Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-658/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili X15, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X11, Üçüncü şəxs X16, onun nümayəndəsi və vəkili X12 iştirakları ilə, İddiaçılar İddiaçı1 firmasının və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı X24 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 firması və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı (X24 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 adına olan Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarın etibarsızlığının tanınması, xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr,S.S.Axundov küçəsində X16 4000 kv.m torpaq sahəsinə dair hər hansı hüquq münasibətinin mövcud olmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı2 nümayəndəsi və vəkili X21 məhkəmə dəftərxanası vasitəsilə son olaraq xx xxxxxxxx 2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsində X20 topraq sahəsinin satılmasına dair xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-658/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul olunması qərara alınmışdır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, İddiaçı1 firması iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə İddiaçı1 firmasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili X21 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarı əvvəla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsində qeyri-müəyyən ünvan üçün nəzərdə tutulub, hansı ki, bu ünvansız qərarla üçüncü şəxs X24 İddiaçı2 mülkiyyət və istifadə hüquqlarının qeydə alındığı ünvan 2 A və 344 ünvanlarında yerləşən 1.320 kv.m torpaq sahəsinə iddia edir. Daha sonra həm Binəqədi Bələdiyyəsinin, həm də Dövlət Arxivinin verdiyi çoxsaylı arayış və məktublarla müəyyən olunur ki, sözügedən Bələdiyyə qərarı digər çoxsaylı bələdiyyə qərarları kimi dövlət arxivində mövcud deyildir. Yəni bu qərar hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan, habelə qanunvericiliyinə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilən, lakin həmin tələbə cavab verməyən inzibati aktdır. Qeyd olunanlara əsasən Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarının etibarsızlığının tanınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X17 iddia tələbinə münasibətdə bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr,S.S.Axundov küçəsində yerləşən 4000 kv.m torpaq sahəsinin X20 ayrılması dair Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarı aşkar olunmamışdır. İş üzrə məhkəmə sərəncamı daxil olduqdan sonra, Binəqədi Bələdiyyəsində olan sənədlərə, həmçinin Dövlət Arxiv Fondunun Bakı filialına sənədlərin təhvil verilməsi ilə bağlı tərtib olunmuş təhvil-təslim aktlarında torpaq sahəsinin X20 ayrılması ilə bağlı hər hansı qərarın olması müəyyən edilməmişdir. Cavabdehin bazasında olan məlumata görə isə, X5 rayon Bələdiyyəsinin elektron məlumatlar bazasında uçota alınmış, həmin uçot nömrəsi ilə o torpaq vergisi ödənişlərinə cəlb edilmişdir. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X24, onun nümayəndəsi və vəkili X18 iddia tələbinə etirazə edərək, bildirmişdirlər ki, Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr,S.S.Axundov küçəsində yerləşən 4000 kv.m torpaq sahəsi X20 ayrılmışdır. Bunu təsdiq edən sənəd qismində isə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X10 xx xxxx 2016-cı il tarixli məktubları çıxış edir. Belə ki, hər iki məktubda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr,S.S.Axundov küçəsində yerləşən 4000 kv.m torpaq sahəsi Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarı əsasında X20 ayrılmış və alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra həmin torpaq sahəsi ona satılmışdır. Həmçinin, X24 torpaq vergisi ödəyicisi kimi bələdiyyədə uçota durmuşdur. Qeyd olunanlara əsasən, üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan İddiaçı1 firması və İddiaçı2 barəsində olan sənədlərə əsasən: - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli, 125 saylı qərarı ilə Binəqədi rayonu, 7 mkr., S.S.Axundov küçəsində 300 kv.m torpaq sahəsi əlavə cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün İddiaçı1 firmasına (hər kv.m üçün 25.000 manat ödəmək şərti ilə) satılması qərara alınmışdır. - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında xx xxxxxx 2004-cü il tarixli, 65 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, S.S.Axundov küçəsində 300 kv.m torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx xxxx 2004-cü il tarixli qərarına əsasən sahibkarlıq fəaliyyəti iə məşğul olmaq üçün İddiaçı1 firmasın təklif olunmuş və torpağın satış qiyməti, bazar məzənnəsi, tələb və təklif, sahənin təyinatı, coğrafi yeri, keyfiyyəti və digər amillər nəzərə alınmaqla, tərəflər arasında sahənin hər bir kv.m-i 25.000 manat məbləğində satılmasına razılaşdırılmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2015-ci il tarixli sərəncamı ilə İddiaçı1 firmasının Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsində istifadəsində olan 1.320 kv.m torpaq sahəsində təqdim edilən layihə əsasında inşa edilmiş bir mərtəbəli yardımçı tikili göstərilən ölçülərlə ilkin hüquqi qeydiyyata alınması qərara alınmışdır. - Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX: ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarşdan görünür ki, ünvan 3A ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı2 xüsusi mülkiyyətindədir. 0.102 ölçüdə torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla, İddiaçı2 istifadəsindədir. - Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX: ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarşdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.03 torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan X24 barəsində olan sənədlərə əsasən: -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş X3 ünvanladığı xx xxxx 2016-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, X16 adına Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 499 saylı qərarı X13 499/2 nömrə ilə daxil olaraq qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2006-cı il tarixli 499 saylı qərarından görünür ki, Binədəqi rayonu, 7 mkr., S.S.Axundov küçəsində yerləşən 4000 kv.m torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün, əlavə edilmiş cizgi əsasında (hər kv.m üçün YAN ilə 5 man. ödəmək şərti ilə) Qarabağ Müharibəsi əlili vət.X16 mülkiyyətinə verilməsi; Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə, Qarabağ Müharibəsi əlili vət.X24 ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş aktdan görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində yerləşən 4000 kv.m torpaq sahəsinin satılması barədə 2006-cı il 25 dekabr tarixli 13 saylı qərarı əsasında X24 ilə alqı-satqı rəsmiləşdirilmişdir. - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında xx xxxxxx 2006-cı il tarixli, 644 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, S.S.Axundov küçəsində 4000 kv.m torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx xxxxxx 2006-cı il tarixli qərarına əsasən sahibkarlıq fəaliyyəti iə məşğul olmaq üçün X20 təklif olunmuş və torpağın satış qiyməti,bazar məzənnəsi, tələb və təklif, sahənin təyinatı, coğrafi yeri, keyfiyyəti və digər amillər nəzərə alınmaqla, tərəflər arasında sahənin hər bir kv.m-i üçün yan ilə 5 manat məbləğində satılmasına razılaşdırılmışdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, X24 ilə Binəqədi rayon Binəqədi Bələdiyyəsi arasında bağlanıldığı iddia edilən 644 saylı, xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi və bu müqavilənin bağlanılması üçün hüquqi əsas hesab olunan bələdiyyənin ümumi iclasının qərarı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin məlumat bazasında mövcud deyildir. -X14 xx xxxxxx 2019-cu il tarixli, 09/5-206 saylı və xx xxxxxx 2019-cu il tarixli, 09/5- 225 saylı məktublarında qeyd olunmuşdur ki, Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 499/2 saylı qərarının və 644 saylı alqı-satqı müqaviləsi X9 aşkar olunmamışdır. -Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, X24 ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlandığı iddia edilən 499/2 saylı, xx.xx.2006-cı il tarixli qərar və ona əlavə olunmuş 644 saylı, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, situasiya planı bağlanması üçün hüquqi əsas hesab olunan Bələdiyyənin ümumi iclasının qərarı Azərbaycan Respublikası Dövlət Arxvinin Bakı filialında aşkarlanmamışdır. Lakin bildirilmişdir ki, X16 adına xx.xx.2016-cı ildə “xxxx” ASC-nin Binəqədi filialında 1200 manat torpaq vergisi rüsumunun ödənişindən sonra xx.xx.2016-cı il tarixində Bələdiyyəyə müraciət edərək vergi ödəyicisi kimi Bələdiyyənin vergi elektron bazasında qeydə alınmışdır. Müraciətdə qeyd olunan 2006-cı ilə dair sənədlərin Dövlət Arxivinin Bakı filialında olduğundan hər-hansı bir məlumatların, o cümlədən möhürlərin və imzaların yoxlanılması səlahiyyətləri imkan xaricindədir. Bundan başqa Binəqədi Bələdiyyəsi ilə İddiaçı1 firması arasında xx.xx.2004-cü il tarixində bağlanmış 125 saylı qərar və əlavə olunmuş digər sənədlər Dövlət Arxivinin Bakı filialında və Bələdiyyənin vergi elektron bazasında mövcuddur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx xxxxxx 2019-cu il tarixli, 1761 saylı məktubundan görünür ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 499/2 saylı qərarı və xx.xx.2006-cı il tarixli, 644 saylı alqı-satqı müqaviləsi Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, BAB/11-04 saylı arayışıdan görünür kİ, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 4000 kv.m torpaq sahəsinə dair torpaq vergisi üzrə xx.xx.2019-cu il tarixinədək Binəqədi Bələdiyyəsinə borcu yoxdur. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, BAB/d-36 saylı məktubunda qeyd olunmuşdur ki, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi ilə vətəndaş X24 arasında həmin Bələdiyyənin xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarı əsasında aparılmış alqı-satqı əməliyyatı ilə Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsindəki 4000 kv.m torpaq sahəsi həmin vətəndaşa satılmış, bu zaman tərəflər arasında alqı-satqı münasibətləri yaranmışdır. Həmin alqı-satqı münasibətlərinin məzmunu sözügedən müqavilə ilə müəyyən edilmiş, müqavilənin qiyməti O.Ə.Məmmədov tərəfindən tam olaraq ödənilmiş, satılmış torpaq sahəsinin yerləşmə yeri (situasiya planı) tərtib edilərək alıcıya təqdim edilmişdir. Binəqədi rayon Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 449/2 saylı qərarının və həmin qərara əlavə olaraq tərtib edilmiş sənədlərindəki (müqavilə, sxem, ödəniş qəbzi) alqı-satqı əməliyyatı məlumatlarının arxiv rəsmiləşdirilməsi bələdiyyənin özündə müvafiq kitablara qeydiyyat aparılması yolu ilə bələdiyyə daxili arxivləşməsi ilə həyata keçirilmiş, lakin tərtib olunmuş bələdiyyə sənədləri bələdiyyə kargüzarlığında zəruriyyətlə əlaqədar olaraq məsul şəxslər tərəfindən aidiyyəti arxiv orqanlarına təqdim edilməmişdir. Bu təkcə sözügedən qərarla deyil, digər bələdiyyə qərarları ilə bağlı olaraq da bu qaydada həyata keçirilmişdir. Məlumat üçün bildirilmişdir ki, X24 torpaq sahibi kimi, Binəqədi rayon Bələdiyyəsinin elektron məlumatlar bazasında uçota alınmış, həmin uçot nömrəsi ilə o torpaq vergisi ödənişlərinə cəlb edilmişdir. Alqısatqı yolu ilə əldə etdiyi və qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı onun xx.xx.2020-ci il tarixə heç bir vergi borcu yoxdur və buna qədərki bütün vergilər onun tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx xxxx 2020-ci il tarixli, 221 saylı məktubundan görünür ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə drobla (/) heç bir qərar yoxdur. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-73/2020 saylı qərarı ilə, İddiaçı1 firmasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması”tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-116/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı müvafiq inzibati orqanlara göndərilmiş sorğulara cavab məktubundan görünür ki: - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, BRB/d-75 saylı məktubuna əsasən, 125 №-li, xx xxxxxx 2004-cü il tarixli müqavilə və 499/2 (499) saylı xx xxxxxx 2006-cı il tarixli qərar və 644 saylı, xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi və ona əsas olmuş arxiv sənədlər 2010-cu ildə Azərbaycan Respublikası Dövlət arxivinin Bakı filialına təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx xxxxxx 2020-ci il tarixli, 169 nömrəli məktubuna əsasən, Qarabağ müharibəsi əlili vət.X24 barəsində Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 499/2 (499) saylı qərarı və xx.xx.2006-cı il tarixli, 644 saylı alqı-satqı müqaviləsi Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X10 xx xxxx 2020-ci il tarixli, 09/3-23 saylı məktubundan görünür ki, Binəqədi Bələdiyyəsinin 125 nömrəli, xx.xx.2004-cü il tarixli qərarın, 65 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilənin, xx.xx.2006-cı il tarixli 499/2 (499) saylı qərar və xx.xx.2006-cı il tarixli 644 saylı alqı-satqı müqaviləsi X9 aşkar edilməmişdir. -Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 748 saylı məktubu ilə bildirilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 499 (2) saylı qərar və xx.xx.2006-cı il tarixli 644 saylı müqavilə Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Lakin Arxiv fondunda Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499 saylı qərarı aşkar olunmuşdur. Həmin qərara əsasən Binəqədi rayonu, 6-cı mkr.-nun qərb hissəsində 600 kv.m torpaq sahəsinin vət.X8 fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kv.m üçün YAN ilə 4 man.16 qəp ödəmək şərti ilə) onun mülkiyyətinə ayrılması qərara alınmış və xx xxxxxx 2006-cı il tarixli, 659 saylı müqaviləsi ilə ona satılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçılar hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək, Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsində X20 topraq sahəsinin satılmasına dair xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarının etibarsızlığını tələb edir və bu halı onunla əsaslandırır ki, ümumiyyətlə nə Binəqədi rayon Binəqədi Bələdiyyəsinin, X10 elektron bazasında (və ya arxivində), nə də ki Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mübahisələndirilən qərar aşkar olunmamışdır. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, iddiaçıların hazırki iddia üzrə subyektiv hüquqlarının olub-olmaması, iddia tələbi ilə mübahisələndirilən Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsində X20 topraq sahəsinin satılmasına dair xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarının mövcud olub-olmaması, qərar mövcud olduğu halda, etibarsızlığının tanınması üçün əsasların olub-olmamasıdır. Məhkəmə araşdırmaya keçmədən əvvəl qeyd etmək istəyir ki, iddiaçılar qismində çıxış edən İddiaçı1 firması və İddiaçı2 hazırki iddia tələbi üzrə subyektiv hüquqlara malikdirlər. Belə ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1992-ci il tarixli, 179 saylı sərəncamı ilə Bakı şəhəri, 7-ci mkr., “İnqilab” kinoteatrının qarşısında ayrılmış 1.020 kv.m torpaq sahəsi pullu avto dayanacaq təşkil etmək üçün İddiaçı1 firmasına ayrılmış, Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 125 saylı qərarı ilə isə Binəqədi rayonu, 7-ci mkr.,S.S.Axundov küçəsində 300 kv.m torpaq sahəsi İddiaçı1 firmasına satılmışdır. Sonradan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1036/2015 saylı, xx xxx 2015-ci il tarixli qərarı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra olunduqdan sonra, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr.,S.S.Axundov küçəsində yerləşən 1.020 kv.m istifadəsində və 300 kv.m mülkiyyətinə verilən cəmi 1.320 kv.m torpaq sahəsi İddiaçı1 firmasının adına rəsmiləşdirilərək, adına çıxarış verilmişdir. Bundan sonra, iddiaçı tərəfindən alqı-satqı həyata keçirilmiş, həmin torpaq sahəsi son olaraq İddiaçı2 satılmış və onun adına çıxarışlar verilmişdir. X24 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etdikdən sonra, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1036/2015 saylı, xx xxx 2015-ci il tarixli qərarı ləğv edilmiş və məhkəmə icraatı davam etdirilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddiaçıların iddia etdikləri Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarının etibarsızlığını tələb etmələri üçün subyektiv hüquqları məhz 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1036/2015 saylı, xx xxx 2015-ci il tarixli qərarı ləğv edildikdən və X24 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edildikdən sonra yaranmışdır. İddiaçı1 firmasına verilən çıxarışın əsasında duran məhkəmə qərarı ləğv olunsa da, İddiaçı2 adına verilmiş RX: ******* saylı, xx.xx.2016-cı il tarixli və RX: ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışları qüvvədə olduğundan, iddia edilən qərarın etibarsızlığını tələb etmək hər iki iddiaçının hüququdur. Daha sonra Məhkəmə bildirir ki, hazırki iddianın növü İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddədə göstərilən müəyyən etmə və tanınma haqqında iddiadır. Belə ki, Azərbaycan Respublikası İPM-nin: - 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; -36.1-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər; -36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər; -36.3-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Müəyyən etmə haqqında iddia hər hansı bir qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik aydınlaşdırılmasına xidmət edir. İnzibati Prosessual Məcəlləsində müəyyən etmə haqqında iddianın üç növü təsbit edilmişdir: 1) hər hansı bir hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması; 2) hər hansı bir inzibati aktın etibarsızlığının tanınması; 3) artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması. Müəyyən etmə haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya hər hansı bir inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hər hansı bir hüquqi vəziyyətin aydınlaşdırılması məqsədilə bu və ya digər hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. Bu növ iddiaçı üçün nəzərdə tutulmuş dispozisiya şərtləri xüsusi mümkünlük şərtləridir ki, bunlar da ümumi mümkünlük şərtləri ilə yanaşı mövcud olmalıdır. Hazırki iddia tələbi müəyyən etmə və tanınma haqqında iddia növünün məhz inzibati aktın etibarsızlığının tanınması ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, inzibati aktın etibarsızlığının tanınmasına dair iddia üzrə qərarın qəbulu üçün xüsusi mümkünlük şərtləri baxımından hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən edilməsi haqqında iddiaya münasibətdə xüsusiyyətlər nəzərə çarpmır. Bu halda, iddiaçının müəyyən etmə marağı ondan irəli gələcək ki, o, inzibati aktın hüquqi nəticələr yaradıb yaratmadığına dair qeyri-əminliyi aradan qaldırsın. Çünki etibarsızlıq inzibati aktın özündən irəli gəlmir. Qanunverici bu iddia növünü aşkar şəkildə nəzərdə tutduğu üçün, onun İPM-in 36.4-cü maddəsində subsidiarlıqla bağlı təsbit edilmiş qaydanın əksinə olaraq, mübahisələndirmə haqqında iddia ilə yanaşı qaldırılması mümkün olmalıdır. İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia o halda əsaslı sayılır ki, inzibati akt İİQ-nin 65-ci maddəsinə əsasən etibarsız olsun. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: - hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt (65.1.1-ci maddə); - müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt (65.1.2-ci maddə); - qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt (65.1.3-cü maddə); - maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt (65.1.4-cü maddə); - faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt (65.1.5-ci maddə); - kimə ünvanlandığı aydın olmayan inzibati akt (65.1.6-cı maddə). Həmin Qanunun 65.2-ci və 65.3-cü maddələrinə əsasən, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Şərh olunan qanunvericiliyin normalarına görə, inzibati akt yalnız o halda etibarsız sayılar ki, həmin akt özlüyündə İnzibati icraat haqqında Qanununun 65-ci maddəsində göstərilən səciyyəvi xüsuslara malik olsun. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş X3 ünvanladığı xx xxxx 2016-cı il tarixli məktubu ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X10 xx xxxx 2020-ci il tarixli, 09/3-23 saylı məktubu; həmçinin, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, BAB/d-36 saylı məktubu ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli məktubu bir birlərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi, həmçinin, Bakı şəhəri Binəqədi X1 və onun vəkili E.Qəhrəmanovun müraciətinə baxarkən, bildirmişdirlər ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr.,S.S.Axundov küçəsindəki, 4000 kv.m torpaq sahəsinin X4 ilə bağlı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006cı il tarixli, 499/2 saylı qərarı mövcuddur. Buna baxmayaraq, məhkəmə araşdırılması zamanı ünvanlanmış sorğular əsasında isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X10də sözügedən qərarın aşkar olunmadığı müəyyən edilmişdir. Binəqədi rayon Binəqədi Bələdiyyəsi isə X24 ilə Binəqədi rayon Binəqədi Bələdiyyəsi arasında bağlandığı iddia edilən 644 saylı xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinin bağlanması üçün hüquqi əsas tələb olunan bələdiyyənin ümumi iclas qərarının məlumat bazasında mövcud olmamasını, lakin Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarının Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verdiyini bildirmişdir. Göründüyü kimi, inzibati orqanlar tərəfindən verilmiş məktublar ayrı-ayrılıqda X16 və İddiaçı1 firmasının xeyrinə cavablandırıldığı təqdirdə, həmin məktubların X20 aid hissəsisində əsaslı olmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi, həmçinin Bakı şəhəri Binəqədi rayonu X7 rayon Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 saylı qərarının mövcud olmasına istinad etsələr də, həmin qərarı məhkəməyə təqdim edə bilməmişdirlər. Bundan əlavə məhkəmə araşdırması zamanı 3-cü şəxs X16 nümayəndəsi və vəkili mübahisələndirilən Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli qərarının 499/2 saylı olduğunu bildirmiş, lakin məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş həmin qərarın 499 saylı olduğu müəyyən olunmuşdur. Məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə təqdim edilən notarial qaydada təsdiq edilmiş akt və qərarın notariusda təsdiq edilməsinə dair həmin notariat işinin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı sorğu göndərilmiş, Bakı şəhəri 27 saylı Notariat ofisinin xx xxxxxxx 2020-ci il tarixli, 614 saylı cavab məktubu ilə bildirilmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə X24 tərəfindən təqdim olunmuş sənədlər həmin tarixdə 1S-1135, 1S-1133 reyestr nömrələri ilə 1S reyestr kitabında qeydiyyata alınmış və təsdiq edilmişdir. Sənədlərdən surət təsdiq olunarkən nüsxələr notariat ofisində saxlanılmır, yalnız həmin sənədlərin təsdiqi üçün qeyd olunan 1S reyestr kitabında aparılan qeydiyyat qalır. 1S reyestr kitabında aparılmış səhifənin kserosurəti təqdim edilmişdir.Həmin kserosurətdən də görünür ki, X24 şəxsən müraciət edərək, şəxsiyyət vəsiqəsinin, 499 saylı qərarın, situasiya planının, aktın surətinin təsdiqlənməsini xahiş etmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına mübahisə predmetini təşkil edən xx xxxxxx 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının təqdim edilməsi ilə bağlı sorğular verilmiş, həmin sorğulara cavab məktublarından, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə drobla (/) heç bir qərarın olmaması, lakin Binəqədi rayonu, 6-cı mkr.-nun qərb hissəsində 600 kv.m torpaq sahəsinin vət.X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499 saylı qərarının mövcud olması müəyyən edilmişdir. Göründüyü kimi, arxiv fondunda Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006cı il tarixli, 499 saylı qərarı adı altında torpaq sahəsinin X20 ayrılması ilə bağlı deyil, torpaq sahəsinin digər fiziki şəxsə ayrılması barədə bələdiyyə qərarı mövcuddur. Məhkəmə bildirir ki, bələdiyyə qərarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X13 təqdim edilməməsi, həmin qərarın mövcud olmaması mənasına gəlmək üçün əsas deyildir. Lakin, qərarın, onun qəbuluna əsas olan sənədlərin arxiv fondunda, Binəqədi rayon Binəqədi Bələdiyyəsində, qeydiyyat kitablarında müəyyən edilməməsi, qərarın əslinin təqdim edilməməsi, mübahisələndirilən qərarın nömrəsi ilə bağlı ziddiyyətin (499 yoxsa 499/2) olması artıq qərarın mövcudluğunu şübhə altına alır. Belə ki, “Bələdiyyə statusu haqqında” Qanunun 16-cı maddəsinin 3-cü bəndinə görə, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş X2 1-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi bələdiyyə iclaslarında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncamın verilməsi bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin 1-2-ci bəndlərinə görə, bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1, 3.2 və 3.3-cü bəndlərinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. Bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılmasının nəticələri bələdiyyə tərəfindən əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx xxxx 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında əsasnamənin 1-ci, 5.2-ci və 9-cu maddələrinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi mərkəzi aparatının baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. Mərkəzin fəaliyyət istiqamətlərdən biri, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməkdir. Mərkəzin strukturuna İnzibati nəzarət idarəsi daxildir. Mərkəz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti bu struktur bölməsi vasitəsilə həyata keçirir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 6.7-ci bəndinə görə, bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İşin hallarından və qanunvericiliyin normalarından irəli çıxaraq, Məhkəmə belə nəticəyə qəlir ki, X24 tərəfindən iddia edilən Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının, onun əsasında həyata keçirilmiş alqı-satqı müqaviləsinin və ümumi iclas protokolunun Binəqədi rayonu Binəqədi Bələdiyyəsində, həmçinin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X9, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında, Binəqədi Bələdiyyəsinin qeydiyyat kitablarında aşkar edilməməsi isə iddia edilən qərarın mövcud olmaması deməkdir. Bundan başqa, Məhkəmə tərəfindən dəfələrlə, Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının əslinin təqdim edilməsi X20 təklif olunsa da, üçüncü şəxs qərarın əslini təqdim edə bilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının aşkar olunmaması, iddia edilən qərarın hüquqi nəticə yaratmaq qüvvəyə malik olmaması deməkdir. Hüquqi nəticə yaratmayan, əslində ümumiyyətlə mövcud olmayan bir aktın etibarsızlığını müəyyən etmək isə mümkün olmadığından, hazırki iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 №-li Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 firmasının və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı X24 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-658/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-658/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver