Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6550/2022 13.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-mühəndis, Şelfneftqazavtomatika ASC-də işləyir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Məhkəmə mübahisələri üzrə iş şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq iddiaçıya xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-ci ildən 1982-ci ilə kimi Azərbaycan Politexnik İnstitutunda əyani təhsil almışdır. xx.xx.1982-ci ildə "Sredastranqaz" X1 İstilik-Elektrik laboratoriyasına gənc mütəxəssis kimi telemexanika qrupuna mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə köçürmə yolu ilə idarəyə keçmiş, eyni tarixdə sazlayıcı-mühəndis vəzifəsinə keçmiş, xx.xx.1987-ci ildə 2-ci dərəcəli texnik vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə köçürmə yolu ilə "xxxx" Mərkəzinə keçmiş, xx.xx.1988-ci ildə sazlayıcı-mühəndis vəzifəsinə təyin olunmuş, xx.xx.1990-cı ildə 2-ci dərəcəli Sazlayıcı- Mühəndis dərəcəsi verilmiş, xx.xx.1993-cü ildə 1 saylı sahəyə şahə rəisinin müavininin səlahiyyətlərinin icraçısı təyin olunmuş, xx.xx.1993-cü ildə 1 saylı sahənin sahə rəisinin müavini vəzifəsinə, xx.xx.1995-ci ildə 1 saylı sahəyə sahə rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1997.ci il tarixdə "xxxx" Mərkəzi ARDNŞ-nin Dənizdə Neft və Qazçıxarma" İstehsalat Birliyinin tabeliyinə verilmişdir. xx.xx.2021-ci il tarixdə isə "xxxx" Mərkəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. xx.xx.2007-ci ildə Texniki İstehsalat sexinin rəisi vəzifəsinə, xx.xx.2008-ci ildə İstehsalat üzrə direktor müaviniistehsalat sexinin rəisi vəzifəsinə, xx.xx.2010-cu ildə "xxxx" ASC-nin direktorunun səlahiyyətlərinin icraçısı vəzifəsinə, xx.xx.2010-cu ildə "xxxx" ASC-nin direktoru vəzifəsinə təyin olunmuşdur. Hazırda "xxxx" ASC-nin direktoru vəzifəsində işləyir. İdiaçının güzəştli şərtlərlə pensiya çıxmaq üçün etdiyi müraciətə müvafiq orqan tərəfindən imtina cavabı verilib. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının X bəndinin (********) “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı" b yarımbəndindəki (kod 1100000b) Rəhbərlər və mütəxəssislər, 1100000b—24125 neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri ilə eynidir. xx.xx.2021-ci ildə ümumi iş stajı 32 il 5 ay, güzəşt hüququ verən vəzifə üzrə sosial sığorta stajı təkcə xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilə qədər olan dövrü hesablamaqla 14 il 7 ay 10 gün təşkil edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı’ nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma yarımbölməsində (10 1) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası "xxxx" ASC-nin 25 yanvar 2022-ci il tarixli NN 01/09 nömrəli nömrəli arayışında xx.xx.1993-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə sahə rəisi və sahə rəisinin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan dövrlər üzrə işlədiyi vəzifələr yuxarıda adıçəkilən neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsinə uyğun deyil. Bundan başqa sözügedən arayışda qeyd olunan xx.xx.1988-xx.xx.1990-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin 1 saylı sahəsində işlədiyi sazlayıcı-mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının X bəndinin (1100000) Neftin qazılması və hasilatı neft, qaz, qaz kondensatı, kömür və şistin emalı b yarımbəndindəki (kod 1100000b) rəhbərlər və mütəxəssislər, 110000b-24125 neft, qaz və qaz kondensatı hasilatı üzrə sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri ilə eyni olduğunu bildirərək və iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı ildə Ermənistanda anadan olmuşdur. İddiaçının EZ ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1982-ci il tarixdə hərbi and içmiş, ona xx.xx.1987-ci il tarixdə baş leytenant hərbi rütbəsi verilmişdir. İddiaçının BB 023939 nömrəli diplomunun surətinə əsasən 1977-ci ildən 1982-ci ilə kimi Azərbaycan Politexnik İnstitutunda elektrik rabitə mühəndisi ixtisasında əyani təhsil almışdır. Azərbaycan Respublikası "Şelfneftqazavtomatika” ASC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı Azərbaycan Republikası qanunvericiliyinə müvafiq olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən aşağıdakı vəzifələrdə işləmişdir: 1. xx.xx.1988-ci il tarixli 41/k saylı əmrlə "xxxx" mərkəzinə sazlayıcı- mühəndis vəzifəsinə qəbul olunub və 1 saylı sahəyə yönəldilib (1 saylı sahə yerləşirdi dənizdə "Neft Daşları" adına NQÇİ - nin ərazisində)., 2. xx.xx.1990-cı il tarixli 26/k saylı əmrlə 2-ci dərəcəli sazlayıcı-mühəndis vəzifəsinə təyin olunub., 3. xx.xx.1993-cu il tarixli 01/k saylı əmrlə 1 saylı sahə rəisinin müavini vəzifəsini icra edən vəzifəyə təyin olunub., 4. xx.xx.1993-cu il tarixli 23/k saylı əmrlə lsaylı sahə rəisinin müavini vəzifəsinə təyin olunub. 5. xx.xx.1993-cu il tarixli 22/k saylı əmrlə 1 saylı sahə rəisi vəzifəsinə təyin edilsin. 6. xx.xx.1997-ci il tarixli 155 saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq Dövlət Neft Şirkətinin "X7 Çıxarma" İB-nin tərkibinə verilmişdir. 7. xx.xx.2001-ci ildən "xxxx" Mərkəzi AR Prezidentinin 651 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı və Dövlət Əmlak Nazirliyinin 249 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və qeydiyyatdan keçmişdir. Əsas: Ədliyyə Nazirliyinin D-3258 saylı xx.xx.2001-ci il tarixli qeydiyyatı. xx.xx.2007-ci il tarixli 06/k saylı əmrlə Texniki İstehsalat sexinin rəisi vəzifəsinə təyin edilir. Yuxarıdakı illərdə İddiaçı işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri dənizdə "Aneft İB"-nin "Neft Daşları" adına NQÇİ - nin Texnoloji sexlərində növbə metodu ilə işləməsindən ibarət olmaqla, AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda 11000000 koduna uyğun olaraq 2 saylı hissəsində Neft-qaz və qaz kondensatının hasilatı bölməsində 11000000byə uyğun b) rəhbərlər və mütəxəssislər bəndində 1100000b-24125 koduna uyğun olaraq neft, qaz və kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri koduna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ məqsədə uyğun hesab edilir. Bu müddətdə iş stajı 12 il 6 ay 10 gündür. Azərbaycan Texniki Universitetinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həqiqətən 132-U(p) saylı xx.xx.1977-ci il tarixli əmrə əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal-hazırki Azərbaycan Texniki Universiteti) əyani şöbəsinə qəbul olmuşdur. (qr. 747a ) və 106-U(p) saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Radiotexnika” fakültəsinin əyani şöbəsinin “Çoxkanallı elektrik rabitəsi” ixtisası üzrə tam kursu bitirərək, ona elektrik rabitəmühəndisi diplomu verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı’ nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma yarımbölməsində (10 1) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası "xxxx" ASC-nin 25 yanvar 2022-ci il tarixli NN 01/09 nömrəli nömrəli arayışında xx.xx.1993-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə sahə rəisi və sahə rəisinin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan dövrlər üzrə işlədiyi vəzifələr yuxarıda adıçəkilən neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsinə uyğun deyil. Bundan başqa sözügedən arayışda qeyd olunan xx.xx.1988-xx.xx.1990-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin 1 saylı sahəsində işlədiyi sazlayıcı-mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəblərdən xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1982-ci ildə gənc mütəxəssis kimi telemexanika və əlaqədar qrupuna qəbul edilmiş, xx.xx.1984-cü ildə 30cu maddənin 5-ci bəndinə müvafiq olaraq “Asuqaz metrologiya” İBSİ köçürülmə qaydasında işdən azad edilmiş, xx.xx.1984-cü ildə “Orta Asiya qaz Nəqliyyatı” İB MİİEL köçürülməsi qaydasında 5 saylı sahəyə sazlayıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1987-ci il tarixdə əmək haqqının ödənilməsinə görə yeni tarif şərtlərinin daxil edilməsi ilə əlaqədar olaraq 2-ci dərəcəli texnik vəzifəsi müəyyən edilmiş, xx.xx.1988-ci ildə "xxxx" ASC mərkəzinə köçürülməsi qaydasında RSFSR ƏM 29-cu maddəsinin 5-ci bəndi ilə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə "xxxx" Mərkəzi Sazlayıcı mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cu il tarixdə 2-ci dərəcəli sazlayıcı mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə 1 saylı sahə müdirinin müavini vəzifəsini icra edən vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə 1 saylı sahə müdirinin müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci il tarixdə 1 saylı sahənin müdiri vəzifəsinə təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən İddiaçı işlədiyi vəzifə üzrə sosial sığorta stajı 18 il 07 ay 18 gün təşkil edir, həmçinin arayışda iddiaçının işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri texnoloji sexlərdə növbə metodu ilə işlər kimi qeyd olunmuşdur. Bundan başqa cavabdeh orqan tərəfindən məhkəməyə iddiaçının şəxsiyyət vəsiqəsi, onun xx.xx.2021-ci il tarixli müraciət ərizəsi və cavabdehin buna cavab olaraq xx.xx.2021-ci il tarixli fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə, qanunvericiliyə uyğun olaraq 38.600,00 manat hesablandığı halda, pensiya kapitalının cəmi 31.867,23 manat təşkil etməsinə dair imtina məktubu, həmçinin xx.xx.2022-ci il tarixli imtina məktubu, "Şelfneftqazavtomatika” ASC-nin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli iddiaçının işlədiyi vəzifə üzrə iş stajının 18 il 07 ay 18 gün təşkil edilməsinə dair arayışı, xx.xx.2021-ci il tarixli arxiv arayışı, BB 023939 nömrəli diplom, EZ ******* nömrəli hərbi bilet və İT ******* nömrəli əmək kitabçasının surətləri təqdim olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il təvəllüdlüdür, xx.xx.2012-ci il tarixində onun 52 yaşı tamam olmuşdur, onun həmin tarixə əsgərlikdə xidmət etdiyi müddət və İnstitutda əyaani təhsil adlığı müddət də daxil olmaqla 32 ildən çox əmək stajı vardır, iddiaçı xx.xx.2012-ci ilə qədər işlədiyi müddətin 18 ildən çox hissəsini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə - işləməsi əsası ilə ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmşdır ki, iddiaçının işlədiyi sazlayıcı-mühəndis vəzifəsi, həmçinin sahə rəisi və sahə rəisinin müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır və uyğun deyildir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Hazırda iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsində müxtəliş peşələrdə (texnik, sazlayıcı mühəndis, sahə rəisinin müavini, sahə rəisi, sexin rəisi, istehsalat üzrə direktor müavini və direktor) 18 ildən çox müddətdə işləməsi əmək kitabçası ilə təsdiqlənir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin qərarda işçinin peşəsinin işlədiyi peşənin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasının qeyd edilməli olması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 1100000b—24125 bölməyə əsasən neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı "Şelfneftqazavtomatika” ASC-nin arayışları və İT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 18 ildən çox və ümumi iş stajı 32 ildən çox olduğu üçün onun 52 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İşin həqiqi hallarına əsasən, iddiaçının 52 yaşı 05 sentyabr 2012-ci il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2021-ci ildə müraciət etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə etirazını onunla əsaslandırır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensyasının minimum məbləğindən aşagı olmayan pensiya təmintına imkan vermir. Halbuki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanununun qüvvəyə mindiyi günədək tam əmək stajına (25 il ümumi və 12 il 06 ay güzəştli ) malik olduğundan ona əmək pensiyası yaşa görə və staja görə sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində təsbit edilmiş müddəasına görə isə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının müəyyən məbləğdə mövcud olması tələbi məcburi şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirilən normativ- hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1–ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, İddiaçı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6550/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6550/2022
13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver