Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6551/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xidmət etdiyi dövr ərzində istifadə etmədiyi növbəti məzuniyyət əvəzi pul kompensasiyasının hesablanaraq ödənilməsi, almadığı əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1982-2003-cü illər ərzində SSRİ və Azərbaycan Silahlı Qüvvələrində, o cümlədən 1992-2003-cü illər ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, Bakı Ali Hərbi Komandirlər Məktəbində, Silahlı Qüvvələrin Akademiyasında və Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində hərbi xidmət keçmişdir. Sonuncu xidmət yeri Müdafiə Nazirliyinin X3muşdur, 2003-cü ildə Müdafiə Nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Xidmət etdiyi illər ərzində əşya əmlakı əvəzi kompensasiya və istifadə etmədiyi məzuniyyətə görə kompensasiya almamışdır. Növbəti məzuniyyətdən istifadə etmədiyi günlərə görə ona pul kompensasiyası ödənilməmişdir. Bununla bağlı 3 fevral 2021-ci il tarixində Müdafiə Nazirliyinin İşlər İdarəsinə və sonuncu xidmət etdiyi Müdafiə Nazirliyinin X4 rəsmi müraciət edərək istifadə olunmamış məzuniyyətə görə və əşya əmlakı əvəzi kompensasiyanın verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin İşlər İdarəsi müraciətini X4 yönəltmiş, sonuncu isə bu günədək heç bir cavab verməmişdir. O, ordudan 17 (on yeddi) il əvvəl tərxis olunmuşdur, bu pulu ehtiyata buraxılarkən hesablayıb ona ödəməliydilər. Ona görə də pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərinin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müdafiə Nazirliyi tərəfindən inzibati aktın qəbul edilməsi iş üzrə sübut kimi məhkəmə materiallarında müəyyən edilməmişdir. İş üzrə inzibati akt məhkəmə materiallarında müəyyən edilmədiyindən qanunvericiliyin tələblərinə əsasən iddiaçının belə iddianı qaldırmasına yol verilmir. Bununla əlaqədər olaraq məhkəmə Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edə bilər. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yalnız istifadə edilməmiş məzuniyyətə görə kompensasiyasının ödənilməsinə dair ərizə ilə müraciət etmiş və komissiyanın məlumatına görə 22 may 2021-ci il tarixli protokolu ilə arxiv arayışına əsasən iddiaçıya 21 gün istifadə etmədiyinə görə 337.66 manat məbləğində pul kompensasiyası təqdim etdiyi cari bank hesabına 2021-ci ilin iyun ayında ödəniş olunacaqdır. Həmçinin komissiyanın məlumatına əsasən iddiaçının əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsinə dair ərizəsi İşlər İdarəsinə daxil olmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 35.1, 35.3, 47.2ci maddələrini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş məzuniyyətə görə və əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir. İddiaçı 09.07.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 1992-1998-ci illər üzrə istifadə etmədiyi məzuniyyət əvəzi pul kompensasiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 16.03.2021-ci il tarixli, 8/2-2308 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 18.05.1993-cü il tarixli müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün göndərilmiş və Taktika kafedrasında baş müəllim vəzifəsinə təyin olunmuş, kapitan İddiaçı Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin 20.05.1993-cü il tarixli 106 №-li əmrilə (əsas: §-2, səh-143, sıra-1) 20.05.1993-cü il tarixdən məktəbin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına buraxılmışdır. Müdafiə nazirinin 12.11.1995-ci il tarixli əmrinə müvafiq olaraq, Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin 14.11.1995-ci il tarixli 228 №-li əmrilə (əsas: §-1, səh-1169, sıra-1) mayor Qəhrəmanov X1 silsilə kəşfiyyat taktikası üzrə baş müəllim vəzifəsindən Taktika kafedrasının ümumi silsilə taktikasının baş müəllimi vəzifəsinə keçirilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrləri, Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin 2001-ci il tarixli nizami hissə üzrə əmrləri və Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Məktəbi rəisinin 2001-2003-cü il tarixli nizami hissə üzrə əmrləri və şəxsi işiniz Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün sizin xidmətiniz barədə əlavə araşdırma aparıla bilinmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05.08.2021-ci il tarixli, 4/77 nömrəli məktubunda bildirilmişdir ki, e. o. polkovnik-leytenant İddiaçı sənədləri 24.05.2021-ci ildə (d. o. № 3967) İşlər İdarəsinin Maliyyə bölməsinə daxil olmuşdur və özünün bank hesabına (********************) ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17.09.2021-ci il tarixli, 4/550 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin müvafiq komissiyası tərəfindən ehtiyatda olan polkovnik-leytenant İddiaçı 1994-2003-cü illər üzrə olan dövrlərdə 387.66 (üç yüz səksən yeddi manat 66 qəpik) manat istifadə olunmamış məzuniyyətə görə pul kompensasiyası hesablanmış və 03 avqust 2021-ci il tarixində onun bankda olan hesabına köçürülmüşdür. Həmin məktuba əlavə edilmiş Xüsusi təyinatlı təhsil müəssisələrində 1 fevral 1994cü il tarixindən 12 iyun 2010-cu il tarixinədək hərbi xidmət keçmiş və həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular üçün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanmasına dair 35 nömrəli protokoldan görünür ki: İddiaçı 23.04.2021-ci il tarixli 9/2-3380 №-li arayışa əsasən xidmət ili 1994-cü il, istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı, cəmi 0, vəzifə maaşı 315,00 manat, hərbi rütbəyə görə maaş 134,00 manat, xidmət illərinə görə əlavə 112,25 manat, cəmi 561,25 manat, bir günlük pul təminatının miqdarı 18,46 manat və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləği, manatla 0,00 təşkil edir. 23.04.2021-ci il tarixli 9/2-3380 №-li arayışa əsasən xidmət ili 1995-ci il, istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı, cəmi 0, vəzifə maaşı 315,00 manat, hərbi rütbəyə görə maaş 134,00 manat, xidmət illərinə görə əlavə 112,25 manat, cəmi 561,25 manat, bir günlük pul təminatının miqdarı 18,46 manat və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləği, manatla 0,00 təşkil edir. 23.04.2021-ci il tarixli 9/2-3380 №-li arayışa əsasən xidmət ili 1996-cı il, istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı, cəmi 0, vəzifə maaşı 315,00 manat, hərbi rütbəyə görə maaş 134,00 manat, xidmət illərinə görə əlavə 112,25 manat, cəmi 561,25 manat, bir günlük pul təminatının miqdarı 18,46 manat və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləği, manatla 0,00 təşkil edir. 23.04.2021-ci il tarixli 9/2-3380 №-li arayışa əsasən xidmət ili 1997-ci il, istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı, cəmi 7, vəzifə maaşı 315,00 manat, hərbi rütbəyə görə maaş 134,00 manat, xidmət illərinə görə əlavə 112,25 manat, cəmi 561,25 manat, bir günlük pul təminatının miqdarı 18,46 manat və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləği, manatla 129,22 manat təşkil edir. 23.04.2021-ci il tarixli 9/2-3380 №-li arayışa əsasən xidmət ili 1998-ci il, istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı, cəmi 0, vəzifə maaşı 315,00 manat, hərbi rütbəyə görə maaş 134,00 manat, xidmət illərinə görə əlavə 112,25 manat, cəmi 561,25 manat, bir günlük pul təminatının miqdarı 18,46 manat və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləği, manatla 0,00 təşkil edir. 23.04.2021-ci il tarixli 9/2-3380 №-li arayışa əsasən xidmət ili 1999-cu il, istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı, cəmi 14, vəzifə maaşı 315,00 manat, hərbi rütbəyə görə maaş 134,00 manat, xidmət illərinə görə əlavə 112,25 manat, cəmi 561,25 manat, bir günlük pul təminatının miqdarı 18,46 manat və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləği, manatla 258,44 manat təşkil edir. 23.04.2021-ci il tarixli 9/2-3380 №-li arayışa əsasən xidmət ili 2000-ci il, istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı, cəmi 0, vəzifə maaşı 315,00 manat, hərbi rütbəyə görə maaş 134,00 manat, xidmət illərinə görə əlavə 112,25 manat, cəmi 561,25 manat, bir günlük pul təminatının miqdarı 18,46 manat və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləği, manatla 0,00 təşkil edir. 17.04.2021-ci il tarixli 948 №-li arayışa əsasən xidmət ili 2001-ci il, istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı, cəmi 0, vəzifə maaşı 315,00 manat, hərbi rütbəyə görə maaş 134,00 manat, xidmət illərinə görə əlavə 112,25 manat, cəmi 561,25 manat, bir günlük pul təminatının miqdarı 18,46 manat və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləği, manatla 0,00 təşkil edir. 23.04.2021-ci il tarixli 923 №-li arayışa əsasən xidmət ili 2002-ci il, istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı, cəmi 0, vəzifə maaşı 315,00 manat, hərbi rütbəyə görə maaş 134,00 manat, xidmət illərinə görə əlavə 112,25 manat, cəmi 561,25 manat, bir günlük pul təminatının miqdarı 18,46 manat və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləği, manatla 0,00 təşkil edir. 23.04.2021-ci il tarixli 923 №-li arayışa əsasən xidmət ili 2003-ci il, istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı, cəmi 0, vəzifə maaşı 315,00 manat, hərbi rütbəyə görə maaş 134,00 manat, xidmət illərinə görə əlavə 112,25 manat, cəmi 561,25 manat, bir günlük pul təminatının miqdarı 18,46 manat və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləği, manatla 0,00 təşkil edir. Toplam istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı, cəmi 21 gün, vəzifə maaşı 315,00 manat, hərbi rütbəyə görə maaş 134,00 manat, xidmət illərinə görə əlavə 112,25 manat, cəmi 561,25 manat, bir günlük pul təminatının miqdarı 18,46 manat, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləği 387,66 manat təşkil edir. Məhkəmənin sorğusu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 12.11.2021-ci il tarixli, 11/5351 nömrəli məktubu ilə göndərilmiş İddiaçı istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi barədə 22 may 2021-ci tarixli protokolun tərtib edilməsinə əsas olmuş sənədlərdən görünür ki: - Təlim və Tədris Mərkəzinin rəisinin 16 may 2003-cü il tarixli 137 nömrəli Əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 0165 saylı 24 aprel 2003-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış döyüşün təminatı fənləri kafedrasının kəşfiyyat ixtisas qrupunun baş müəllimi polkovnik-leytenant İddiaçı iş və vəzifəsini təhvil vermiş hesab edilsin. 16 may 2003-cü il tarixindən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın, qeydiyyata durmaq üçün Yasamal RHK-na göndərilsin. Polkovnik-leytenant İddiaçı 01.01.2003-cü il tarixindən 16.05.2003-cü il tarixinədək xidmət etdiyi müddət ərzində Müdafiə Nazirinin 220 saylı 5 iyun 2002-cil tarixli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatına layiq deyil. 2003-cü il hesabına maddi yardım ödənilsin. Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin 0165 saylı 24 aprel 2003-cü il tarixli əmrindən çıxarış üzülüşmə vərəqəsi N 22. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin 23.04.2021-ci il tarixli, 922 nömrəli arayışında qeyd edilmişdir ki, verilir e. o. pk/l-nt İddiaçı ondan ötrü ki, həqiqətən o, hərbi xidmətdə olan zaman, onun sonuncu pul təminatı aşağıda qeyd olunan miqdarda olmuşdur. 1. rütbə maaşı 134 (bir yüz otuz dörd) manat 00 qəpik, 2. vəzifə maaşı 315 (üç yüz on beş) manat 00 qəpik, 3. xidmət illərinə görə əlavə 112 (bir yüz on iki) manat 25 qəpik (25%). - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 23.04.2021-ci il tarixli, 9/2-3380 nömrəli arayışında qeyd edilmişdir ki, verilir ondan ötrü ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı qeyd olunan hərbi hissələrdə həqiqi hərbi xidmət keçmiş və göstərilən illərdə növbəti məzuniyyətdən aşağıdakı qaydada istifadə etmişdir: Təqvim ili 01.02.1994-cü il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 09.04.1994cü il № 72, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 31.05.1994-cü il № 111, istifadə etdiyi günlərin sayı 51 (əlli bir) gün. Təqvim ili 01.02.1994-cü il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 04.07.1994cü il № 135, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 30.08.1994-cü il № 178, istifadə etdiyi günlərin sayı 56 (əlli altı) gün. Təqvim ili 1995-ci il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 14.08.1995-ci il № 163, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 23.10.1995-ci il № 212, istifadə etdiyi günlərin sayı 62 (altmış iki) gün. Təqvim ili 1996-cı il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 17.06.1996-cı il № 115, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 29.07.1996-cı il № 148, istifadə etdiyi günlərin sayı 48 (qırx səkkiz) gün. Təqvim ili 1997-ci il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 17.06.1997-ci il № 116, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 30.06.1997-ci il № 126, istifadə etdiyi günlərin sayı 14 (on dörd) gün. Təqvim ili 1997-ci il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 06.08.1997-ci il № 159, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 01.09.1997-ci il № 179 istifadə etdiyi günlərin sayı 26 (iyirmi altı) gün. Təqvim ili 1997-ci il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 27.11.1997-ci il № 240, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 12.12.1997-ci il № 252, istifadə etdiyi günlərin sayı 8 (səkkiz) gün. Təqvim ili 1998-ci il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 13.10.1998-ci il № 216, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 30.11.1998-ci il № 251 istifadə etdiyi günlərin sayı 46 (qırx altı) gün. Təqvim ili 1999-cu il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 17.08.1999-cu il № 165, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 20.09.1999-cu il № 189, istifadə etdiyi günlərin sayı 31 (otuz bir) gün. Təqvim ili 31.12.2000-ci il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 20.07.2000-ci il № 135, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 04.09.2000-ci il № 167, istifadə etdiyi günlərin sayı 45 (qırx beş) gün. Təqvim ili 31.12.2000-ci il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 20.11.2000-ci il № 220, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 24.11.2000-ci il № 224, istifadə etdiyi günlərin sayı 8 (səkkiz) gün. Qeyd. 1) AAHM rəisinin 01.01.2001-ci il tarixdən - 25.12.2001-ci il tarixədək nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmayıb. 2) SQ TTM rəisinin 25.12.2001-ci il tarixdən - 24.04.2003-cü il tarixədək nizami hissə üzrə əmrləri, zabit və gizir heyətinin pul təminatı ilə təmin olunması cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmayıb. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin arayışından görünür ki, verilir ondan ötrü ki, istefada olan polkovnikleytenant İddiaçı 2001-ci ilin yanvar ayından 2001-ci ilin dekabr ayınadək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidmət keçərkən növbəti məzuniyyətdən aşağıdakı qaydada istifadə etmişdir: təqvim ili 2001-ci il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 05.11.2001-ci il № 210, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 20.12.2001-ci il № 244, istifadə etdiyi günlərin sayı 45 gündür. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin 23.04.2021-ci il tarixli, 923 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir ondan ötrü ki, istefada olan polkovnik-leytenant İddiaçı 2002-ci ilin yanvar ayından 2003cü ilin may ayınadək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xidmət etmiş və göstərilən illərdə növbəti məzuniyyətdən aşağıdakı qaydada istifadə etmişdir: təqvim ili 2002-ci il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 14.01.2002-ci il № 159, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 08.07.2002-ci il № 189, istifadə etdiyi günlərin sayı 30 (otuz) gün, təqvim ili 2003-cü il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 18.03.2003-cü il № 77 (2002-ci ilin hesabından), məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 02.04.2003-cü il № 92 (2002-ci ilin hesabından), istifadə etdiyi günlərin sayı 15 (on beş) gün, təqvim ili 2003-cü il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi 01.05.2003-cü il № 121, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi 16.05.2003-cü il № 137, istifadə etdiyi günlərin sayı 15 (on beş) gün. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən istirahət hüququ ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114-cü bəndinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara növbəli məzuniyyət, qısa müddətli məzuniyyət; xəstəliyə görə məzuniyyət; tədris-təlimi zamanı məzuniyyət; hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; tədris məzuniyyəti; yaradıcılıq məzuniyyəti; qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; əlavə məzuniyyət verilir. Həmin Əsasnamənin 120-ci bəndinə əsasən zabitlərə hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilir. Həmin Əsasnamənin 121-ci bəndinə görə növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Prezidentinin ““Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 10 iyun 2010-cu il tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Sözügedən Fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 28 sentyabr 2012-ci il tarixli 217 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Həmin Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 28 mart 2014-cü il tarixli Qərarında göstərmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla: 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuş; 2. bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 26 dekabr 2014-cü il tarixli 399 nömrəli Qərarına əsasən həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12dək dövr əsas götürülmüş (1-ci bənd), 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilmiş (2-ci bənd), Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tapşırılmışdır. Göründüyü kimi qanunvericilik 1994-cü ilin fevralın 1-dən sonra hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanmasını nəzərdə tutduğundan iddiaçıya 1992, 1993-cü illər üzrə kompensasiyanın hesablanmasından imtina qanuni və əsaslı olmuşdur. İddiaçıya aid təqdim edilmiş arayışlardan müəyyən olunur ki, iddiaçı 1994, 1995, 1996, 1998, 2000, 2001, 2002, 2003-cü illərdə növbəti məzuniyyətdən istifadə etmiş, yalnız 1997-ci ildə 07 gün, 1999-cu ildə 14 gün istifadə edilməmiş məzuniyyət günləri qalmışdır. 1997-ci il üzrə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın məbləği 129,22 manat (vəzifə maaşı 315,00 man + hərbi rütbəyə görə maaş 134,00 man + xidmət illərinə görə əlavə 112,25 man, cəmi 561,25 manat / ayın təqvim günlərinin orta illik miqdarı 30,4 x istifadə edilməmiş məzuniyyət günləri 7 gün), 1999-cu ildə istifadə etmədiyi 14 gün üçün kompensasiya məbləği 258,44 manat (vəzifə maaşı 315,00 man + hərbi rütbəyə görə maaş 134,00 man + xidmət illərinə görə əlavə 112,25, cəmi 561,25 manat / ayın təqvim günlərinin orta illik miqdarı 30,4 x istifadə edilməmiş məzuniyyət günləri 14 gün) təşkil etdiyi müəyyən olunur. Hazırkı iş üzrə cavabdeh 1997 və 1999-cu illər üçün hesablanmış istifadə edilməyən məzuniyyət günlərinə görə hesabladığı cəmi 387,66 manat kompensasiya məbləğini 03.08.2021-ci il tarixdə iddiaçının bank hesabına köçürüldüyünü bildirmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda cavabdehin 21 gün istifadə etmədiyi məzuniyyətə görə hesablanmış məbləğin ödənilməsi ilə bağlı iddianın mümkün sayılmaması dəlili ilə razılaşmamış və iddiaya mahiyyəti üzrə baxılaraq 1992-1998-ci illər üzrə istifadə edilməyən məzuniyyət günlərinə ödənilməmiş kompensasiyanın ödənilməsini tələb etmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarının işin faktiki hallarına tətbiqi nəticəsində isə iddiaçının 1992-1996, 1998, 2000-2003-cü illər üzrə istifadə edilməyən məzuniyyətə görə kompensasiya məbləğinin ödənilməsi ilə bağlı tələbinin faktiki və hüquqi əsasının olmadığı məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6551/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6551/2021
29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver