Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6531/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən 30 iyun 2022 il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin, Əmək Pensiyasının «Əmək Pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin xx.xx.2022 ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ödənilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialına həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. 1977 - 1981 il tarixlərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. 01,10.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. İddiaçı qeyd edir ki, 60 yaşı tamam olan günə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşədə 12 il 6 aydan çox müddətdə əmək stajı toplamışdır. İddiaçı 60 yaşdan pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqan iddiaçının müraciətinə imtina vermişdir. İmtina əsası odur ki, iddiaçının çalışdığı rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onlar təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edilməsi haqqında hər hansı məlumat göstərilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuzdur. Belə ki,qanunvericiliyin tələbinə görə şəxsin işlədiyi vəzifənin ona xüsusi şərtlərlə əmək pensiyası hüququnun verməsi və ya verməməsi iş yerindən verilən arayış ilə təsdiq olunur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən "xxxx" QSC tərəfindən verilən xx.xx.2022 il tarixli arayiş cavabdeh təşkilata təqdim olunmasına baxmayaraq arayışa düzgün hüquqi qiymət verilməmiş və nəticədə əsassız, qanunsuz cavab verilmişdir.
3. Cavabdeh orqanın iddiaçıya təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi -3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə xx.xx.2004-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2018-ci il tarixindən bugünədək X3 Aeroportunda rəngsaz peşəsində işlədiyiniz qeyd edilib. Lakin həmin sənədlərinizdə rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edilməsi haqqında hər-hansı məlumat göstərilməyib.
4. Cavabdeh qurumun məhkəməyə ünvanladığı (dəftərxana vasitəsilə) iddiaya yazılı etirazda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqandan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən xx.xx.2023-cü il tarixli 3-17.1/2-0-10393/2023 nömrəli məktubla imtina etmişdir. Belə ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda iddiaçının xx.xx.2004-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2018-ci il tarixdən bugünədək X3 Aeroportunda rəngsaz peşəsində işlədiyi qeyd edilib. Lakin həmin sənədlərdə rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman iddiaçının tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edilməsi haqqında hər-hansı məlumat göstərilməyib. Cavabdeh hesab edir ki, onun imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Cavabdeh orqana təqdim edilən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya dair 20 oktyabr 2022-ci il tarixli arayışında xx.xx.2004-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2018-ci il tarixdən bugünədək X3 Aeroportunda rəngsaz peşəsində işlədiyi qeyd olunmuşdur. Buna baxmayaraq arayışda iddiaçının adıçəkilən müəssisədə işlədiyi peşənin təhlükəlilik sinifi qeyd olunmamış, eləcə də həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi göstərilməmişdir. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq cavabdeh İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin təmin edilməməsi barədə qərar qəbul etməsini xahiş etmişdir.
5. İddiaçının güzəştli şərtlərlə pensiya təyinatına dair müraciəti xx.xx.2022-ci il tarixlidir.
6. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş diplomun surətindən görünür ki, iddiaçı 1977-1981-ci illər ərzində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində tərtibatçı rəssam ixtisası üzrə təhsil almışdır.
7. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20 oktyabr 2022-ci tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən X2 Baş İdarəsinin Xüsusi Avtomobil Nəqliyyatı İdarəsinin rəngsazı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 15 il 04 ay 23 gün təşkil edir. İş əsnasında o, xüsusiyyətləri avtomobillərin və mexanikləşdirilmiş vasitələrinin ban və şassilərinin korroziyaya uğramış hissələrin müxtəlif ölçülü sumbata kağızı və kimyəvi vasitələri ilə təmizləyir. Yenidən boyanacaq hissələrin səthlərinin sürtülməsi, müxtəlif kimyəvi məhllular olan aseton və həlledici vasitələrlə yuyub təmizləyir. Təmizləndikdən sonra düzəldilməsi üçün bərkidici kimyəvi qatqılı məcun çəkir və sumbata kağızı ilə sürtür. Boya işlərinin aparılması qapalı şəraitdə təzyiqli boyapüsqürücü vasitəsilə yerinə yetirir. Təyinatından asılı olaraq boya işlərində nitro, yağlı və korroziya əleyhinə olan kimyəvi tərkibli boyalardan istifadə edir. Avtomobillərin və mexanikləşdirilmiş vasitələrin boyanan hissələrinin quruması üçün tərkibi tez quruducu kimyəvi qatqılardan istifadə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş 35 nömrəli vəzifə koduna – rəngsaz uyğundur.
11. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1981-ci ildən bu günə kimi əmək fəaliyyəti ilə məşğul olur.
12. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
13. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
14. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
17. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
18. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022ci ildə müraciət etmişdir.
19. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə stajı iddiaçının ümumi stajı 40 ilə yaxındır.
20. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci bənddə (ümumi peşələr) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar nəzərdə tutulmuşdur. İş yeri tərəfindən verilən arayışda iddiaçı X2 Baş İdarəsinin Xüsusi Avtomobil Nəqliyyatı İdarəsinin rəngsazı vəzifəsində işlədiyi 15 il 04 ay 23 gün müddətində gördüyü işlərin 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərlə bağlı olmadığı qənaətinə gəlməyə məhkəmə əsas görmür. Belə ki, peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
21. Beləliklə, iş yerindən arayışa əsasən müəyyən edilir ki, rəngsaz kimi avtomobillərin və mexanikləşdirilmiş vasitələrinin ban və şassilərinin korroziyaya uğramış hissələrin müxtəlif ölçülü sumbata kağızı və kimyəvi vasitələri ilə təmizləyir. Yenidən boyanacaq hissələrin səthlərinin sürtülməsi, müxtəlif kimyəvi məhllular olan aseton və həlledici vasitələrlə yuyub təmizləyir. Təmizləndikdən sonra düzəldilməsi üçün bərkidici kimyəvi qatqılı məcun çəkir və sumbata kağızı ilə sürtür. Boya işlərinin aparılması qapalı şəraitdə təzyiqli boyapüsqürücü vasitəsilə yerinə yetirir. Təyinatından asılı olaraq boya işlərində nitro, yağlı və korroziya əleyhinə olan kimyəvi tərkibli boyalardan istifadə edir. Avtomobillərin və mexanikləşdirilmiş vasitələrin boyanan hissələrinin quruması üçün tərkibi tez quruducu kimyəvi qatqılardan istifadə işlərindən ibarətdir. Məhkəmə qeyd edir ki, qeyd edilənlərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə bağlı olmadığı və ya həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.
22. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
24. Odur ki, məhkəmə qeyd edir ki, fərq məbləğinin birdəfəlik ödənməsinə dair müddəa qanunda nəzərdə tutulmamışdır, İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
25. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
26. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı oğluna 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva