd – 552.8 m2 göstərilmişdir ki, bu da hüquqmüəyyənedici sənəd qismində çıxış edir. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin bunu təsdiq edən xx.xx.2023-cü il tarixli məktubu, həmçinin MMC-nin ünvana münasibətdə (sərəncam əsasında) hər hansı bir hüququnun DƏDKR-da qeydə alınmadığına dair xx.xx.2023-cü il tarixli məktubları da iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulmasına sübut göstərərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3274/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13683/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadları RİH-in Sərəncam qəbul edərkən 2874/2019 saylı mülki iş üzrə yekun məhkəmə aktının çıxarılmasını – həyətyanı torpaq sahəsi üzərində mübahisələndirilən hüquqa məhkəmədə aydınlıq gətirilənədək gözləməli olduğunu təsdiq edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8461/2024 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3379/2024 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8461/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərardadının ləğv edilməsi, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun və (və ya) onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etdi və həmçinin bildirdi ki, qeyd edilən ünvanda yerləşən fərdi ev 6 nəfər şəxslə birlikdə onun atasının paylı mülkiyyətindədir. Eyni zamanda fərdi evin yerləşdiyi torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportda digər iki şəxslə yanaşı onun babası X3 da adı vardır. Bu səbəbdən onun hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır. Həmçinin Bakı şəhəri Cavabdeh başçısının 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı inzibati akt deyil, normativ xarakterli aktdır. Belə olan halda inzibati icraat haqqında qanuna əsaslanaraq və ya müddətin keçməsinə görə onun iddiasının mümkünsüz sayılmasına əsas yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın mümkün hesab edilərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin 161 saylı (xx.xx.2019) Sərəncamının AR İPM-in 2.2.2-ci və 33-cü maddələrini əldə rəhbər tutaraq, hissəvi - Təbriz küçəsi, ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan 552.8 m2-lik həyətyanı torpaq sahəsinin, "xxxx" MMC tərəfindən zəbt edilməmiş 360 (üç yüz altmış) kvadrat metrədək ölçüsü olan torpaq sahəsi üzərində etibarsız hesab edilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş edir. “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt (65.1.). Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır (65.2.). Göründüyü kimi Qanunda inzibati aktın etibarsız hesab edilməsi üçün konkret hallar müəyyən edilmişdir ki, həmin hallar isitsna olmaqla inzibati akt digər əsaslarla etibarsız hesab edilə bilməz. İddiaçının hazırda əsaslandığı hal ondan ibarətdir ki, ünvan 1 ünvanı ona məxsusdur. Lakin, Bakı şəhəri Cavabdeh başçısının 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə həmin ünvanın yerləşdiyi torpaq sahəsi hündürmərtəbəli binanın tikintisi üçün "xxxx" MMC-yə ayrılmışdır. Beləliklə Bakı şəhəri Cavabdeh başçısının 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı ünvan 1 ünvanına aid hissədə səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmişdir. Qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestrindən **********21-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X2 (A tikilisindən 38/256 hissə), X5 (A tikilisindən 16/32 hissə), X9 (A tikilisindən 5/256 hissə), X4 (A tikilisindən 8/32 hissə), X10 (A tikilisindən 8/32 hissə) və X1 (A tikilisindən 13/256 hissı və B tikilisi) paylı mülkiyyətindədir. Çıxarışda torpaq sahəsinin mülkiyyət növü – dövlət; torpaq sahəsi üzərində hüququn növü – istifadə olaraq göstərilmişdir. Göründüyü kimi Bakı şəhəri Cavabdeh başçısının 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi məqsədi ilə 0,884 hektar torpaq sahəsinin "xxxx" MMC-yə ayrılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (238.1.). Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər (241.1.). Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir (241.2.). Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir (243.1.). Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir (243.2.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən 3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər (46). Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 34 saylı evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh isə həmin torpaq sahəsinin balanssaxlayıcısı kimi müvafiq torpaq sahəsinə sərəncam vermək hüququna malik olan şəxs olmuş və müvafiq sərəncamla həmin torpaq sahəsini hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi məqsədi ilə "xxxx" MMC-yə ayırmışdır. Belə olan halda cavabdehin həmin torpaq sahəsi üzərində sərəncam verməkdə subyektiv hüquqa malik olmayan şəxs olması ilə bağlı iddiaçının dəlilləri əsassızdır. İddiaçı öz tələbinin əsası kimi həmin ünvanda olan fərdi evin atasının paylı mülkiyyətində olmasına, həmçinin Bakı şəhər soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş texniki pasporta babası X3 adının qeyd edilməsinə əsaslanmışdır. Qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Qeyd edilməlidir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun yaranması üçün öncə həmin torpaq sahəsinin X6 məxsus olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən arayış alınmalı (texniki pasportda adı qeyd edilən digər şəxslərlə birlikdə), ona çatası torpaq sahəsinin ölçüsü müəyyən edilməli, vərəsəlik açılmalı, həmin torpaq sahəsinin iddiaçıya vərəsəlik qaydasında çatası hissəsi dəqiqləşdirilməlidir. Bütün bunlardan sonra isə iddiaçı ona miras kimi çatan torpaq sahəsi ilə bağlı iddia qaldırmaqda subyektiv hüquqa malik ola bilər. Hazırkı halda isə iddiaçının belə bir səlahiyyəti mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın müvafiq hissədə etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6527/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6527/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver