Məhkəmə qərarları › İş №2-1(112)-6548/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6548/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6548/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs: X7, Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi) “doğum haqqında akt qeydinin sistemə daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs: X7, Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi) iddia ərizəsi ilə müraciət edərək 12.10.2012-ci il tarixdə Almanya Federativ Respublikasında doğulan, Azərbaycan Respublikası vətəndaşı X3 pasportla (şəxsiyyət vəsiqəsi) təmin edilməsi üçün müvafiq FİN kodla təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı Leyla İsmayılova 12.10.2012-ci il tarixdə Almanya Federativ Respublikasında doğulmuşdur. Al-Lamy Hidar adlı şəxsin onun atası olması ilə bağlı fakt Almanya Federativ Respublikası tərəfindən tanınmış və müvafiq doğum haqqında şəhadətnamədə bununla bağlı məlumatlar qeyd olunmuşdur. X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığından, iddiaçı övladının FİN kodla təmin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Sonradan iddiaçı iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən 12.10.2012-ci il tarixdə Almanya Federativ Respublikasında doğulan, Azərbaycan Respublikası vətəndaşı X3 pasportla (şəxsiyyət vəsiqəsi) təmin edilməsi üçün X3 doğum haqqında akt qeydinin X5 X1 sisteminə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs 2008-ci ildə iddiaçı ilə ünsiyyəti kəsdiyini və 12.10.2012-ci il tarixdə Almanya Federativ Respublikasında doğulan X3 onun övladı olmadığı bildirdi. Üçüncü şəxs iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi onun övladının doğum haqqında akt qeydinin Vətəndaşlıq Aktları X1sına daxil edilməsi təşkil edir ki, bu zaman məhkəmə, doğumun qeydə alınması əsaslarını müəyyən etməlidir ki, bu istiqamətdə qiymətləndirmə aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X5nın qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: . 46.1.Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 47.1.Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X5nın qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X5nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X5nın dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən X5nın dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X5nın qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X5nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2.Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keç-dikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür 2.2-1. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin ölümü haqqında şəhadətnamə və sair) əsasında qeydiyyat şöbəsinin vəzifəli şəxsi müəyyən edir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: -valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; -valideynlərin nikah haqqında şəhadətnaməsi; -doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; -uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; -uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; -uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.6. Buy Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: -uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. (2.8.3) 6.7. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumatın doldurulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, qanunvericilik uşağın doğumun qeydə alınması üçün sənədlərin əhatə dairəsini dəqiq müəyyən etmiş və doğumun qeydi ilə bağlı müraciət etməsi üçün müddət təsbit etmişdir. Bu müddət ərzində doğumun qeydə alınması ilə bağlı müraciət edilmədikdə (üzürlü səbəb olmadan) valideyinlər inzibati məsuliyyətə cəlb oluna bilər(valideyinlərdən birinin ölkə ərazisində olmaması istisna olmaqla). Doğumun qeydə alınması ilə bağlı təqdim olunmalı sənədlərə gəldikdə isə nəzərə alınmalıdır ki, qanunvericilik təqdim olunmalı sənədləri əhatə dairəsini konkret müəyyən etmişdir ki, bunlardan biri valideynlərin nikah haqqında şəhadətnaməsi təşkil edir. Doğrudur ki, qanunvericilik nikahda olmayan valideynlərdən dünyaya gələn uşağa münasibətdə “valideynlərin nikah haqqında şəhadətnaməsi”nin təqdim edilməsini istisna etməmişdir. Lakin nəzərdə tutulmuş sənədlər təqdim olunmadıqda, qanunvericilik vətəndaşa uşağın doğumun qeydə alınması ilə bağlı məhkəməyə müraciət etmək hüququ vermişdir. Məhkəmə diqqətə çatdırır ki, normativ hüquqi aktların tələblərinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı uşağın doğumu haqqında məlumatların Azərbaycan Respublikasının “X5” X1 sisteminə daxil edilməsi ilə bağlı konsulluğa müraciət etmiş, konsulluq tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi ilə bağlı arayış verilmişdir. Bundan sonra iddiaçı eyni məzmunlu tələb ilə aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətindən imtina etmiş və bu halı onunla əsaslandırmışdır ki, uşağı atası hesab edilən şəxsin atalıq faktı ilə bağlı məsələ məhkəmə tərəfindən mübahisələndirilməlidir. Doğrudur ki, 12.10.2011-ci təvəlüldlü Leyla İsmayılova İddiaçı və üçüncü şəxs X4 rəsmi nikahda olduğu dövrdə (nikahın ləğv edilməsi haqqında atk qeydi 13 iyun 2012-ci il tarixdə qeydə alınmışdır) dünyaya gəlmişdir. Məhkəmə diqqətə çatdırır ki, hazıki mərhələdə Leyla İsmayılovanın doğum haqqında akt qeydində atası kimi “Hidar” adlı şəxsin atalıq faktının müəyyən edilməsinə zərurət yoxdur. Belə ki, atalıq faktının tanınmasına zərurət olmamasını 3 hal ilə əsaslandırmaq olar:

1. Alman Federasiyası tərəfindən tərtib olunmuş doğum haqqında şəhadətnaməsində olan məlumatlar;

2. Al-Lamy Hidar tərəfindən uşağın (İsmayılova Leyla) atalığını qəbul etməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizə;

3. Üçüncü şəxs X4 məhkəmə icraatı zamanı verdiyi izahatı. Məhkəmə, yuxarıda göstərilən hər üç əsası nəzərə alaraq bildirir ki, 12.10.2011-ci il tarixdə Neuruppin şəhərində doğulan Leyla İsmayılova barəsində tərtib olunmuş doğum haqqında şəhadətnaməsində uşağın atasının Al-Lamy Hidar, anasının İddiaçı olduğu göstərilmişdir. Bundan başqa, 15.04.1984-cü il təvəllüdlü İran vətənaşı olan Al-Lamy Hidar 12.10.2011-ci il tarixdə Neuruppin şəhərində anadan olmuş Leyla İsmayılovun atalığını qəbul etmiş, İddiaçı uşağın atalığının tanınmasına etiraz etmədiyini bildirmiş, bununla da uşağın atalığı tanınmışdır. Göründüyü kimi, iddiaçının hazırda övladının atası kimi qeyd etmək istədiyi şəxs Al-Lamy Hidar öz iradə ifadəsi ilə uşağın atası olduğunu bildirmiş, onun atalığı Alman Federativ Respublikasında 10.01.2017-ci il tarixdə tanınmış və doğum haqqında şəhadətnamə bununla bağlı müvafiq qeydlər göstərilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı üçüncü şəxs qismində çıxış edən X7 verdiyi izahatda İddiaçı ilə nikah pozulduqdan sonra görüşmədiyini, Leyla İsmayılovanın onun övladı olmadığını bildirmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15.11.2021-ci il tarixli qərarı ilə 12.10.2011-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığından, həmçinin Al-Lamy Hidar tərəfindən verilmiş yazılı ərizə əsasında şəxsin Leyla İsmayılovun atalığı olması Alman Federativ Respublikası tərəfindən tanındığından və müvafiq doğum haqqında şəhadətnamədə bununla bağlı məlumatlar əks olunduğundan, o cümlədən üçüncü şəxs qismində çıxış edən X4 verdiyi izahata əsasən Leyla İsmayılova onların birgə nikah dövründən dünyaya gələn uşaq olmadığından, hazırki mərhələdə cavabdeh inzibati orqanın uşağın atalıq faktı ilə bağlı məsələnin həll edilməməsi səbəbi ilə iddiaçının müraciətindən imtina etməsi əsassızdır. Son olaraq Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının «X5nın dövlət qeydiyyatı Qaydası» əsasında doğumun qeydə alınması ilə bağlı nəzərdə tutulmuş müddət ərzində müraciət edilməməsi hazırki mübahisə üzrə iddiaçının ziyanına şərh edilmir. Belə ki, Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunmuş sərhəd məlumatlardan görünür ki, İddiaçı 21.06.2011-ci il tarixdə ölkə ərazisində çıxış etmiş və 06.09.2018-ci il tarixdə giriş etmişdir. Göründüyü kimi, Leyla İsmayılovun doğum anında İddiaçı Azərbaycan Respublikasının ərazisində olmamışdır ki, bu da uşağın doğum qeydinin 1 ay müddətində qeydə alınması ilə bağlı müraciət etməsini imkansız etmişdir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı inzibati məhkəmə mübahisəsinin yaranma səbəbi cavabdehin iddiaçı və üçüncü şəxs arasında uşaq doğularkən nikahının olması ilə bağlıdır ki, cavabdehin hazırkı mübahisə ilə bağlı hüquqi mövqeyi işin faktiki hallarına Ailə Məcəlləsinin 46.1-ci maddəsinin tətbiq edilməli olması ilə bağlıdır. Məhkəmə bununla bağlı olaraq qeyd etməyi zəruri heasb edir ki, Ailə Məcəlləsinin 46-ci maddəsinin hissələri bir-birinə münasibətdə hər hansı üstün qüvvəyə malik deyildir. Doğrudur Məcəllənin 46.1-ci maddəsində öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunduğu göstərilmişdir. Lakin həmin müddəa 46.2-ci maddədə nəzərdə tutulan valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılması ilə bağlı müddəaya münasibətdə hər hansı üstünlük yaratmır. Həmin müddəalar ayrı-ayrı işin faktiki hallarına münasibətdə fərqli tənzimləmə müəyyən edir ki, həmin müddəaların birinin digərinə münasibətdə üstün qüvvəsinin olması kimi göstərilməklə Məcəllənin 47.1-ci maddəsi ilə təsbit edilmiş məhkəmə qərarının tələb edilməsi, formal məhkəmə mübahisəsinin yaradılmasına səbəb olar. Belə ki, Məcəllənin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddənin tələbi ilə də müəyyən edilir ki, həmin maddəyə istinad valideynlər barədə qeyd haqqında mübahisə olduğu halda əhəmiyyət daşıyır. Hazırkı işin faktiki halları isə valideynlər haqqında hər hansı məhkəmə mübahisəsinin olmadığını göstərir. Burada, nə ana, ana doğum haqqında akt qeydində ata kimi göstərilən şəxs, nə də uşaq doğularkən ana ilə nikahda olan şəxs arasında atalıqla bağlı hər hansı mübahisə mövcud deyil. Mübahisə yoxdursa, deməli hər hansı məhkəmə qətnaməsinin qəbul edilməsinə də zərurət yoxdur. Bu səbəbdəndir ki, şəxslər Ailə Məcəlləsinin 46.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığı təqdirdə, əgər faktiki hallar Ailə Məcəlləsinin 46.2-ci maddəsinə uyğundursa bununla bağlı müraciət etmək və əlavə məhkəmə çəkişməsinə məruz qalmadan müraciət etmək hüquqlarına malikdirlər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. 12.10.2012-ci il tarixdə Almanya Federativ Respublikasında doğulan, Azərbaycan Respublikası vətəndaşı X3 pasportla (şəxsiyyət vəsiqəsi) təmin edilməsi üçün X3 doğum haqqında akt qeydinin X5 X1 sisteminə daxil edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar