Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-653/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “komissiyanın qəbul edilmiş rəyinin və qərarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı rayon Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “bərpa-gücləndirmə işlərinin aparılması” barədə Fövqəladə Hallar Komissiyasının qəbul olunmuş rəyinin və qərarının dəyişdirilərək evinin yenidən tikilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İsmayıllı rayon Bəhliyan kəndində ailəsi ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi yaşayış evi onun mülkiyyətindədir. 2019-cu ilin fevral ayında Qobustan-Şamaxı-İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə baş vermiş məlum zəlzələ nəticəsində yaşadığı - İsmayıllı rayon Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinin əsas daşıyıcı divarları bərpaolunmaz şəkildə çatlayaraq ev tamamilə yararsız hala düşmüşdür. O, lazımi orqanlara vaxtında məlumat vermiş, Azərbaycan Respublikası Cavabdeh1 və İsmayıllı rayon İcra Hakimiyyətinin yaratdığı birgə komissiya evinə baxış keçirərək getmişlər. Xeyli müddət keçdikdən sonra 2-3 nəfərdən ibarət işçi qrupu gələrək, özləri ilə bir neçə sement kisəsi və bir qədər də çay qumu gətirərək, evin bərpasına başlamaq istədiklərini bildirmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, qeyd edilən zəlzələ ilə əlaqədar yaradılmış fövqəladə komissiya evində bərpa gücləndirmə işlərinin aparılması barədə rəy vermiş və həmin rəyə əsasən müvafiq qərar qəbul etmişdir.O, qeyd edilən qərarla razılaşmamış, hər iki inzibati orqana rəsmi qaydada müraciət edərək, evinin yenidən tikilməsini xahiş etmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti ona 07 noyabr 2019-cu il tarixli 05/3064 saylı və 17 dekabr 2019-cu il tarixli 02/5075 saylı məktublarla bildirmişdir ki, yaradılmış fövqəladə komissiyanın qərarını dəyişdirilmsini səlahiyyətləri yoxdur, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. O, məhkəməyə müraciət etmək üçün qərarın və rəyin dəyişdirilməsi üçün ona verilməsinə görə 29.10.2019-cu ildə AR FHN-ə rəsmi şəkildə müraciət etmişdir. Həmin cavabdeh inzibati orqan onun tələbini yerinə yetirməmiş, ona 11.12.2019-cu il tarixli 37/N-08312 saylı məktubla bildirmişdir ki, komissiyanın tərtib etdiyi akta əsasən zəlzələ nəticəsində evi bərpaya ehtiyacı olan evlər sırasına daxil edilmişdir və bununla əlaqədar müvafiq tədbir görüləcəkdir. Faktiki vəziyyətdə evi tamamilə yararsız hala düşmüş, yenidən sökülüb tikilməlidir. O, bu barədə Nazirliyə və İsmayıllı rayon İcra Hakimiyyətinə yazılı şəkildə bildirmiş, bir neçə dəfə evə baxış keçirilmiş, lakin bərpa-gücləndirmə barədə rəy və qərar dəyişdirilməmişdir. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş üzrə bir sıra prosessual hərəkətlər edilmiş, texniki baxış aktının tərtibində iştirak edən şəxslər şahid qismində dindirilmiş, iş üzrə ekpertiza keçirilmiş, ekspert rəyi alınmış və növbəti məhkəmə iclası 28.09.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclası barədə proses iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh İsmayıllı rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə məhkəmə iclasında cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. İşin faktiki hallarından görünür ki, iddiaçı Nuruyev X2, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı rayon Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “bərpa-gücləndirmə işlərinin aparılması” barədə Fövqəladə Hallar Komissiyasının qəbul olunmuş rəyinin və qərarının dəyişdirilərək evinin yenidən tikilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Belə olan halda, İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və hüququn münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından göründüyü kimi, sözügedın fərdi yaşayış evi İsmayıllı rayon Bəhliyan kəndində yerləşir. Məhkəmə iddianın ərazi aidiyyətini müəyyən edərək qeyd edir ki, daşınmaz əmlakın yerləşdiyi İsmayıllı rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan, hazırkı iddiaya ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən İsmayıllı rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (19.5-ci bənd) . Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili, eləcə də cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 nümayəndəsi inzibati işin ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədilər. Beləliklə, Məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “komissiyanın qəbul edilmiş rəyinin və qərarının dəyişdirilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-653/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-653/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-653/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver