Məhkəmə qərarları › İş №2-1(112)-6576/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6576/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6576/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı , Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər X2 Şirkəti (Caspian Sea) LTD, Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “işlə təmin edilmə” barədə tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 Şirkəti (Caspian Sea) LTD, Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “işlə təmin edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, BP və ARDNŞ (SOCAR) ın Birgə layihəsində təcrübə (kadr hazırlığı üzrə) X1 üzrə (X4ması üzrə) iddiaçını və qardaşını BP(British Petroleum-Britania Petrolu) Şirkətinə işlə təmin edilməsinin və ya SOCAR (ARDNŞ)-də işlə təmin edilməsi, şifhi iş təcrübələrinin ARDNŞnin X5 üzrə təlim tədris Mərkəzində, əyani iş təcrübələrinin ARDNŞnin X7 keçdikləri təcrübələrin iş stajı kimi əmək kitabçası və E-sosial.az və ya Elektron hökümət portalında sistemə vurulması, ARDNŞ-də Neft Qaz Tikinti Tresti üçün “Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis” vakansiyasına yenidən müsahibə keçirilməsi, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci və 38-ci maddələrinə əsasən məcburən işsiz buraxdıgları ücün üç il yarımlıq (53000) Azn işsizlik haqqında kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutaraq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələbinə müvafiq olaraq əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq məhkəmə iddiaçıya 24 sentyabr 2020-ci il tarixdə məktub ünvanlayaraq, iddia ərizəsində cavabdehlər qismində göstərilən X2 Şirkəti (Caspian Sea) LTD və Azərbaycan Dövlət Neft Şirkətinin inzibati orqan olmadığı izah edilmişdir. Lakin iddiaçı tərəfindən hər hansı müvafiq hərəkət edilməmişdir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə iclası 19 noyabr 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh X2 Şirkəti (Caspian Sea) LTD məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh X2 Şirkəti (Caspian Sea) LTD şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. Hazırki iddia ərizəsi üzrə iddiaçının tələbi BP və ARDNŞ (SOCAR) ın Birgə layihəsində təcrübə (kadr hazırlığı üzrə) X1 üzrə (X4ması üzrə) iddiaçını və qardaşını BP(British Petroleum-Britania Petrolu) Şirkətinə işlə təmin edilməsinin və ya SOCAR (ARDNŞ)-də işlə təmin edilməsi, şifhi iş təcrübələrinin ARDNŞnin X5 üzrə təlim tədris Mərkəzində, əyani iş təcrübələrinin ARDNŞ-nin X7 keçdikləri təcrübələrin iş stajı kimi əmək kitabçası və E-sosial.az və ya Elektron hökümət portalında sistemə vurulması, ARDNŞ-də Neft Qaz Tikinti Tresti üçün “Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis” vakansiyasına yenidən müsahibə keçirilməsi, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci və 38-ci maddələrinə əsasən məcburən işsiz buraxdıgları ücün üç il yarımlıq (53000) Azn işsizlik haqqında kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutaraq İddiaçı ödənilməsi barədə olmaqla cavabdehlərin hərəkətsizliyinin qanun pozuntusu kimi tanınması barədədir. Əvvəla məhkəmə qeyd edir ki, iddia müxtəlif tələblərdən ibarət olmaqla prosessual həmiştirakçılığın tələblərinə cavab verməməklə yanaşı, həmçinin iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliyin tələbinə zidd olaraq inzibati orqan olmayan hüquqi şəxs X2 Şirkəti (Caspian Sea) LTD, Azərbaycan Dövlət Neft Şirkəti cavabdehlər kimi seçilərək onlara qarşı iddia qaldırılmışdır. Həmçinin iddia tələbi inzibati mübahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə ilə bağlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bütün göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehlər inzibati orqan olmadığından, iddia tələbi hüquqi şəxsə yönəldilməklə inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı qızının cavabdehlər X2 Şirkəti (Caspian Sea) LTD, Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “işlə təmin edilmə” barədə tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar