Məhkəmə qərarları › İş №2-1(112)-6539/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6539/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6539/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən yeni binada kompensasiya olaraq iddiaçıya bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən yeni binada kompensasiya olaraq iddiaçıya bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı, 1986-cı il tarixdən 3-cü dərəcəli çilingər kimi “Bakqazmaş Zavodu" İstehsalat Birliyində (hal-hazırda "xxxx" ASC) əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrdə həmin zavodun yataqxanasında mənzillə təmin olunmuş və həmin yataqxananın 52 saylı otağında ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla 1993-cü il tarixə kimi yaşamışdır. 1993-cü ildə işdə olduğu vaxt faktiki istifadəsində olan 52 saylı otaq məcburi köçkünlər X4 və onun ailəsi tərəfindən (əşyaları mənzildə olduğu halda) zəbt edilmişdir. Mənzilin yenidən iddiaçının istifadəsinə qaytarılması üçün etdiyi bütün cəhdlər heç bir nəticə vermədi. Mübahisəli mənzilin yerləşdiyi qəzalı binanın faktiki yaşayan sakini kimi tanınmaqla həmin binanın digər sakinlərinə verilmiş kompensasiya iddiaçıya da şamil edilməli, yeni inşa edilən binada iddiaçıya bir otaqlı mənzil verilməli və bina təhvil verilənədək ona kirayə haqqı ödənilməlidir. İddiaçı dəfələrlə konstitusion hüquqlarının bərpa olunması üçün müxtəlif instansiyalara müraciət etmiş. Azərbaycan Respublikasının Birinci X5 xanım Əliyevaya ünvanladığı məktub baxılması üçün Cavabdehnə göndərilmiş, Bakı şəhər Cavabdeh müavini tərəfindən ona ünvanlanmış 20.03.2020-ci il tarixli məktubunda onun xahişinə qeyri-müəyyən cavab verilmişdir. Cavabdehə qəzalı binada faktiki yaşayan sakin kimi mənzillə təmin olunmağı barədə xahişlə 07.02.2020-ci il tarixdə müraciət etmiş, müraciətiə indiyədək heç bir cavab verilməmiş, münasibət bildirilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, bu iddia predmeti üzrə cavabdeh inzibati orqan Cavabdeh hesab edilməz. Belə ki, iddiaçının iddia ərizəsində qeyd olunduğu kimi Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən (keçmiş Bakqazmaş zavodunun yataqxanası) yataqxana binası Bakı Şəhər Mənzil-Kommunal Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Həmin binaya dair Cavabdeh tərəfindən sərəncam vermək hüququ olmamışdır. Eləcə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən iddiaçının qeydiyyatda olduğu yataqxana binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən olunmuş, bu binanın istismarının dayandırılması və orada faktiki yaşayan sakinlərin çıxarılması zəruri hesab edilmişdir. Lakin qəzalı binanın sökülüb yerində yeni binanın inşa edilməsi Cavabdeh tərəfindən həyata keçirilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsinə əsasən iddiaçının tələbi qəzalı vəziyyətdə olduğuna görə Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən yeni binada kompensasiya olaraq iddiaçıya bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı qəza vəziyyətə düşmüş yataqxana binasının sökülməsi ilə əlaqədar kompensasiya qaydasında mənzilin verilməsi tələbini həmin yataqxanada bu günədək qeydiyyatda olması ilə əsaslandırır. Lakin iddia ərizəsinə əsasən, iddiaçı yaşayış yeri üzrə sökülmüş yataqxananın ünvanında qeydiyyatda olmasına baxmayaraq göstərdiyi mənzildə faktiki 1993-cü ildən sonra yaşamamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarında göstərilmişdir: “ Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.7-ci maddəsinə əsasən, qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 85-ci maddəsinə görə, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə iddia ərizəsində göstərilənlərə əsasən müəyyən etmişdir ki, iddiaçı Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasında yaşayış yeri üzrə qeydiyyatda olsa da, 1993-ci ildən həmin ünvanda yaşamadığından yataqxananın qəzalı vəziyyətə düşməsi ilə əlaqədar köçürülməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı, 1993-cü ildən yaşamadığı, bu səbəbdən Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasında olan qeydiyyatı formal olduğundan, cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən yeni binada kompensasiya olaraq iddiaçıya bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən yeni binada kompensasiya olaraq iddiaçıya bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar