Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6544/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyinin bərpa edilməsi meyarı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu ildə Fizuli rayonunda anadan olmuşdur. 1991-ci ildə könüllü olaraq Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştiral etmək üçün Fizuli rayon Hərbi Komisarlığına müraciət edərək müddətdən artıq hərbi qulluqçu kimi N saylı hərbi hissənin N batalyonunda hərbi xidmətə başlamış, döyüş əməliyyatlarında iştirak etmişdir. 1994-cü ildən Ordu sıralarından təxris olunmuşdur. Müharibə veteranıdır. 2011-ci il 13.04 tarixindən onaə İİ qrup əlillik təyin edilmiş, səbəb Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. xx.xx.1993-cü ildə aldığım yaralanma diaqnozu: sağ çənəaltı nahiyədən sağ ağ ciyərin kökünə nüfuz edən kor qəlpə yaralanması, sağ ağ ciyərin kökünün yad cismi (metal, qəlpə), funksiyasmın mühüm dərəcədə pozulması ilə, nə səbəbə ki, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə (Hosbitalda) müayinə və müalicə almışdır. Xəstəliyi ilə əlaqədar Ordu sıralarından təxris olunmuşdur. Həmin ildə ona İİ qrup əlillik verilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər nəticəsində alınmış travma ilə əlaqədar. Lakin 2021-ci ildən ona verilmiş əlillik dərəcəsi dayandırılmış, səbəbi isə məlum deyil, dəfələrlə müayinə və müalicə olmağına baxmayaraq ona imtina verilir. 2021-ci ildən əlilliyi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ona qeyri-qanuni olaraq imtina edir, xəstəliyini dəqiq qiymətləndirmir. xx.xx.2023-cü ildə o, Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2-1(112)-1468/2024 qərarından xx.xx.2024-cü il tanxli qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, sonra isə xx.xx.2024-cü il tarixində əlilliyin təyin olunması ilə əlaqədar həmin şikayəti geri götürmüşdür. Ona isə ümumi əlillik təyin olunmuşdur. Bunu o, xx.xx.2024-cü ildə 3-17- 1/2-A-294729/2024 nömrəli cavab məktubunu alanda bilmişdir. Cavabdeh iddia tələbinə qarşı vəsatət təqdim edərək iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1468/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Agentlik apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı xx.xx.2021-ci il tarixli, 0230003AALHY nömrəli, xx.xx.2021-ci tarixli, 0230003AAMHT nömrəli, xx.xx.2022-ci il tarixli, 0230003AASWV nömrəli, xx.xx.2023-cü il tarixli, E00079522CZR nömrəli göndərişlərdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən inzibati icraat aparılması üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmişdir. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olundunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçının özünün də iştirak etdiyi məhkəmə iclasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin tarixdən sonra iddiaçı nə məhkəmə qərardadından yuxarı instansiyaya şikayət vermiş, nə də yeni iddia ilə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli iclasda iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçının diqqətinə çatdırıldı. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik təyin edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1468/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının əyani müayinə olunması üçün cavabdehə vaxt təyin edilmişdir. Məhkəmə qərardadına əsasən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq iddiaçıya xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının tələbinin cavabdeh tərəfindən təmin edilməsi əsası ilə iş üzrə icraata xitam verilmişdir. Hazırkı iddia ərizəsində iddiaçı əlilliyinin bərpa edilməsini xahiş edir. İddia ərizəsinin məmzunundan və iddiaçının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, iddiaçının hüquqi marağı ona ümumi səbəbdən təyin edilmiş əlilliyin səbəbi əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” ilə dəyişdirilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlillik məhkəmə qərarı ilə təyin edildiyindən iddiaçı hüquqi marağına həmin qərardaddan razı olmadığı halda kassasiya şikayəti vermək, əlilliyin səbəb əlaqəsinin ümumi yaxud “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” olub-olmamasına dair həmin məhkəməyə məhkəmə qərarına izah verilməsinə dair ərizə ilə müraciət etmək, məhkəmə qərarının məcburi icrasını tələb etmək kimi hüquqları vardır. Əgər iddiaçının həmin iş üzrə iddia tələbinin və məhkəmə araşdırmasının predmetini iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” olması təşkil etməmişdirsə, basşqa sözl həmin icraat çərçivəsinə iddiaçının əlilliyini səbəb əlaqəsinin müəyyən ediməsi dair araşdırma aparılmayıbsa, o zaman iddiaçı cavabdehə müraciət edərək ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin ümumi səbəbdən xüsusi səbəbə, yəni “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliy”ə dəyişdirilməsini xahiş etməli, müraciəti cavabdeh orqan tərəfindən təmin olunmadığı halda isə, hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmalıdır. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciəti mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Nəticə etibarı ilə məhkəmə iddiaçıya izah edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına izah verilməsi, həmin qərardaddan razı olmadığı halda qərardaddan kassasiya şikayəti verməsi hüququ uzah olunur. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə qərarına izah verilməsi nəticəsində həmin iddia tələbinin və məhkəmə araşdırmasının predmetini əlilliyin səbəb əlaqəsinin yoxlanılması təşkil etməməsi müəyyən edildiyi təqdirdə, hazırkı iddia tələbi ilk növbədə cavabdeh orqana müaraciət etməli, müraciətindən imtina olduğu təqdirdə, hazırkı iddia tələbi məhkəməyə müraciət etməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6544/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6544/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver