Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-656/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) və onun nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X14 (ünvan 3 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzilə kirayə müqaviləsinin bağlanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla kirayə müqaviləsinin bağlanması üçün Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 46 saylı evin 6 nömrəli mənzilinin verilməsi haqqında qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 46 ünvanında yerləşən 6 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanılması haqqında sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş 26 Bakı Komissarları Mənzil İstismar İdarəsinin 21 dekabr 1962-ci il tarixli, 37 saylı qərarı ilə hazırki ünvanı ünvan 5si 46.75 kv.metr) yaşayış sahəsi iddiaçının atası Nəsir Kərimov (əvvəlki soyadı - Fleydanov) və ailə üzvlərinə ayrılmışdır. Keçmiş Oktyabr rayon XDS İK-nin 18/2 saylı, 25 avqust 1989-cu il tarixli qərarı ilə sözügedən mənzil bölünmüşdür. Belə ki, mənzilin 17 kv.metr sahəsi olan 1 otağı iddiaçının bacısının əri X7 və ailəsinə (arvadı X19 və qızı X8), sahəsi 29,75 kv.metr olan 2 otağı isə iddiaçının atası Nəsir Kərimov və ailə üzvlərinə (arvadı, oğlu, gəlini, qızı və iki nəvəsi) təhkim edilmişdir. Qısa bir müddət sonra Seyidməmməd Kərimov və ailə üzvləri sözügedən 1 otağı tərk etmiş, başqa bir yaşayış sahəsinə köçmüşlər. Təxminən 1990-cı ildən etibarən mənzil bütövlükdə iddiaçının atası Nəsir Kərimov və ailəsinin istifadəsində olmuşdur. İddiaçının anası X20 10 sentyabr 1996-cı ildə, atası Nəsir Kərimov 21 dekabr 2004-cü il tarixdə vəfat etmişdir. Mənzildə iddiaçı, arvadı (X11) və iki oğlu (Fərid Kərimov və Fuad Kərimov) yaşamaqdadır. X7 və arvadı (iddiaçının bacısı) dünyasını dəyişmişdir. Onların qızları - Əsmər Kərimova isə Bakı şəhərində başqa bir yaşayış sahəsində yaşamaqdadır. İddiaçı mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan 05 avqust 2019-cu il tarixli məktubla imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı lazımi sənədləri tam şəkildə cavabdehə təqdim edə bilməmişdir. Lakin cavabdeh hansı sənədləri nəzərdə tutduğunu öz məktubunda göstərməmişdir. Bundan sonra iddiaçı təkrarən cavabdehə müraciət etmişdir. Cavabdeh 30 sentyabr 2019-cu il tarixli məktubla yenidən imtina etmişdir. Bu imtina onunla əsaslandırılmışdır ki, sözügedən mənzilin 17 kv.metr sahəsi olan 1 otağının hazırki mülkiyyətçisini müəyyən edən sənədlər əlavə edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı deyildir. Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə, icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.1ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Göründüyü kimi 30 ilə yaxındır mənzildə yalnız iddiaçı və ailə üzvləri yaşamaqdadır, 2 otaqlı mənzilin kirayəçisi olmuş Nəsir Kərimov, 1 otağın təhkim edildiyi X7 və arvadı vəfat etmiş, sonuncuların qızları isə başqa mənzildə yaşayır. Yuxarıda sadalanan normalar mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasını tələb etmək hüququna malik olduğunu açıq şəkildə nəzərdə tutur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Yerli icra hakimiyyəti haqqında Əsasnaməsinə 4.9.8-cu bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsinə dair 56.8-ci maddəsinə əsasən vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki- hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 23 iyul 2019-cu il tarixdə Cavabdehnə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti 46, saylı evin 6-cı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanılmasını xahiş etmişdir. Cavabdeh 05 sentyabr 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq yaşayış sahəsinə dair tələb olunan sənədlərin tam şəkildə təqdim edilmədiyindən iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanılmasının mümkün olmaması bildirilmişdir. Bundan sonra iddiaçı Cavabdehnə təkrar müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 46 saylı evin 6-cı mənzilə dair iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanılmasını xahiş etmişdir. Cavabdeh 30 sentyabr 2019-cu il tarixli məktubu ilə Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti 46, saylı evin 6-cı mənzilinə dair 17 kv.metr sahəsi olan 1 otağının hazırki mülkiyyətçisini müəyyən edən sənədlərin əlavə edilmədiyi üçün iddiaçı ilə icarə müqaviləsinin bağlanılmasının mümkün olmaması bildirilmişdir. Cavabdeh İddiaçı ünvanladığı məktublardan görünür ki, ünvan 6vin 6-cı mənzilinə dair 17 kv.metr sahəsi olan 1 otağı ilə bağlı hüquqmüəyyənedici sənədin (sərəncam, qərar və order) rayon İcra Hakimiyyətinin Mənzil Məsələləri üzrə Komissiyasına təqdim edilməsi təklif edilmişdir. Lakin İddiaçı qeyd olunan mənzilə dair 17 kv.metr sahəsi olan 1 otağına aid heç bir hüquqmüəyyənedici sənəd təqdim etməyərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Kommunal mənzildə boşalmış yaşayış sahələrinin verilməsinə dair 58.2-ci maddəsinə əsasən kommunal mənzildə bu Məcəllənin 58.1-ci maddəsində göstərilən vətəndaşlar olmadıqda (yaşamadıqda) boşalmış yaşayış sahəsi həmin mənzildə yaşayan, müəyyən edilmiş qaydada aztəminatlı hesab edilə bilən və ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ayrılma normasından az olan kirayəçilərə və (və ya) mülkiyyətçilərə onların ərizəsinə əsasən sosial kirayə müqaviləsi üzrə verilir. Qeyd olunan məcəllənin məzmunundan görünür ki, qeyd olunan mənzillə bağlı kirayə müqaviləsinin bağlanması boşalmış yaşayış sahəsi həmin mənzildə yaşayan, müəyyən edilmiş qaydada aztəminatlı hesab edilə bilən və ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ayrılma normasından az olan kirayəçilərə və (və ya) mülkiyyətçilərə şamil edilir. İddiaçı Cavabdehnə təqdim etdiyi sənədlərdən görünür ki, o və ailə üzvləri müəyyən edilmiş qaydada aztəminatlı hesab edilə bilən və ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ayrılma normasından az olan kirayəçilər və (və ya) mülkiyyətçilər kateqoriyasına aid deyildir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış K- 32-068 saylı, 05 avqust 2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçı Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətdə qeyd olunan yaşayış sahəsinə dair tələb olunan sənədləri tam şəkildə təqdim etmədiyindən onunla daimi kirayə müqaviləsinin bağlanması mümkün hesab edilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış K-32/2- 068/2-H saylı, 30 sentyabr 2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətində qeyd olunan yaşayış sahəsinin 17 kv.metr sahəsi olan 1 otağının hazrıki mülkiyyətçisini müəyyən edən sənədlər əlavə olunmadığından Yasamal rayonu, Mətbuat prospekti, ev 46, mənzil 6 ünvanında yerləşən yaşayış sahəsinə dair onunla icarə müqaviləsinin bağlanması mümkün hesab edilməmişdir. İşdə olan 26 Bakı komissarları rayonunun Əmək deputatları Sovetinin İcraiyyə Komitəsinin 37 saylı, 21 dekabr 1962-ci il tarixli qərarından görünür ki, 7-ci Xrebtoviy küçəsi, məhəllə 553, ev 6 ünvanında yerləşən 3 otaqlı, 46,75 kv.metr sahəsi olan 6 saylı mənzil X15 ayrılmışdır. İşdə olan Oktyabr rayon X24 İcraiyyə Komitəsi tərəfindən verilmiş 18/2 saylı, 25 avqust 1989-cu il tarixli qərarından görünür ki, Mətbuat prospekti, ev 46, mənzil 6 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 46,75 kv.metr olan mənzilin yaşayış sahəsi bölünərək, 29,75 kv.metr sahəsi olan 2 otaq kirayəçi X28 (7 nəfər ailə üzvü ilə - özü, arvası, oğlu, gəlini, qızı və 2 nəvəsi), sahəsi 17 kv.metr olan 1 otaq yeznəsi X4 (3 nəfər ailə üzvü ilə - özü, arvadı və qızı) ayrılmışdır. İşdə olan Bakı şəhəri Oktyabr rayon X25 Mənzil Təsərrfüt İdarəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli məktubdan görünür ki, X1 Fleydanovdan Kərimova dəyişdirilməsi barədə şəxsi hesab vərəqəsində dəyişiklik edilmişdir. İşdə olan X24 Rayon, Şəhər İcariyyə Komitəsi tərəfindən verilmiş 106916 saylı, xx.xx.1989-cu il tarixli orderin təsdiq edilmiş surətindən görünür ki, X3 ayrılmış ünvan 8 ünvanında yerləşən 54 kv.metr sahəsi olan 4 saylı mənzil X4 ayrılmış ünvan 9 ünvanında yerləşən 17 kv.metr 6 saylı mənzillə dəyişdirilmişdir. İşdə olan Bakı şəhər Yasamal RİH Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsi tərəfindən verilmiş 78/x saylı, 25 oktyabr 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı 1957-ci il təvəllüdlü, X11 1956-cı il təvəllüdlü, X31 1981-ci il təvəllüdlü, X33 1983-cü il təvəllüdlü Mətbuat prospekti 46 saylı evin 6 nömrəli mənzilində 1989-cu ilin avqust ayında qeydiyyatda olmuşlar. X34 (1927-ci il təvəllüdlü) xx.xx.1963-cü il tarixindən qeydiyyatda olmuş, xx.xx.2004-cü il tarixində vəfatı ilə bağlı olaraq qeydiyyatdan çıxarılmışdır. X20 (1936-cı il təvəllüdlü) xx.xx.1960-cı il tarixindən qeydiyyatda olmuş, xx.xx.1996-cı il tarixində vəfatı ilə bağlı olaraq qeydiyyatdan çıxarılmışdır. X19 (1956-cı il təvəllüdlü) xx.xx.1972-ci il tarixində qeydiyyata düşmüş, xx.xx.1989-cu il tarixində qeydiyyatdan çıxmışdır. X16 (1961-ci il təvəllüdlü) xx.xx.1978-ci il tarixində qeydiyyata düşmüş və xx.xx.2002-ci il tarixində qeydiyyatdan çıxmışdır. X10 (1906-cı il təvəllüdlü) xx.xx.1989-cu il tarixində qeydiyyata düşmüş və xx.xx.1991-ci il tarixində qeydiyyatdan çıxmışdır. MKİS-ə mənzilin kommunal xərcləri İddiaçı tərəfindən ödənilir. İşdə olan Bakı şəhər Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsi tərəfindən verilmiş 2058 saylı, 12 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Mətbuat prospekti, 46 saylı evin, 6 saylı mənzilində qeydiyyatdadır. 1989-cu ildən mənzilin istismar xərci və zibil pulunun ödəyicisidir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 46 ünvanında yerləşən 6 saylı mənzilin daşınmaz əmlakın dövlət qeydiyyatında qeydə alınıb-alınmaması, qeyd alındığı təqdirdə buna dair sənədlərin surətini, həmçinin hazırki iş üzrə İddiaçı (xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş) adına hər hansı daşınmaz əmlakın qeydə alınıb-alınmaması barədə məlumatın, qeydə alındığı təqdirdə buna dair sənədlərin təsdiqlənmiş surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sorğu əsasında tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********22 saylı, 06 mart 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 46, 6 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar ediıməmişdir. Həmçinin İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin ünvan 11 ünvanında hazırda qeydiyyatda olan şəxslər barəsində məlumatın 10 gün müddət ərzində məhkəməyə göndərilməsi sorğu əsasında Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 22 may 2020-ci il tarixli məktubdan görünür ki, ünvan 11 ünvanında xx.xx.1927-ci il təvəllüdlü X21, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı, xx.xx.1983-cü il təvəllüdlü X22, xx.xx.1956-cı il təvəllüdlü X5 və xx.xx.1981-ci il təvəllüdlü X17 yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. İşdə olan AZ-İ № 132160 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X34 21 dekabr 2004-cü il tarixdə vəfat etmişdir. İşdə olan X33, X31 və X11 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, ərizə vermiş şəxslər Bakı şəhəri Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 46 saylı evin 6 nömrəli mənzilinə dair İddiaçı adına sərəncam verilməsinə, İddiaçı həmin mənzilin icarədarı hesab olunmasına etiraz etmirlər. Beləliklə işin hallarından görünür ki, iddiaçının ailə üzvləri ilə birlikdə uzun müddət faktiki yaşadığı mübahisəli yaşayış sahəsi dövlət fonduna aid olmaqla yaşayış üçün yararlıdır. İddiaçı Cavabdehnə müraciət edərək həmin yaşayış sahəsinə dair onun adına icarə müqaviləsi bağlanmasını xahiş etmiş, lakin İcra Hakimiyyəti yaşayış sahəsinin 17 kv.metr sahəsi olan 1 otağının hazırki mülkiyyətçisini müəyyən edən sənədlər əlavə olunmadığından icarə müqaviləsinin bağlanmasından imtina etmişdir. Halbuki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil 26 Bakı komissarları rayonunun Əmək deputatları Sovetinin İcraiyyə Komitəsinin 37 saylı, 21 dekabr 1962-ci il tarixli qərarına əsasən iddiaçının atası Kərimov (Fleydanov) Nəsir Kərim oğluna ayrılmışdır. Oktyabr rayon X24 İcraiyyə Komitəsinin 18/2 saylı, 25 avqust 1989-cu il tarixli qərarına əsasən həmin mənzil Kərimov (Fleydanov) Nəsir Kərim oğlu ilə onun yeznəsi X9 arasında 2 otaq Nəsir Kərimova 1 otaq 17 kv.metr Seyidməmməd Kərimova verilməklə bölünmüşdür. 04 oktyabr 1989-cu il tarixli, 106916 saylı order əsasında mənzilin X4 ayrılmış 17 kv.metr təşkil edən 1 otağı X2 istifadəsində olan ünvan 8 ünvanında yerləşən 54 kv.metr sahəsi olan mənzillə dəyişdirilmiş və X7 ailə üzvləri ilə həmin mənzilə köçmüşlər. X6 isə 1989-cu il tarixdən ona ayrılmış 17 kv.metr sahəsi olan 1 otaqlı yaşayış sahəsində yaşamamışdır. Bununla da mənzil bütünlüklə iddiaçının ailəsinin istifadəsində olmuşdur. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyat olmaqla yaşayırlar. Mənzilin 1989-cu il tarixindən fasiləsiz iddiaçının və ailə üzvlərinin istifadəsində olması, mənzilə dair kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə uzun illərdir ki, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə daimi qeydiyyatda olan şəxslər mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmirlər və bu barədə notarial qaydada təsdiq edilmiş ərizələrini təqdim etmişlər. Göründüyü kimi iddiaçının həmin yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yaranmışdır. Həmçinin iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə kirayə münasibətlərindədir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ və İİ hissələrinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə dövlət orqanları tərəfindən şərait yaradılması mənzil qanunvericiliyinin əsaslarından biridir. Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada dövlət fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bir neçə kirayəçinin və mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsində yaşayış sahəsinə icarə müqaviləsinin bağlanması əsasları təsbit edilmişdir. Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarlamənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə dair 01 oktyabr 2009-cu il tarixdən əvvəl icarə münasibətləri yarandığından, həmçinin hazırki qanunvericiliyin tələblərinə əsasən kirayə müqaviləsinin bağlanması üçün əsaslar olduğunda, iddiaçının müraciətinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 46 ünvanında yerləşən 6 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması haqqında sərəncamın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 46 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsi bağlanması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-656/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-656/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver