Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6581/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X10 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunaraq reyestr çıxarışının ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X13 təqdim olunan "xxxx" MMC-yə dair reyestr çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17.05.2021-ci il tarixli qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən X3 sənədlər əsasında "xxxx" MMC-yə dair reyestr çıxarışı verilmişdir. "xxxx" MMC İngiltərədə 1991-ci il tarxində yaradılmışdır, orada qeydiyyatdan keçmişdir və qeydiyyat nömrəsi 75498 olan Əsasnamə ilə təsdiqlənmişdir. Daha sonra şirkətin Azərbaycan Respublikasında nümayəndəliyinin yaradılması üçün bir sıra tədbirlər görülmüşdür. Şirkətin direktorları A.Padidar və J.Purgal tərəfındən şirkətin baş meneceri Mr.X23 20.01.2000-ci il tarixli etibarnamə ilə "xxxx" MMC adında şirkətin Azərbaycan Respublikasında da qeydiyyatdan keçirilməsi, təşkil olunması və digər hüquqlarının həyata keçirilməsi üçün bir sıra səlahiyyətlər verilmişdir. Baş menecer X24 isə ona verilən səlahiyyətlərdən istifadə edərək 15.10.2000-ci il tarixli etibarnamə ilə şirkətin təmsil olunması ilə əlaqədar bir sıra hərəkətləri edə bilməsi üçün müvafıq hüquqları İddiaçı ötürmüşdür. Maliyyə Xidmətləri Komissiyasının 10 iyul 2002-ci il tarixli bildirişin İngiltərə və X19 tərəfındən təsdiq olunmuş surətindən də göründüyü kimi, "xxxx" MMC bildirişin verildiyi tarixdən 3 ay sonra tamamilə ləğv edilmişdir. Beləliklə, 2002-ci il də "xxxx" MMC-nin həm Böyük Britaniyada olan baş ofisi, həm də Azərbaycan Respublikasında olan nümayəndəliyi öz fəaliyyətini dayandırmışdır. X15 illərlə "xxxx" MMC-yə məxsus avadanlıqlardan illərlə istifadə etmişdir. Lakin onlar X11 "xxxx" MMC-yə məxsus əmlakı mənimsəməsindən xəbər tutduqdan sonra onun barəsində məhkəməyə müraciət etmişlər. Məhz bundan sonra o, öz qanunsuz əməllərini gizlətmək məqsədi ilə müvafıq dövlət orqanına saxta sənədlər təqdim edərək "xxxx" MMC-yə dair reyestr çıxarışı almışdır. Belə ki, özünü "xxxx" MMC-nin təsisçisi kimi təqdim edən Maria-Louise Morton adlı Böyük Britaniya vətəndaşı həmin şirkətin adından müvafıq hərəkətlərin ediməsi məqsədi ilə X13 11.12.2019-cu il tarixli etibarnamə vermişdir. X15 həmin etibarnamə və digər saxta sənədlər əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müraciət etmiş və "xxxx" MMC adlı hüquqi şəxsi edərək dövlət qeydiyyatından keçirərək reyestrdən çıxarış almışdır. X13 etibarnamə verən Maria-Louise Morton adlı şəxsin "xxxx" MMC ilə hər hansı bir əlaqəsi yoxdur. Sözügedən hüquqi şəxsin təsis olunması barədə rəsmi sənədlərə əsaslanaraq bildirmişdir ki, A.Padidar və J.Purgal şirkətin həqiqi təsisçiləridir. Şirkətin əsasnaməsində də direktor və səlahiyyətli şəxs kimi Jan Purgal qeyd edilmişdir. Həmçinin şirkət hüquqlarının etibar edildiyi orijinal etibarnamələrdən də göründüyü kimi Maria-Louise Morton adlı şəxsin "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də onun X13 şirkətin adından etibarnamə verməyə səlahiyyəti olmamışdır. Bundan əlavə olaraq "xxxx" MMC 2002-ci ildə öz fəaliyyətini dayandırdığı halda, onun hər hansı nümayəndəsi 2019-cu ildə X13 etibarnamə verə bilməzdi. Açıq-aşkar görünür ki, X5 sənədlər əsasında hüquqi şəxsi dövlət qeydiyyatından keçirmiş, özgəsinin əmlakını mənimsəmiş və digər qanunsuz əməllərini "xxxx" MMC-nin adından həyata keçirmişdir. Bununla da onlar iqtisadi fəaliyyət sahəsində cinayət törətməkdə davam edirlər. Odur ki, onun bu qanunsuz əməllərinin qarşısının alınması üçün barəsində qanunvericiliyə müvafıq olaraq tədbirlər görülməsi zərurəti yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən X13 təqdim olunan "xxxx" MMC-yə dair reyestr çıxarışın ləğv edilməsi üçün müraciət edilmişdir. Buna baxmayaraq, sözügedən qurum bundan əsassız olaraq imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan çıxarışın həqiqətən əsaslı olub-olmamasını müəyyən etməmişdir. Cavabdeh inzibati orqan ilk növbədə Maria-Louise Morton adlı şəxsin Böyük Britaniyada təsis olunmuş əsas şirkətlə əlaqəsinin olub-olmaması faktını müəyyən etməli idi. O cümlədən həmin etibarnamələrin etibarlı olub-olmaması məsələsi cavabdeh tərəfındən araşdırılmamışdır. Odur ki, Əhməd Nəsirov tərəfındən müvafıq icra hakimiyyəti orqanına təqdim olunan sənədlər saxtadır və onlar hüquqi şəxsin dövlət qeydiyyatına alınmasında hüquq müəyyən edici sənəd qismində çıxış edə bilməzdilər. Belə olan halda həmin saxta sənədlərə əsaslanaraq hüquqi şəxsin dövlət qeydiyyatma alınması qanunsuzdur. Bu səbəbdən də Azərbaycan Respublikası Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfındən X13 təqdim olunan təqdim olunan "xxxx" MMC-yə dair reyestr çıxarışının ləğv edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ərazisındə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yox, "xxxx" X6 hüquqi şəxs kimi mövcuddur. Əlavə olaraq bildirilmişdir ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddı-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Hazırkı iddia predmetindən göründüyü kimi iddiaçının həmin iddianı verməyə subyektiv hüququnun olmadığı halda cavabdehin üzərinə vəzifə qoyulması tələbi ilə İnzibati məhkəməyə müraciət etmişdir. İddianın mümkünlük məsələsi araşdırılarkən mövcud iddia ərizəsi üzrə iddıa ərizəsinı imzalayan şəxsin səlahıyyətini təsdiq edən sənəd bir daha yoxlanılmalıdır. Bundan başqa Maria- Louıse Morton adlı şəxs tərəfindən 11.12.2019-cu il tarixdə verilmiş etibarnamə ilə əlaqədar bildirilməsini zərurı hesab etmişlər ki, “Böyük Britaniya və X12 Krallığı”nın müvafiq dövlət orqanları tərəfindən rəsmiləşdirilərkən həmin şəxsin etibarnamə vermək səlahiyyəti müəyyənləşdirilmiş və müvafiq qaydada "Apostille (Convention de la Haye du 5 octobre 1961)” olunmuşdir. Belə ki, Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında 08 fevral 1994-cü il tarixli, 782 nömrəli Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinə və Konsul leqallaşdırması haqqında 13 yanvar 2000-ci il tarixli, 208 nömrəli Təlimatın 4-cü bəndinə əsasən xarici dövlətlərin idarələrınə, təşkilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus sənədlər və aktlar, Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının və bu sənədləri tərtib edən idarə və təşkilatların mənsub olduğu dövlətin iştirak etdiyı beynəlxalq müqavılələrdə digər hallar nəzərdə tutulmamışdırsa, yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublıkasının idarə və təşkilatları tərəfindən baxılmaq üçün qəbul edilir. “Xarici rəsmı sənədlərın leqallaşdırılması tələbını ləğv edən Konvensıyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbıni ləğv edən" 1961-ci il tarixli Haaqa Konvensiyasına (bundan sonra- Konvensiya) qoşulmuşdur. Konvensiyanın 3-cü maddəsinə əsasən imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən "Apostılle (Convention de la Haye du 5 octobre 1961)" adlı şəhadətnamənin əlavə edilməsidir. İş üzrə iddiada qeyd edilən hallar araşdırılarkən müəyyən edilmişdir ki, hüquqi şəxsin məlumat dəyişikliyi ilə əlaqədar təqdim edilmiş sənədlərdə Maria-Louise Morton adlı şəxsin səlahiyyəti müvafiq qaydada təsdiq edilmişdir. Bundan sonra Azərbaycan Respublikası ərazisində Notariat ofisi tərəfindən həmin sənədin tərcüməsi və əsli ilə düzgünlüyü təsdiq edildıyindən, sənədın saxta olubolmaması məsələsı üzrə cavabdehliyi hüquqı şəxslərin dövlət qeydiyyatı idarəsi daşıya bilməz. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X16 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 17.03.2000-ci il tarixdə, 841 №-li şəhadətnamə ilə təsdiq edilmiş "xxxx" X14 X1 Nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" X14 X6 Azərbaycan Respublikasının “Müəssisələr haqqında”, “Məhdud məsuliyyətli müəssisələr haqqında”, “Xarici investisiyaların qorunması haqqında” qanununlarına və digər qanunvericilik aktlarına müvafiq olaraq yaradılır və fəaliyyət göstərir. Müəssisənin təsisçisi Böyük Brtianiyanın hüquqi şəxsi "xxxx" Şirkəti 04 noyabr 1999-cu ildə 75498 saylı şəhadətnamə ilə dövlət qeydiyyata alınmışdır. Müəssisənin hüquqi ünvanı ünvan 1gilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Silver Transport Limited X6 VÖEN ********** 30.06.2004-cü il tarixdə vergi uçotuna alınmışdır. - 11.12.2019-cu il tarixli etibarnamənin azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, hazırkı etibarnamə ilə BK vətəndaşı, ********* saylı pasportun sahibi, İngiltərə, BK ünvanında yaşayan Maria-Louise X2 Böyük Britaniyanın hüquqi şəxsi olan "xxxx" şirkətinin adından cəmiyyətin maraqlarını təmsil etmək, cəmiyyətin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş "xxxx" MMC-dəki (VÖEN **********) payını özgəninkiləşdirmək, həmin payın üzərində sərəncam vermək, nizamnaməyə dəyişiklik etmək və həmin etibarnamə ilə cəmiyyəti bütün dövlət və qeyri dövlət idarə, müəssisə və təşkilatlarında Asan Xidmət mərkəzlərində, bütün nazirliklərdə təmsil etmək, ərizələri imzalamaq və notariat ofislərində cəmiyyətə aid bütün sənədləri təstiq etmək, təsis sənədlərini imzalamaq, hüquqi şəxsin rəhbərini təyin etmək, o cümlədən özünü rəhbər, təyin etmək, nizamnamə kapitalını ödəmək, dövlət rüsumunu ödəmək, cəmiyyətin adından hüquqi şəxsin sənədlərini hazırlamaq, hüquqi şəxsin qeydiyyatı və dəyişikliyiilə əlaqədar bütün sənədləri imzalamaq, sənədləri təqdim etmək, etmək, hazır olan sənədləri götürmək, özündə bütün reyetr məlumatlarını əks etdirən reystrdən çıxarışı, arayışları və digər sənədləri götürmək, hüquqi və fiziki şəxslər qarşısında cəmiyyətin nümayəndəsi qismində iştirak etmək, X9 Dövlət Qeydiyyatı İdarəsinə təqdim edilən bütün sənədləri imzalamaq və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hərəkətləri icra etmək səlahiyyətlərini etibar etmişdir. - Qeyd olunan etibarnamədən həmçinin görünür ki, İngiltərə və Uelsdə fəaliyyə göstərən andlı dövlət notariusu X18 bununla təsdiq edir ki, Britaniya vətəndaşı, ********* saylı Birləşmiş Krallıq pasportunun sahibi Maria-Louise Morton (əvvəllər Maria-Louise Taylor kimi tanınan) 1991-ci il Şirkətlər haqqında Qanun (Cersi) əsasında Cersidə qeydiyyatdan keçmiş Silver Transport Limited özəl məhdud cəmiyyətinin təsisçisi və sahibidir. Ona məlumat verilmişdir və şübhəsiz əmindir ki, həmin şirkətin hüquqi ünvanı Azərbaycan Respublikasında olan Silver Transport Limited (VOEN: **********) şirkətinin təsisçisi və sahibidir. - "xxxx" X1 təsisçisinin 08.01.2020-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" X1 (VÖEN **********) idarə heyətinin X15 – sədr, X7 – üzv tərkibində formalaşması, müəssisənin idarə heyətinin sədrinin razılığı olmadan hər hansı sənədin imzalanmasının üzvlərə qadağan edilməsi dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi, dövlət qeydiyyatı məlumatlarındfa baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bürün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi və (3-cü şəxsə etibarnamə vermək səlahiyyəti) idarə heyətinin sədri X13 həvalə edilməsi qərara alınmışdır. - Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, "xxxx" X6, VÖEN **********, hüquqi ünvan ünvan 2 17.03.2000-ci il, qanuni təmsilçisi X15, reyestdən son dəfə verilmiş çıxarışın tarixi 08.01.2020-ci il qeyd edilmişdir. - "xxxx" MMC-nin baş meneceri X24 tərəfindən verilmiş 15.10.2000-ci il tarixli etibarnamənin azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, Silver Transport MMC hazırki etibarnamə ilə Emin Mirzoyevə (doğum tarixi: 21.06.1977, pasport 641944) şirkətin işi və işləri ilə əlaqəli və ya istinad edilən bütün və hər hansı lazımi və zəruri bir iş məsələsi və hərəkətləri alqı-satqı etmək, idarə etmək, icra etmək və həyata keçirmək və bu məqsədlər üçün bu cür işlərlə əlaqəli bütün yazışmaları aparmaq və şirkətin möhürünü daşımaq etibar edilir. Şirkətin adından, şirkətin işinə aid olan hər hansı biri və ya Cəmiyyətin biznesinin inkişafı üçün bütün işləri həyata keçirmək və ya digər sənədləri imzalamaq, icra etmək və çatdırmaq. Bank hesabı(ları) açmaq üçün hər hansı bir banka və ya bank təşkilatına müraciət etmək və Cəmiyyətin adından istənilən növ bir və ya bir neçə bank hesabı (hesabı) açmaq, istifadə etmək və bağlamaq, o cümlədən hər hansı bir bankda və ya banklarda açılan istənilən hesabı(ları) istifadə etmək və bağlamaq və çeklər, layihələr, vekselləe, qeydlər və hər hansı bir danışıq vasitələrini çəkmək, təsdiqləmək, qəbul etmək, toplamaq, depozit etmək və imzalamaq, mövcud və ya vaxtaşırı Vəkilin adından və ya şirkətin adından açılacaq bank hesabına(larına) hər hansı bir pul, vəsait və qiymətli kağızlar qoymaq və ya çıxarmaq və bu hesablarda saxlanılan pul vəsaitlərini və ya qiymətli kağızları çıxarmaq. Bütün bu cür müqavilələri, aktları, sazişləri, ərizələri, formaları, bütün zəruri sənədləri qəbul etmək, imzalamaq, möhürləmək, həyata keçirmək və icra etmək. Və bankın tələb etdiyi hər hansı bir məlumatı vermək. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22 iyun 2020-ci il tarixli, **********618300 nömrəli məktubun surətindən görünür ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə "xxxx" X4 (VÖEN **********) məxsus 08.01.2020-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsinə dair daxil olmuş müraciətinə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1 və 49.2-ci maddələrinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Bundan başqa “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 9- cu maddəsinə (bundan sonra - Qanun) əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyışıkiiK. eıəcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçun həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq sənədlər təqdim edilməlidir. Bildirilir ki, "xxxx" MMM-i üçüncü şəxslər, o cümlədən, Azərbaycan Respublikasının dövlət orqanları qarşısında onun rəhbəri və ya müvafiq etibarnamə ilə çıxış edən səlahiyyətli şəxs təmsil edir. Müraciətində göstərilən etibarnamə və ya təqdim ediləcək digər sənədlər xarici ölkəyə məxsus olduğu halda müvafiq qaydada rəsmiləşdirilməlidir. Məlumat üçün bildirilirik ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ərazisındə iddiaçının tələbində qeyd etdiyi və reyestrdən çıxarışının ləğvini tələb etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi mövcud deyildir. 08.01.2020-ci ildə qeydə alınmış reyestrdən çıxarış isə hüquqi şəxs kimi “Silver Transport Limited" X4 aiddir. Məhkəmə qeyd edir ki, İddiaçı "xxxx" X6 ilə bağlı hər hansı tələb irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olması (qanuni təmsilçisi, təsisçisi, səlahiyyətli nümayəndəsi olması) müəyyən edilməmiş, eyni zamanda mübahisələndirdiyi 08.01.2020-ci ildə qeydə alınmış reyestrdən çıxarışın onun hansı hüquq və mənafelərinə toxunmasını sübut edən əsaslı dəlillər məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini tələb etməsinə dair subyektiv hüquqa malik olmadığından, eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mövcudluğu sübuta yetirilmədiyindən onun tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6581/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6581/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver