Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6533/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə qarşı X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Binəqədi rayon polis idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış yeri üzrə ünvan 1 ünvanına qeydiyyata alınmaq vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar ünvan 3 ünvanda qeydiyyatda olsalar da həmin ünvanda yaşamırlar. Həmin ünvan artıq başqa bir şəxsə satılıb. Onlar hal-hazırda ünvan 4 ünvanında qeydiyyatsız yaşayırlar. Qeyd edilən ünvana dair Biləcəri Bələdiyyəsinin 301/a saylı, 06 aprel 2007-ci il tarixli torpaq sahəsinin ayrılmasına dair qərar verilmişdir. Həmin ünvan X2 məxsusdur. Həmin ünvan kommunal xidmətlərlə təchiz olunub. Torpaq sahəsinə görə vergilər ödənilir. Qeydiyyatda olduqları ünvanın sahibi tərəfindən qeydiyyatdan çıxmaqları tələb olunur. Qeydiyyata düşmək istədikləri evin sahibi onların o, evə qeydiyyata düşmələrinə etiraz etmir. İddiaçılar halhazırda yuxarıda qeyd edilən ünvana qeydiyyata düşmək istəyirlər. Bunun üçün müvafiq sənədləri toplayıb Bakı şəhəri Binəqədi rayon polis idarəsinə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi rayon polis idarəsi 04.05.2021-ci il tarixli, 059- 14164M saylı imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən iddiaçıların ünvan 6 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidirlər. Lakin yuxarıda göstərilən sənədlər Sabunçu RPİ-nin X3 təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmaları imkan xaricindədir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə iddiaçıların göstərilən ünvana cavabdeh tərəfindən qeydiyyata alınması qanuna müvafiq deyildir. Məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İddiaçılar hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədləri cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 17.05.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 24 iyun 2021-ci il tarixli 2-1(112)-6533/2021 saylı qərardadı ilə X4 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsi tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxs məhkəmə iclaslarına gəlməmişdir. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçı2 məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında qeydiyyatda olan İddiaçı2 xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuşdur. İddiaçı1 məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında qeydiyyatda olan İddiaçı1 xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 04.07.2019-cu il tarixli A-495 saylı arayışda qeyd olunmuşdur ki, X1 adına Biləcəri Bələdiyyəsinin hüdudları daxilində 06.04.2007-ci il tarixli 301/a saylı qərara əsasən fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.metr torpaq sahəsi sənədləşdirilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 301/a nömrəli 16.04.2007-ci il tarixli qərarı ilə Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə ünvan 10 ünvanında yaşayan X2 ayrılmışdır. Bakı şəhəri Biləcəri bələdiyyəsinin 301/a saylı 06.04.2007-ci il tarixli qərarı ilə X1 adına alqı-satqı yolu ilə sənədləşdirilmiş 600.0 kv. metr torpaq sahəsinin notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 12 ünvanında qeydiyyatda olan İddiaçı2 adına sənədləşdirilməsi məqsədilə Biləcəri bələdiyyə üzvləri ümumi yığıncağının 7 saylı 31.05.2021-ci il tarixli protokoluna əsasən Biləcəri bələdiyyəsinin 48 nömrəli 31.05.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Biləcəri bələdiyyəsinin 301/a saylı 06.04.2007-ci il tarixli qərarı ilə X1 adına alqı-satqı yolu ilə sənədləşdirilmiş 600.0 kv.metr torpaq sahəsinin notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 12 ünvanında qeydiyyatda olan İddiaçı2 adına sənədləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X6 və X8 ünvan 13 ünvanında qeydiyyatdadırlar. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdehin 059-14164M saylı, 04.05.2021-ci il tarixli məktubu ilə imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən iddiaçıların ünvan 6 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidirlər. Lakin yuxarıda göstərilən sənədlər Sabunçu RPİ-nin X3 təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmaları imkan xaricindədir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə iddiaçıların göstərilən ünvana cavabdeh tərəfindən qeydiyyata alınması qanuna müvafiq deyildir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon polis idarəsinin 30.08.2021-ci il tarixli 059-31621-1221 saylı məktubunda qeyd olunmuşdur ki, X5 və X8 17.01.2014-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadırlar. Qeydiyyata alınmaları barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün təqdim olunması mümkün olmamışdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçıların qeydiyyata düşmək istədiyi ünvan 1 ünvanına dair heç bir hüquqmüəyyənedici sənədləri olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə qarşı X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, ünvan 1 ünvana qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6533/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6533/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver