Məhkəmə qərarları › İş №2-1(112)-6577/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6577/2022

09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6577/2022 09.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-mühəndis-elektrik, “Azneft” İB-də növbə rəisi vəzifəsində işləyir), cavabdehin nümayəndəsi X2 (Balakən rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, xx.xx.2019-cu il tarixdən təyin olunması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan, xx.xx.2019-cu il tarixdən təyin olunması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamış, xx.xx.1980 - xx.xx.1982-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun əyani şöbəsinə daxil olmuş, xx.xx.1987-ci ildə institutu bitirmişdir. xx.xx.1987-ci ildə “Neft Daşları" NQÇİ-nin Qaz-turbin elektrik stansiyasına elektrik montyoru vəzifəsinə qəbul olunmuş, müxtəlif vəzifələrdə işləmişdir. Hal-hazırda X3nda növbə rəisi vəzifəsində işləyir. Bunu əmək kitabçasında aparılan qeydlər də təsdiq edir. İddiaçı xx.xx.2019-cu ildə 57 yaşı tamam olanda güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün lazımi sənədlərlə cavabdehə müraciət etmiş, Fond ona “əmək stajın çatmadığı üçün pensiya düşmür deyərək sənədləri qaytarmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (xx.xx.2006.№ 54 İİİ Q) 31-ci maddəsinin 31.1 bəndinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli idi. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin 9.8 bəndinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.1992,.№305) 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq iddiaçıya əmək pensiyası 52 yaşdan təyin olunmalı idi. “Vətəndaşlann pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində (yaş həddinin artırılması ilə əlaqədar) dəyişiklik xx.xx.1997-ci ildə edilmişdir. Onun, xx.xx.2006cı ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” əsasən dənizdə 10 ildən çox zərərli əmək stajı və 20 ildən çox ümumi əmək stajı vardır. Qeyd edir ki, ona əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.8 bəndinə əsasən tam əmək stajı topladığı dövrdə qüvvədə olmuş, qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin olunmalıdır. Əmək stajı topladığı dövrdə, yəni xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinə kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 52 yaşdan əmək pensiyası hüququ verən 13-cü maddəsi heç bir dəyişiklik olmadan qüvvədə qalmışdır. Bu da 52 yaşdan əmək pensiyası hüququnun olduğunu sübüt edir. İddiaçı üç dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun Xüsusi Şərtlərdə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, imtina məktubu olmuşdur. Səbəb kimi yenə də stajının olmaması və “Neft Daşları” NQÇİ-nin X3nda növbə rəisi vəzifəsinin Yeraltı X3 sahəsinə aid olmadığı qeyd olunub. Qeyd edir ki, “Neft Daşları” NQÇİ-nin X3dənizdə dəmir dayaqlar üzərində tikilib. Çıraq, Günəşli, Cilov neft yataqlarını-platformaları gərginliklə fasiləsiz təmin edir. Fondun müfəttişləri deyirlər ki, pensiya təyinatı kitablarında elektrik stansiyası sözünün qabağında yerüstü sözü yazılsa idi, növbə rəisi vəzifəsini qəbul etmək olardı. İddiaçı bildirir ki, qeyd olunanları nəzərə alaraq qanuna uyğun araşdırmalar aparılsın və onun ’’Güzəştli şərtlərlə” əmək pensiyası almaq hüququ bərpa olunsun. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) Yeraltı istilik elektrik stansiyaları bəndinin (24.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “Azneft” istehsalat Birliyinin “Neft Daşları" Neft və qazçıxarma İdarəsinin iddiaçıya dair 22 fevral 2019-cu il tarixli PUŞ-02/04 nömrəli arayışında xx.xx.1989-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Neft Daşları" NQÇİ-nin X3nda növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan Yeraltı istilik elektrik stansiyaları sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 19 gün (xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındaki dövr)) təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci ildə Ermənistanda anadan olmuşdur. İddiaçının QZ 041100 nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1980 xx.xx.1982-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. İddiaçının RV 026034 nömrəli diplomunun surətinə əsasən 1982-ci ildən 1987-ci ilə kimi M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda elektrik mühəndisi ixtisasında əyani təhsil almışdır. “Azneft” istehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin iddiaçıya dair 22 fevral 2019-cu il tarixli PUŞ-02/04 nömrəli arayışına əsasən iddiaçı Azərbaycan Republikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsinin a və b bəndlərinə müvafiq olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən aşağıdakı vəzifələrdə işləmişdir: xx.xx.1987 - xx.xx.1988-ci illərdə Qaz-turbin elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru peşəsində işləyib - 00 il 07 ay 25 gün, xx.xx.1988 xx.xx.1989-cu illərdə Qaz-turbin elektrik stansiyasının qaz-turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyib - 00 il 10 ay 24 gün, xx.xx.1989 - xx.xx.2003-cü illərdə X3nda növbə rəisi vəzifəsində işləyib - 14 il 04 ay 18 gün, xx.xx.2018-ci il tarixdən hal-hazıra qədər X3nda növbə rəisi vəzifəsində işləyir - 03 il 00 ay 11 gün. İddiaçının Azərbaycan Republikası qanunvericiliyinə müvafiq olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən elektrik stansiyasının elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində və növbə rəisi vəzifəsində xx.xx.2021-ci ilə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı 18 il 11 ay 18 gündür. Qeyd olunur ki, “Neft Daşları” NQÇİ-nin X3 sahildən 110 km məsafədə dənizdə dəmir dirəklər üzərində yerləşir. Azərbaycan Neft və Sənaye Universitetinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı 1982-ci ildə Energetika fakültəsinin “Elektrik stansiyaları” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur. (Əmr: №012/756, xx.xx.1982-ci il). 1987-cı ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. (Əmr: № 02/945, xx.xx.1987-ci il). Ona PB № 026034 seriyalı diplom verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 425 saylı arayışına əsasən 1962-ci təvəllüdlü ehtiyatda olan leytenant İddiaçı həqiqətən xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) Yeraltı istilik elektrik stansiyaları bəndinin (24.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “Azneft” istehsalat Birliyinin “Neft Daşları" Neft və qazçıxarma İdarəsinin iddiaçıya dair 22 fevral 2019-cu il tarixli PUŞ-02/04 nömrəli arayışında xx.xx.1989-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Neft Daşları" NQÇİ-nin X3nda növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan Yeraltı istilik elektrik stansiyaları sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 19 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilən sənədlərdən göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1979-ci ildə əkinçilik işləri üzrə sovxoza işə qəbul olunmuş, xx.xx.1980-ci ildə Sovet ordusuna getməsi ilə əlaqədar işdən azad olunmuş, xx.xx.1986-cı ildə Mənzil Kommunal Kontoru “Azmorneft” İsitmə mövsümü dövründə 3-cü dərəcəli çilingər kimi işə qəbul olunmuş, xx.xx.1987-ci ildə İsitmə mövsümünün bitməsi ilə əlaqədar işdən azad olunmuş, xx.xx.1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və X9 Təhsilin İ kursuna qəbul olunmuş, xx.xx.1987-ci ildə İnstitutun əyani şöbəsini bitirmiş, xx.xx.1987-ci ildə Qaz türbinli Elektrik Stansiyasının Baş işə İdarəetmə Lövhəsinin elektrik mantyoru kimi qəbul olunmuş, xx.xx.1988-ci ildə həmin sexin elektrik stansiyasının qazan və türbın sahəsində elektrik avadanlıqlarının xidməti üzrə 5-ci qrup üzrə elektrik mantyoru vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə Sov.İKP-nin XXİİ qurultayı adına Neft və X5 Birliyi ləğv olunmuş, onun əsasında Neft-Qaz Çıxarma İdarəsi yaradılmışdır. xx.xx.1988-ci ildə X6, Qazturbinli və PAES-2500 vahid X3 kimi birləşmiş(İES), X1 elektrik sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci qrup ixtisası üzrə elektrik mantyoru vəzifəsinə köçürülmüş, xx.xx.1989-cu ildə X1 növbə rəisi vəzifəsinə köçürülmüş, xx.xx.1992-ci ildə “X10 Qaz” İB-nın “AzNeft” dövlət konserninin Sov.İKP-nın XXİİ qurultayı adına NQÇİ “Neft Daşları” NQÇİ adlandırılmış, xx.xx.1994-cü ildə “Azneft” Neft və Qaz Çixarma üzrə Baş İdarə ləğv olunmuş, “Dənizdə Neft və Qaz Çıxarma” İB yaradılmışdır. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1993-cü il tarixli 499 saylı fərmanına əsasən və Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 205 saylı fərmanına əsasən 12-ci dərəcəli növbə rəisi təyin olunmuş, xx.xx.1995-ci ildə əmək haqqının ödəniş qruppasının dəyişilməsi ilə əlaqədar növbə rəisinə 13-cü dərəcə təyin olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il təvəllüdlüdür, xx.xx.2019-cu il tarixində onun 57 yaşı tamam olmuşdur, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə - işləməsi əsası ilə ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi X3nda növbə rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır və Yeraltı istilik elektrik stansiyaları sahəsinə aid deyildir. İddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 19 gün), ümumi iş stajı 25 ildən az təşkil edir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Hazırda iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - qazanxanaların, turbin (buxar-qaz turbini) avadanlığının və yanacaq ötürücü avadanlığın xidməti və təmiri ilə məşğul olan bütün adlarda elektrik montyorları vəzifəsi (müxtəlif dərəcəli qruplar üzrə) ilə birlikdə elektrik stansiyalarının növbə rəisi vəzifəsində 14 il 04 aydan çox müddətdə işləməsi əmək kitabçası ilə təsdiqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin 24.1 bəndinin a və b yarımbəndlərinə və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısı olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Yeraltı istilik elektrik stansiyaları hissəsində olan 2140100a— 19820 bölməyə əsasən qazanxanaların, turbin (buxar-qaz turbini) avadanlığının və yanacaq ötürücü avadanlığın xidməti və təmiri ilə məşğul olan bütün adlarda elektrik montyorları, 2140100b—24043 bölməyə əsasən elektrik stansiyalarının növbə rəisləri vəzifələri güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdir. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı “Azneft” istehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin arayışları və PT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 12 il 06 aydan çox və ümumi iş stajı 25 ildən çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İşin həqiqi hallarına əsasən, iddiaçının 57 yaşı 18 fevral 2019-cu il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2019-cu il, xx.xx.2021-ci il tarixlərdə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1–ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, xx.xx.2019-cu il tarixdən təyin olunması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, xx.xx.2019-cu il tarixdən təyin olunması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar