Məhkəmə qərarları › İş №2-1(112)-6554/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6554/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6554/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın qanunauyğunluğunun yoxlanılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “sərəncamın qanunauyğunluğunun yoxlanılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə instansiyası olaraq qanunla verilmiş səlahiyyətlərdən ədalətlə istifadə edib məhkəmə araşdırılması aparmaqla təqdim etdiyi sənədlər əsasında Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin özünün əvvəlki 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamının ləğv edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 12 fevral 1990-cı il tarixli 266 saylı sərəncamının qanuniliyini yoxlanmasına dair müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən sərəncam onun vəziyyətini ağırlaşdırmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Suraxanı RİH-nin iddia tələbinə dair yazılı mülahizəsi (etiraz) məhkəməyə təqdim edilməmişdir. Zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş X3 məhkəməyə iddia tələbinə dair yazılı mülahizəsini (etiraz) təqdim edtmişdir Üçüncü şəxsin iddia tələbinə dair yazılı etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı eyni tələblə əvvəllər də məhkəməyə müraciət etmiş və qeyd oluna iddia qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə mümkün sayılmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X3 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki: - Suraxanı rayon İHB-nın xx.xx.1998-ci il tarixli 2064 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı binanın qarşısındakı 300 kv. m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdr. - Suraxanı rayon İHB-nın xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı ilə Suraxanı rayon İHB-nın xx.xx.1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilərək, İddiaçı və X2 həmin sahədən bağ sahəsi kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. - İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Suraxanı RİH-nin 12 fevral 1990-cı il tarixli 266 saylı sərəncamının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5500/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Suraxanı RİH-nin 12 fevral 1990-cı il tarixli 266 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1357/2023 saylı iş üzrə qəbul etdiyi 04 aprel 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5500/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, iddianın mümkün sayılmaması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1589/2023 №li xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayət təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1357/2023 saylı iş üzrə qəbul etdiyi 04 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış hazırki iddia ilə eyni mahiyyətdə olan onun tərəfindən əvvəllər verilmiş iddia məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərardadı ilə mümkün sayılmamışdır. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki iddia tələbi eyni faktiki və hüquqi əsaslarla verilmiş iddia kimi qiymətləndirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarında göstərilişdir ki: - 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. - 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. - 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “sərəncamın qanunauyğunluğunun yoxlanılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar