Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6561/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “təsis sənədlərinə edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin təsisçilərinin *2.*2.2*22-ci il tarixli qərarına uyğun olaraq X6 təsisçilikdən çıxarılması və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilməsi ilə bağlı dəyişiklərin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) *2.*5.2**5-ci il tarixdə *1*5-P116-429*8 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 2* manat həcmində hər biri 1 manat olmaqla 2* paydan ibarət olmuşdur. Cəmiyyətin nizamnaməsinə edilmiş sonuncu dəyişikliklərə əsasən onun təsisçilərinin nizamnamə kapitalındakı payı aşağıdakı qaydada dövlət qeydiyyatına alınmışdır: 1. İddiaçı - 45 %, 2.X1* - 22,5 %, 3. X4 - 22,5%, X11 - 1*%. Nizamnaməyə edilmiş sonuncu dəyişiklikdən əvvəlki redaksiyada Cəmiyyətin iki təsisçisi - 18 paya malik X12 və 2 paya malik X11 olmuşdur. X3 *8.*6.2*11-ci il tarixdə vəfat etdikdən sonra onun nizamnamə kapitalındakı payı ər-arvadın birgə mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissə, 45 %), vərəsəlik hüququ əsasında qanuni vərəsələri X1* (1/4 hissə, 22,5%) və X2 (1/4 hissə, 22,5%) keçmişdir. Bundan sonra İddiaçı, X1* və X1 müvafiq paylara malik təsisçiliyə qəbul edilməsi barədə nizamnaməyə edilmiş dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)- 2662/2*12 saylı, 23.11.2*12-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh "xxxx" MMC-yə qarşı ümumi paylı mülkiyyət hüququ üzrə əmlaka payının müəyyən olunub ayrılması, həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamə ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nizamnamə kapitalında 1* faiz payı olan X9 onun nizamnamə kapitalındakı payının əvəzinə cəmiyyətin digər təsisçisi X12 tərəfindən qarşılıqlı razılaşma əsasında Cəmiyyət tərəfindən inşa edilmiş binadan 25** kv.m yaşayış sahəsi və 8** *** manat pul verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt(81)-2662/2*12 saylı, 23.11.2*12-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(1*3)-4*9/2*13 saylı, 1*.*9.2*13-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(1*2)-3*5/2*14 saylı, 25.*9.2*14-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi təsisçi X7 "xxxx" MMC-nin nizamnamə kapitalında olan payının əvəzini alması faktı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilsə də, onun təsisçilikdən çıxması ilə bağlı təsis sənədlərinə müvafiq dəyişikliklər edilərək dövlət qeydiyyatına təqdim edilməmişdir. Ağstafa rayon Qeydiyyat şöbəsinin verdiyi 21.1*.2*21-ci il tarixli, *5/69-137*/76 nömrəli arayışından görünür ki, X11 23.*1.2*21-ci ildə vəfat etmiş, onun ölümü haqqında *5.*3.2*21-ci ildə *8 №-li akt qeydi tərtib olunmuşdur. Təsis sənədlərinə dəyişikliklərin edilməsi ilə bağlı keçirilən yığıncaqda mərhum təsisçi R.Ə.Rəhimovun vərəsələrinin iştirakının zəruriliyi məsələsi aydınlaşdırılarkən məlum olmuşdur ki, R.Ə.Rəhimovun nizamnamə kapitalında olan payının əvəzini alması qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiq edildiyindən faktiki olaraq o, təsisçi hüquqlarına malik olmamış, bununla yanaşı o, vəfat etdikdən sonra yığıncağa çağırıla biləcək, onun mirasını qəbul edən vərəsəsi olmamışdır. Göstərilən məlumatlar və təsdiqedici sənədlər nəzərə alınmaqla "xxxx" MMC-nin təsisçilərinin *2.*2.2*22-ci il tarixli qərarı ilə nizamnaməyə müvafiq dəyişikliklər edilmişdir. Belə ki, həmin qərarla X11 təsisçilikdən çıxarılmış və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilmişdir. "xxxx" MMC-nin təsis sənədlərinə edilən dəyişikliklərlə bağlı tərtib edilmiş sənədlər - təsisçilərin qərarı, nizamnaməyə edilmiş dəyişikliyin layihəsi əlavə olunmaqla həmin dəyişikliyin dövlət qeydiyyatına alınması üçün cavabdehə rəsmi qaydada müraciət edilmiş, lakin cavabdeh təqdim edilən dəyişikliyi dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Belə ki, cavabdeh 18.*2.2*22-ci il tarixli, 22*1*2**125916** nömrəli imtina məktubunda qeyd etmişdir ki, qurumun qeydiyyat qovluğunda olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(1*2)-3*5/2*14 nömrəli, 25.*9.2*14-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onun cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, İddiaçı tərəfindən 21.12.2*21-ci il tarixdə daxil olmuş müraciət əsasında, *8.*4.2*21-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə və *8.*4.2*21-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən olunmuşdur: 1.İddiaçı - 9 manat, 9 pay, 45 %, pul şəklində; 2. X1* - 4.5 manat, 4.5 pay, 22.5 %, pul şəklində; 3. X4 - 4.5 manat, 4.5 pay, 22.5 %, pul şəklində; 4 X11 - 2 manat, 2 pay, 1* %, pul şəklində. Bununla əlaqədar bildirilir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 4* gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hüquqi şəxsin direktor dəyişikliyi barədə də bildirilir ki, qeyd olunan faktın dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə təsisçisinin qərarı və yeni qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Cəmiyyətin təsisçilərindən X7 23.*1.2*21-ci il tarixdə vəfat etdiyini nəzərə alaraq vəfat etmiş təsisçinin varislərinin reyestrə daxil edilməsi barədə bildirilir ki, hüquqi şəxsin təsisçilərinin dəyişməsi özündə həm reyestrə, həm də cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsini ehtiva edir. İştirakçılar barədə məlumat nizamnamədə nəzərdə tutulduğundan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, təsisçilərin şəxsiyyətini təsdiq edən sənədin surəti, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə) müvafiq ərizəyə əlavə edilməklə İdarəyə təqdim edilməlidir. Bundan başqa təsisçi X7 təsisçilikdən çıxmasına münasibətdə qeyd edilir ki, Mülki Məcəllənin 96-cı maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Qurumun qeydiyyat qovluğunda olan və iddia ərizəsində də qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(1*2)- 3*5/2*14 nömrəli 25.*9.2*14-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Məcəllənin 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür”. Yəni təsisçi X11 və ya onun vərəsələri "xxxx" MMCnin üzvlüyündən çıxmağı tələb etdikdə bu məsələ aktuallaşa bilər. “Tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onun cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər" Odur kı, hazırkı iddia predmeti üzrə ilk növbədə mərhum X7 vərəsələri müəyyənləşdirilməli, daha sonra mərhumun "xxxx" MMC- dəki payı ya onlar arasında bölünməli, yaxud da paya uyğun məbləği qanunvericiliyə uyğun şəkildə əldə edərək üzvlükdən çıxmalıdırlar. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, "F.A.D.-Tikinti” MMC-nin mərhum təsisçisi X11 cəmiyyətin təsisçiliyindən çıxmamış və bununla bağlı müraciət də olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 8 fevral 2*22-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qurumun qeydiyyat qovluğunda olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(1*2)-3*5/2*14 nömrəli, 25.*9.2*14-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onun cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər; Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2*21-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, X11 23 yanvar 2*21-ci il tarixdə ölmüşdür. Ölüm haqqında *5 mart 2*21-ci ildə *8 №-li akt qeydi tərtib olunmuşdur. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 89-cu maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir; 91.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.1*-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. 95-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər; 96.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. 96.3-cü maddəsinə əsasən, cəmiyyət iştirakçısının vərəsəsi və ya onun iştirakçısı olan hüquqi şəxsin hüquq varisi cəmiyyətə daxil olmadıqda onunla hesablaşmalar bu maddənin qaydalarına uyğun aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 4* gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9.2-1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz; 9.4-cü maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. Hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İşin faktiki hallarından görünür ki, "xxxx" MMC-nin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir:
1. İddiaçı - 9 manat, 9 pay, 45 %, pul şəklində;
2. X1* - 4.5 manat, 4.5 pay, 22.5 %, pul şəklində;
3. X4 - 4.5 manat, 4.5 pay, 22.5 %, pul şəklində;
4. X11 - 2 manat, 2 pay, 1* %, pul şəklində. Hazırda iddiaçı X7 cəmiyyətin nizamnamə kapitalında olan payının əvəzini almasına istinad edərək, onun təsisçilər sırasından çıxarılması ilə bağlı dəyişikliyin dövlət qeydiyyatına alınması tələbini irəli sürür. Məhkəmə cavabdehin imtinasının (etirazının) dəlilləri ilə razılaşaraq qeyd edir ki, iştirakçılar barədə məlumat nizamnamədə nəzərdə tutulduğundan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, təsisçilərin şəxsiyyətini təsdiq edən sənədin surəti, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə) müvafiq ərizəyə əlavə edilməklə cavabdeh inzibati orqana təqdim edilməlidir. Lakin təsisçi X7 cəmiyyətin təsisçiliyindən çıxması və ya bu barədə müraciəti müəyyən edilmir. X7 cəmiyyətin nizamnamə kapitalında olan payının əvəzini alması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, məhz iddiaçının özünü də istinad etdiyi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(1*2)- 3*5/2*14 nömrəli, 25.*9.2*14-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “...hazırkı mübahisə üzrə işin hallarından görünür ki, iddiaçı (X11) cəmiyyətin təsisçiliyindən çıxmamış, onun bununla bağlı müraciəti olmamış, buna baxmayaraq ona payına uyğun əmlak hissəsinin naturada ödənilməsini tələb etmişdir. Digər tərəfdən Mülki Məcəllənin 96-cı maddəsinin tələbinə görə, çıxan iştirakçıya əmlakın dəyərinin naturada verilməsi yalnız cəmiyyət ilə razılaşmaya əsasən mümkündür. Hazırkı işin məhkəmə instansiyaları tərəfindən müəyyən edilmiş hallarından görünür ki, payın əvəzinin naturada verilməsinə dair cəmiyyətlə iddiaçı (payçı) arasında hər hansı razılıq əldə olunmamışdır.” Yəni, kassasiya instansiyası məhkəməsi qərarını X7 nizamnamə kapitalında olan payının əvəzini alması ilə deyil, onun cəmiyyətin təsisçiliyindən çıxmaması və payın əvəzinin naturada verilməsinə dair cəmiyyətlə hər hansı razılığın olmaması ilə əsaslandırmış və kassasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlmişdir. İddia ərizəsində qeyd edilənlərin əksinə bu qərar X7 nizamnamə kapitalında olan payının əvəzini alması təsdiq etməmişdir. Məhkəmə bir daha qeyd edir ki, Mülki Məcəllənin 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Yəni təsisçi X11 və ya onun vərəsələri "xxxx" MMC-nin üzvlüyündən çıxmağı tələb etdikdə bu məsələyə baxıla bilər. Odur ki, X7 vərəsələri müəyyənləşdirilməli, daha sonra onun cəmiyyətdəki payı vərəsələri arasında bölünməli və ya paya uyğun məbləği qanunvericiliyə uyğun şəkildə əldə edərək üzvlükdən çıxmalıdırlar. Məhkəmə həmçinin bildirir ki, şəxsin təsisçilər sırasından çıxarılması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, qeyd edilənlər mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının hazırkı məsələ ilə əlaqədar hüquq və mənafelərinə inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2*2*-ci il tarixli, 1* nömrəli Qərarında göstərilmişdir ki, ... Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) kommersiya məhkəmələri baxır. Məhkəmə həmçinin cəmiyyətdə direktor dəyişikliyi barədə iddia tələbinə münasibətdə də qeyd edir ki, həmin dəyişiklik barədə faktın dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə təsisçisinin qərarı və yeni qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək cavabdehə təqdim edilməlidir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “təsis sənədlərinə edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3* gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 54*-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov