Məhkəmə qərarları › İş №2-1(112)-6558/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6558/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6558/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikasına daxil olmasına və sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsinə icazə verilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gürcüstan Respublikasında saxlanılan iddia ərizəsində göstərdiyi avtomobillərin Azərbaycan Respublikasına daxil olmasına və həmin avtomobillərin sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xaricdən avtomobil gətirib satmaqla məşğuldur, ailəsini, uşaqlarını, işsiz valideynlərini bununla təmin edir. Fəaliyyətində sıxıntılarla qarşılaşmışdır. Belə ki, istehsal tarixi 10 ili tamamlanmış olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı Nazirlər Kabinetinin məlum qərarının qəbulundan - 29 mart 2023-cü il tarixindən öncə satış məqsədləri ilə Cənubi Koreyadan SORENTO, ACCENT və s. markalı, cəmi 9 (doqquz) ədəd nəqliyyat vasitəsi sifariş vermişdir. Avtomobilləri alaraq göndərən də yaxın qohumudur. Qohumu avtomobilləri oradakı Koreyalı ortağı ilə öz vəsaitləri hesabına alıb ona göndəriblər ki, bunları sataraq ticarət etsin. Satın alındıqdan sonra avtomobillər (satıcı tərəfindən dövlət nişan nömrələri təhvil verildikdən və müvafiq rəsmiləşmələr aparıldıqdan sonra) Azərbaycana dəniz (Cənubi Koreya-Poti) və quru yolu ilə (Poti-Bakı) daşınması üçün xx.xx.2023-cü il tarixindən öncə 2 ədəd konteynerə, konteynerlərlə isə karqo gəmisinə yüklənmişdir. Həmin avtomobillərin 29 mart 2023-cü il tarixindən öncə satın alınması ilə bağlı sənədlərim, avtomobillərin texniki sənədləri, konteynerə/gəmiyə yüklənmə və export sənədləri, daşınma/nəqliyyat sifarişi sənədləri, sair təsdiqedici sənədlərim vardır. Qeyd edilən nəqliyyat vasitələrinin 29 mart 2023-cü il tarixindən öncə satın alınması ilə bağlı təsdiqedici sənədlər hazırki ərizəyə əlavə olunur və qeyd etdikləri, yəni avtomobilləri xx.xx.2023-cü il tarixindən öncə alınması və karqo gəmisinə yüklənmələri həmin sənədlərin məzmunlarındakı məlumatlarla tam təsdiq olunur. Təqdim olunan sənədlərlə təsdiq olunur ki, nəqliyyat vasitələri 29 mart 2023cü il tarixindən öncə, yəni qərar qəbul olunmamışdan öncə satın alınıb və bu tarixədək daşıyıcı şirkətə təhvil verilib. Bir müddət bundan əvvəl həmin avtomobillərin olduğu konteynerlər artıq daşıyıcı gəmi ilə Potliyə çatıb və oradan TİR topli daşıyıcı nəqliyyat vasitələrinə yüklənib ki Azərbaycana daşısın. Lakin avtomobillərin yükləndiyi konteynerli nəqliyyat vasitələrinin sərhəd zonasından Azərbaycana gətirilməsinə/ölkəyə daxil olmasına sözügedən Qərarın icrası əsas gətirilərək icazə verilməyib. Atobomilləri məlum Qərarın qəbulundan əvvəl alınmasına və daşıyıcı şirkətlərə təqdim olunub konteynerlərə/gəmiyə yüklənməsinə baxmayaraq, Cənubi Koreyadakı hava şəraiti səbəbindən və ya gəminin yüklənmə ilə dolub tamamlanmasının gözlənilməsi səbəbindən, yaxud da onlara məlum olmayan sair səbəblər üzündən karqo gəmisinin yola düşməsi geçikmişdir. Bu üzdən gəmi Poti limanına gec gəlib çıxmış, nəticədə konteynerlərin Azərbaycana nəql olunmasında üzrlü səbəbdən ləngimə olmuş, avtomobillər sərhəddə dayandırılmış, ölkəyə buraxılmamışdır. Sərhəd gömrük xidməti orqanında, sözügedən Qərarın icrası əsas gətirilərək, avtomobillərin olduğu konteynerlərin ölkə ərazisinə daxil olmasına icazə verilməyib. Sərhəddə əlaqədar şəxslər bildirmişlər ki, "konteynerlərin ölkəyə daxil olması üçün Gömrük Komitəsi rəhbərliyinin icazəsi lazımdır, bu halda biz maşınları ölkəyə buraxa bilərik”. Məsələ ilə bağlı bir neçə dəfə DGK rəhbərliyinə müraciət etmiş, qəbullarda olmuş, amma müraciətləri heç bir nəticə verməmişdir. Avtomobillərin Gürcüstanda saxlanması və ölkə ərazisinə buraxılmaması artıq ona külli miqdarda zərər vurmuşdur. Belə ki, o, bunlara görə hər gün daşıyıcı şirkətə və saxlama xidmətləri göstərən hüquqi/fıziki şəxslərə boş yerə haqq ödəmiş, bu da onun üçün əlavə/lüzumsuz xərclər deməkdir. Bu ödənişlər indi də davam edir. Artıq zərəri ödəməyə maddi imkanı yoxdur və o, borclanmağa başlamışdır. Bu üzdən Gürcüstana gedərək avtomobilləri konteynerdən boşaltmış, 3 ədədini dəyərindən aşağı qiymətə satmışdır ki, zərərlərini qismən də olsa aradan qaldırsın. Yerdə qalan 6 ədəd avtomobil isə hələ də Gürcüstandadır, onların saxlanmasına və mühafizəsinə görə gündəlik məsrəfləri vardır. Avtomobilləri nə öz dəyərinə sata bilir, nə də ki ölkəyə gətirə bilir. Göründüyü kimi, avtomobillər 29 mart 2023-cü il tarixindən öncə satın alınıb və bu tarixədək daşıyıcı şirkətə təhvil verilib. DGK-nin yeganə dəlili odur ki, bank ödənişlərim yoxdur. Halbuki Nazirlər Kabinetinin məlum qərarında 29 mart tarixinə kimi alınmadan söhbət gedir, burada ödənişlərin bank vasitəsilə aparılmasından, yəni ticarətin hansısa növündən, alqı-satqının nağd və ya nisyə olmasından, ödəminin hansısa konkret növünün tətbiq olunubolunmamasından söhbət getmir. Belə ki, NK rəhbərliyi qərarı qəbul etdikdə bilirdi ki, vətəndaşlar həmin tarixə kimi nağd və nisyə yollarla, Azərbaycandan ödəmə ilə və ya avtomobilin olduğu ölkədən ödəmə olmaqla avtomobillər alıblar, bu üzdən onlar üçün yalnız tarixi məhdudlaşdırıcı meyar kimi müəyyən etmişdir. Lakin ticarətin növünü, alqısatqının nağd və nisyə olmasını şərt kimi irəli sürməmişdir. Lakin DGK bunun əksinə olaraq ondan bank ödənişi sənədi tələb edir, bu isə qanunsuz tələbdir, qanunvericiliyə və inzibati icraatın tələblərinə ziddir. Çünki ödəmələri Koreyada yaşayan və işləyən yaxın qohumu həyata keçirərək avtomobilləri almış və karqo gəmisi ilə Potiyə göndərmişdir. Avtomobillər Azərbaycana onun adına göndərilmişdir. Lakin inzibati orqan bu dəlillərini nəzərə almır və məsələni obyekiv araşdırmır, düzgün, işin hallarına uyğun şəkildə qiymətləndirmir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, nəqliyyat vasitələrinin üzərində gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək səlahiyyəti cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin deyil, Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətinə aid edilmişdir. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə vəsatət verərək Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 29 aprel 2024-cu ildə keçirilən hazırlıq iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddia həqiqi cavabdehə qarşı yönəldilməmiş, hazırki tələb DGK-ə deyil, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı yönəldilməlidir. Cavabdehin bu vəsatəti əsassızdır və qanunvericiliyə müvafiq deyildir. Azərbaycan Respublikasının Prezidentinin nacyabrəzA˝ Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə˝ 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən (3. Komitənin vəzifələri) Komitənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri də vardır: ...3.1.5. malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görmək; 3.1.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; ... 3.1.11. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq; ... 3.1.19. gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçıların hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək; 3.1.20. Komitənin fəaliyyəti ilə əlaqədar insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq; ... 3.1.21. gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək; ... .˝ Göründüyü kimi Komitənin bilavasitə vəzifələri sırasında nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək, nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək vəzifələri də vardır. Nümayəndəsi olduğu şəxsə məxsus nəqliyyat vasitələri Gürcüstan ərazisindən ölkəyə buraxılmadığı və bunun yalnız DGK-nin icazəsi ilə mümkünlüyü mənə dəfələrlə bildirildiyi üçün,müraciətlərimə də DGK-nin özu baxıb rəsmi olaraq cavablandırdığı, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsindən də DGK-nin bilavasitə özü imtina etdiyi üçün, hesab edir ki, hazırki işdə inzibati öhdəlik daşıyan və cavabdeh olan orqan DGK-dir. O ki qaldı, mövcud inzibati və məhkəmə praktikası ilə bağlı cavabdehin nümayəndəsinin dediklərinə, bu ölkəyə buraxılmış və gömrük orqanının terminalında rəsmiləşməsini gözləyən nəqliyyat vasitələrinə aiddir. Həmin nəqliyyat vasitələrinin rəsmiləşməsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətindədir. Məhz buna görə də, həmin nqəliyyat vasitələrinin gömrük rəsmiləşməsindən imtina olunduqda, həmin işlər üzrə tələblər həmin İdarəyə yönəldilir. Hazırki işdə isə işin halları fərqlidir. Nəqliyyat vasitələri hal-hazırda Gürcüstan Respublikasındadır. Həmin nəqliyyat vasitəsinin ölkəyə buraxılması və müvafiq gömrük rəsmiləşməsi aparılması prosedurlarına başlanılması üçün cavabdeh orqanın icazəsi tələb olunur, cavabdeh orqan isə bunu vermədiyi üçün, həmin orqana qarşı tələb irəli sürərək məhkəməyə müraciət edilib. Əgər nəqliyyat vasitələri ölkəyə daxil olarsa və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi gömrük rəsmiləşməsinin aparılmasından imtina edərsə, bu halda İdarə cavabdeh qismində cəlb edilməklə məhkəməyə müraciət oluna bilər. Bundan əlavə, AR Nazirlər Kabinetinin 2023cü il 29 mart tarixli ramsitsİ˝ olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında˝ 94 saylı qərarının icrası ilə bağlı məsələlər bilavasitə DGKi tərəfindən baxılır və həll edilir. Nümayəndəsi olduğu şəxsə məxsus nəqliyyat vasitəsinin ölkəyə buraxılmasından da həmin Qərara istinad olunmaqla DGK-nin özü tərəfindən bilavasitə imtina olunduğu üçün cavabdeh orqan da DGK-dir. Halhazırda inzibati praktika bundan ibarətdir ki, həmin qərara istinad olunmaqla ölkəyə buraxılmayan nəqliyyat vasitələrinin ölkəyə buraxılması icazəsi bilavasitə DGK-nin səlahiyyətindədir. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin isə belə bir səlahiyyəti yoxdur. Qərarın təsiri altına düşən və ya düşməsi ehtimal olunan nəqliyyat vasitələrinin siyahısı, müvafiq göstəriciləri DGK tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə və digər səlahiyyətli orqanlara göndərilmədikcə, bu nəqliyyat vasitələrinin ölkəyə buraxılması mümkün deyildir. Bu isə DGK-nin Əsasnaməsinə də müvafiqdır. Çünki, DGK bu cür məsələlərdə nəzarətedici orqandır. Ona görə də, nəzarətedici orqanı bu əsaslara görə cavabdeh qismində məhkəməyə cəlb edilib. Cavabdeh orqanın nümayəndəsinin vəsatətinin təmin edilməməsini və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh kimi saxlanılmaqla işin məhkəmə baxışına təyin edilməsini xahiş edir, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin isə cavabdeh qismində deyil, İPM-nin 28-ci maddəsinə əsasən 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş edir. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin 3-cü şəxs qismində işə cəlb edilməsinin dəlili budur ki, iddia təmin olunacağı halda, yəni avtomobil ölkəyə buraxıldıqdan sonra gömrük rəsmiləşməsi proseduru bilavasitə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində həyata keçiriləcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı yönəlmişdir. İddia tələbinin predmetini avtomobillərin Azərbaycan Respublikasına daxil olmasına və həmin avtomobillərin sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əsasnaməsinin 3.1-ci bəndinə əsasən əsasən aksiz markası ilə markalanmalı olan malların və sərbəst dövriyyə üçün buraxılış, müvəqqəti idxal, ixrac, təkrar ixrac, təkrar idxal və müvəqqəti ixrac gömrük prosedurları altında yerləşdirilən avtonəqliyyat vasitələrinin üzərində gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin vəzifələrinə aid edilmişdir. İddiaçı hesab edir ki, hazırkı tələb gömrük rəsmiləşdirilməsi deyil, DGK tərəfindən avtomobillərin ölkəyə buraxılmasına icazə verilməsi barədə olduğundan bu tələbə cavab verməli olan şəxs DGK-dir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia tələbindən göründüyü kimi, iddiaçı Gürcüstan Respublikasında saxlanılan iddia ərizəsində göstərdiyi avtomobillərin Azərbaycan Respublikasına daxil olmasına və həmin avtomobillərin sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Qeyd edildiyi kimi, avtonəqliyyat vasitələrinin üzərində gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 21.1.2.3-cü bəndinə əsasən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi inzibati orqandır. Ona görə də, hazırkı iddia tələbinə cavabdeh verməli olan şəxs Aksizli Mallar üzrə Baş Gömrük İdarəsidir. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı qeyd edir ki, iddiaçı hazırkı tələblə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət edə bilər. Əgər İdarə tərəfindən müaricətinin təmin olunmasından imtina olundğu təqdirdə həmin İdarəyə qarşı müvafiq tələblə iddia verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar