Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6568/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən sahəsi 30 kv.m olan 2 otaqlı mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsinin cavabdehə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə ərizə ilə müraciət edərək Oktyabr (indiki Yasamal) rayon X8 İcraiyyə Komitəsinin 63 saylı, xx.xx.1964-cü il tarixli protokoluna əsasən atası X6 verilmiş ünvan 1 ünvanında yerləşən sahəsi 30,0 kv.m olan 2 otaqlı yaşayış sahəsinə dair daimi kirayə müqaviləsinin bağlanılmasını xahiş etmiş, lakin ona xx.xx.2024-cü il tarixli məktubla imtina cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd olunmuşdur ki, keçmiş Oktyabr rayon ZDS İK-nin 63 saylı, xx.xx.1964-cÜ il tarixli protokoluna əsasən qeyd etdiyi yaşayış sahəsi atasının sadəcə istifadəsinə verildiyindən, qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim etmədiyindən, eyni zamanda daşınmaz əmlaka mülkiyyət, sahiblik və istifadə hüququna dair münasibətlər mülki-hüquq münasibətlərinin predmeti olduğundan həmin mənzilə dair onunla daimi kirayə müqaviləsi bağlanması mümkün deyildir. Azərbaycan Respublikası Yerli İcra Hakimiyyəti haqqında əsasnaməsinə 4.9.8-cu bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsinə dair 56.8-ci maddəsinə əsasən vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki- hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Kommunal mənzildə boşalmış yaşayış sahələrinin verilməsinə dair 58.2-ci maddəsinə əsasən kommunal mənzildə bu Məcəllənin 58.1-ci maddəsində göstərilən vətəndaşlar olmadıqda (yaşamadıqda), boşalmış yaşayış sahəsi həmin mənzildə yaşayan, müəyyən edilmiş qaydada aztəminatlı hesab edilə bilən və ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ayrılma normasından az olan kirayəçilərə və (və ya) mülkiyyətçilərə onların ərizəsinə əsasən sosial kirayə müqaviləsi üzrə verilir. Qeyd olunan məcəllənin məzmunundan görünür ki, qeyd olunan mənzillə bağlı kirayə müqaviləsinin bağlanması boşalmış yaşayış sahəsi həmin mənzildə yaşayan, müəyyən edilmiş qaydada aztəminatlı hesab edilə bilən və ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ayrılma normasından az olan kirayəçilərə və (və ya) mülkiyyətçilərə şamil edilir. İddiaçı Cavabdehnə təqdim etdiyi sənədlərdən görünür ki, o və ailə üzvləri müəyyən edilmiş qaydada aztəminatlı hesab edilə bilən və ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ayrılma normasından az olan kirayəçilər və (və ya) mülkiyyətçilər kateqoriyasına aid deyildir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-613/2025 nömrəli məktubu ilə təqdim edilmiş X14 rayon Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 15/15 nömrəli Qərarında göstərilmişdir ki, İddiaçı Mətbuat prospekti, bina 64, mənzil 12 borcalan atası Zərbəliyev Yusif ilə yaşayış sahəsinin bölünməsi xahişi ilə müraciət etmişdir. O, ailəsinə 17.0 kv.m olan təcrid olunmuş otaq ayrılmasını xahiş edir. İcarəyə götürən Zərbəliyev Yusif 3 otaqlı yaşayış sahəsini tutur, onun mənzilində iki otaq bitişik və keçidlidir, üçüncü otaq ümumi dəhlizə çıxışla təcrid olunub. Bütün yetkin ailə üzvləri bölünməyə razılıq verdilər. İdarələrarası komissiya yoxlama yolu ilə müəyyən edilib ki, sözügedən yaşayış sahəsinin bölünməsi ümumi kommunal xidmətlər və sanitar normalara riayət olunmaqla mümkündür. Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi qərara almışdır ki: Mətbuat prospekti, bina 64, mənzil 12-nin yaşayış sahəsi icarəçi Zərbəliyev Yusif aşağıdakı ardıcıllıqla: 1 otaq 17 kv.m oğlu Yusif Zərbəliyevə 3 nəfərlik ailə üzvü ilə birlikdə həvalə edilsin. 30 kv.m sahəsi 2 bitişik enişli otaq borcalan Zərbəliyevə ailəsi 3 nəfər arvad, oğlu ilə verilsin. Kommunal xidmətlər ümumidir. Mənzil konturunun rəhbəri şəxsi hesabda müvafiq dəyişikliklər etməlidir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, X2 rayon, Mətbuat prospekti, bina 64 ünvanında yerləşən 2 otaq yaşayış sahəsi 30 kv.m olan 12 saylı mənzilin kirayə müqaviləsinin qardaşı İddiaçı adına bağlanılmasından ötrü sərəncam verilməsinə etiraz etmədiyini və razılığının olduğunu bəyan etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********985 nömrəli ərizədən görünür ki, X17 qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən 2 otaqlı, yaşayış sahəsi 30 kv.m olan mənzilin kirayə müqaviləsinin atası İddiaçı adına bağlanmasından ötrü sərəncam verilməsinə etiraz etmir, razıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********396 nömrəli ərizədən görünür ki, X19 ünvan 2 ünvanında yerləşən 2 otaqlı, yaşayış sahəsi 30 kv.m olan mənzilin kirayə müqaviləsinin atası İddiaçı adına bağlanmasından ötrü sərəncam verilməsinə etiraz etmir, razıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********369 nömrəli ərizədən görünür ki, X3 ünvan 2 ünvanında yerləşən 2 otaqlı, yaşayış sahəsi 30 kv.m olan mənzilin kirayə müqaviləsinin atası İddiaçı adına bağlanmasından ötrü sərəncam verilməsinə etiraz etmir, razıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********291 nömrəli ərizədən görünür ki, X9 ünvan 2 ünvanında yerləşən 2 otaqlı, yaşayış sahəsi 30 kv.m olan mənzilin kirayə müqaviləsinin atası İddiaçı adına bağlanmasından ötrü sərəncam verilməsinə etiraz etmir, razıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********085 nömrəli ərizədən görünür ki, X28 ünvan 2 ünvanında yerləşən 2 otaqlı, yaşayış sahəsi 30 kv.m olan mənzilin kirayə müqaviləsinin atası İddiaçı adına bağlanmasından ötrü sərəncam verilməsinə etiraz etmir, razıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ eriyalı 154376 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1488 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 458173 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 319 nömrəli ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 442416 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1070 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışda göstərilmişdir ki, ünvan 2 ünvanında X4, X19, X17 yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il 3-52-13-12/2-108/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -24 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 58/X nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanı Yasamal rayon MKTB-nin balansındadır. Mənzilə aid MKİS-də həmin mənzildə qeydiyyatda olanların adına order və sərəncamın olması barədə məlumat yoxdur. -24 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 19 nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı 64 nömrəli evin 12 nömrəli mənzilində Mətbuat küçəsində 2 otaqlı 30.0 kv.m sahəsi olan 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayır. Bina Yasamal MKT-yə məxsusdur. X20üb, İddiaçı 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyatdadır və yaşayır. Daimi qeydiyyatda olan üzvlər: İddiaçı, X3, X17, X13r. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 8641/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-3/2-3839/2025 nömrəli məktubu ilə təqdim edilmiş Registrdən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 570-ci məhəllə, Mətbuat prospekti 64 ünvanında yerləşən ***-*******7 registr nömrəli 5 mərtəbəli yaşayış binası 1963-cü ildə istismara verilmiş, bina Yasamal rayon Mənzil Kommunal Təsərrüdatı Birliyinin Balansındadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-7188/25 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında xx.xx.1992-ci il təvəllüdlü X17, xx.xx.1990-cı il təvəllüdlü X19,xx.xx.1969-cu il təvəllüdlü X3, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 5-21/2-Z-37- 068/24 nömrəli məktubunda bildirilmişdir ki, keçmiş Oktyabr rayon ZDS İK-nin 63 saylı, xx.xx.1964-cÜ il tarixli protokoluna əsasən qeyd etdiyiniz yaşayış sahəsi atanızın sadəcə istifadəsinə verildiyindən, qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim etmədiyinizdən, eyni zamanda daşınmaz əmlaka mülkiyət, sahiblik və istifadə hüququna dair münasibətlər mülki-hüquq münasibətlərinin predmeti olduğundan həmin mənzilə dair sizinlə kirayə müqaviləsi bağlanması ilə bağlı xahişinizin yerinə yetirilməsi mümkün deyildir. Qeyd olunan məsələ ilə əlaqədar müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ünvan 2-nin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin atası mərhum X10 olduğunu, özünün mərhumun sağlığında və hazırda vəfatından sonra həmin mənzildə qeydiyyatda olmaqla yaşadığını, X5 vəfat etdiyini əsas gətirərək sözügedən mənzilə dair kirayə müqaviləsinin onunla bağlanması barədə sərəncam verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh yaşayış sahəsinin iddiaçının mərhum atası X5 istifadəsinə verildiyini və iddiaçı tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırkı tələbində cavabdehin qeyd edilən imtinasını əsasız hesab edərək mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın - iddiaçı barəsində əliverişli inzibati aktın qəbul edilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2024-cü il tarixli imtinasından sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 64 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla sərəncamvericisi qismində Cavabdeh çıxış edir. İş materiallarından müəyyən olunur ki, sözügedən binada 12 nömrəli mənzil Zərbəliyev Yusifin istifadəsinə verilmiş, X14 rayon Soveti İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli 15/15 nömrəli Qərarı ilə həmin mənzil :1 otaq 17 kv.m olmaqla oğlu Fərhad Zərbəliyevə 3 nəfərlik ailə tərkibində,. 30 kv.m sahəsi olan 2 otaq hissəsi isə Yusif Zərbəliyevə 3 nəfər ailə tərkibində (arvad, oğlu) istifadəsinə verilmişdir. Daha sonra Fərhad Zərbəliyevə verilmiş 1 otaqlı 17 kv.m mənzili xx.xx.1990-cı il orderinə əsasən digər şəxsə aid mənzillə dəyişmiş, digər 30 kv.m sahəsi olan 2 otaq lı mənzil isə Zərbəliyev Yusifin istifadəsində qalmışdır. Sonuncu xx.xx.2015-ci il tarixdə vəəfat etdikdən sonra da mənzil oğlu-hazırkı iddiaçı Aydın Zərbəıiyevin istifadəsində qalmışdır. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 64 ünvanında yerləşən 12 ömrəli mənzildə İddiaçı və ailə üavləri olan X3, X17, X19 yaşamaqla qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-613/2025 nömrəli məktubu ilə təqdim edilmiş X14 rayon Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 15/15 nömrəli Qərarında göstərilmişdir ki, İddiaçı Mətbuat prospekti, bina 64, mənzil 12 borcalan atası Zərbəliyev Yusif ilə yaşayış sahəsinin bölünməsi xahişi ilə müraciət etmişdir. O, ailəsinə 17.0 kv.m olan təcrid olunmuş otaq ayrılmasını xahiş edir. İcarəyə götürən Zərbəliyev Yusif 3 otaqlı yaşayış sahəsini tutur, onun mənzilində iki otaq bitişik və keçidlidir, üçüncü otaq ümumi dəhlizə çıxışla təcrid olunub. Bütün yetkin ailə üzvləri bölünməyə razılıq verdilər. İdarələrarası komissiya yoxlama yolu ilə müəyyən edilib ki, sözügedən yaşayış sahəsinin bölünməsi ümumi kommunal xidmətlər və sanitar normalara riayət olunmaqla mümkündür. Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi qərara almışdır ki: Mətbuat prospekti, bina 64, mənzil 12-nin yaşayış sahəsi icarəçi Zərbəliyev Yusif aşağıdakı ardıcıllıqla: 1 otaq 17 kv.m oğlu Yusif Zərbəliyevə 3 nəfərlik ailə üzvü ilə birlikdə həvalə edilsin. 30 kv.m sahəsi 2 bitişik enişli otaq borcalan Zərbəliyevə ailəsi 3 nəfər arvad, oğlu ilə verilsin. Kommunal xidmətlər ümumidir. Mənzil konturunun rəhbəri şəxsi hesabda müvafiq dəyişikliklər etməlidir. Təqdim edilmiş MKİS-nin məlumatı, eləcə də pasport qeydiyyat tarixi barədə əldə edilmiş sorğuya cavablardan İddiaçı hələ atası X1 onunla birgə faktiki yaşadığı və 1980cı ildən mübahisəli mənzilə qeydiyyata alındığı görünür. Mənzil Məcəlləsinin: -59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. -59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. -60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. -62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. -68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. -68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. -69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. -69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. -69.3-cü maddəsinə görə vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur -81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. -82.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər -82.5-ci maddəsinə görə sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Sadalanan normalardan görünür ki, sosial kirayə müqaviləsi üzrə mənzilin kirayəçisi tanınmış şəxsin öz ailə üzvlərini və ya onunla birgə təsərrüfat aparan digər ailə üzvlərini kirayəçisi olduğu mənzilə köçürmək hüququ vardır. Kirayəçinin həmin mənzilə başqa şəxsin köçürməsi halı kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması əsası ilə dəyişikliyə səbəb olur. Eyni zamanda kirayəçi vəfat etdiyi halda kirayəçinin ailə üzvləri vəfat etmiş kirayəçinin yerinə özlərinin mənzilin kirayəçi kimi tanınmasını və yaxud kirayə müqaviləsinin adına bağlanmasını tələb etmək hüququ vardır. Hazırkı iş üzrə müəyyən olunur ki, mənzilin kirayə müqaviləsi üzrə sonuncu kirayəçisi kimi tanınmış X5 mənzilin kirayəçisi kimi tanınması barədə xx.xx.1989-cu il tarixli qərardan sonra onunla birgə yaşayan oğlu İddiaçı da nəzərə alaraq kirayə müqaviləsinin dəyişdirilməsini tələb etməsə də İddiaçı faktiki olaraq X1 həmin mənzildə onunla birgə yaşamış, birgə təsərrüfat aparmış, 1980-cı ildən həmin mənzilə pasport qeydiyyatına alınmış, mənzilin kirayəçisi X5 xx.xx.2015-ci ildə vəfatından sonra da iddiaçı həmin mənzildə hazırkı tarixədək faktiki yaşayır. Mənzilin balansaxlayıcısı mənzil kirayəçisinin vəfatı ilə bağlı kirayə müqaviləsinə xitam verməmiş, mənzili geri tələb etməmiş, hazırkı halda mənzil iddiaçının yaşayış yeri olmaqla faktiki istifadəsindədir. İddiaçının həmin mənzildə qeydiyyatda olan ailə üzvləri (arvadı, övladlarİ, eləcə də mərhum Yusif Zərb\liyevin sağ qalan övladları 2 otaqlı yaşayış sahəsi 30 kv.m olan 12 saylı mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanılmasınnotarial razılıq vermişlər. Beləliklə, iddiaçının hazırkı halda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə əsasən kirayə hüquq münasibətlərindən irəli gələn “qazanılmış hüququ” mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X27 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X21-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzilkommunal infrastrukturunun inkişafını təmin edir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddia predmeti olan mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, ünvan 2-ə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 64, 12 nömrəli, 2 otaqlı 30 kv.m ölçüdə mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6568/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6568/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver