Məhkəmə qərarları › İş №2-1(112)-6559/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6559/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6559/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) hazırlıq icraatında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, bina 265-də yerləşən 42 saylı mənzildə xx xxxxxx 2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsinə və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etrmişdir. İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddə-sinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına qəbul olunmuş və hazırlıq icraatı üzrə məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmə-si-nə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Salamzadə küçəsi, 1055-ci məhəllədə qeydiyyatda olmuş, lakin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 265-də yerləşən 42 saylı mənzildə yaşayan X6 onun atasıdır. X8 xx xxxxxx 2020-ci il tarixdə halı pisləşmiş və qəfildən yaşadıqları mənzildə dünyasını dəyişmişdir. Mərhum atası halının pisləşdiyini anasına bildirmiş və anası dərhal təcili X7 zəng etmişdir. Lakin həkimlər gələnə qədər atası vəfat etmişdir. Abşeron rayon X5 və X4 Stansiyası tərəfindən ona xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum atası xx xxxxxx 2020-ci il tarixdə doğulduğu İsmayıllı rayonu Sumağallı kənd qəbirstanlığında dəfn edilmişdir. Bu barədə ona Sumağallı Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixli arayış da verilmişdir. Bundan sonra iddiaçı ölüm haqqında şəhadətnamə verilməsi üçün qeydiyyatda olduğu ərazi üzrə Yasamal rayonu 3 nömrəli poliklinikası tərəfindən imtina arayışı almışdır. İşə əlavə edilmiş iddiaçının müraciətinə ünvanlanan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər poliklinikasının 212 saylı 04.09. 2020-ci il tarixli cavab məktubdan da göründüyü kimi Salamzadə 1055 (inzibati bina) ünvanında qeydiyyatda olmuş xx.xx.1954-cü il təvəllüdlü X3 5 ili Xırdalan şəhəri, H.Əliyev prospekti 265, mənzil 42-də yaşayıb (poliklinikasının ərazi xidmətində yerləşmir) və xx.xx.2020-ci il tarixdə saat 18:50-da həmin ünvanda rəhmətə gedib. Mərhum heç bir xəstəliklə əlaqədar 3 nömrəli poliklinikaya müraciət etməyib və dispanser qeydiyyatında olmadığından ona ölüm haqqında şəhadətnamə verilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxxxx 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" xx xxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının: 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddialara aid edilir. Ona görə də işin ərazi aidiyyəti həll edilərkən nəzərə alınmalıdır ki, mübahisənin bu xüsusatına İPM-in 8.1.4-cü maddəsi tətbiq edilməlidir. İPMin 8.1.1-ci, 8.1.2-ci, 8.1.3-cü, 8.1.3-1-ci maddələrində təsbit edilmiş müstəsna aidiyyət normaları hazırkı işlə əlaqədar deyil. İş materiallarından görünür ki, Cavabdehdir. Belə olan halda məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan Sumqayıt şəhərində yerləşdiyindən, İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə hazırkı inzibati işə həmin şəhərin aid olduğu inzibati məhkəmədə baxılmalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmələrin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi barədə” xx.xx.2019cu il tarixli 4 nömrəli qərarının 17.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2, 8, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar