Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6574/2022 26.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi, müqavilənin bağlanması, yeni sayğacın quraşdırılması və abunə kodunun verilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilinin keçmiş istahlakçısı Kəlbəcər rayonundan məcburi köçkün mərhum X3 adına abonent nömrəsi **********50075 olan sayğacda hesablanmış 1120.1 (min yüz iyirmi manat on qəpik) manat borcun silinməsi, həmin ünvanda iddiaçı ilə elektrik enerjisinin istehlakına görə müqavilə bağlanması, həmin müqaviləyə uyğun sayğacın quraşdırılması və iddiaçının adına yeni abunə kodunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 45, 75 saylı mənzili X1 almış, xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Mənzilə dair alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl cavabdehə müraciət edərək, elektrik enerjisinə görə borcun olubolmaması barədə bildiriş almış və bildirişdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yaranmış borcun 2.44 manat olması göstərilmişdir. Mənzildə istehlakçı kimi abonent nömrəsi **********50075 olmaqla, elektrik enerjisi ilə təmin edilmişdir. Həmin ünvana quraşdırılmış sayğac və elektrik enerjisinin verilməsi barədə müqavilə həmin otağın keçmiş sakini Kəlbəcər rayonundan məcburi köçkün mərhum X3 adına bağlanmış və sayğac onun adına olmuşdur. Lakin həmin sakin məcburi köçkün olmuş və iddiaçıda olan məlumata görə bir neçə il əvvəl ölmüşdür. İddiaçı həmin mənzili X1 almış və keçmiş sakini ümumiyyətlə tanımamışdır. Lakin mənzili aldıqdan sonra istehlak olunmuş elektrik enerjisinə görə 1120.1 manat borcun yarandığı ona bildirilmişdir. Borc onun tərəfindən deyil, mənzilin keçmiş sakini tərəfindən yarandığından borcun ondan tələb edilməsi düzgün deyildir. İddiaçı cavabdehə müraciət edərək, elektrik enerjisinin istehlakına görə yaranmış borcun silinməsi və mənzilə elektrik enerjisinin istehlakına görə yeni sayğac quraşdırılmasını xahiş etsə də, borc ödənilmədiyi və ya silinmədiyi təqdirdə yeni sayğac quraşdırılmasının mümkünsüz oldugu bildirilmişdir. Borcun silinməsi ilə bağlı cavabdehə etdiyi müraciətinə xx.xx.2021-ci il tarixli 0199/p-004-420 saylı məktubla bildirilmişdir ki, **********50075 saylı abunə kodu üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında vərəqi təhlil olunmuş, xx.xx.2002-ci il tarixədək “Bakıelektrikşəbəkə”nin dövründə sərf olunan elektrik enerjisinə görə yaranmış 111.99 manat, xx.xx.2006-cı il tarixə “Bakmek - Azərbaycan Elektrik Şəbəkəsi" MMC dövründə 570.51 manat və "xxxx" ASC-yə fəaliyyəti dövründə mənzildə yaşayan məcburi köçkünün qanunvercilikdə müəyyən edilmiş güzəştli limitdən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri 437 manat debitor borclar ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Abonentin xx.xx.2020-ci il tarixə kompüter məlumat bazasında "xxxx" ASC-yə 51.93 manat məbləğində borcu mövcuddur. Cavabdeh mənzilində quraşdırılmış sayğacda hesablanmış borcun tələb edilməyən borclar qrafasına aid olduğunu bildirsə də, həmin borcun silinməsindən imtina edir. Bu isə iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 4 ( yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 241, M1, m.1) İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 45, 75 saylı mənzili X1 almışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli arayışa əsasən iddiaçı ünvan 4 ünvanında 01 noyabr 2019-cu il tarixdən qeydiyyatdadır. "xxxx" ASC-nin 0199/P-004/420 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının nümayəndəsinə bildirilmişdir ki, **********50075 saylı abunə kodu üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, xx.xx.2002-ci il tarixədək “Bakıelektrikşəbəkə”nin dövründə sərf olunan elektrik enerjisinə görə yaranmış 111,99 manat, xx.xx.2006-cı il tarixə "xxxx" MMC-nin dövründə 570,51 manat və "xxxx" ASC-yə fəaliyyəti dövründə mənzildə yaşayan məcburi köçkünün qanunvericiliklə müəyyən edilmiş güzəştli limitdən artıq istehlak edilmiş elektrik enerjisinin dəyərindən yaranmış 437 manat debitor borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş və enerji təchizatı müəssisəsi ilə elektrik enerji istehlakçıları arasında hüquqi münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.22 bəndinin tələblərinə əsasən, məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını (yaşayış və qeyri-yaşayış sahələrin elektrik enerjisinin haqqını tam ödədikdən sonra arayışı yeni mülkiyyətçiyə, yaxud kirayəçiyə təqdim olunur və arayış əsasında abunə kodunun addan-ada keçirilməsi mümkün olur) tələb etməlidir. Əlavə olaraq bildirilmişdir ki, abonentin xx.xx.2020-ci il tarixə kompyuter məlumat bazasında "xxxx" ASC-yə 51,93 manat məbləğində borcu mövcuddur. "xxxx" ASC-nin Abunə haqqında Məlumatlardan görünür ki, elektron bazasında qeyd olunan ünvan 05 sentyabr 2000-ci il tarixdə **********50075 nömrəli abunə kodu ilə Tofiq Nəcəfqulinin adına qeydiyyata alınmaqla xx.xx.2002-ci il tarixədək “Bakıelektrikşəbəkə”nin dövründə sərf olunan elektrik enerjisinə görə yaranmış 111,99 manat, xx.xx.2006-cı il tarixə "xxxx" MMC-nin dövründə 570,51 manat və xx.xx.2019-cu il tarixə "xxxx" ASC-yə mənzildə yaşayan məcburi köçkünün qanunvericiliklə müəyyən edilmiş güzəştli limitdən artıq istehlak edilmiş elektrik enerjisinin dəyərindən yaranmış 437 manat debitor borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya və Nizami RETSİ-ə ünvanlanmış 0199/M- 571/3420 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, **********50075 saylı kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, müraciətində bəhs edilmiş 437,6 manat debitor borc, xx.xx.2016-cı il tarixə mənzilində məcburi köçkün limitindən artıq istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəridir. Debitor borc "xxxx" ASC-nin kompüter məlumat bazasında ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. "xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab olaraq 01/xx-xx/2537 nömrəli, 22 aprel 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, elektron bazasında qeyd olunan ünvanın 05 sentyabr 2000-ci il tarixdə **********50075 nömrəli abunə kodu ilə Tofiq Nəcəfqulinin adına qeydiyyata alınmasına dair məlumat vardır. Göstərilən ünvanın elektrik enerjisi ilə təchiz edilməsinə əsas olan sənədlər "xxxx" ASC-yə təhvil verilmədiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə “Elektrik enerjisindən istifadə Qaydaları" təsdiq edilmişdir. Qaydalara görə: 1.1 elektrik enerjisi istehlakçısı – müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 1.3. enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 4.1. enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli 190 nömrəli qərarı ilə "xxxx" ASC-nin Nizamnaməsi təqsdiq edilmişdir. 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. https://e-qanun.az/framework/7419 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. 8.22. Məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 45, 75 saylı mənzili X1 almış, xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Həmin vaxtdan da mənzil iddiaçı tərəfindən istifadə olunmuşdur. İddiaçı cavabdehə müraciət edərək elektrik enerjisinə görə müqavilənin onunla bağlanılması və abonent kodunun onun adına keçirilməsini xahiş etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh bildirmişdir ki, alqı-satqı müqaviləsi bağlanılan tarixə **********50075 saylı abunə kodu üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında abunə vərəqinə əsasən xx.xx.2002-ci il tarixədək “Bakıelektrikşəbəkə”nin dövründə sərf olunan elektrik enerjisinə görə yaranmış 111,99 manat, xx.xx.2006-cı il tarixə "xxxx" MMC-nin dövründə 570,51 manat və "xxxx" ASC-yə fəaliyyəti dövründə mənzildə yaşayan məcburi köçkünün qanunvericiliklə müəyyən edilmiş güzəştli limitdən artıq istehlak edilmiş elektrik enerjisinin dəyərindən yaranmış 437 manat debitor borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. İşin hallarından da göründüyü kimi mənzildə elektrik enerjisi sərfinə görə borc məbləği alqı-satqıdan əvvəl yaranmış və həmin borca görə hazırki mülkiyyətçinin hər hansı bir öhdəliyi olmamışdır. İddiaçı həmin borcu qəbul etməyərək müqavilənin onunla bağlanılmasını xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh öz fəaliyyətində formallığa yol verərək iddiaçının xahişini təmin etməməklə onun tərəfindən elektrik enerjisi sərfinə ödənişlərin tutulmasına əngəllər yaratmışdır. Bu səbəbdən də iddia əsaslı oldugundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzilin keçmiş istahlakçısı məcburi köçkün X3 adına abonent nömrəsi **********50075 olan sayğacda hesablanmış 1120.1 (min yüz iyirmi manat on qəpik) manat borcun silinməsi, həmin ünvanda iddiaçı ilə elektrik enerjisinin istehlakına dair müqavilənin bağlanması, sayğacın quraşdırılması və iddiaçının adına yeni abonent kodunun verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilin keçmiş istahlakçısı məcburi köçkün X3 adına abonent nömrəsi **********50075 olan sayğacda hesablanmış 1120.1 (min yüz iyirmi manat on qəpik) manat borcun silinməsi, həmin ünvanda İddiaçı ilə elektrik enerjisinin istehlakına dair müqavilə bağlanması, yeni sayğacın quraşdırılması və iddiaçının adına yeni abunə kodunun verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6 Hakim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6574/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6574/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver