Məhkəmə qərarları › İş №2-1(112)-6537/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6537/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6537/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinası qanunsuz hesab edilməklə, iddiaçıya onun istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3153-3152 ünvanında inşa edilmiş (faktiki ünvan A.M.Şərifzadə küçəsi, 168A, blok 2, mənzil 7) binanın ikinci blok 7 nömrəli ümumi sahəsi 166.7 kv.m 4 otaqlı yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinası qanunsuz hesab edilməklə, iddiaçıya onun istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3153-3152 ünvanında inşa edilmiş (faktiki ünvan A.M.Şərifzadə küçəsi, 168A, blok 2, mənzil 7) binanın ikinci blok 7 nömrəli ümumi sahəsi 166.7 kv.m 4 otaqlı yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 21 iyul 2005-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3153-3152 ünvanında inşa edilmiş (faktiki ünvan A.M.Şərifzadə küçəsi 168A, blok 2, mənzil 7) binanın ikinci blok 7 nömrəli ümumi sahəsi 166.7 m2 4 otaqlı yaşayış sahəsi ona satılmışdır. Qeyd olunan mənzilin dəyərini müxtəlif vaxtlarda hissəvi şəkildə olmaqla, tam olaraq ödəmişdir. 2008-ci ildən etibarən yuxarıda qeyd olunan ünvanda yerləşən mənzildə öz ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzilə aid olan bütün kommunal xidmətlər onun adına rəsmiləşdirilmişdir və hər ay tərəfindən ödəniş olunur. İddiaçı konstitusion hüququ olan mülkiyyət hüququnun həyata keçirilməsi İlə bağlı faktiki istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3153-3152 ünvanında inşa edilmiş (faktiki ünvan A.M.Şərifzadə küçəsi 168A, blok 2, mənzil 7) binanın ikinci blok 7 nömrəli ümumi sahəsi 166.7 m2 4 otaqlı yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, 1 saylı Bakı Ərazi İdarəsinin 28 dekabr 2022-ci il tarixli **********96 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan daşınmaz əmlaka dair "xxxx" MMC tərəfindən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlərin əsilləri ilə müraciət edəcəyiniz təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxıla bilər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3153-3152 ünvanda inşa edilmiş (faktiki ünvan A.M.Şərifzadə küçəsi 168A, blok 2, mənzil 7) binanın ikinci blok 7 nömrəli ümumi sahəsi 166,7 kv.m 4 otaqlı mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının 106 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində binanın tikintisinin sifarişçisi "xxxx" MMC göstərilmişdir. İddiaçı tərəfindən idarəyə "xxxx" MMC tərəfindən təsdiq edilmiş qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənilməsi barədə sənəd (maliyyə arayışı) təqdim edilməlidir. Bundan əlavə mənzilə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin - 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddicca mümkün sayılır. - 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində keçirilmiş iclaslarına iddiaçı gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, işin halların və mübahisənin vəziyətinin müzakirə prosesində iştirak etməmiş, mübahisənin həlli üçün zəruri sənədləri (maliyyə arayışını) təqdim etməmişdir. Məhkəmə iddiaçıya 31 avqust 2023-cü il və 14 sentyabr 2023-cü il tarixlərdə xəbərdarlıq məktubu göndərməklə izah etmişdir ki, təyin edilmiş məhkəmə iclasında iştirak etmədiyi və ya qanuni nümayəndəsinin iştirakı təmin olunmadığı halda, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində göstərilən hal kimi qiymətləndiriləcəkdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinası qanunsuz hesab edilməklə, iddiaçıya onun istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3153-3152 ünvanında inşa edilmiş (faktiki ünvan A.M.Şərifzadə küçəsi, 168A, blok 2, mənzil 7) binanın ikinci blok 7 nömrəli ümumi sahəsi 166.7 kv.m 4 otaqlı yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinası qanunsuz hesab edilməklə, iddiaçıya onun istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3153-3152 ünvanında inşa edilmiş (faktiki ünvan A.M.Şərifzadə küçəsi, 168A, blok 2, mənzil 7) binanın ikinci blok 7 nömrəli ümumi sahəsi 166.7 kv.m 4 otaqlı yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar