Məhkəmə qərarları › İş №2-1(112)-656/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-656/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-656/2021 05.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçıt Birliyinin cavabdeh Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı (3-cü şəxslər X4, X11 cəlb olunmaqla) “Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 17 saylı 04.04.2005-ci il tarixli sərəncamının etibarsızlığının tanınması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı SOCAR-ın İddiaçıt Birliyi cavabdeh Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı “müəyyənetmə və tanınma haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 17 saylı 04.04.2005-ci il tarixli qərarının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3210/2020 saylı 21 avqust 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçıt Birliyi apellyasiya şikayəti verərərək qərardadın ləğv edilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli, 2- 1(103)-1740/2020 saylı Qərardadı əsasında İddiaçıt Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3210/2020 saylı 21 avqust 2020-ci il tarixli qərardadı ləğv edilərək, işin qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-656/2021 saylı 01 iyul 2021-ci il tarixli qərardadı əsasında X11 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 03.10.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın “Azneft" İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi - Bakı şəhəri, Sabunçu rayonu, Buzovna Maştağa magistral yolunun sol tərəfi, H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39T0417560; ******* koordinatlarda) yerləşən mədən ərazisinin bir hissəsində Maştağa Bələdiyyəsinin 17 saylı 04.04.2005-ci il tarixli qərarı əsasında X8 verilmişdir. İlqar Əliyev 27.01.2020-ci il tarixli etibarnamə ilə sözügedən torpaq sahəsini X2 vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş topoqrafik plandan göründüyü kimi, ərazi SOCAR-ın balansındadır və mübahisəli torpaq sahəsi ayrılarkən Sabunçu rayon, Maştağa Bələdiyyəsi tərəfindən qanun pozuntusuna yol verilmişdir. Belə ki, ayrılan torpaq sahəsi SOCAR-ın “Azneft" İstehsalat Birliyinin (İB) H.Z.Tağıyev adına NQÇİ-nin neft-qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinə aiddir. Sabunçu rayon, Maştağa Bələdiyyəsi özünə məxsus olmayan sənaye təyinatlı torpaq sahəsinə dair qanunsuz sərəncam vermişdir. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində SOCAR-ın “Azneft" İB-nin H.Z.Tağıyev adına NQÇİ-si istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuş, göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Qeyd edilən torpaq sahəsi SOCAR-ın “Azneft" İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin müstəsna istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyindən, Maştağa Bələdiyyəsinin sözügedən sərəncamı Qanunun tələbinə görə qüvvədən düşmüş və heç bir hüquqi qüvvəyə malik deyildir, etibarsızdır. Lakin vətəndaş həmin bu hüquqi qüvvəsini itirmiş qərara əsaslanaraq torpaq sahəsindən istifadə etməklə “Azneft" İB-nin neft-qaz əməliyyatları aparmasına ciddi maneçilik törətdiklərindən və hüquqlarını kobud şəkildə pozduqlarından, hüquqi qüvvəsini itirdiyi üçün sərəncamın etibarsızlığı məhkəmə qaydasında tanınmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 cavabdeh tərəfindən iddia tələbi üzrə müvafiq araşdırma aparılaraq vətəndaş X7 adına verilən sözügedən 04 aprel 2005-ci il tarixli, 17 saylı Sərəncamın olmadığının müəyyən edildiyi bildirilərək, iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan topoqrafik plandan görünür ki, “Azneft" İstehsalat Birliyinin “H.Z.Tağıyev” adına NQÇ-yə ayrılmış sənaye təyinatlı torpaq sahələrinin 1:10000 miqyasda topoqrafik planı 03.10.2009-cu il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə işlərin təhlükəsiz görülməsinə nəzarət və dağ-mədən nəzarəti Komitəsinin (Dövlətdağmədəntexnəzarət) 186 saylı X3 görünür ki, “Buzovna-Maştağa” Neft-qaz yatağı ARDNŞ-ın Quruda Neft və Qazçıxarma İB-nin neft-qaz istismarı məqsədilə “H.Z.Tağıyev” adına NQÇ-yə 1344,0 ha torpaq sahəsi ayrılaraq Azərbaycan Respublikasının Dövlət Sənayedə işlərin təhlükəsiz görülməsinə nəzarət və dağ-mədən nəzarəti Komitəsinin reyestr kitabında 18 may 1999-cu il tarixdə 186 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 17 saylı 04.04.2005-ci il tarixli Sərəncamdan görünür ki, Bakı səhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Rəsulzadə küçəsi ev 3A.m.1 ünvaında yaşayan 1967-ci il təvəllüdlü X9 Xanlar yaşayış sahəsində yerləşən 1000 kv/m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. İş materiallarına əlavə edilmiş 27.01.2020-ci il tarixli etibarnamədən görünür ki, X11 istinad olunan etibarnamə əsasında Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar yaşayış sahəsində yerləşən 1000 kv.metr torpaq sahəsinin 150 kv.metr torpaq sahəsi üzərində sərəncam verməyi X2 etibar etmişdir. Beləliklə işin hallarından görünür ki, hazırkı iddia tələbi üzrə iddiaçı Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 04.04.2005-ci il tarixli 17 nömrəli qərarının etibarsızlığının tanınmasını istəyir. İddiaçı iddiasının əsası olaraq Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 03.10.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın “Azneft" İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu, Buzovna Maştağa magistral yolunun sol tərəfi, H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində yerləşən mədən ərazisinin bir hissəsinə aid olduğuna istinad edərək tələbinin təmin olunmasını xahiş edir. İddiaçı o cümlədən mübahisələndirdiyi torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olduğunu və həmin torpaq sahəsi üzərində Sabunçu rayon Maştağa bələdiyyəsinin torpaq sahəsi ayırmaq səlahiyyətinin olmadığını qeyd edərək, buna görə haqlı olaraq bələdiyyənin qeyd olunan ərazidən torpaq sahəsinin ayrılması ilə bağlı qəbul etdiyi qərarın etibarsızlığının tanınmasını tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, İddiaçıt Birliyi iddia tələbi üzrə Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən qəbul edilmiş 17 saylı 04.04.2005-ci il tarixli qərarın etibarsızlığının tanınmasını tələb etsə də, lakin sözügedən qərar bələdiyyə sədri tərəfindən təkbaşına qəbul edilmiş sərəncamdır. Odur ki, məhkəmə iddia tələbini iddiaçı tərəfindən sərəncamın etibarsızlığının tanınması kimi qəbul edir. Məhkəmə araşdırması zamanı X8 Maştağa Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Buzovna Maştağa magistral yolunun sol tərəfi, H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində fərdi yaşayış evinin tikintisinə dair verilmiş 04.04.2005-ci il tarixli 17 nömrəli Sərəncam üzrə 1000 kv.metr torpaq sahəsinin kimin mülkiyyətində olması, həmçinin qeyd olunan torpaq sahəsi üzərində hər hansı şəxsin hüquqlarının qeydiyyata alınıb-alınmaması, qeydiyyata alındığı halda buna dair sənədlərin təsdiqlənmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olan cavab məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Buzovna Maştağa magistral yolunda 1000 kv.metr torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Buzovna Maştağa magistral yolunun sol tərəfi, H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində yerləşən 1000 kv.m torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin koordinatları daxilində yerləşib-yerləşməməsi barədə rəyin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən sorğu əsasında tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilən cavab məktubunda iddia edilən torpaq sahəsinə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə ölçüldüyü qeyd olunaraq, mübahisəli ərazinin naturada müəyyən edilmiş koordinatlarına əsasən "Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin elektron bazasında araşdırma aparılmış və məlum olmuşdur ki, iddia edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan, və neft-qaz hasilatı məqsədilə İddiaçıt Birliyinin H.Z.Tağıyev adına NQCİ-nin (Buzovna- Maştağa bloku) idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşən Dövlət mülkiyyəti torpağı olduğu bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 10-cu maddəsinin 5-ci bəndinə əsasən torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarında, şəhadətnamələrdə, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Həmin Məcəllənin 11-ci maddəsinin 4-cü bəndinə əsasən Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci bəndinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Göründüyü kimi qanunvericiliyin sadalanan normalarının tələblərinə müvafiq olaraq cavabdeh, sənaye təyinatlı torpaq sahəsini yaşayış məntəqələrinin torpaq sahəsi təyinatını dəyişməklə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər kabineti) tərəfindən həyata keçirilməli olduğu halda, cavabdeh tərəfindən qanunun sözügedən tələbinə riayət edilməmişdir. Həmçinin torpağın kateqoriyası Maştağa Bələdiyyəsinin torpaq sahəsinin ayrılması haqqında sərəncamında əks olunmalı olduğu halda Qərarda bu barədə heç bir qeyd aparılmamışdır. O cümlədən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borclu olduğu halda, Maştağa Bələdiyyəsinin neft təhlükəsizliyi qaydalarına riayət etmədiyi müəyyən edilməkdədir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə məktub ünvanlanaraq 04 aprel 2005-ci il tarixli, 17 saylı Sərəncamın olmadığı bildirilsə də, lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan Maştağa Bələdiyyəsi tərəfindən verilmiş sözügedən müvafiq sərəncam və həmin sərəncamdan irəli gələn hüquqlar əsasında vətəndaş X11 tərəfindən qeyd olunan torpaq sahəsi üzərindəki sərəncam verilməsini təsdiq edən müvafiq etibarnamənin mövcud olması işin mübahisəsiz halını təşkil etməkdədir. Məhkəmə eyni zamanda qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilməsinə baxmayaraq, Maştağa Bələdiyyəsi tərəfindən belə bir rəy alınmamış və torpaqayırma qaydasına əməl edilməmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazıranmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 06.05.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5ci maddəsində nəzərdə tutulmıış «müvafıq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini DTXK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsələri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Ona görə də, Maştağa Bələdiyyəsi tərəfindən satılan (ayrılan) torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün etibarsız sayılmalıdır. “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının 02 noyabr 1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 nömrəli 10 may 2000-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə törədə biləcək potensial təhlükəli strateji obyektlər kateqoriyasına aid edilmişdir. Hazırkı iddia ilə inzibati aktın etibarsızlığının tanınmasına dair iddia tələbi irəli sürüldüyündən məhkəmə həmçinin aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində inzibati aktların etibarsız sayılması əsasları göstərilmişdir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4-cü maddəsinə əsasən maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6-cı maddəsinə əsasən kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göründüyü kimi Maştağa rayon Bələdiyyəsi tərəfindən qəbul edilən 04.04.2005-ci il tarixli 17 nömrəli sərəncam məhkəmə tərəfindən tədqiq edilərkən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt olduğu iş materialları ilə sübuta yetirilmişdir. İnzibati İcraat haqqında Qanunun 53.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 53.2-ci mddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir. Məhkəmə qeyd edir ki, Bələdiyyə qərarlaı “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla kollegial qərar qəbul olunur. Sərəncam isə təkbaşına qəbul edilən aktdır. Göründüyü kimi qanunda, bələdiyyə torpaqlarına müvafiq hüququn qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi sərəncamın deyil, kollegial qaydada qəbul edilən bələdiyyənin qərarı nəzərdə tutulur. O cümlədən məhkəmə onu vurğulayır ki, qeyd olunan torpaqlar Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən SOCAR-ın “Azneft" İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmasına baxmayaraq, bələdiyə ona aid olmayan torpaqlar üzərində sərəncamverici qərar qəbul edərək yuxarıda istinad olunan qanunların tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, etibarsızlığı tələb olunan sərəncam iddiaçının maraqlarına toxunmaqla, onun etibarsızlığı üçün «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla yanaşı, həmçinin qanunvericiliyin yuxarıda sadalanan müddəalarının pozmaqla qəbul olunduğundan iddia əsaslıdır, təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 17 saylı 04.04.2005-ci il tarixli Sərəncamının etibarsızlığı tanınmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPMin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi : İddiaçıt Birliyinin iddia tələbi təmin edilsin. Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 17 saylı 04.04.2005-ci il tarixli Sərəncamının etibarsızlığı tanınsın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar