Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6555/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqdim etdiyi əmək kitabçasının, digər sənədlərin surətlərində qeyd olunmuş məlumatlara və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də, nəzərə alınmaqla sığorta stajı 22 il 10 ay 24 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 10 ay 24 gün sığorta stajına uyğun olaraq 21059,83 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 2669,52 manat olmaqla, ümumilikdə 23729,35 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və MMC-də əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabında sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildirir ki, xx.xx.2009-xx.xx.2012-ci tarixləri ərzində "xxxx" MMC-də işləmişdir. Əmək kitabçasında 2 il 9 ay 6 gün əmək stajı qeydiyyatı vardır. Bu dövrdə fərdi şəxsi hesabının sığorta hissəsində "xxxx" MMC tərəfindən pensiya kapitalı əks olunmayib. Bildirir ki, xx.xx.2012-xx.xx.2014-ci il tarixləri ərzində "xxxx" MMC-də (VÖEN **********) işləmişdir - 2 il 1 ay əmək stajı. Yanvar 2015-ci il tarixində Yasamal rayonu əmək müfəttişliyinə və noyabr 2018-cil tarixlərində Xətai rayonu əmək müfəttişliyinə müraciət etməsinə baxmayaraq, əmək kitabçasının onda olmadığı üçün, ona işlədiyi dövr üçün arayış və ya əmək kitabçadan çıxarışı tələb etsə də, heç biri ona verilməmişdir. Bu dövrdə fərdi şəxsi hesabının sığorta hissəsində "xxxx" MMС tərəfindən pensiya kapitalı əks olunmayıb. Hər iki müəssisə, "xxxx" MMC və "xxxx" MMC hal-hazırda fəaliyyət göstərir. İndi ona aydın olmuşdur ki, özəl MMC-lərin əksəriyyəti işçilərlə 1 nüsxədən ibarət müqavilələr bağlasalarda, nə qanun tanıyır, nə Konstitusiya, nə dövlət, nə hökumət, nə də vicdan. Tanıdığları bircə puldur. Azərbaycan Respublikası Konstitusiyasınin müvafiq maddələrinə əsasən, onun hüquqlarının va azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bilir ki, Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiyəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Dövlət Konsernində ("xxxx" ASC) işlədiyi müddətin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər qəlirlərin, yaxud sığortaolunanların ölümu ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası maqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüquqununu müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericıliklə sığorta stajina daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 65 yaşına çatmış kişilərin və 62,5 yaşına çatmiş qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta staji olduqda (2017-ci 1 iyul tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək həril 6 ay artırılır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya taminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının təqdim etdiyi əmək kitabçasının, digər sənədlərin surətlərində qeyd olunmuş məlumatlara və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğun müddət də nəzərə alınmaqla sığorta stajı 22 il 10 ay 24 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 10 ay 24 gün sığorta stajına uyğun olaraq 21059,83 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2669,52 manat olmaqla, ümumilikdə 23729,35 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və amək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən amək kitabçasının surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixadək ("X1" adının "xxxx"ASC-yə dəyişildiyi qeyd olunmamışdır) olan dövrün doldurulma qaydası pozulduğu üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirirlər ki, sözügedən dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciət əsasında həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxıla bilar.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur.
9. Cavabdeh tərəfindən iddiaçıya 27 dekabr 2024-cü il tarixli, 3-17-1/2-R-319650/2024 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktub göndərilmişdir.
10. İş materiallarına iddiaçıya məxsus 20 aprel 1976-cı il tarixdə və xx.xx.1997-ci il tarixdə açılmış əmək kitabçaları, Dövlət Sosial Sığorta Şəhadətnaməsi əlavə edilmişdir.
11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən 1 oktyabr 2012-ci il tarixindən etibarən "xxxx" MMC-də müdir müavini vəzifəsində çalışır və aylıq 420 (dörd yüz iyirmi) manat əmək haqqı alır.
12. "xxxx" MMC tərəfindən verilmiş 2012-ci ilin noyabr ayı və 2014-cü ilin fevral ayı üçün əmək haqqı cədvəli təqdim edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 19 mart 2025-ci il tarixli, 3-21-2-1/2-5076/2025 nömrəli məktubla bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə D-2886 nömrə ilə dövlət qeydiyyatından keçməsi və səhmdarlarının ümumi yığıncağının qərarına əsasən təşkilati-hüquqi formasının dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olması barədə məlumat mövcuddur. xx.xx.1998-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Dövlət Konserninin 11 saylı X5 bazasında yaradılır və onun hüquqi varisidir. Mövcud məlumat bazasına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.1997-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır.
14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respulikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli, 3-34/2-99/01-3/2025 nömrəli məktubla bildirilmişdir ki, "xxxx" Dövlət Konserni (sonradan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Avtonəqliyyatservis Departamenti Məhdud Məsuliyyətli Cəmiyyəti) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) müvafiq olaraq 19 və 20 iyun 1996-cı il tarixlərində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. Bununla yanaşı nəzərə çatdırırlar ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız "ada" görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməsi xahiş olunur.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-27/2-2422/2025 nömrəli məktubla bildirilmişdir ki, "xxxx" Dövlət Konserinin 11 №-li X5 şəxsi heyət üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən, tələb olunan arxiv arayışlarının verilməsi tərəfimizdən mümkün olmamışdır.
16. Məhkəmənin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 7 aprel 2025-ci il tarixli, 3-21-3/2-4808/2025 nömrəli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1150 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Konserninin 11 saylı X5 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin özəlləşdirilməsi prosesi xx.xx.2003-cü tarixində yekunlaşaraq müstəqil təsərrüfat subyektinə çevrilmişdir.
17. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 09 aprel 2025ci il tarixli, 3-52/2-1004/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan vətəndaş İddiaçı 1997-2005-ci illərdə işlədiyi X3 (Bakı Yük Avtonəqliyyat-11 ASC) sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
18. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X6 Mərkəzi Filialı tərəfindən 12 may 2025-ci il tarixli, 3-17-1/2-109030/2025 nömrəli məktubla məhkəməyə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bildirilmişdir ki, məhkəmə sorğusunda xx.xx.2009 - xx.xx.2012-ci illər üzrə İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatların təqdim edilməsini xahiş etmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Hesabat) altsistemində 2009 - 2012-ci illər üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı barədə məlumatların qeyd olunmadığı müəyyən edilmişdir. Bildirirlər ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. İşin məhkəmə icraatında olduğunu nəzərə alaraq, İddiaçı 2009 - 2012-ci illər üzrə məlumatlarının araşdırılması, sözügedən dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapdığı halda, MEİS-in “Sığorta” (Hesabat) altsistemində həmin illər üzrə təqdim edilmiş hesabatlarda sığortaolunanın məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunması müəyyənləşdirilərək, sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesabına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan əlavə sənədlərin ((hər hansı sənəd təqdim edilmədikdə əsaslandırılmış izahat qeyd edilməklə) (Məlumat və Forma 1 cədvəlləri əlavə olunur)) mümkün qısa müddət ərzində Filiala təqdim edilməsi xahiş olunur. Qeyd etmək istəyirlər ki, İddiaçı Fonda ünvaladığı, xx.xx.2024-cü il tarixində 3-17- 1/1-R-297175/2024 nömrə ilə qeydiyyata alınmış 2009 - 2012-ci illər üzrə fərdi şəxsi hesabında əks olunmayan məlumatlarının araşdırılması ilə bağlı müraciəti əsasında Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-310760/2024 nömrəli məktubla sübutedici sənədlərin təqdim edilməsi ilə bağlı sizə məlumat verilməsinə baxmayaraq cari tarixədək İddiaçı barədə hər hansı bir sənəd və yaxud məlumat təqdim olunmamışdır.
19. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X6 Mərkəzi Filialı tərəfindən 14 may 2025-ci il tarixli, 3-17-1/2-111358/2025 nömrəli məktubla məhkəməyə və "xxxx" MMC-yə bildirilmişdir ki, məhkəmə sorğusunda sığortaedən "xxxx" MMC-nin xx.xx.2012 xx.xx.2024-cü illər ərzində İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqlarını ödəyibödəməməsi barədə məlumatların təqdim edilməsini xahiş etmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Hesabat) altsistemində 2012, 2015 və 2016-cı illər üçün təqdim etdiyin məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məlumatlarının qeyd olunmadığı, 2013 və 2014-cü illər üçün “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar”ına (Forma B1) (bundan sonra - Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larının (Forma B3) (bundan sonra - Forma B3) təqdim olunmadığı müəyyən edilmişdir. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Nəzərə çatdırırlar ki, İddiaçı Fonda ünvaladığı, xx.xx.2024-cü il tarixində 3-17-1/1- R-297175/2024 nömrə ilə qeydiyyata alınmış fərdi şəxsi hesabında əks olunmayan məlumatlarının araşdırılması ilə bağlı müraciəti əsasında Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-310831/2024 nömrəli məktubla sübutedici sənədlərin təqdim edilməsi ilə bağlı məlumat verilməsinə baxmayaraq cari tarixədək İddiaçı barədə hər hansı bir sənəd və yaxud məlumat təqdim olunmamışdır. İşin məhkəmə icraatında olduğunu nəzərə alaraq, İddiaçı 2012, 2015 və 2016-cı illər üzrə məlumatlarının araşdırılması, sözügedən dövrdətəşkilatınızda əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapdığı halda, MEİS-in “Sığorta” (Hesabat) altsistemində həmin illər üzrə təqdim edilmiş hesabatlarda İddiaçı məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunması müəyyənləşdirilərək, İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesabına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan əlavə sənədlərin ((hər hansı sənəd təqdim edilmədikdə əsaslandırılmış izahat qeyd edilməklə) (Məlumat və Forma 1 cədvəlləri əlavə olunur)) mümkün qısa müddət ərzində Filiala təqdim edilməsi xahiş olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, 2006 - 2016-cı illər üzrə hesabat məlumatlarının araşdırılması, vaxtilə Forma B1 hesabatlarına uyğun olaraq Forma B3 məlumatlarını təqdim etməmiş sığortaedənlər barədə məlumatların MEİS-ə yüklənilməsi ilə bağlı Nazirliyin müvafiq əmri ilə dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində sağlamlaşdırma işlərini əhatə edən “Tədbirlər Planı” (bundan sonra - Tədbirlər Planı) təsdiq edilmişdir. “Tədbirlər Planı”nda nəzərdə tutulmuş qaydada 2013 və 2014-cü illər üçün Forma B1 hesabatlarına uyğun olaraq Forma B3 məlumatlarının MEİS-ə yüklənilməsindən ötrü müşayiətedici məktubla birlikdə sözügedən illər üzrə əməkhaqqı cədvəlini qoşmaya əlavə edilmiş nümunə formasında (hər bir sığortaolunanın ilin hər ayı üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri qeyd olunmaqla) (nümunə əlavə olunur)), həmçinin həqiqiliyi şübhə doğurmayan təsdiqedici sənədlərin (əmək kitabçası və bankdan əmək haqqının verilməsi barədə çıxarış) möhür və imza ilə təsdiq edilmiş surətlərini (hər hansı sənəd təqdim edilmədikdə əsaslandırılmış izahat qeyd edilməklə) Filiala təqdim etməyiniz xahiş olunur (zərurət olarsa Forma B3 məlumatlarının MEİS-ə yüklənilməsi ilə bağlı digər sənəd və məlumatlar da tələb edilə bilər). Qeyd etmək istəyirlər ki, MEİS-də 2017-ci ilin İ rübü üçün məcburi dövlət sosial sığortası üzrə ödəniş məlumatlarının öz əksini tapmasına baxmayaraq, sözügedən rüb üçün təqdim etdiyi hesabatda sığortaolunanlar barədə məlumatlar (soyad, ad, ata adı, FİN kod, sosial sığorta nömrəsi (SSN), məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) əks olunmamış, 2017-ci ilin İV, 2018-ci ilin İ-İV, 2019-cu ilin İİ-İİİ və 2024-cü ilin İİ və İİİ rübləri üçün məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilməsinə baxmayaraq sözügedən rüblər üzrə hesabat məlumatları aşkar edilməmişdir. Əlavə olaraq qeyd etmək istəyirlər ki, MEİS-də 2017-ci ilin İİ-İİİ, 2019-cu ilin İ və İV, 2020- 2023-cü illərin İ-İV, 2024-cü ilin İ və İV rübləri üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Hal-hazırda qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində məcburi dövlət sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20dən gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra - Xidmət) hesabat təqdim etmək sığortaedənin vəzifəsidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Xidmətə həvalə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, 2017-ci ilin İ rübü üzrə “Dəqiqləşdirilmiş”, 2017-ci ilin İV, 2018-ci ilin İ-İV, 2019-cu ilin İİ-İİİ və 2024-cü ilin İİ və İİİ rübləri üzrə “İlkin” tipli hesabatların təqdim edilməsi, həmçinin 2017-ci ilin İİ-İİİ, 2019-cu ilin İ və İV, 2020-2023-cü illərin İ-İV, 2024- cü ilin İ və İV rübləri üzrə hesabat və ödəniş məlumatların araşdırılması üçün uçotda olduğu vergi orqanına müraciət edə bilər.
20. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X6 Mərkəzi Filialı tərəfindən 19 may 2025-ci il tarixli, 3-17-1/2-116636/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğuda sığortaedənlər “Naiqin-K Tovuz Baltiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin (SUN: **********1; VÖEN: **********) xx.xx.2009 - xx.xx.2012-ci illər, "xxxx" MMCnin (SUN: **********6; VÖEN: **********) xx.xx.2012 - xx.xx.2024-cü illər üzrə İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi, ümumiyyətlə həmin dövrlər üzrə sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olub-olmaması və ya borcun ödənilməsi, silinməsi barədə məlumatların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məlumat üçün bildirirlər ki, İddiaçı 2009 - 2012-ci illər üzrə fərdi şəxsi hesabı barədə məlumatlarının araşdırılması üçün “Naiqin-K Tovuz Baltiya" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2025-ci il tarixində 3-17-1/2- 109030/2025 nömrəli (surəti Bakı İnzibati Məhkəməsinə göndərilməklə), 2012 - 2024-cü illər üzrə məlumatlarının araşdırılması üçün "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixində 3-17-1/2-111358/2025 nömrəli (surəti Bakı İnzibati Məhkəməsinə göndərilməklə) məktublarla müraciət olunmuşdur. Müvafiq cavablar gəldikdən sonra əlavə məlumat veriləcəkdir. Nazirliyin elektron informasiya ehtiyatlarında əks olunan məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən “Naiqin-K Tovuz Baltiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixə, "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikasını təqdim edirlər(məlumat cədvəlləri əlavə olunur). Qeyd etmək istəyirlər ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Hesabat) altsistemində “Naiqin-K Tovuz Baltiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin məcburi dövlət sosial sığorta haqqı və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların silinməsinə aid məlumatlar aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, MEİS-in “Sığorta” (Hesabat) altsistemində "xxxx" MMCnin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən xx.xx.2018-ci il tarixində 1 aprel 2018-ci il tarixinədək yaranmış və ödənilməmiş 761,80 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasına nəzarət İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə olunduğundan “Naiqin-K Tovuz Baltiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" MMC-nin borclarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatların əldə edilməsi ilə əlaqədar Xidmətə müraciət edilə bilər.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
21. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
22. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
24. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
25. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
27. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
28. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
29. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən ümumi iş stajının 25 ildən az (22 il 10 ay 24 gün) təşkil etməsinə istinad edilməklə imtina edilmişdir.
30. Cavabdeh tərəfindən iddiaçının sığorta stajına daxil edilməyərək, mübahisələndirilən dövrlər - iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.2009-xx.xx.2012-ci illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində, xx.xx.2012-xx.xx.2024-cü illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində və xx.xx.1997-xx.xx.2005-ci illərdə “X4”-də ("xxxx" ASC-də) işlədiyi dövrlər olmuşdur.
31. Bununla bağlı cavabdehin dəlili ondan ibarət olmuşdur ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə iddiaçının fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır."İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən amək kitabçasının surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixadək ("X2" adının "xxxx"ASC-yə dəyişildiyi qeyd olunmamışdır) olan dövrün doldurulma qaydası pozulmuşdur.
32. İddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdən - xx.xx.1997-xx.xx.2005-ci illərdə “X4”-də ("xxxx" ASC-də) işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
33. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin, iddiaçı tərəfindən sosial sığorta stajına daxil edilməsi tələb edilən mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, işin yuxarıda qeyd edilən halları nəzərə alınmaqla həmin dövrlər iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir.
33. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
32. İddiaçının mübahisəli əmək stajı dövrünün yarandığı vaxt qüvvədə olan “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bənd 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: ... İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır.
34. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
35. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
36. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur.
37. Eyni zamanda, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
38. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı, əmək kitabçasına, əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır.
39. Bundan əlavə məhkəmə araşdırması zamanı mübahisəli dövrlərdə iddiaçının işlədiyi müəssisələrinin dövlət qeydiyyatından keçməsi barədə məlumatların əldə edilməsi məqsədilə aidiyyəti qurumlara göndərilmiş sorğulara daxil olmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, "xxxx" Dövlət Konserni (sonradan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Avtonəqliyyatservis Departamenti Məhdud Məsuliyyətli Cəmiyyəti) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) müvafiq olaraq 19 və 20 iyun 1996-cı il tarixlərində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. O, cümlədən dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998ci il tarixdə D-2886 nömrə ilə dövlət qeydiyyatından keçməsi və səhmdarlarının ümumi yığıncağının qərarına əsasən təşkilati-hüquqi formasının dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olması barədə məlumat mövcuddur. xx.xx.1998-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Dövlət Konserninin 11 saylı X5 bazasında yaradılır və onun hüquqi varisidir. Mövcud məlumat bazasına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.1997-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Eləcə də, sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır.
40. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlər yalnız müəssisənin təşkilati hüquqi formasının dəyişməsi ilə bağlı qeydlərin aparılmaması əsası ilə mübahisələndirilmiş və məhkəmənin sorğusuna əsasən daxil olmuş cavab məktubları ilə müəssisənin fəaliyyəti ilə bağlı məlumatlar (fəaliyyətdə olduğu dövrlər, dövlət qeydiyyatına alındığı tarix, təşkilati-hüquqi formasının dəyişməsi ilə bağlı və s.) əsasında iddiaçının mübahisəli əmək stajının olduğu dövrlərdə onun işlədiyi müəssisənin fəaliyyətdə olması öz təsdiqini tapmışdır.
41. Cavabdeh tərəfindən əmək kitabçasındakı qeydlər digər hissələrdə (işə daxil olma və işdən xaric olma barədə əmrlər və s.) mübahisələndirilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi dövrlər mübahisəsiz olaraq onun sosial sığorta stajına daxil edilməlidir.
42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır.
43. Beləliklə hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla qanunvericiliklə müəyyən edilmiş pensiya yaşı həddinə 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdə çatmışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən əmək stajı son olaraq məhkəmə araşdırması dövründə 22 il 10 ay 24 gün təşkil etmiş, iddiaçı tərəfindən sosial sığorta stajına daxil edilməsi xahiş edilən, cavabdeh tərəfindən mübahisələndirilmiş, məhkəmə tərəfindən sosial sığorta stajına daxil edilməli hesab edilən dövr isə - xx.xx.1997xx.xx.2005-ci illər – cəmi: 8 il 3 ay 17 gün olmaqla, ümumilikdə iddiaçının 25 ildən çox əmək stajı olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslı hesab edilməklə iddia tələbi təmin edilməlidir.
44. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması və sosial sığorta stajına sahib olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının tələbi təmin edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməlidir.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Dövlət Konsernində ("xxxx" ASC) işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə ona 65 yaşının tamam olduğu – xx.xx.2024cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva