Məhkəmə qərarları › İş №2-1(112)-6545/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6545/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6545/2022 02.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1 Cavadehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli **********8 saylı qərarın cavabdeh şəxslərə yönəldilməsi və xx.xx.2021-ci ildən, xx.xx.2021-ci il tarixinə kimi 7 aylıq fərqin (hər aya 34 manat olmaqla) ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehin 24 yanvar 2022-ci il tarixli **********8 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin inzibati məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən xx.xx.2008-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı yuxarıda qeyd olunan qanunun tələblərinə uyğun olaraq 2016-cı ilin sonlarında toplanmış pensiya kapitalının qanuna müvafiq qaydada əmək pensiyamın üzərinə əlavə olunması barədə Nərimanov rayon DSMF-nə müraciət etmişdir. Nəticədə onun aldığı əmək pensiyası artırılaraq 380 manat məbləğində təyin edilmişdir. 03 iyun 2021-ci il tarixindən yaşı ilə əlaqədar olaraq işdən azad olunmuşdur. Lakin 2021-ci ilin iyun ayına kimi işlədiyi dövr üzrə aldığı əmək haqqının sığorta hissəsi şəxsi kabinetində oturmadığı səbəbindən, toplanmış pensiya kapitalının əmək pensiyasının üzərinə gəliməsi üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə ərizə ilə müraciət etmişdir. Cavabdeh 08 fevral 2022-ci il tarixli, ********** saylı cavab məktubunda qeyd olunmuşdur ki, pensiyası yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək nəzərə alınmalı olduğu halda xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək nəzərə alınmışdır. Nəticədə xx.xx.2017- ci il tarixindən xx.xx.2021 -ci il tarixinədək pensiyasını məbləği 310,72 manat artıq hesablanıb ödənilmişdir. Bu səbəbdən xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 310,72 manat məbləğində vəsait bölünərək sizin aylıq əmək pensiyanızdan tutulmaqla Fondun hesabına bərpa olunacaqdır. Bu vəsaitin onun pensiyasından tutulmasına qəti etiraz etmişdir. Bu məbləğ cavabdeh şəxslərdən tutulmalıdır. Həmin dövrdən 5 ildən artıq vaxt keçib, iddiaçı bildirir ki, artıq pul hesablanmasını onlardan xahiş etməmişdir. Eyni zamanda bildirmişdir ki, Cavabdeh 08 fevral 2022-ci il tarixli, ********** saylı cavab məktubunda qeyd olunur ki, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********8 saylı qərarı ilə ona təyin edilmiş əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 414,40 manata çatdırılmışdır. Lakin xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinə kimi 7 aylıq fərqin ( hər aya 34 manat olmaqla) ona nə vaxt ödəniləcəyi barədə heç bir məlumat qeyd edilməmişdir. İddiaçı hesab edir ki,ona qarşı ədalətsiz mövqe tutulmuşdur və artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərar ona şamil edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Məhkəmə iclasında iştirak edən iddiaçının səlahiyyətli nümayəndəsi İ.Abidov iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi A.Ağayeva iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır, iddiaçının müraciətinin araşdırılması zamanı xx.xx.2017-ci il tarixdən pensiya yenidən hesablanarkən pensiya kapitalının düzgün müəyyən edilməməsi nəicəsində əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. Nəticədə xx.xx.2017-xx.xx.2021-ci il tarixədək 310,72 manat artıq ödəmə müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1ci maddəsinə əsasən inzibati orqanlar inzibatı akt qəbul etmək səlahiyyətinə malikdirlər. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********8 nömrəli iddiaçının pensiya məbləğinin xx.xx.2021-ci il tarixdən 414,40 manat müəyyən olunması, artıq ödənilmiş 310,72 manat məbləğin onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi barədə Qərar qəbul etmişdir. Bununla əlaqədar bildiririk ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, həmçinin məhkəmələrdə formalaşmış hüquqi mövqeyə görə inzibati orqan təsnifatına aid edilən Cavabdeh tərəfindən 'artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında" qərar qəbulu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67ci maddəsinin tələbləri çərçivəsində inzibati orqanın özünün səlahiyyətindədir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərarlar icra sənədi qüvvəsinə malikdir, inzibati akt əsasında tərtib olunmuş qərarların icrası isə qanunvericiliyin tələblərinə əsasən icra məmurları tərəfindən həyata keçirilir. Bu kateqoriyadan olan işlər üzrə məhkəmə qərarı tələb olunmur. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqq- ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- iddiaçının xx.xx.2022-ci il tarixli, **********5 saylı “ Artıq ödənilmiş pensiyası məbləğinintutulması haqqında” cavabdehə ünvanlanmış məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2008-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd edilən maddənin tələblərinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində pensiya hüquququ yaranan xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək qeydə alınmış 9973,78 manat, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 3869,40 manat pensiya kapitalınıza uyğun olaraq Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********8 saylı “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə pensiya məbləği cədvəldə göstərilən qaydada yenidən hesablanmışdır:

S/s Təyin olunma tarixi Son tarix Məbləğ (manatla) (manatla) Hesablanmayadək Hesablandıqdan sonra 1 xx.xx.2017 xx.xx.2017 olan 259,05 255,04 2 xx.xx.2018 xx.xx.2018 273,82 269,57 3 xx.xx.2019 xx.xx.2019 292,73 277,66 4 xx.xx.2020 xx.xx.2020 341,32 323,75 5 xx.xx.2021 xx.xx.2021 380,23 360,66 6 xx.xx.2021 xx.xx.2021 380,23 414,40

xx.xx.2017-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçının pensiyası yenidən hesablanarkən pensiya kapitalının düzgün müəyyən edilməməsi nəticəsində əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixindən pensiyanın yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək nəzərə alınmalı olduğu halda xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək nəzərə alınmışdır. xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək pensiyanın məbləği 310,72 manat artıq hesablanıb ödənilmişdir. Bu səbəbdən xx.xx.2017ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 310,72 manat məbləğində vəsait bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulmaqla Fondun hesabına bərpa olunacağı bildirilmişdir. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********8 saylı qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 414,40 manata çatdırılmışdır. - Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən cavadeh inzibati orqanın xx.xx.2022-ci il tarixli “pensiya işinə dair sənədlərin göndərilməsi haqqında” məktubu ilə İddiaçı məxsus 006894 nömrəli pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2022-ci il tarixli **********8 nömrəli Qərarı ilə xx.xx.1958-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 414,40 manat müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 310,72 manat məbləğ onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. - Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filalının xx.xx.2022-ci il tarixli, **********7 saylı etiraz məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərar qəbul edilmiş və qərara əsasən, vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 414,40 manat müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 310,72 manat məbləğ onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı həmin qərarın əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, yəni mövcud qanunvericiliyə əsasən iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına dair razılığının olmaması və müvafiq məhkəmə qərarı olmadan qəbul edildiyindən, ləğv edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar