Məhkəmə qərarları › İş №2-1(112)-6544/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6544/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6544/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan, 29.12.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 29.12.2013-cü il tarixdən hal-hazıradək ona ödənilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni 29.12.2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 29.12.2013-cü ildən hal-hazıradək ona ödənilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-cı ildə anadan olmuş İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) 24 fevral 2021-ci il tarixində ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.Azərbacyan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 07 aprel 2021-ci il, № **********1 nömrəli cavab məktubuna əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi bildirilmişdir.İmtina məktubu onunla əsaslanmışdır ki, guya onun stajının və işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan vermir. “Neft Daşları” NQÇİ-nin Dəniz neft-mədən hidrotexniki qurğuların istismar-təmir sexinin rəisi vəzifəsinin təlimatından da görünür ki, rəisin vəzifələri HQ-nın istismarı və xidməti qaydaları haqqında əsasnamənin müddəalarının yerinə yetirilməsinə nəzarət, HQ-ın vaxtında yoxlanması, təmir və profilaktiki işlərin görülməsindən, quyuüstü avadanlıqların və texnoloji boru kəmərlərin etibarlı quraşdırılması və təmirindən ibarətdir. Sexin vəzifəsi isə Neft və qazçıxarma üzrə X4 və estakadalarda dəniz neft hidrotexniki qurğuların normal istismarını təmin etməkdən, “Hidrodənizneftqaz” insitutunun tərtib etdiyi normativ sənədlər əsasında, DDÖ-nin istismarı və təmiri üzrə əsasnamə əsasında qaydalara nəzarəti həyata keçirmək, mühafizə çəpərlərinin, gəmi yanalma meydançalarının, çıxıb-düşmə pilləkənlərinin, metal örtüklərin təmiri, quyuların lülələrinin neft dayaq xətlərinin bərkidilməsi, quyu ətrafı deşiklərin bağlanması üzrə işləri vaxtlı-vaxtında həyata keçirməkdən ibarətdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısının 10-cu bölməsinin 1100000b—24125 nömrəli bəndində quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri; 1100000b—24125 nömrəli bənddə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Onun 29.12.2013-cü ildən, yəni 52 yaşından etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-Təhsil Müəssisənin 6 nömrəli Bakı Peşə Məktəbinin 03.02.2021-ci il tarixli arayışından və həmin məktəb tərəfindən verilən 3942 nömrəli attestatdan görünür ki, 01.09.1979-cu il tarixdən 21.07.1980-ci il tarixə qədər 23 nömrəli Texniki Peşə Məktəbində dülgər ixtisası üzrə əyani təhsil almışdır. Ona məxsus 041167 nömrəli hərbi biletin surətindən də görünür ki, 07.05.1980-ci il tarixdən 15.05.1982-ci il tarixə qədər hərbi xidmətdə qulluq etmişdir. Ona məxsus ******* nömrəli əmək kitabçasından da göründüyü kimi 07 iyul 1982-ci il tarixində 169 nömrəli əmr ilə Qazax rayonu, Səməd Vurğun adına Çaxır sovxozunda 3-cü şöbəsinə fəhlə kimi işə qəbul olunmuşdur. Moskva Mühəndis-Tikinti İnstitutunun 08.02.2021-ci il tarixli arxiv arayışından görünür ki, 08 dekabr 1982-ci il 290 nömrəli əmr ilə təhsil almağı ilə bağlı öz istəyi ilə işdən çıxmışdır. Elə həmin tarixdə Moskva Mühəndis-Tikinti İstitutunun gündüz hazırlıq şöbəsinə 1330 nömrəli əmr ilə qəbul olunmuş, həmin şöbəni 01 sentyabr 1983-cü ildə bitirərək İnstitutun 1-ci kursuna qəbul olunmuş və 30 iyun 1988-ci ildə həmin İnstitutu bitirmiş və o, İnstitutun hərbi kafedrası tərəfindən 161 saylı, 20.06.1988-ci il tarixli əmr ilə leytenant rütbəsi verilmişdir. İnstitutda oxuduğu vaxt ərzində 21 avqust 1985-ci ildən 28 sentyabr 1985-ci ilədək həmin İnstitutun tələbə şəhərciyində çilingər vəzifəsində işləmişdir. Socar “Azneft” İstehsalat Birliyi “Neft Daşları" Neft və qazçıxarma idarəsi tərəfindən 28.01.2021-ci il tarixli arxiv arayışından da görünür ki, 03 sentyabr 1988-ci ildə Sov.İKP-nin XXİİ qurultayı adına NQÇİ İdarəetmə aparatının Hidrotexniki qurğular üzrə istehsalat şöbəsində 2-ci kateqoriya mühəndis vəzifəsinə, 16 avqust 1989-cu ildə həmin şöbənin 1-ci kateqoriya mühəndisi, daha sonra 02 aprel 1990-cu il tarixdə həmin şöbədə rəis müavini və 11 aprel 1991-ci ildə həmin İdarənin Hidrotexniki qurğuların istismarı və təmiri sexinin rəisi vəzifəsinə təyin edilmişdir. 23 may 2001-ci ildə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə müqavilə bağladıqda) işdən edilmişdir. 24 may 2001-ci il tarixində № 100-k nömrəli əmr ilə “Xəzərdənizneftqaztikinti” trestində İstehsalat xidmətinə istehsalat üzrə Baş mütəxəssisin müavini vəzifəsinə qəbul edilmişdir. 03 may 2002-ci il tarixində “Xəzərdənizneftqaztikinti” trestindən başqa işə keçməyi ilə əlaqədar öz təşəbbüsü ilə işdən azad edilmiş və 08 may 2002-ci ildə №110-k nömrəli əmr ilə AR İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi departamenti səhmdarlarının birinci ümumi yığıncağı çağırılanadək "xxxx" ASC idarə heyətinin sədri vəzifəsinə təyin edilmiş və 23 yanvar 2003-cü ildə öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. 15 may 2003-cü ildə 8-12/50 saylı sərəncam ilə “Azərneftyanacaq” X7 idarə aparatının tikintiyə və təmirə nəzarət şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmiş və 10 may 2006cı ildə 8-12/83 saylı sərəncam ilə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən əmək kontraktı ləğv edilib. Eyni tarixdə 4201К saylı əmr ilə “Xəzərdənizneftqaztikinti” trestində İxtisaslaşmış Təmir-Tikinti İdarəsinə rəis vəzifəsinə qəbul edilmiş və 14 mart 2007-ci ildə 51 saylı əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin adı dəyişdirilərək “Neftqaztikinti” tresti adlandırılmış və hüquqi forması ARDNŞ-nin birbaşa tabeliyinə verilmişdir. 28 sentyabr 2009-cu il tarixdə həmin vəzifədən AR ƏM-nin 69.3-cü maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. 29 sentyabr 2009-cu il tarixdə 241-K nömrəli əmr ilə ARDNŞ-nin “Azəri qaz” İstehsalat Birliyinin təmir-tikinti idarəsinin rəisi vəzifəsinə təyin edilmiş və 12 aprel 2017-ci il tarixdə AR ƏM-nin 69.3-cü maddəsi ilə əmək müqaviləsi ləğv edilib. 13 aprel 2017-ci il tarixdə № 20B00049 nömrəli əmri ilə “SOCAR”-ın Heydər Əliyev adına “Bakı Dərin Özüllər” Zavodunun direktoru vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə işləyir. Onun ümumi iş stajı 23 il 5 ay 10 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarına əsasən əmək stajı üzrə 11 il 10 ay 12 gün qanunda sözügedən əmək şəraitinə görə güzəştli şərtlər olan işlərdə çalışmışdır.Həmin işlərdə uzunmüddətli (10 ildən artıq) stajı olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 18 avqust 1982-ci il tarixli ПТ-İ ******* nömrəli əmək kitabçasında 02.04.1990-11.04.1991-ci il tarixləri arasındakı dövr ərzində “Neft Daşları” NQÇİ-də İdarəetmə aparatının Hidrotexniki qurğular üzrə istehsalat şöbəsinin rəis müavini, 11.04.1991-23.05.2001-ci il tarixləri arasındakı dövr ərzində Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexində sex rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifələr yuxarıda qeyd olunan operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017- ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyi xahiş etmişlər. İş üzrə şifahi məhkəmə baxış iclası 21 dekabr 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı tərəfindən İddiaçı ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında 07 aprel 2021-ci il tarixli **********1 №-li məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 18 avqust 1982-ci il tarixli ПТ-İ ******* nömrəli əmək kitabçasında 02.04.1990-11.04.1991-ci il tarixləri arasındakı dövr ərzində “Neft Daşları” NQÇİ-də idarəetmə aparatının Hidrotexniki qurğular üzrə istehsalat şöbəsinin rəis müavini, 11.04.1991-23.05.2001-ci il tarixləri arasındakı dövr ərzində Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexində sex rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - ГЗ №-li 041167 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 07.05.1980- 15.06.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. - SOCAR “X3 “Neft Daşları” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş 28.01.2021-ci il tarixli arxiv arayışından görünür ki, “Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1988-2001-ci illər üçün əmək haqlarının şəxsi hesablarında, 1988-ci il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1961-ci il tarixdə anadan olmuş, İddiaçı bu müəssisədə işləməsi barədə aşağıdakı məlumatlar mövcuddur: 03.09.1988-16.08.1989-cu illərdə Sov.İKP-nin XXİİ qurultayı adına NQÇİ, İdarə etmə aparatının Hidrotexniki qurğuları üzrə istehsalat şöbəsində mühəndis (İİ kateqoriya üzrə), 16.08.1989-02.04.1990-cu illərdə Sov. İKP-nin XXİİ qurultayı adına NQÇİ, İdarəetmə aparatının Hidrotexniki qurğuları üzrə istehsalat şöbəsində mühəndis (İ kateqoriya üzrə), 02.04.1990-11.04.1991-ci illərdə Sov.İKP-nin XXİİ qurultayı adına NQÇİ, İdarəetmə aparatının Hidrotexniki qurğuları üzrə istehsalat şöbəsində rəis müavini və 11.04.1991-23.05.2001-ci illərdə Sov.İKP-nin XXİİ qurultayı adına NQÇİ, Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexi (şifr 1100000b-24125) sex rəisi vəzifələrində işləmişdir. İddiaçı 11.04.1991-ci il tarixindən 23.05.2001-ci il tarixinədək Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexinin rəisi vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar (16.05.2001-ci ilin 43-k N-li əmrinə əsasən) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarındakı istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısının X bölməsinin 2b yarımbölməsinə əsasən sex rəisi vəzifəsində güzəştli şərtlərlə iş stajı – 10 il 1 ay 12 gün təşkil edir. “Azerineft” Dövlət Konsernin “Xəzərdənizneftqaz” İB-nin 14.05.1992-ci il tarixli 183 saylı əmri ilə Sov.İKP-nin XXİİ qurultayı adına NQÇİ 14.05.1992-ci il tarixdən “Neft Daşları” NQÇİ (Neft və Qazçıxarma İdarəsi) adlandırılıb. - Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi 6 №-li Bakı Peşə Məktəbi tərəfindən verilmiş 96 №-li 03.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 01.09.1979-cu il tarixdən 21.07.1980-ci il tarixə qədər 23 №-li (ГПТУ) Texniki Peşə Məktəbində dülgər ixtisası üzrə əyani təhsil almışdır. - İddiaçı məxsus ПТ-İ ******* nömrəli, 18.08.1982-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 07.07.1982-28.09.1985, 03.09.1988-23.01.2003cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin 15.05.2003-cü il tarixdən halhazıradək işləyir. - Məhkəmə sorğusuna cavab olaraq, SOCAR “Azneft” İB “Neft Daşları” NQÇİ tərəfindən verilmiş “Məktubun cavablandırılması haqqında” məktubdan görünür ki, “Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1988-2001-ci illər üçün əmək haqlarının şəxsi hesablarında, 1988-ci il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1961-ci il tarixdə anadan olmuş, İddiaçı bu müəssisədə işləməsi barədə aşağıdakı məlumatlar mövcuddur: 03.09.1988-16.08.1989-cu illərdə Sov.İKP-nin XXİİ qurultayı adına NQÇİ, İdarə etmə aparatının Hidrotexniki qurğuları üzrə istehsalat şöbəsində mühəndis (İİ kateqoriya üzrə), 16.08.1989-02.04.1990-cı illərdə Sov. İKP-nin XXİİ qurultayı adına NQÇİ, İdarəetmə aparatının Hidrotexniki qurğuları üzrə istehsalat şöbəsində mühəndis (İ kateqoriya üzrə), 02.04.1990-11.04.1991-ci illərdə Sov.İKP-nin XXİİ qurultayı adına NQÇİ, İdarəetmə aparatının Hidrotexniki qurğuları üzrə istehsalat şöbəsində rəis müavini və 11.04.1991- 23.05.2001-ci illərdə Sov.İKP-nin XXİİ qurultayı adına NQÇİ, Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexi (şifr 1100000b-24125) sex rəisi vəzifələrində işləmişdir. - SOCAR “Azneft” İB “Neft Daşları” NQÇİ tərəfindən verilmiş 07.10.2021-ci il tarixli məktuba cavab barədə məktubundan görünür ki, İddiaçı 11.04.1991-ci il tarixindən 23.05.2001-ci il tarixədək (10 il 1 ay 12 gün) Dəniz Neft-Mədən Hidrotexniki qurğularının istismarı və təmiri sexinin rəisi vəzifəsində işləmişdir. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Sov. İKP-nin XXİİ qurultayı adına NQÇİ-nin Dəniz Neft-Mədən Hidrotexniki qurğularının istismarı və təmiri sexinin rəisi vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarındakı istehsalatların, işlərin, peşələrin və göstəricilərin 1 №-li siyahasının bölməsinin 2.b. yarım bəndinə (şifr-1100000B-24/125) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri kateqoriyasına aiddir. Bununla yanaşı həmin vəzifə üzrə peşə vəzifə təlimatında neft-mədən sahələrində təmir və profilaktika işlərinin görülməsi, quyu üstü avadanlıqların və texnoloji boru kəmərlərin etibarlı quraşdırılması və təmiri işlərindən ibarətdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, 29.12.2013-cü il tarixdə 52 yaşı tamam olmuşdur. İddiaçı ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının işlədiyi 02.04.1990-11,04.1991-ci il tarixləri arasındakı dövr ərzində “Neft Daşları” NQÇİ-də İdarəetmə aparatının Hidrotexniki qurğular üzrə istehsalat şöbəsinin rəis müavini və 11.04.1991-23.05.2001-ci il tarixləri arasındakı dövr ərzində Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexində işlədiyi sex rəisi vəzifələrinin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun olmadığını əsas gətirərək, iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İnzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddianın mahiyyəti: Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün təhsil, hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsas ən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçininəmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 10 il xüsusi iş stajına malik olub - oİmamasıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan iş stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 01.09.1979-cu il tarixdən 21.07.1980-ci ilə qədər 23 nömrəli Texniki Peşə Məktəbində “dülgər” ixtisası üzrə əyani təhsili almışdır. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Həmçinin iddiaçıya əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də iş stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü də nəzərə alınmaqla 20 ildən artıq ümumi iş stajı movcuddur. Bundan əlavə Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyin olunması üçün 2-ci element güzəştli iş stajının mövcud olmasıdır. Bunun üçün iddiaçının 01.01.2006-cı ilədək güzəştli iş stajının olub-olmaması aydınlaşdırılmalıdır. Əmək kitabçasından görünür ki, iddiaçı 11.04.1991-23.05.2001-ci illərdə Dəniz neftmədən hidrotexniki qurğuların istismarı və təmiri sexində işlədiyi sex rəisi vəzifəsində işləmişdir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısının 10-cu bölməsindən («Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı») görünür ki, neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri (1100000b—24125) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçının 11.04.1991-23.05.2001-ci illərdə Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexində işlədiyi sex rəisi vəzifəsinin Siyahıda qeyd edilən vəzifələrlə eynilik təşkil edib-etməməsi, həmçinin vəzifələrin funksiyaları barədə ətraflı məlumat verilməsi məqsədilə SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsinə sorğu göndərilmiş və sorğuya cavabda bildirilmişdir ki, iddiaçı 11.04.1991-ci il tarixindən 23.05.2001-ci il tarixədək (10 il 1 ay 12 gün) Dəniz Neft- Mədən Hidrotexniki qurğularının istismarı və təmiri sexinin rəisi vəzifəsində işləmiş və Sov. İKP-nin XXİİ qurultayı adına NQÇİ-nin Dəniz Neft-Mədən Hidrotexniki qurğularının istismarı və təmiri sexinin rəisi vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarındakı istehsalatların, işlərin, peşələrin və göstəricilərin 1 №-li siyahasının bölməsinin 2.b. yarım bəndinə (şifr-1100000b-24/125) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri kateqoriyasına aiddir. Bununla yanaşı həmin vəzifə üzrə peşə vəzifə təlimatında neftmədən sahələrində təmir və profilaktika işlərinin görülməsi, quyu üstü avadanlıqların və texnoloji boru kəmərlərin etibarlı quraşdırılması və təmiri işlərindən ibarətdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı üzrə vəzifədə 10 ildən artıq işləyərək, xüsusi iş stajını toplamışdır. Beləliklə, tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər 20 ildən artıq ümumi və 10 ildən artıq güzəştli iş stajı mövcuddur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hər iki hal-ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 29.12.2013-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, 29.12.2013-cu il tarixdən hal-hazıradək hesablanıb ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə 24.02.2021-ci il tarixdə (iş materiallarında olan “imtina məktubu"na əsasən) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 24.02.2018-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı da iddiaçının daha əvvəllər pensiya təyini üzrə müraciət etməməsinin səbəbləri araşdırılmış, hər hansı bir üzürlü səbəbin olması aşkar edilməmişdir. İş materiallarından aydın olur ki, iddiaçının ilkin müraciəti 24.02.2021-ci il tarixdə olmuşdur. Belə olan halda 24.02.2018-ci -ci ildən pensiya fərq məbləği qanunvericliklə müəyyən olunmuş qaydada aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Beləliklə, Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya pensiya hüququ yarandığı 29 dekabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (24.02.2021) geriyə 3 il üzrə yəni, 24.02.2018-ci il tarixindən pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı pensiya hüququ yarandığı 29 dekabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (24.02.2021) geriyə 3 il üzrə yəni, 24.02.2018-ci il tarixindən pensiya məbləğinin hesablanıb ona hissəhissə ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar