Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6550/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “işsizlikdən sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “işsizlikdən sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işsiz olduğu müddət ərzində ödənilməyən işsizlikdən sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işsiz olmuşdur. İşsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün “DOST” mərkəzinə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh ona 28 oktyabr 2022-ci il tarixli məktubla cavab verərək onun işsizlikdən sığorta ödənişi almaq hüququmun araşdırılan zaman Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində olan fərdi qeydiyyat vərəqinə əsasən işsizlikdən sığorta ödənişinin təyin olunmasının qanunamüvafiq hesab olunduğunu bildirmişdir. Lakin sığorta ödənişi verilməmişdir. Ödənişin verilməsi ilə bağlı “DOST” mərkəzinə müraciət etsə də cavabdeh 27 dekabr 2022-ci il tarixli imtina məktubu ilə işsizlikdən sığorta ödənişinin təyin olunmasının qanunamüvafiq hesab edilmədiyi bildirilmişdir. İmtinanın əsası kimi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemində olan məlumata əsasən onun aktiv vergi ödəyicisi olması göstərilmişdir. Cavabdehin bu imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 04 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, onun vergi uçotum 14 oktyabr 2022-ci il tarixdə ləğv edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya münasibətində qeyd etmişdir ki, İddiaçı sonuncu iş yeri üzrə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir, xx.xx.2022-ci il tarixdən isə işsiz kimi qeydiyyata alınmışdır. 2022-ci ilin oktyabr ayında İddiaçı müraciəti zamanı onun müvafiq altsistemlərdə olan məlumatları araşdırılarkən “Sığorta” AS (monitorinq) altsistemində onun adına olan VÖEN-nin statusunun dəyişilməsi halı aşkar olunmuşdur. Qeyd olunan hal İddiaçı VÖEN-inin aktiv olmasına əsaslı şübhələr yaratdığından əlavə araşdırmanın aparılması məqsədilə ondan VÖEN tarixçəsi barədə arayış tələb olunmuş, lakin İddiaçı tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Altsistemlərdə aparılmış yenilənmələrdən sonra İddiaçı VÖEN-nin statusunun dəyişilməsinin xx.xx.2022-ci il tarixdən “VÖEN”-nin ləğv edilməsi ilə bağlı olduğu müəyyən olunmuş və nəticədə xx.xx.2022-ci il tarixdən şəxsin işsizlikdən sığorta ödənişi almaq hüququnun olduğu məlum olmuşdur. X1 və Təyinat filialının 16 iyun 2023-cü il tarixli 3-17-2/3-2-10070/2023 nömrəli əmri ilə İddiaçı 1 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixinədək olan dövr üçün hesablanmış 270,00 (iki yüz yetmiş) manat məbləğində işsizlikdən sığorta ödənişi təyin edilmiş və ödənilmişdir. xx.xx.2022-ci il tarixdən vətəndaşın aktiv əmək müqaviləsinin olması səbəbindən növbəti aylar üçün işsizlikdən sığorta ödənişinin təyin olunması mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materialları ilə müəyyən olunur ki, İddiaçı sonuncu iş yeri ("xxxx" QSC) üzrə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir, xx.xx.2022-ci il tarixdən isə işsiz kimi qeydiyyata alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Mərkəzi Mühasıbatlıq və Təyinat filialının 16 iyun 2023-cü il tarixli 3-17-2/3-2-10070/2023 nömrəli əmri ilə İddiaçı 1 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixinədək olan dövr üçün hesablanmış 270,00 (iki yüz yetmiş) manat məbləğində işsizlikdən sığorta ödənişi təyin edilmiş və ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işsiz olduğu müddət ərzində ödənilməyən işsizlikdən sığorta ödənişinin verilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən. 13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 14.4. Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə şamil olunur. Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işsiz olduğu müddət ərzində ödənilməyən işsizlikdən sığorta ödənişinin verilməsi tələbini irəli sürmüşdür. Lakin iş materialları ilə müəyyən olunur ki, İddiaçı sonuncu iş yeri üzrə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir, xx.xx.2022-ci il tarixdən isə işsiz kimi qeydiyyata alınmışdır. Onun vergi uçotu isə xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Bu səbəbdən 01 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixinədək olan dövr üçün işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsində cavabdeh haqlı olmuşdur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “işsizlikdən sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “işsizlikdən sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6550/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6550/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver