Məhkəmə qərarları › İş №2-1(112)-6532/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6532/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6532/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********167603 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********167603 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının və xx.xx.2023-cü il tarixli **********264600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********150015 saylı qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli **********150355 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama aktına əsasən ümumilikdə 6.678.057,69 manat vergilərin azaldılması müəyyən olunmuş və 5.143.858,87 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Daha sonra yoxlama materiallarına baxılmış və xx.xx.2023- cü il tarixdə **********167603 sayı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək 6.670.880,67 manat vergi məbləği hesablanmış və 5.140.310,36 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qeyd olunan qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlansa da, cavabdeh hansı mənbəyi bəlli məlumat əsasında yoxlama təyin etməsini qərarda əsaslandırmamışdır. Həmçinin, yoxlama 2018-ci ilin sentyabr ayından 2021-ci ilin iyul ayına qədər olan dövrü əhatə etdiyi üçün 2018, 2019, 2020 və 2021-ci illərdə qüvvədə olan vergi qanunvericiliyinin tətbiqi baxımından hər bir dövrə həmin dövrdə qüvvədə olan vergi qanunvericiliyi tətbiq olunmalıdır. Belə ki, 2018-ci ilin mənfəət vergisi üzrə 20.194,76 manat mənfəət vergisi hesablanmışdır ki, həmin hesablamanın hüquqi əsası yoxdur. Belə ki, 2018-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu səbəbdən 2018-ci il üçün vergi məbləğinin hesablanması və maliyyə sansiyasının tətbiqi üçün müəyyən olunmuş müddət başa çatdığından hesablama əsassızdır. Yoxlama zamanı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də aparılmış operativ nəzarət tədbiri zamanı götürülmüş elektron informasiya daşıyıcılarında olan məlumatlara əsasən vergi məbləği hesablanmışdır. Bununla bağlı bildiririk ki, həmin məlumatlar İddiaçı MMC-yə məxsus deyil və MMC-nin təsərrüfat əməliyyatları ilə hər hansı bağlılığı yoxdur. Bundan əlavə qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə **********163393 tarixdə aktın tərtibi müddətinin uzadılması barədə qərar qəbul edilsə də belə bir qərar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Həmçinin, xx.xx.2021-ci il tarixdən başlayan yoxlamaya Vergi Məcəlləsinin 38.2- ci maddəsinin 2022-ci il tarixədək qüvvədə olan redaksiyası( təqvim günü) şamil olunsa da, 2021-ci ilin sonunadək yoxlama iş günləri ilə nəzərə alınmışdır ki, bununla da göstərilən maddənin tələbləri pozulmuşdur. Qeyd olunanlardan əlavə bildiririk ki, yoxlama zamanı guya malların əskik gəlməsi müəyyən edilmiş və 2020-ci ilin mart ayında əskik gəlmiş malların dəyəri ƏDV və aksiz vergisinə cəlb edilmişdir. Bununlada Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Məcəllənin tələbinə görə əskikgəlmə mühasibat uçotu və ilkin uçot sənədləri əsasında müəyyən edilməlidir ki, həmin sənədlər əsasında malların əskik gəlməsi müəyyən olunmur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2021ci il tarixli **********150015 nömrəli qərarına əsasən “Azəri" MMC- də (VÖEN **********) səyyar vergi yoxlaması (yoxlanılan dövr - sentyabr 2018-iyul 2021) təyin edilmişdir. Səyyar vergi yoxlamasına xx.xx.2021-ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticələri üzrə xx.xx.2022-ci il tarixli **********150355 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, lakin aktın bir nüsxəsini tanış olmaq üçün almışdır. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçotbaza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya qismən təqdim edilmiş sənədlər və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən “Azəri" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlşr və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də (VÖEN **********) aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaş qurğusuna (fləşkart) köçürülərək götürülmüş məlumatlara baxış keçirilərkən İddiaçı MMC-yə aid olan və vergilərin hesablanmasına əsas verən sənədlər əsasında aparılmışdır. Müəssisədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2018- ci il tarixli **********56443 nömrəli “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə” Qərara əsasən operativ tədbir keçirilmişdir. Keçirilmiş tədbir nəticəsində tərtib olunan protokola əlavə olunan xx.xx.2018-ci il tarixli HUŞ seriyalı 002404 nömrəli və xx.xx.2018-ci il tarixli HUŞ seriyalı 002405 nömrəli “Hazır məhsulun təsərrüfat daxili yerdəyişmə qaiməfakturasında” qeyd olunan mallar xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş istehsal həcmi barədə dəftərin məlumatları ilə eyni olduğu müəyyən olunmuşdur. Belə ki, müəssisədə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş sənədlərdə müəssisə tərəfindən 2018- 2020-ci illər dövrünün hər ayı və iş günləri üzrə istehsal olunmuş spirtli içkilərin çeşidi, tutumu, sayı və digər göstəriciləri barədə müvafiq qeydlər aparıldığı müəyyən edilmişdir. Həmin məlumatlar elektron daşıyıcılarda “2018-kitab”, “2019-kitab” və “2020 kitab” kimi yerləşdirmişdir. Yoxlama zamanı həmin məlumatlar araşdırılaraq, müəssisənin vergi bəyannamələrində əks etdirdiyi göstəricilərlə müqayisəsi aparılmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlər və müəssisə tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən mal-material qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar zamanı müəssisədə istehsal olunan alkoqollu içkinin 1233688.95 litr həcmində əksik gəlməsi müəyyən edilmişdir. Müəssisənin xx.xx.2018-ci il tarixə mal qalığı müəssisədə xx.xx.2018-ci il tarixli **********56443 nömrəli operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi barədə Qərara əsasən keçirilmiş tədbirlər nəticəsində xx.xx.2018ci il tarixə müəyyən edilən mal qalığı və xx.xx.2018-xx.xx.2018-ci il tarixə alış, istehsal və satış nəticələrinə əsasən müəyyən edilmişdir. Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Həmin hesablamalar nəticəsində ƏDV-yə cəlb edilməli dövriyyənin ümumilikdə 5675949.35 manat azaldılması və nəticədə 1021670.88 manat ƏDV-nin yayındırılması müəyyən edilmişdir. Eyni zamanda yoxlamanın əhatə etdiyi dövr üzrə aksiz vergisinin 3947804.64 manat azaldılması müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, aşkarlanan kənarlaşmalar yoxlamanın əhatə etdiyi xx.xx.2018-xx.xx.2020-ci il dövrü üzrə müəyyən edilmişdir. yergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaş qurğusuna (fləşkart) köçürülərək götürülmüş məlumatlara baxış keçirilərkən İddiaçı MMCyə aid olan və vergilərin hesablanmasına əsas verən satış dövriyyələri müəyyən edilmişdir. Belə ki, qeyd edilən götürülmüş məlumatlar və AVİS hesabat/axtanş baza məlumatlarına əsasən və aparılan araşdırma ilə vergi ödəyicisinin alqı-satqı əməliyyatlarını əks etdirən sənədlərə əsasən müvafiq vergilər hesablanmışdır. Eyni zamanda araşdırma zamanı "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı götürülmüş bir ədəd elektron yaddaş qurğusunda "xxxx" MMC-nin fəaliyyətinə aid olan “Suzanna mühasib köməkçisi” iş qovluğunda “novaya papka” iş qovluğunda olan “İş 2020 ’’ adlı faylda “Kassa 2020”, “Kassa 2021 yanvar” (ƏDV-li, aksizli) nağd ödənişləri, o cümlədən 2020-ci il üzrə: aprel 78456.51 manat, may 194951.00 manat, iyun 172302.00 manat, iyul 76367.00 manat, avqust 142991.00 manat, sentyabr 186230.00 manat, oktyabr 367925.00 manat, noyabr 278897.00 manat, dekabr 302382.00 manat (cəmi: 2020-ci ilin aprel-dekabr ayları üzrə 1800502.00 manat, o cümlədən spirtli içki satışı üzrə 1621434.51 manat), 2021-ci il üzrə: yanvar 229352.00 manat, fevral 278637.00 manat, mart 343902.00 manat, aprel 144598.00 manat, may 31735.00 manat, iyun 40817.00 manat, iyul 8980.00 manat (cəmi: 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1078021.00 manat, o cümlədən spirtli içki satışı üzrə 1031571.00 manat) olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma nəticəsində təqdim edilmiş mallar üzrə 2653005.51 manat (ƏDV ilə, aksiz vergisi ilə) əlavə dövriyyə müəyyən edilmişdir. Yoxlama zamanı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş oprativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş sənədlər və elektron informasiya daşıyıcılarından fləşkarta köçürülərək götürülmüş məlumatlara, "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş elektron yaddaş daşıyıcıları (fləşkart) məlumatlarına baxış keçirilərkən İddiaçı MMC-yə aid olan məlumatlara (həmin məlumatların araşdırılması zamanı müəssisə tərəfindən qeyri-rəsmi şəkildə aparılmış kassa əməliyyatları müəyyən edilmişdir) və Vergi Məcəlləsinin 67-ci, “Mühasibat uçotu haqqında “Qanunun 2.1.10.-cu və 2.1.11-ci maddələrinin istinad edilmişdir. Vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********150022 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və xx.xx.2021-ci il tarixdə əlbə-əl qaydada müəssisənin rəhbərinə təqdim olunnpuşdur. Tələbnamə əsasında tələb edilmiş sənədlər müəssisə tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət, yəni xx.xx.2021-ci il tarixə kimi tələb olunmuş və sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2021-ci il tarixdə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmiş və aktın bir nüsxəsi xx.xx.2021-ci il tarixli 2119(j)**********0 nömrəli məktubla müəssisənin elektron poçt ünvanına göndərilmişdir. Baş İdarə tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə müəssisə tərəfindən yoxlamaya sənədlər təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli **********828000 və xx.xx.2021-ci il tarixli **********038400 nömrəli Xəbərdarlıq məktubları müəssisənin elektron poçt ünvanına göndərilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarında, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarında və vergi orqanı (VCİABİ) tərəfindən keçirilmiş operativ tədbirləri zamanı müəssisədən fəaliyyəti ilə bağlı götürülmüş sənədlərdə vergi qanunvericiliyin pozulması hallan olduğuna, onlann öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155761 nömrəli Qərar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən sənədlərin yoxlamaya təqdim edilməsi ilə əlaqədar vergi orqanına elektron qaydada göndərilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli məktublar və həmin məktublara qoşma sənəd kimi ancaq butulkanın hərəkətinə dair cədvəl əlavə edilmişdir. Müəssisənin fəaliyyəti ilə bağlı digər ilkin mühasibat sənədləri yoxlamaya təqdim edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, xx.xx.2022-ci il tarixli **********163268 nömrəli “Sənədlərin təqdim olunmasından imtina barədə” akt tərtib edilərək müəssisənin elektron poçt ünvanına göndərilmişdir. Baş İdarənin xx.xx.2022-ci il tarixli **********156341 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərarına əsasən müəssisədə qiymətlilərin inventarizasiyası aparılmış və nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmləşdirilmişdir. İnventarizasiyası nəticəsində müəssisədə 81019,00 manat dəyərində 30929.70 litr həcmində hazır məhsulun və 1156827.18 manat dəyərində əsas vəsaitlərin mövcud olduğu müəyyən edilmişdir. Tərtib edilmiş inventarizasiya aktı müəssisənin direktoru və vergi əməkdaşları tərəfindən imzalanmışdır. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçiriməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Qanunvericilikdə göstərilən maddələrə əsasən vergi ödəyicisinin fəaliyyət göstərdiyi AZ1026, ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (obyekt kodu: **********-20001) baxış həyata keçirilmiş və baxışın nəticələri xx.xx.2021-ci il tarixli **********1163291 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin ərazilinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” Protokol ilə rəsmiləşdirilmişdir. Cavabdeh səyyar vergi yoxlamasında göstərilənləri əsas gətirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli **********150015 №-li Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar ilə İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2018 – iyul 2021 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-nin xx.xx.2018-xx.xx.2021 dövrün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti xx.xx.2021xx.xx.2021 tarixləri əhatə etmişdir. Səyyar vergi yoxlamasının aktından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin 220.361,42 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% faizi miqdarında, yəni 110.180,71 manat məbləğində maliyyə sanksiyası; əlavə dəyər vergisinin 1.426.366,69 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 713.183,35 manat məbləğində maliyyə sanksiyası; 5.030.311,60 manat aksiz vergisinin azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 2.515.155,80 manat məbləğində maliyyə sanksiyası; ödəmə mənbəyində tutulan verginin 1.017,86 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 508,93 manat məbləğində maliyyə sanksiyası; işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının 0,13 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 0,07 manat məbləğində maliyyə sanksiyası; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən nağd qaydada aparılmış 5.116.920 manat məxaric əməliyyatlarının 50 % miqdarında, yəni 2.558.460 manat maliyyə sanskiyasının; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən ümumilikdə 13.330 manat maliyyə sanksiyası; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən bəyannamənin əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167603 saylı qərarı ilə 2018-2020 mənfəət vergisi, 2019- 2021 əlavə dəyər vergisi, 2020-2021 aksiz vergisi, 2020-2021 muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, 2020-2021 ödəmə mənbəyindən tutulan vergi, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə ümumilikdə 6.670.880,67 manat əsas və ona tətbiq olunmuş 3.861.040,36 manat maliyyə sanksiyasına; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 2019-2020 dövr üzrə ümumilikdə 2.558,460 manat və 1.279.320 manat maliyyə sanksiyasına cəlb edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” 30 mart 2023-cü il tarixli **********26400 nömrəli qərarı ilə 2021-ci ilin rübü (mənfəət vergisi) üzrə 66.304,36 manat əlavə vergi hesablanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya – mənfəət, ƏDV, aksiz, ödəmə mənbəyindən tutulan, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə əlavə vergi məbləğləri hesablamışdır. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığıdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir. İddiaçı hesab edir ki, mübahisələndirilən inzibati akt bir çox prosessual əsaslara görə əsassız hesab olunur. Məhkəmə inzibati aktın əsassız olması ilə bağlı aşağıdakiları bildirir. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddənin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin səyyar vergi yoxlamasının aparılması ilə bağlı sənədlərdən də göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Belə ki, səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərar əsasında vergi orqanı yoxlama müddətini xx.xx.2021-xx.xx.2021 tarixlər arasında aparılmasını nəzərdə tutmuşdur ki, bu da yoxlama müddətinin 39 gün təşkil etdiyini, yəni yoxlamanın ilkin olaraq təqvim günü ilə deyil məhz iş günləri ilə aparılmasının nəzərdə tutulduğunu göstərir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri-iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Həmçinin, qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən dəyişikərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni 1 yanvar 2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Göstərilən qanun dəyişikliyi cavabdeh vergi orqanın səyyar vergi yoxlamaların təqvim və ya iş günləri ilə aparılmasına dair irəli sürdüyü dəlillərin əsassız olmasına bilavasitə dəlalət edir. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Sadalanan normaların məzmunundan göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211647253 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021, sona çatma tarixi xx.xx.2021 tarixidir. Halbuki, yoxlama xx.xx.2021-ci il tarixində başlasa da, yoxlama müddəti (təxminən 1 il 15 gün) keçdikdən sonra xx.xx.2022-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211647253 saylı çıxarışdan görünür ki, vergi orqanı yoxlama müddətinin xx.xx.2021-xx.xx.2022 dövrləri əhatə etməklə aparsa da, yoxlamaların dayandırılması və ya yoxlama müddətinin uzadılması barədə qərarların yoxlamaların məlumat reyetrində qeydiyyata alınması aşkar olunmamışdır. Məhkəmə inzibati aktın mahiyyəti etibarı ilə əsassız olmasına keçməzdən əvvəl qeyd edir ki, mübahisələndirilən qərarlardan da göründüyü kimi vergi orqanı iddiaçıya mənfəət, ƏDV, aksiz, ödəmə mənbəyindən tutulan, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə, həmçinin növbəlik pozulmaqla məxaric əməliyyatları apardığı, eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanunun maddələrini pozduğu üçün ona əlavə vergi məbləğləri hesablanmışdır. Məhkəmə qərarların əsassız olması ilə bağlı ilk növbədə qərarların - mənfəət, ƏDV, aksiz, ödəmə mənbəyindən tutulan, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə hesablanmış əlavə vergilər hissəsinə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2.eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. "Mühasibat uçotu haqqında" tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində aŞagığakılar təsbit olunmuşdur: 1.1.1. 0. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. 2.1.11. İlkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. 2.1.12. Mühasibat uçotu registrləri - ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir. 2.1.13. Analitik uçot - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin hər biri üzrə açılan analitik uçot registrlərində təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır. 2.1.14. Analitik uçot registrləri - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən jurnallar, cədvəllər və kartlardır. 2.1.15. Sintetik uçot - baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsidir. 2.1.23. Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır”. Habelə, "Mühasibat uçotu haqqında" 29 iyun 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin tələblərinə görə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017-ci tarixdə Q-01 nömrəli “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib. Həmin sənəd xx.xx.2017 tarixdə **********0001 nömrəsi ilə X3 Reyestrində qeydiyyata alınıb. Qaydaların 2.1.14-ci bəndində ilkin uçot sənədlərinin anlayışı verilib. Belə ki, ilkin uçot sənədləri - maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir: 7.1.Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3.İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. 7.4.Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtıda mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edir. İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, yoxlama ilə müəssisəyə əlavə olaraq hesablanmış ƏDV, Mənfəət və Aksiz vergisinin bir hissəsinə səbəb Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli Qərara əsasən "xxxx" MMC-də (VÖEN **********) aparılmış operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş elektron informasiya daşıyıcıları (fləşkart) məlumatlarına baxış keçirilərkən İddiaçı MMCyə aid olan məlumatların olduğunun müəyyən edildiyi və həmin məlumatların araşdırılması zamanı müəssisə tərəfindən qeyri-rəsmi şəkildə aparılmış kassa əməliyyatları nəticəsində satışdan əldə edilmiş əlavə dəyər vergisinə cəlb edilən 2248309.75 manat dövriyyənin (o cümlədən 2020-ci ilin xx.xx.2020- xx.xx.2020-ci il dövrü üzrə 1374097.06 manat) vergi orqanına təqdim edilmiş bəyannamələrdə əks etdirilmədiyinin müəyyən edildiyi göstərilmişdir Bununla bağlı bildirilir ki, yoxlamanın əhatə etdiyi dövrdə vergilərin hesablanmasına dair qüvvədə olan qanunvericilikdə “qara mühasibatlıq” sənədlərinə əsasən hesablama aparılması nəzərdə tutulmamışdır. Eyni zamandaı qeyd edilir ki, hazırkı iş üzrə “qara mühasibatlıq” sənədləri əsasında hər hansı hesablamanın müəyyən edilməsi imkan xaricindədir. Belə ki, “qara mühasibatlıq” sənədlərinin təqdim edilməli olması ilə yanaşı, həmin “qara mühasibatlıq” sənədlərində olan yazılışların bilavasitə vergi ödəyicisi üzrə aparılmış əməliyyatlara (alış, satış, borc və ya digər) aid olub-olmaması, “qara mühasibatlıq” adlanan sənədlərdə olan yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid olması, alqı-satqı və digər əməliyyatların predmeti olan malın və ya xidmətin (işin) adı; ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə, həmin vəsaitin faktiki olaraq daxil olub-olmaması, fayllardakı məlumatlara istənilən formada dəyişiklik edilib-edilməməsi imkanı və s. müəyyən olunmalıdır ki, həmin sənədlər hesablama üçün əsas təşkil edə bilsin. Həmçinin qeyd edilir ki, hazırkı iş üzrə yoxlayıcı tərəfindən digər vergi ödəyicisi "xxxx" MMC-dən (VÖEN **********) götürülmüş “qara mühasibatlıq” adlanan elektron informasiya daşıyıcılarında (fləşkart) əksini tapmış məlumatlara qiymət verilərək həmin məlumatların başqa müəssisəyə, yəni İddiaçı MMC-yə (VÖEN **********) aid edilməsi və bunun əsasında hesablama aparılması qanunvericilikdə nəzərədə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, hazırkı iş üzrə “qara mühasibatlıq” adlanan sənədlər mötəbər hesab olunsa belə, yuxanda da qeyd edildiyi kimi, yoxlamanın əhatə etdiyi dövrdə vergilərin hesablanmasına dair qüvvədə olan qanunvericilikdə “qara mühasibatlıq” sənədlərinə əsasən hesablama aparılması nəzərdə tutulmamışdır. Bundan başqa qeyd edilir ki, hazırki iş üzrə xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-də keçirilmiş OVN tədbiri nəticəsində götürülmüş sənədlər, materiallar (77 ədəd jfif formatlı şəkillər) tədqiq olunarkən vergi ödəyicisinin istehsal edildiyi iddia olunan müxtəlif həcmdə qablaşdırılmış alkoqollu içkilərin sayı ******* ədəd qeyd olunmuşdur (həmin fayllarda vergi orqanının əks etdirdiyi cəmi içkilərin sayı (3752982) ekspert tədqiqatı zamanı müəyyən olunan sayla uzlaşmır). Lakin, iş materiallarında olan elektron qaimə-faktura məlumatlarına (xx.xx.2018xx.xx.2020) əsasən vergi ödəyicisi tərəfindən ümumilikdə, ******* ədəd müxtəlif həcmli qablaşdırılmış alkoqollu içkilərin daxili bazarda (elektron qaimə-faktura əsasında), 170352 ədəd müxtəlif həcmli qablaşdırılmış alkoqollu içkilərin ixrac edilərək satıldığı müəyyən olunur. Eyni zamanda ekspert tədqiqatı zamanı da bu hissəyə münasibətdə qeyd olunmuşdur ki, vergi orqanının istinad etdiyi qara mühasibatlıq sənədlərindəki məlumatlar vergi ödəyicisinin rəsmi satış məlumatlarından kəskin şəkildə fərqləndiyi üçün faktiki istehsal həcmini əhatə etmir. Yoxlama ilə müəssisəyə ƏDV, Mənfəət və Aksiz vergisi üzrə aparılmış əlavə hesablamalara, digər səbəb isə Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7472 nömrəli Qərara əsasən "Azəri” MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlər və müəssisə tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən malmaterial qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar nəticəsində müəssisədə istehsal olunan alkoqollu içkilərin 1233688,95 litr həcmində əksik gəlməsinin müəyyən edildiyi və müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı, həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi, satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamaların aparılması göstərilmişdir. Aparılmış hesablamalar nəticəsində yoxlamanın əhatə etdiyi xx.xx.2018-xx.xx.2020-ci il dövrü (hissəsi) üzrə əlavə dəyər vergisinə cəlb edilməli dövriyyənin ümumilikdə 5675949.35 manat azaldılması müəyyən edilmişdir. Həmçinin yoxlama aktında hesablama cədvəllərinin akta əlavə edildiyi göstərilmişdir. Lakin iş materiallarında həmin cədvəllər mövcud deyil. Bundan başqa qeyd edilir ki, yoxlama aktına əsasən müəssisə tərəfindən sənədlər yoxlamaya qismən təqdim edildiyindən və həmin sənədlərdə məhsul istehsalı müəssisənin 2018-ci ilin yekunu üzrə gəlirin əldə edilməsi üçün çəkilən xərcləri müəyyənləşdirmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9. maddəsinə istinad edilərək müəssisənin xərcləri müvafiq icra hakimiyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablandığı göstərilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı bildirilir ki, istehsal müəssisəsində inventarizasiya aparılmadan əskik gəlməni müəyyən etmək mümkün deyildir. Ümumiyyətlə, istehsal müəssisəsində məhsulun maya dəyəri, mühasibat uçotu qaydalarına əsasən məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərində öz əksini tapmış xərc elementləri əsasında müəyyən edilməlidir. Həmin xərc elementlərindən aşağıdakilardan ibarətdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istiehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. Yəni istehsal olunmuş məhsulun həcmi müəyyən edildikdən sonra satış və s. əməliyyatlarda nəzərə alınmaqla uçot quruluaraq əskik gəlmiş mallar müəyyən oluna bilər. Həmçinin qeyd edilir ki, yoxlama aktında hesablama cədvəllərinin akta əlavə edildiyi göstərilsədə həmin cədvəllər təqdim edilmiş iş materiallarında mövcud deyildir. Bundan əlavə qeyd edilir ki, yoxlama aktında müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmasının göstərilməsi qeyd edilmişdir. Qeyd edilir ki, müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırılaraq satışının müəyyən edilməsi yuxarıda göstərilən qaydada deyil, yalnız real satış üzrə müəyyən oluna bilər. Göründüyü kimi, aparılmış səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********167603 saylı Qərarla hesablanmış Mənfəət vergisinin, ƏDV-nin, aksiz vergisinin hesablanması Vergi Məcəlləsinin 12-ci maddəsinin (vergilərin müəyyən edilməsinin əsas şərtləri) və digər maddələrinin tələblərinə uyğun olmamışdır. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:

1. vergitutma obyekti;

2. vergitutma bazası;

3. vergi dövrü;

4. vergi dərəcəsi;

5. verginin hesablanması qaydası;

6. verginin ödənilməsi qaydası və müddəti (maddə 12.1). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4). Yəni, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarlar ilə hesablanmış mənfəət vergisi, ƏDV, aksiz vergisi Vergi Məcəlləsinin 12-ci maddəsində göstərilən verginin müəyyən edilməsi üçün nəzərdə tutulmuş bir neçə vergi tutma elementlərinin tələblərinə uyğun olmamışdır. Beləliklə Məhkəmə bir daha qeyd edir ki, cavabdeh vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə etmişdir. Halbuki, bir daha da qeyd olunur ki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər əsasında əldə olunduğu qeyri-müəyyəndir. Beləliklə, yoxlamada əldə edilən «qara mühasibatlıq» sənədlərindən istifadə edilməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə ziddir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyrimüəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmununu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-608/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci i-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyrimüəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. 44. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmununu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.” Kassasiya instansiya məhkəməsinin eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-608/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-806/202 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-1921/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)- 851/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-1245/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarlarında nümayiş etdirilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, müəssisəyə yoxlamanın əhatə etdiyi dövrdə 1017,86 manat məbləğində əlavə olaraq ödəmə mənbəyində tutulan vergi və 0,13 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Ekspert rəyinə əsasən yoxlama aktında göstərilənlər yəni bəyannamələrin təqdim edilməməsi və s. nəzərə alınmaqla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 1017,86 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 0,13 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin az hesablanması öz əksini tapır. Görünür ki, mübahisələndirilən qərarlar ilə iddiaçıya hesablamış mənfəət, ƏDV və aksiz vergisi üzrə əlavə vergilərin hesablanması əsassız olmuş, ödəmə mənbəyində tutulan verginin və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin az hesablandığı ekspert rəyi ilə təsdiq olunmuş, bununla da hər iki növ vergi üzrə əlavə verginin hesablanması əsaslı olmuşdur. Məhkəmə cavabdeh tərəfindən iddiaçının növbəlik pozulmaqla məxaric əməliyyatları apardığı, eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanunun maddələrinin pozulduğu ilə bağlı mülahizələrə münasibətdə qeyd edir ki, cavabdehin istinad etdiyi həmin əsaslar da əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 53.1.Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 54.0.2. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz 58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: (58.7-1.1 - 58.7-1.11 yarımbəndlər) “Nağdsız hesablaşmalar haqqında” Qanunun: Maddə 1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Maddə 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Maddə 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: - əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar. (3.4.4) Qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də göründüyü kimi ekspert həmin hissəyə münasibətdə aşağıdakiları qeyd etmişdir: - xx.xx.2022-ci il tarixli **********150355 saylı Səyyar vergi yoxlaması Aktında və sənədlərdə Vergi Məcəlləsinin 58.7- 1-ci və 58.3-cü maddələrinin tələblərinə əsasən tətbiq olunmuş maliyyə sanksiyaları haqqında ətraflı məlumat (yəni əməliyyatların konkret hansı sənəd üzrə və hansı tarixdə aparılması ilə bağlı məlumat və s. ) mövcud deyildir. Təqdim edilmiş iş materiallarında olan sənədlərə (mühasibat sənədləri) və Mülki Məcəllədə nəzərdə tutulmuş növbəlilik pozulmasına dair tələblərə əsasən İddiaçı MMC tərəfindən yoxlama dövründə (09/2018 - 07/2021) Mülki Məcəllədə nəzərdə tutulmuş növbəlilik pozulmaqla məxaric əməliyyatlarının aparılması müəyyən olunmadı. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərə (mühasibat sənədləri ) əsasən Azəri” MMC tərəfindən yoxlama dövründə (09/2018 - 07/2021) “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü və 3.4.4-cü maddələrinin tələblərinin pozulması halları müəyyən olunmadı. Tədqiqatla yalnız səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167603 saylı Qərarla 2021-ci ilin 2-ci rübü üzrə ÖMV bəyannaməsinin təqdim edilməməsinə görə üzrə Vergi Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əsasən tətbiq olunmuş maliyyə sanksiyalarının düzgünlüyü müəyyən olunur. Göründüyü kimi iddiaçının Mülki Məcəllədə nəzərdə tutulmuş növbəlilik pozulmaqla məxaric əməliyyatlarının aparılması, eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü və 3.4.4-cü maddələrinin tələblərinin pozulması halları müəyyən olunmamışdır ki, bu hal müvafiq olaraq ekspert rəyində öz əksini tapmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd olunmuş azalmaların (ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla) və pozuntulararın mövcudluğu müəyyən olunmadığından, iddiaçıya münasibətdə təqdim olunmuş maliyyə sanksiyası (ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vegiyə tətbiq olunan hissədə istisna olmaqla) silinməlidir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İddia tələbindən göründüyü kimi tələb vergi orqanı tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi ilə bağlı olmuş, məhkəmə isə iddianı qismən təmin edərək qərarı ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla digər hissədə ləğv etmişdir. Göründüyü kimi tələbə münasibətdə təmin faizi çox təşkil etdiyindən, ekspert xərci cavabdehdən tutulmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167603 saylı Qərarı - ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ona tətbiq olunmuş maliyyə sanksiyası istisna olmaqla digər hissələrdə ləğv edilsin. “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********264600 nömrəli Qərarı ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində prosessual xərcin X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar