Məhkəmə qərarları › İş №2-1(112)-6532/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6532/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6532/2025 18.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 5 saylı Bakı şəhəri Cavabdehnə qarşı (X12 üçüncü şəxs qismində cəlb edilməklə) doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: АZ-İ seriyalı 897498 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 48 nömrəli qeyd aparılmışdır. Atası - X12, anası - X13r. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqədə xx.xx.2006-cı il təvəllüdlü vətəndaşın adı İddiaçı kimi qeyd edilmişdir. AZ-İİ seriyalı 119641 nömrəli Nikah haqında Şəhadətnamənin surətindən görünür ki, X15 ilə X20 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanılmış, nikahdan sonra ərin soyadı Elhami, arvadın soyadı Elhami qeyd edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Elhami Shahzad xx.xx.2006-cı il təvəllüdlü İddiaçı onun adı ilə ata adı daşımasına etiraz etmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3074/2025 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçı X6 “adın, soyadın və ata adının dəyişdirilməsi” tələbi üzrə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 5 saylı Bakı Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. İddiaçı doğum haqqında akt qeydinə dəyişiklik edilməsi tələbinə dair ərizə ilə 5 saylı Bakı şəhəri Cavabdehnə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 May tarixli 79 nömrəli qərarının 6-ci bəndinin 4-cü yarımbəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Bu halda yalnız uşaq haqqında məlumat qrafasında ata adı dəyişdirilir, ata haqqında məlumat qrafasında isə mövcud məlumatlar dəyişdirilmədən saxlanılır. Həmçinin ərizəçinin qeydiyyat şöbəsinə müraciəti zamanı onu tərbiyə etmiş şəxsin razılıq ərizəsi və həmin şəxsin ərizəçinin yetkinlik yaşına çatanadək təlim-tərbiyəsi ilə məşğul olması, qayğısına qalması ilə bağlı hüquqi əhəmiyyətli sənədlər ərizəçi tərəfindən təqdim edilmədiyi üçün ata adının dəyişdirilməsi imkanımız xaricindədir. Nəzərinizə çatdırırıq ki, kifayət qədər sənəd təqdim etmədiyinizdən müraciətinizin təmin olunması mümkün deyildir. Bununla bağlı Sizin məhkəməyə müraciət etmək hüququnuzun olduğu nəzərinizə çatdırılır.” İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus doğum haqqında akt qeydində düzəliş edilərək soyadının "Elhami", ata adının isə "Shahzad oğlu" kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh 5 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006-cı ildə Biləsuvar rayonunda anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında X12, ana qrafasında isə X17 qeyd edilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə xx.xx.2007-ci il tarixdə Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmişdir. O, xx.xx.2025-ci il tarixdə AR Ədliyyə Nazirliyinin 5 saylı Bakı "ASAN xidmət" X7 müraciət edərək, soyadının və ata adının dəyişdirilməsini xahiş etmişdir. Müraciət etməyinə səbəb o olmuşdur ki, anası X21 atası X4 anadan olandan qısa müddət sonra boşanmış, nikahın pozulması Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 17 saylı nikahın pozulması haqqında akt qeydi ilə qeydə alınmışdır. Anası X19 ilə nikaha daxil olmuş, onların nikahları xx.xx.2016-cı il tarixdə 1822 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Onun tərbiyəsilə X19 məşğul olmuş, bütün qayğı və ehtiyaclarını o çəkmişdir. X9 adı ilə ata adı daşımasına etiraz etməmiş, bu barədə notarial qaydada ərizə də vermişdir. Lakin bütün bunlara baxmayaraq 5 saylı Bakı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi qanunsuz olaraq imtina vermiş, xx.xx.2025-ci il tarixdə verdiyi imtina sənədində X19-nın onu tərbiyələndirməsini müəyyən edə bilməmişdir, halbuki iddiaçı Qeydiyyat şöbəsinə həmin şəxsin anası ilə nikaha daxil olmasını, uzun müddət ərzində nikahda olduqlarını bildirmişdir. 5 saylı Bakı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi düzgün nəticəyə gəlməmiş, işin hallarını hərtərəfli aydınlaşdırmamış, təqdim etdiyi sübutlara düzgün qiymət verməmişdir. Belə ki, daha əvvəl doğma qardaşı X14 da eyni qaydada 5 saylı Bakı Asan Xidmət X8 müraciət edərək, adının, ata adının və soyadının dəyişdirilməsini xahiş etmiş, Qeydiyyat Şöbəsi qardaşına da imtina verdiyindən, iddiaçı Höccətli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 5 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək soyadının "Elhami" soyadına, adının "Fateh" adına, ata adını isə "Shahzad oğlu"na dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3074/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X6 "adın, soyadın və ata adının dəyişdirilməsi" tələbi üzrə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 5 saylı Bakı Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış və icraya yönəldilərək, qardaşının doğum haqqında şəhadətnaməsində və müvafiq olaraq şəxsiyyət vəsiqəsində dəyişiklik edilmişdir. Cavabdehin etirazları: Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı ona məxsus doğum haqqında akt qeydində ata adının dəyişdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə edilmiş müraciətinin təmin edilməsi mümkün olmamışdır. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 May tarixli 79 nömrəli qərarının 6-cı bəndinin 4-cü yarımbəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Bu halda yalnız uşaq haqqında məlumat qrafasında ata adı dəyişdirilir, ata haqqında məlumat qrafasında isə mövcud məlumatlar dəyişdirilmədən saxlanılır. Həmçinin, ərizəçinin qeydiyyat şöbəsinə müraciəti zamanı X10 İddiaçı tərbiyə etmiş şəxs olması ilə bağlı hüquqi əhəmiyyətli sənəd ərizəçi tərəfindən təqdim edilmədiyi üçün, ata adının dəyişdirilməsi imkanları xaricindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190.1-ci maddəsinə əsasən ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 190.2-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “iddiaçının doğum akt qeydində düzəliş edilərək soyadının “Elhami”, ata adının “Shahzad oğlu” kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə ədalətli məhkəmə araşdırması nəticəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Eyni zamanda cavabdeh xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 174 nömrəli qərarına və Azərbaycan dilinin Orfoqrafiya lüğətinə əsasən, “Shahzad” sözünün Azərbaycan dilində yazılışı tələffüz qaydalarına uyğun olaraq “Şahzad” kimi qeyd edilir. Həmçinin vətəndaş İddiaçı qardaşı X1, adı və ata adı xx.xx.2024-cü il tarixdə “X22”-na dəyişdirilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddia ərizəsi üzrə ədalətli məhkəmə araşdırması nəticəsində qərar qəbul edərkən “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı əsas tutmaq xahiş olunur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş) və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı soyadını və ata adını hazırda anası X25 ilə evli olan İran İslam Respublikası vətəndaşı X11 adı və soyadı ilə dəyişdirilməsini istəyir. İddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciət etsə də, sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Biləsuvar Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla İddiaçı doğumu və onun valideynlərinin Biləsuvar Rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan doğum, nikah, nikahın pozulması, övladlarının doğumu haqqında akt qeydlərinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş akt qeydlərinin surətindən müəyyən edilir ki, - X12 ilə X17 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 17 nömrəli qeyd aparılmışdır. Nikah ləğv olunduqdan sonra kişiyə “Höccətov”, qadına isə “Əskərova” soyadı verilmişdir. - X15 ilə X21 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə və arvada “Elhami” soyadı verilmişdir. - X6 doğum haqqında akt qeydində düzəliş edilərək, Soyadı Elhami, adı Fateh, ata adı Şahzad göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X2 Reyestri Xidmətinə sorğu verir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.16. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi bundan imtina edilməsi barədə bu Qaydaların 1.5ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə eyni vəziyyətdə olan qardaşı X6 doğum haqqında akt qeydində düzəliş edərək, soyadı Elhami, adı Fateh və ata adı Şahzad olmaqla dəyişdirmişdir. Buna baxmayaraq cavabdeh eyni mühüm faktiki hallara malik olan iddiaçının müraciətini kifayət qədər sənəd təqdim edilməməsi səbəbindən təmin etməmişdir. Halbuki, iddiaçının anası X18 İran İslam Respublikası vətəndaşı X16 ilə nikahda olması və X11 iddiaçının ata adının onun adına dəyişdirilməsinə dair razılıq ərizəsi verməsi işin məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında iddiaçının məhkumluğu, cinayət məsuliyyətinə cəlb edilməsi və s. barədə hər hansı məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır və cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12, 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. Bu səbəbdən iddia təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məxsus doğum haqqında akt qeydində düzəliş edilərək soyadının "Elhami", ata adının isə "Şahzad oğlu" kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh 5 saylı Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məxsus doğum haqqında akt qeydində düzəliş edilərək, soyadının "Elhami", ata adının isə "Şahzad oğlu" kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh 5 saylı Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar