Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6528/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi 6 saylı Bakı” Asan Xidmət” X1rşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə ilə bağlı iclasda baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi 6 saylı Bakı” Asan Xidmət” X4 (bundan sonra mətndə 6 saylı Bakı Cavabdeh) qarşı doğum akt qeydində düzəlişin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ərizəsinin təmin edilərək, doğum haqqında akt qeydindəki ziddiyətlərin aradan qaldırılaraq xx.xx.1988-ci il tarixli doğum haqqındakı akt qeydində adının düzəliş edilərək elektron bazada “Məryəm" kimi qeyd olunmasının cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1988-ci il tarixində Azərbaycan Respublikasının Daşkəsən rayonunda doğulmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamədə ad qrafasında adı səhv göstərildiyindən doğum haqqında şəhadətnamənin sağ yuxarı künc hissəsində “Məryəm" sözünə inanılsın qeydi yazılaraq qeydiyyat şöbəsinin möhürü ilə təsdiqlənmişdir. İddiaçının sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən almış olduğu şəxsiyyət vəsiqəsində, məktəb sənədlərində, Universitet dillomunda, nikah haqqında şəhadətnaməsində, hətta övladının doğum şəhadətnaməsində adı Məryəm qeyd olunmuşdur. Atasının vəfatı ilə bağlı notariat orqanında vərəsilik işi açıldığı zamanı 6 saylı Bakı “Asan Xidmət" Mərkəzində olan notariat ofisi vətəndaş İddiaçı sistemdə qeyd olunan adda olan səhvin (ziddiyətli məqamın) düzəldilməsi üçün həmin mərkəzdə olan Qeydiyyat şöbəsinə yönləndirmişdir. Qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli, 3-16-5/7-R- 1869/2024 saylı məktubunda düzəlişdən imtina edərək elektron bazadakı ziddiyətin aradan qaldırılması üçün məhkəməyə müraciət edilməli olması qeyd olunmuşdur. Hesab edirlər ki, cavabdeh orqanın iddiaçının doğum aktı qeydindəki ziddiyətləri aradan qaldırmaması onun hüququnu pozur və bu məsələyə məhkəmə qərarı ilə hüquqi qiymət verilərək qeydiyyat idarəsinin elektron bazasında vətəndaşın adının düzgün qeyd olunması təmin olunmalıdır. Necə ki, doğum haqqında şəhadətnamədə “Məryəm" sözünə inanılmalı kimi qeyd olunub. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh 6 saylı Bakı Cavabdeh iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Daşkəsən rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş XİV-ЖГ seriyalı № 289938 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, Kandaurova (Lazımova) Məryəm Aleksandrovna xx.xx.1988-ci il tarixdə Daşkəsən rayonu, Daşkəsən şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1988-ci ilin noyabr ayının 11-ci günündə 311 № ilə qeyd edilmişdir. “Maryam” sözünə inanılsın yazılmaqla düzəliş edilmişdir. Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi 5 saylı Bakı” Asan Xidmət” X8 tərəfindən verilən nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 və X2 xx.xx.2015-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin dekabr ayının 28-ci günündə 2535 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Lazımova soyadı verilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan görünür ki, xx.xx.1988-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 3-16-5/7-R-1869/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, sənədlərdə adı “Məryəm” göstərildiyi halda, Daşkəsən rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1988-ci il tarixli, 311 saylı doğum haqqında akt qeydində adı “Mariya” kimi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə, əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçirilir. Doğum haqqında akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün zəruri sənədləri təqdim etməklə seçdiyi qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş və dəyişikliklər edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət etmək hüququ vardır. Doğum haqqında akt qeydindəki ziddiyyətlər aradan qaldırıldıqdan sonra müvafiq şəhadətnamə ilə təmin oluna bilər. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: 6 saylı Bakı Cavabdeh xx.xx.2025-ci il tarixli, № 3-16-5/7-167/25 saylı cavab məktubunda göstərilmişdir ki, vətəndaş xx.xx.2024-cü il tarixdə doğum haqqında təkrar şəhadətnaməsinin istənilməsi barədə ərizə ilə şöbəyə müraciət etmişdir. Daşkəsən rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1988-ci ildə tərtib edilmiş, 311 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın adı bəndində “Mariya” qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçirilir. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədi ilə doğum haqqında akt qeydi arasında ziddiyyət olduğundan və düzəliş üçün kifayət qədər əsaslar olmadığından ərizəsini təmin etmək mümkün olmamışdır. Məktuba əlavə olaraq iddia tələbi ilə əlaqəli ərizə və ona əlavə edilmiş sənədlərin surəti göndərilmişdir. Daşkəsən rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-105/2025 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş Lazımova Mariya (Məryəm) Aleksandrovna barəsində tərtib edilmiş xx.xx.1988-ci il tarixli 311 №li doğum akt qeydinin surətindən müəyyən olunur ki, xx.xx.1988-ci ildə Daşkəsən rayonunda doğulmuş atası X5, anası X6 olan uşaq X3 kimi qeydə alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli, № 3-16-5/4-13-3052/2025 saylı cavab məktubunda göstərilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.1988-ci ildə Daşkəsən rayon qeydiyyat şöbəsində tərtib edilmiş 311 nömrəli doğumu haqqında akt qeydində İddiaçı (Kandaurovanın) adının “Məryəm” deyil, “Mariya” kimi yazıldığı, atasının xx.xx.1959-cu il təvəllüdlü X5, anasının isə xx.xx.1962-ci il təvəllüdlü X7 olduğu müəyyən edilmişdir. İddiaçı (Kandaurova) xx.xx.2015-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində xx.xx.1989-cu il təvəllüdlü X9 ilə nikaha daxil olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsinin: ... 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. ... 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: ... 46.1.Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. ... 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. ... 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. ... 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. ... 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. ... 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. ... 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. ... 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. (birinci abzasına) ... 2.9. Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. ... 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, doğum tarixi, habelə onun valideynləri haqqında məlumatın doldurulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, qanunvericilik doğum haqqında akt qeydində səhvlərin yol verilməsi ilə bağlı düzəlişin edilməsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin (ilkin akt qeydində səhvə yol verilməmişdirsə) edilməsinin əsaslarını fərqləndirmiş, lakin konkret olaraq müəyyən şərtlər əsasında təsbit etmişdir. Qeyd olunmalıdır ki, hər iki halda doğum haqqında akt qeydində düzəlişin edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ya ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Məhkəmə icraatı zamanı təqdim olunmuş şəxsiyyət vəsiqəsindən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Kandaurova (Lazımova) Məryəm Aleksandrovna xx.xx.1988-ci il tarixdə Daşkəsən rayonu, Daşkəsən şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1988-ci ilin noyabr ayının 11-ci günündə 311 № ilə qeyd edilmişdir. Ona məxsus Daşkəsən rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1988-ci ildə verilmiş XİV-JQ seriyalı 289938 №li doğum haqqında şəhadətnamədə uşağın ad hissəsində düzəliş edilməklə ““Maryam” sözünə inanılsın” qeydi təsdiq olunmuşdur. Buna baxmayaraq ki, məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş doğum haqqında akt qeydində Daşkəsən rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1988-ci ildə tərtib edilmiş, 311 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın adı bəndində “Mariya” qeyd olunmuşdur. Göründüyü kimi həm doğum haqqında akt qeydində, həmçinin şəxsiyyət vəsiqəsində iddiaçının adı müxtəlif yazılmışdır ki, bu hal sənədlər arasında ziddiyyətli məqamların yaranmasına səbəb olmuşdur. İddiaçının adının “Mariya” yoxsa “Məryəm” olmasının aydınlaşdırılması üçün mütləq qaydada onun şəxsiyyətini təsdiq edən digər sənədlərə nəzər yetirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Qeyd olunmalıdır ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin əhatə dairəsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.2-ci bəndinə nəzərdə tutulmuşdur ki, həmin sənədlər aşağdakilardı: - vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; - Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); - vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; - dövlət rüsumunun ödənilməsi barədə sənəd; - ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Məhkəmə icraatı zamanı təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və doğum haqqında akt qeydinin müqayisəli təhlilindən görünür ki, iddiaçının təvəllüdünün xx.xx.1988-ci il olması, soyadının “Lazımova”, ata adının isə “Aleksandr” olması ilə bağlı məlumatlar eynilik təşkil edir. İddiaçının adı ilə bağlı olan ziddiyyət ilə bağlı isə qeyd olunur ki, iddiaçının Azərbaycan Respublikası vətəndaşı olmasını təsdiq edən şəxsiyyət vəsiqəsindən, onun adının “Məryəm” olması hazırki halda doğum haqqında akt qeydində düzəlişin edilməsi üçün əsasdır. Göründüyü kimi iddiaçının adının “Məryəm” olmasını təsdiq edən bir çox sənədlər olduğu halda, cavabdeh sənədlərin kifayət qədər olmaması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə bir daha bildirir ki, iddiaçının həm doğum haqqında akt qeydində, həmçinin də şəxsiyyət vəsiqəsində ad ilə bağlı məlumat istisna olmaqla, digər məlumatlar, yəni təvəllüdü, atası barədə məlumat eynilik təşkil edir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin və şəxsiyyət vəsiqəsinin eyni şəxsə (iddiaçıya) aid olması hər hansı şübhə doğurmur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, doğum haqqında akt qeydində dəyişkliyin edilməsi üçün nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 4-cü bəndində göstərilən hallar müəyyən edildiyindən, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Təkzib olunmaz haldır ki, hüquqmüəyyənedici sənədlərdə iddiaçının adı ilə bağlı ziddiyyətli məqamlar mövcuddur ki, cavabdeh inzibati orqanda məhz həmin ziddiyyətlərə əsaslanaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Halbuki, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməzdən əvvəl müvafiq olaraq inzibati icraatı düzgün aparmalı, zəruri olan bütün faktiki halları araşdırmali olduğu halda bunu etməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı doğumunun qeydə alınmasına dair “Doğum akt qeydləri kitabı”nda 1988-ci ilin noyabr ayının 11-ci günündə 311 №-lə qeyd edilmiş qeyddə dəyişiklik (düzəliş) edilərək, xx.xx.1988-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş şəxsin adının “Mariya”dan “Məryəm”ə düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı Cavabdehnə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev