Məhkəmə qərarları › İş №2-1(112)-6562/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6562/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6562/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxs Axund-zadə Məzahir Kamran oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı Axund-zadə Məzahir Kamran oğlu və X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yaşayış yeri üzrə pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra mətndə Binəqədi RPİ) qarşı Axund-zadə Məzahir Kamran oğlu və X8 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X23, döngə-1, ev-90 ünvanında yerləşən həyət evinə onun yəni İddiaçı1 və qızı İddiaçı2 qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı1 xx.xx.1972-ci ildə doğulmuşdur. Uzun illər Azərbaycan Respublikası Silahlı qüvvələri sıralarında xidmət etmiş və hazırda ehtiyata buraxılmışdır. xx.xx.1969-cu ildə doğulmuş X8 onun əridir, onunla rəsmi nikahları vardır. X8 uzun illər Azərbaycan Respublikası Silahlı qüvvələri sıralarlnda zabit olaraq xidmət etmişdir, hazırda polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışdır. 1-ci Qarabağ müharibəsi veteranıdır. O, yəni-İddiaçı1 əri-X8 ilə, oğlu- Axund-zadə Məzahir Kamran oğlu və onun arvadı (gəlin), hazırki iş üzrə iddiaçı -İddiaçı2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 2-ci X23, döngə -1, ev -90 ünvanda yerləşən X2 məxsus ümumi sahəsi:- 4 otaqdan ibarət sahəsi-54, 55 kv.m, mətbəx- 8,88 kv.m, dəhliz-8, 56 kv.m, hamam-tualet (sanitar qovşağı) isə -2,70 kv.m sahədən ibarət həyət evində birlikdə yaşayırlar. O, yəni İddiaçı2 xx.xx.1996-cı ildə doğulmuşdur, Axund-zadə Məzahir Kamran oğlu ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuşdurlar. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 2-ci X23, döngə -1, ev -90 ünvanda yerləşən qayınatası X2 məxsus ümumi sahəsi:- 4 otaqdan ibarət sahəsi-54, 55 kv.m, mətbəxt-8,88 kv.m, dəhliz-8, 56 kv.m, hamam-tualet (sanitar qovşağı) isə -2,70 kv.m sahədən ibarət həyət evində ailə üzvüləri ilə birlikdə yaşayırlar. Onlar ailə üzvüləri ilə birlikdə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 2-ci X23, döngə-1, ev-90 ünvanda yerləşən həyət evinin Bakı şəhəri Binəqədi RİH Başçısının Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş layihə sxemi və digər hüquq verən sənədləri vardır. Qeyd olunan- Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 2-ci X23, döngə -1, ev -90 ünvanda X8 və Axund-zadə Məzahir Kamran oğlu həmin ünvanda daimi pasport qeydiyyatındadırlar. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Axund-zadə Məzahir Kamran oğlu və X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Cavabdeh Binəqədi RPİ iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar ayrı-ayrılıqda məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Üçüncü şəxs Axund-zadə Məzahir Kamran oğlu məhkəmə iclasında izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarında olan: AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü X9 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında qeydiyyatdadır. AA 39998704 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı1 Mirhəçim qızı ünvan 5 ünvanında qeydiyyatdadır. AA ********* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1996-cı il təvəllüdlü Axund-zadə Təhimnə Cabir qızı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon “Leyla nikah evi” tərəfindən verilmiş Vİ-ЖГ seriyalı 407925 №-li xx.xx.1994-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X4 xx.xx.1970-ci ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1990-cı ilin 1-ci ayında 09-cu günündə 22 № ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Axundov, arvada Axundova soyadı verilmişdir. 1 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 965314№-li xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Axund-zadə X7 Təhminə Cabir qızı ilə xx.xx.2014-cü ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin iyun ayının 25-ci günündə 1283 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonr ərə Axundzadə, arvada Axund-zadə soyadı verilmişdir. Biləcəri Qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş 209 №-li xx.xx.2024-cü il tarixli arayışın surətindən müəyyən olunur ki, X1 qəsəbəsi, 2-ci Yeni Y/M, Döngə 1, ev 90 ünvanında qeydiyyatdadır. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində ünvan 7 ünvannda qeydiyyatında olan Axund-zadə Məzahir Kamran oğlu tərəfindən verilmiş **********311 №-li ərizədə qeyd olunmuşdur ki, qeydiyyatda olduğu ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı1 və Axund-zadə Təhimnə Cabir qızının qeydiyyata alınmasına etiraz etmir. “ASAN 7” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* №-li, xx.xx.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan müəyyən olunur ki, Axund-zadə Məzahir Kamran oğlu xx.xx.2014-cü il tarixdən ünvan 9 ünvanında qeydiyyatdadır. Eyni zamanda həmin ünvanda xx.xx.1994-cü il təvəllüdlü X10, xx.xx.1969-cu il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü Axund-zadə Gülnur Məzahir qızı, xx.xx.2020-ci il təvəllüdlü X12 qızı, xx.xx.2017-ci il təvəllüdlü X13 oğlu qeydiyyatdadırlar. “ASAN 1” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* №-li, xx.xx.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan müəyyən olunur ki, X8 xx.xx.2014-cü il tarixdən ünvan 10 ünvanda qeydiyyatdadır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-8248/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1969-cu il təvəllüdlü X8 xx.xx.2014-cü il tarixdən, xx.xx.1994-cü il təvəllüdlü X5 xx.xx.2014-cü il tarixdən, xx.xx.1991 -ci il təvəllüdlü Axund-zadə Məzahir Kamran oğlu xx.xx.2014-cü il tarixdən hazıradək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X23, döngə 1, ev 90 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan ünvana qeydiyyata alınmalarına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv eddiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********47 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan ünvanın (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X23, döngə 1, ev 90 ) qeydiyyatdan keçirilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-10-1/2-67/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı1, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X23, Döngə 1, ev 90 ünvanında qeydiyyatsız yaşayırlar. İddiaçıların (Axundova (Ağayeva) Gülrux Mirhəşim qızının) hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Binəqədi RPİ-inin 3-13-46/2-A-4484 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, o və ailə üzvü X6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs. 2-ci Y/Y mas. döngə 1 ünvanına qeydiyyata alınmağı xahiş etmişdir. Yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə müraciətləri ilə bağlı qeydiyyata alınmaqları tərəflərindən mümkün deyildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçıların və üçüncü izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi şəxs qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. İddiaçılar hazırda yaşayış yeri üzrə ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd təqdim olunmaması əsası ilə iddiaçıların həmin ünvana qeydiyyata alınmasından imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların birgə qeydiyyata düşmək istədikləri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X23, döngə-1, ev-90 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd mövcud deyil. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, iddiaçıların ailə üzvləri olan X8, X5, Axund-zadə Məzahir Kamran oğlu xx.xx.2014-cü il tarixdən, X10 və Axund-zadə Gülnur Məzahir qızı hazıradək mübahisəli ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar və iddiaçılar hazırda qeyd olunan ünvanda ailə üzvləri birgə qeydiyyatsız yaşayırlar. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıların yaşadığı tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçıların tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X23, döngə-1, ev-90 ünvanında yerləşən yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi Binəqədi RPİ-yə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar xx.xx.1972-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X23, döngə-1, ev-90 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar