Məhkəmə qərarları › İş №2-1(112)-6558/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6558/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6558/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bələdiyyələrin internet saytlarının yaradılmaması barədə informasiya sorğusunun cavablandırılmasına dair” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bələdiyyələrin internet saytlarının yaradılmaması barədə informasiya sorğusunun cavablandırılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia ərizəsinə görə iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə informasiya sorğusu göndərmişdir. Sorğu vasitəsilə nazirlikdən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bələdiyyələrin internet saytlarının yaradılmaması barədə qanunla açıq hesab edilən informasiyaların təqdim edilməsi xahiş olunmuş, lakin həmin müraciət cavablandırılmamışdır. İddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, X4 texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli, 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, X4 Texnologiyalar Nazirliyi haqqında” Əsasnamənin 3.0.106-cı bəndinə əsasən öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək Azərbaycan Respublikasının Nəqliyyat, X4 Texnologiyalar Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Göründüyü kimi iddiaçının hazırkı iddia ərizəsində cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən internet saytının yaradılması ilə əlaqədar fəaliyyət həyata keçirilmədiyindən həmin nazirlik iddiaya cavab verməli olan inzibati orqan kimi qəbul edilə bilməz. Məhkəmə göstərilənlərə əsasən iddianı mümkün hesab etmədiyindən iddiaçıya izah edilir ki, internet saytlarının yaradılmaması barədə informasiyaların təqdim edilməsinə dair ərizə ilə müvafiq səlahiyyətli orqana (Azərbaycan Respublikası Nəqliyyat, X4 Texnologiyalar Nazirliyinə) müraciət etməli, xahişi təmin edilmədiyi təqdirdə isə həmin inzibati orqana qarşı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması ilə bağlı məsələlərə baxlmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar