Məhkəmə qərarları › İş №2-1(112)-655/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-655/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-655/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 , 3-cü şəxs X1, 3-cü şəxs X2 nümayəndəsi X6 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 və X4 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “çıxarışın bərpa edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən əsassız olaraq xx.xx.2019-cu il tarixdə ləğv edilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın qeydiyyatının bərpa edilməsi və iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vərəsəlik qaydasında iddiaçının adına rəsmləşdirilmiş və adına mülkiyyət hüquqları xx.xx.2014-cü i ltarixdə daşınmaz əmlakın dövlət reyestrində 276 nömrəli kitabının 25713 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Faktiki olaraq fərdi yaşayış evini vərəsəlik qaydasında iddiaçı adına rəsmləşdirmişdir. Lakin Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3 869/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edildiyini,: xx.xx.2019-cu il tarixli, 2(103)- 3869/19 saylı qərardadla geriyə dönüş edilərək çıxarışın ləğv edildiyinə istinad edərək İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli reyestrdan çıxarış xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Çıxarışın ləğv edilməsi zamanı hansı sənədlər əsasında verilməsinə əhəmiyyət verilməmişdir və iddiaçının konstitusion və mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfində təqdim edilmiş çıxarışın verilməsi üçün əsas olan sənədlərin təsdiq olunmuş surətində 12 saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi ilə çıxarışın alındığına əhəmiyyət verməmişdir, belə ki, təqdim olunmuş sənədlərdən göründüyü kimi, Yasamal rayon Məhkəməsinin “vərəsəlik hüququnun tanınması haqqında” xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsində 5 saylı notariat kontoru tərəfindən icra edilməsi nəzərdə tutulmuş, qətnamə icraya yönəldilməmiş və icra edilməmişdir.DƏDRX-nin Bakı ərazi idarəsi RX seriyalı ******* nömrəli reyestrdan çıxarış xx.xx.2019-cu il tarixdə ləğv edərkən çıxarışın hansı sənədlər əsasında və hansı notariat kontoru tərəfindən icra edildiyinə heç bir əhəmiyyət verməmişdir.İddiaçı hesab edir ki, DƏDRX-nin Bakı Ərazi idarəsi tərəfindən əsassız olaraq xx.xx.2019-cu il tarixdə ləğv edilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın qeydiyyatı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 iddiaya etiraz edərək bildirmişdir ki, xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 5 İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2014-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir (RX ******* seriyalı). Həmçinin bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3869/2019 Saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, ünvan 5 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd ləğv edilmişdir. Sözügedən qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və qərardad əsasında ünvan 5 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin sözügedən qərardadı ilə icrasına dönüş edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi barədə 1 saylı Bakı Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə iddiaçıya məxsus RX seriyalı ******* nömrəli çıxarışın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsinin əsassız saysa belə, inzibati orqan tərəfindən çıxarış Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3869/2019 saylı qərarın icrası nəticəsində ləğv edilmişdir. Göründüyü kimi, hazırki iddia üzrə cavabdehin hər hansı bir təqsirli hərəkəti olmamışdır. Qeyd olunanlara əsasən, cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X4 və 3-cü şəxs X2 nümayəndəsi X10 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən verilmiş RX № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3, dalan 5, ev 7 ünvanında yerləşən fərdi yaşayış evi xx xxxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 276 nömrəli reyestr kitabının 25713 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 12 saylı notariat ofisinə sorğu göndərilmiş və sorğu əsasında məhkəməyə təqdim olunmuş xx.xx.2014-cü il tarixli, 2V-256 saylı vərəsəlik işinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri,Şakrovakoy dalan 5 ünvanında yerləşən 7 saylı mülk (hazırki: ünvan 3, dalan 5, 7) fərdi yaşayış evi xx xxxxxx 1958-ci il tarixdən X11 mülkiyyətində idi. Şəfiqə Hacıbaba qızı vəfat etdikdən (xx.xx.2008-ci il) sonra İddiaçı Bakı şəhəri 12 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında yaşayan Şəfiqə Hacıbaba qızının vəfat etdiyini bildirmiş və özündən başqa vərəsəsi olmadığını bildirmişdir. Bu səbəbdən, İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə qeyd olunmuşdur ki, ünvan 5 ünvanda yaşayan İddiaçı – xx.xx.2008-ci ildə vəfat etmiş Şəfiqə Hacıbaba qızının vərəsəsidir və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 162№-li reyestr kitabının 6268 səhifəsindən xx.xx.1958-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 011/226 №-li arayışda göstərilən ünvan 3, dalan 5, 7 №-li fərdi yaşayış evindən ibarətdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş və sorğuya xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli cavab məktubları ilə ünvan 3, dalan 5, 7 №-li fərdi yaşayış evi ilə bağlı İddiaçı adına tərtib edilmiş RX 051161 nömrəli çıxarışın verilməsinə əsas olmuş xx.xx.2014-cü il tarixli şəhadətnamənin, həmçinin həmin çıxarışın ləğvinə əsas olmuş Bakı Apelyasiya Məhməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-3869/2019 saylı qərardadının surəti göndərilmişdir. Bakı Apelyasiya Məhməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 3869/2019 saylı qərardadından görünür ki, İddiaçı anası Şəfiqə Hacıbaba qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, 7 saylı evin miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi və onun həmin evə vərəsəlik hüququnun tanınması barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilərək, ünvan 3 dalan 5, ev 7 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydin ləğv edilməsi qərara alınmışdır. Həmin qərardadın təsviri hissəsindən göründüyü kimi söhbət RX seriyalı ******* nömrəli çıxarışdan getmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, 7 saylı fərdi yaşayış evi iddiaçının mərhum anası Şəfiqə Hacıbaba qızının mülkiyyətində olmuş, onun vəfatından sonra Bakı şəhəri 12 saylı notariat ofisində xx.xx.2014-cü il tarixli, 2V-256 saylı vərəsəlik işi açılmışdır. Həmin tarixdə iddiaçıya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərək İddiaçı mərhum Şəfiqə Hacıbaba qızının vərəsəsi kimi qəbul edilmiş və ünvan 3, dalan 5, 7 saylı fərdi yaşayış evi miras əmlakı kimi müəyyən edilmişdir. Həmin şəhadətnamə əsasında, ünvan 3, dalan 5, 7 saylı fərdi yaşayış evi İddiaçı adına xx xxxxxxx 2014-cü il tarixdə qeydiyyata alınmış və ona RX ******* saylı çıxarış verilmişdir. Lakin həmin çıxarış Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3869/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı əsasında xx xxxxxxx 2019-cu il tarixdə ləğv edilmişdir. Hazırki iddia ilə iddiaçının mübahisələndirdiyi hal ondan ibarətdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi İddiaçı adına rəsmiləşdirilmiş RX ******* saylı çıxarışın alınmasına əsas olmamış, həmin qətnamə ümumiyyətlə icraya yönəldilməmiş, əksinə Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mübahisəli evə dair mülkiyyət hüquqları qeydə alınaraq, çıxarış verilmişdir, cavabdeh inzibati orqan qanunsuz olaraq Bakı Apelysiya Məhkəməsinin qərardadına istinad edərək çıxarışı ləğv etmişdir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq xidməti vəzifələri müəyyən edilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılmasını üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. İnzibati orqan, yəni hazırki cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnamənin 3-cü bəndinə uyğun olaraq, çıxarışı ləğv etmək kimi xidməti vəzifəyə malik deyildir. Cavabdeh sözügedən RX ******* saylı çıxarışı məhz “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsini rəhbər tutaraq, iddiaçının daşınmaz əmlak üzərində hüququna xitam verilməsi və çıxarışın ləğvini qanuni qüvvəyə minmiş məhkəmə qərarları (qərardadı) əsasında həyata keçirmişdir. Daşınmaz əmlak üzərində hüququna xitam verilməsi və çıxarışın ləğvinə əsas isə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3869/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadıdır. Hansı ki, həmin qərardad mübahisələndirilməmiş, qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir Həmçinin, əlavə olaraq qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3cü maddələrə əsasən, Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Şərh olunan maddənin normasından görünür ki, mülki-prosessual qanunvericilik məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələrinin, qərardadlarının, qərar və əmlərinin bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburiliyini qeyd edir. Bu normanın əsasında məhkəmə qərarlarının dövlət adından çıxarıldığını və onların icrasının məcburi olduğunu təsbit edən konstitusiya müddəasi dayanır. (AR Konstitusiyasının 129-cu maddəsininn İ hissəsi) Həmçinin normanın mənası onu da əhatə edir ki, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Hətta belə, təqsirkar şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi onun məhkəmə aktını icra etmək vəzifəsindən azad etmir. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdeh Mülki Prosessual Məcəlləsinin 15-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsini rəhbər tutaraq, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3869/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının icrası nəticəsində iddiaçının adına verilmiş çıxarışı ləğv etmişdir. Göründüyü kimi, cavabdehin hər hansı bir qanunazidd və ya təqsirli hərəkəti olmamışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5 və X4 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “çıxarışın bərpa edilməsi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 və X4 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “çıxarışın bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar