Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-654/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 540) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə ediməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3194/2020 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2005-ci il tarixindən iki barmağın amputasiya olması, mədə və bağırsağın xora xəstəliyi səbəbindən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Son 7 aydır ki, ondan əlillik dərəcəsi geri alınmışdır. Cavabdeh orqana əlillik dərəcəsinin yenidən bərpa olunması və hansı səbəblərdən dolayı ondan geri alınması barədə müraciət etsə də, cavabdeh orqan əsassız və qanunsuz olaraq əlilliyin təyinində ağırlaşma olmadığına görə əlilliyin verilməsindən imtina edildiyini göstərmişdir. Qeyd edir ki, səhhətində olan problemlər heç də, düzəlməmiş, iki barmağının amputasiya olması, mədə və onikibarmaq xora xəstəliyi nəticəsində səhhətindəki problemlər daha da, ağırlaşmış və vəziyyəti daha da, kəskin hal almışdır. Hal-hazırda da, müayinə və müalicələri davam etdirilir. Hesab edir ki, əlillik dərəcəsinin bərpa edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam ndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edilərək, bildirilmişdir ki, İddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassızdır. Belə ki, sənədlərin təhlilinə əsasən müəyyən olunmuşdur ki, Sədaqət Qaraçabanovanın xx.xx.2005-ci il tarixdə ilkin qiymətləndirilməsi keçirilərək ona ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti illərdə də, qiymətləndirmə aparılaraq ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyi təyin edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2014-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və bir il müddətinə ikinci dərəcə əlilliyin təyini ilə bağlı qərar verilmişdir. TSEK-də müayinə iclaslarının protokolu jurnalında İddiaçı müayinəsi 2832 sayla protokollaşdırılmış və orada da, xx.xx.2014-cü il tarixdə təkrar müayinə zamanı şəxsə ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qeyd aparılmışdır. Qeyd edilən müayinə Nazirliyin Mərkəzi Elektron X1 altsisteminə xxxxxxx0001 saylı müayinə aktı ilə daxil edilmiş və Əlillik altsistemində də İddiaçı əlillik müddəti bir il göstərilmişdir. İddiaçı əlillik vəziyyəti “Əlillik altsistemi”ndə ikinci dərəcə, ümumi səbəbdən, bir il müddətinə (xx.xx.2014-xx.xx.2015-ci il tarixə kimi) yazılsa da, SER TSE-01 № 452516 seriyalı arayışda əlillik müddəti sonradan düzəliş edilərək müddətsiz göstərilmişdir. Bununla bağlı, 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş qərarın əsaslılığının araşdırılması məqsədilə İddiaçı xx.xx.2019-cu il tarixdə əyani müayinə olunmuş, hazırki vəziyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq İİ (ikinci) dərəcə əlillik təyinatına əsas verən hal (ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi) aşkar edilmədiyinə görə İddiaçı əlillik təyin edilməmişdir. Belə ki, əsas diaqnoz kimi göstərilmiş “12 barmaq bağırsağın xora xəstəliyi”nin əlillik təyinatına əsas ola bilən ağırlaşmaları (ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsinin əlamətləri – davamlı kəskin anemiya, çəkinin defisiti) aşkar edilmir, eləcə də, bir əldə 2 barmağın olmaması əlilliyin təyininə əsas vermir. Buna görə də, kollegial müzakirə nəticəsində xəstədə aşkar olunan hər iki patologiyanın əlillik təyinatına əsas verməməsi barədə qərar verilmiş və tam reabilitasiya olunmuşdur. Qeyd edir ki, şəxsdə xora xəstəliyinin olması öz özlüyündə əlilliyin təyininə əsas vermir, bu xəstəliyin əlilliyin təyininə əsas verən ağırlaşmaları isə əyani müayinə zamanı müəyyən edilə bildiyindən və müaynə zamanı iddiaçının sağlamlıq vəziyyətində qeyd edilən ağırlaşmalar aşkar olunmadığından xəstənin əlavə instrumental müayinəyə göndərilməsinə zərurət olmamışdır. Əyani müayinədə iddiaçının əlilliyinin tam reabilitasiya edilməsi qərarı əsaslıdır. Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyindən iddiaçının tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, əlilliyin təyinində ağırlaşma olmadığına görə əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi ilə xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və tam reabilitasiya qərarı verilmişdir. Gələcəkdə səhhətində ağırlaşma əmələ gələrsə, o, səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra göndəriş (Forma 88) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İşdə olan inzbibati icraat materiallarının surətindən görünür ki, İddiaçı xx.xx.2005ci il tarixdə ilkin qiymətləndirilməsi keçirilərək ona ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və bir il müddətinə ikinci dərəcə əlilliyin təyini ilə bağlı qərar verilmişdir. TSEK-də müayinə iclaslarının protokolu jurnalında İddiaçı müayinəsi 2832 sayla protokollaşdırılmış və orada da, xx.xx.2014-cü il tarixdə təkrar müayinə zamanı şəxsə ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qeyd aparılmışdır. Qeyd edilən müayinə Nazirliyin Mərkəzi Elektron X1 altsisteminə xxxxxxx0001 saylı müayinə aktı ilə daxil edilmiş və Əlillik altsistemində də İddiaçı əlillik müddəti bir il göstərilmişdir. İddiaçı əlillik vəziyyəti “Əlillik altsistemi”ndə ikinci dərəcə, ümumi səbəbdən, bir il müddətinə (xx.xx.2014-xx.xx.2015-ci il tarixə kimi) yazılsa da, SER TSE-01 № 452516 seriyalı arayışda əlillik müddəti müddətsiz göstərilmişdir. Bununla bağlı, 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş qərarın əsaslılığının araşdırılması məqsədilə İddiaçı xx.xx.2019-cu il tarixdə əyani müayinə olunmuş və bununla bağlı həmin tarixli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın təkrar qiymətləndirilməsi” Protokolu tərtib edilmişdir. Həmin Protokolda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeyd olunan İddiaçı əlillik vəziyyəti Əlillik altsistemində ikinci dərəcə, ümumi səbəbdən bir il müddətinə (xx.xx.2014-xx.xx.2015-ci il tarixə kimi) salınmışdır. Lakin, TSE-01 № 452516 seriyalı arayışda xx.xx.2015-ci il tarix, ümumi səbəb, müddətsiz, ikinci dərəcəli əlillik qeyd edilmişdir. Bu səbəbdən də, xx.xx.2019-cu il tarixdə aparılan əyani müayinə zamanı İddiaçı tibbi sənədlərində qeyd edilmiş (12 b/b xora xəstəliyi.sağ əlin 2-3 barmaqlarının falanqa səviy amputasiyası.) mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq İİ (ikinci) dərəcəli əlillik təyinatına əsas verən hal aşkar edilmədiyinə görə İddiaçı əlillik təyin edilmədiyi müəyyən olunmuş və xx.xx.2019cu il tarixli İİ (ikinci) dərəcə əlillik tam reabilitasiya edilərək, müayinənin nəticəsinin altsistemə daxil edilməsi qərara alınmışdır. Həmin protokola qoşma şəklində müayinə aktı əlavə edilmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı protokolda göstərilən hallar müayinə aktında öz əksini tapmışdır. Beləliklə məhkəmə araşdırması zamanı, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli əyani müayinə zamanı İddiaçı tibbi sənədlərində qeyd edilmiş (12 b/b xora xəstəliyi.sağ əlin 2-3 barmaqlarının falanqa səviy. amputasiyası) sağlamlıq vəziyyəti ilə mövcud sağlamlıq vəziyyəti eynilik təşkil etmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq İİ (ikinci) dərəcəli əlillik təyinatına əsas verən hal aşkar edilmədiyinə görə İddiaçı əlillik təyin edilməməsi barədə cavabdehin gəldiyi tam reabilitasiya edilməsi qərarı əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməsi hazırki iş üzrə məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.1.-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi sosial ekspertiza xidməti tibbi sosial ekspert komissiyaları (bundan sonra- TSEK) tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 3.1.1-ci bəndinə əsasən əlilliyi qiymətləndirmək TSEK-in vəzifələrinə aid edilmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarının 2.2-ci bəndinə əsasən İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi hazırki iş üzrə, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret istisna edən faktiki şərtlərin mövcudluğu ərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkəsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-654/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-654/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver