Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6586/2024 18.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-14678/2023 saylı “artıq ödənilmiş pensiya məbləği haqqında” qərarın ləğv edilməsi, xx.xx.2008-ci il tarixində cavabdeh orqan tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləğin hesablanaraq iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X9 18 iyul 2023-cü il tarixli, 317-1/-A- 161525/2023 nömrəli artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında məktubun etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən pensiyanın yenidən hesablanmasının ləğv edilməsi və xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləğin geri qaytarılması barədə qərarın qəbul edilməsi” bаrədə qərar qəbul edilməsi barədə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İddiaçı xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə təyin edilmiş 3640 manat məbləğində əmək pensiyasının bərpa edilməsi, iddiaçıya xx.xx.2023-cü il tarixindən etibarən ödənilməmiş 3640 manat pensiya məbləğinin ödənilməsi və artıqödənilmiş əmək pensiyası kimi müəyyən edilmiş 76669,86 manat məbləğin silinməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X9 üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 16 sentyabr 2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
4. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3- 14678/2023 saylı “artıq ödənilmiş pensiya məbləği haqqında” qərarın ləğv edilməsi, xx.xx.2008-ci il tarixində cavabdeh orqan tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləğin hesablanaraq iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddianın əsaslandırılması
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 iyul 1974-cü il tarixindən əmək fəaliyyətinə başlamış, 1977-1979-cu illər Sovet Ordu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən gəldikdən sonra 16 iyul 1979-cu il tarixindən yaşa görə əmək pensiyasına çıxana qədər, dalğıc peşəsində çalışmışdır. Pensiya yaşına görə işdən çıxan zaman ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası təyin edilmişdir. 22 iyun 2023-cü il tarixində 3-17-1/2-A- 142874/2023-İİ nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaçıya "Əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət olunması" haqqında məktub daxil olmuşdur. Həmin məktubda "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsaslanaraq qeyd edilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Qanunun bu maddəsinə əsaslandıqda, İddiaçı Zaxaryeviçin 57 yaşı 2015ci il tarixində tamam olmuş, faktiki olaraq 25 il sığorta stajına malik olmuş və əmək pensiya hüququ yarandığı zaman qanunda göstərilmiş işlərdə çalışmışdır. 18 iyul 2023-cü il tarixində 3-17-1/2-A-161525/2023-İİ tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X10 Ramay Zakaryeviçə "artıq ödənilmiş pensiya məbləği haqqında" məktub daxil olmuşdur. Həmin məktuba əsasən iddiaçıya, ona ödənilmiş 76 669.86 (yetmiş altı min altı yüz altmış doqquz manat səksən altı qəpik) manat artıq pul vəsaitinin ödənildiyinin müəyyən edilməsi və həmin məbləğin pensiyasından tutularaq büdcəyə geri ödənilməsi təklif edilmişdir. İddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 31 il 10 ay 17 gün təşkil edib. Bütün bunlardan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin iddiaçının pensiyasından tutulmağa başladı. Bu tam qanunsuzdur. Belə ki, iddiaçı pensiya məbləğini özü-özünə təyin etməmişdir və həmin zaman qanunvericiliyin müəyyən etdiyi həddə ona pensiya təyin edilmişdir. Bundan başqa İddiaçı pensiyasından tutma həyata keçirilərkən Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanunun 39-cu maddəsinin tələbləri kobud pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı)
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, araşdırma zamanı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. Eyni zamanda, R.X5 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.1997-ci il tarixədək onun ümumi iş stajı 23 il 5 ay 17 gün (xx.xx.1973-xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975- xx.xx.1975-ci il, xx.xx.1975- 21,04.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1989- cu il, xx.xx.1989-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər), su altında iş müddəti 5663 saat 22 dəqiqə (dalğıc kitabçasına əsasən) təşkil edir. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 31 il 10 ay 17 gün (xx.xx.1973-xx.xx.1974-cü il, xx.xx.1974xx.xx.1975-ci il, xx.xx.1975-xx.xx.1975-ci il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), su altında iş müddəti 8031 saat 12 dəqiqə (dalğıc kitabçasına əsasən) təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixədək adıçəkilən şəxsin iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 37,64 manat (31,88 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixə indeksləşdirilib 58,32 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11479,68 manat sığorta kapitalına uyğun 79,72 (11479,68:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixə 213,04 manat (58,32+79,72+75,00) (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 320,47 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Bununla əlaqədar olaraq, İddiaçı pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyi üçün işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 49177,20 manat sığorta kapitalına görə onun əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin və 45ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (49177,20 : 120 ay (63 il 6 ay- 59 il 3 ay=48 ay+(144 ay-72 ay))=409,81 manat) xx.xx.2017- ci il tarixli müraciətinə əsasən xx.xx.2018-ci il tarixdən yenidən hesablanaraq 320,47 manatdan 730,28 manata (320,47+409,81) (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 1177,87 manat) artırılıb. Qeyd olunanlara əsasən, son üç il üzrə İddiaçı 76669,86 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Bundan başqa, İddiaçı xx.xx.2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 51067,44 manat sığorta kapitalına görə onun əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uğun gaydada (51067,44:72 ay (144 ay-72 ay)= 709,27 manat) həmin tarixdən yenidən hesablanarag 1177,87 manatdan 1887,14 manata (1177,87+709,27) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixə 2098,50 manat) artırılıb. Həmçinin, keçmiş müddət üçün ona ödənilməli olan 5512,72 manat pul vəsaiti hesablanıb. Göstərilənlərə əsasən bildiririk ki, iddiaçıya təyin edilən əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanmışdır. İddiaçının ona təyin edilən əmək pensiyasının yenidən hesablanması tələbi əsassızdır. Bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izaharları
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.
12. Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 18 iyul 2023-cü il tarixli, 3-17-1/2-A-161525/2023 saylı “Artıq ödənilmiş pensiya məbləğ haqqında” məktubuna əsasən bildirilmişdir ki, araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 01 yanvar 2006-cı il tarixinədək onun ümumi stajı 31 il 10 ay 17 gün təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 37,64 manat (31,88 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 58,32 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11479,68 manat sığorta kapitalına uyğun 79,72 (11479,68:144) manat və baza hissəsi (75,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 213,04 (58,32+79,71+75,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 320.47 manat). xx.xx.2018-ci il tarixində işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 49177,20 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (49177,20 : 120 ay (63 il 6 ay – 59 il 3 ay=48 ay + (144 ay - 72 ay))=409,81 manat) yenidən hesablanaraq 320,47 manatdan 730,28 manata artırılıb (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1177,87 manat (maddi yardım əlavə edilməklə)). Qeyd olunanlara əsasən, iddiaçıya 76669,86 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 76669,86 manatın əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığın mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Dövlət Neft Şirkəti “Azneft” X6 Xidmətinin 96 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında aşağıdakılar qeyd edilmişdir – İddiaçı (doğum tarixi xx.xx.1958-ci il) xx.xx.1979-cu il tarixindən “Xəzərdənizneftqazsənaye” X2 Texniki İşlər və X8 Qorunması İdarəsinin (İSTİ və DNÇQİ) Baş maxanika xidmətinə 3-cü dərəcəli çilingər-dülgər peşəsinə işə qəbul edilmişdir. İddiaçı Voronej şəhəri dalğıcçılıq texniki peşə məktəbini qurtarması ilə əlaqədar olaraq xx.xx.1979-cu il tarixindən İ-İİ- iş ixtisası qrupu üzrə 3-cü dərəcəli dalğıc kvalifikasiya dərəcəsi verilmişdir. 4 saylı sahədə (yer.ər.Bulla adası) 3-cü dərəcəli dalğıc peşəsində işləyən İddiaçı – xx.xx.1981-ci il tarixində Azərbaycan SSR Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Yenidən İddiaçı xx.xx.1989-cu il tarixindən “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin “Xəzərneftdonanma” İdarəsinin İSTİ və DNÇQİ-nin 3 nömrəli sahəsinə (yer.ər. Neft Daşları “Jiloy” adası) İ dərəcəli dalğıc peşəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2002-ci il tarixindən dalğıc peşələrinin yeni qaydada tarifləşdirilməsi ilə əlaqədar olaraq 6-cı dərəcəli dalğıc peşəsinə keçirilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixində AR ƏM-nin 69.3-cü maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Yenidən – İddiaçı – xx.xx.2017-ci il tarixindən “Azneft” İB-nin Dalğıc Xidmətinin 2 nömrəli sahəsinə 6cı dərəcəli dalğıc peşəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respubliklası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 22 iyun 2023-cü il tarixli, 3-17-1/2-A-142874/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktubuna əsasən, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 7 iyul 2023-cü il tarixinədək Mərkəzi Filiala qəbul mərkəzinə gəlməsi xahiş edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 iyul 2023-cü il tarixli aktdan görünür ki, X4 filiala dəvət edilmiş, xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, maraqlı şəxsə araşdırma zamanı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqında əsasən hesablanaraq təyin edildiyi barədə ətraflı məlumat verilmiş, daha sonra maraqlı şəxsin qeyd olunanlarla bağlı mülahizələri dinlənnilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən iddiaçı barəsində müvafiq məlumatlar məhkəməyə təqdim edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 14678/2023 saylı qərarına əsasən, iddiaçının hazırki pensiya məbləği 3641 manat 44 qəpik, yenidən hesablanmış pensiya məbləği 1177 manat, 87 qəpik, yenidən hesablanma səbəbi “inventar. 39.1-ci maddəyə əsasən tutulma məhdudləşdırılmış, xx.xx.2020-dən artıqvermə, hüququ 50 yaşdan 52 yaşa çəkildi” qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 3214/2024 saylı qərarına əsasən, iddiaçının hazırki pensiya məbləği 1309 manat 79 qəpik, yenidən hesablanmış pensiya məbləği 2098 manat, 50 qəpik, yenidən hesablanma səbəbi “37.1-1 xx.xx.2023 işdən çıxma” qeyd edilmişdir İddiaçı məhkəməyə əlavə olaraq “dalğıcın şəxsi kitabçalarını”, ona məxsus əmək kitabçasını təqdim etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2010-cu ildə 50 yaşından xüsusi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 2023-cü ilin may ayında cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya məbləğinin yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-14678/2023 saylı qərar qəbul edilmiş və pensiya 52 yaşdan təyin edilərək, pensiya məbləği azaldılmış, borc məbləği hesablanmış və ödənilməsinə razılıq verilməsi iddiaçıya təklif edilmişdir. İddiaçı cavabdeh inzibati orqan tərəfindən barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu hesab edərək, ləğv edilməsini, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsini, xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının ləğv edilməsini və xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləğin iddiaçıya geri qaytarılması barədə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmənin mövqeyi
13. Məhkəmə, tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
14. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərə: iddiaçının əmək kitabçasına, iddiaçının işlədiyi müəssisəsi tərəfindən verilmiş arayışlarına əsasən müəyyən edilmişdir ki, iddiaçının 01 avqust 1997-ci il tarixinə ümumi iş stajı 20 ildən, güzəştli stajı isə 10 ildən çox təşkil etmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya xx.xx.2008- cu ildən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanması “Əmək pensiyaları haqqında“ Qanununun həmin zaman qüvvədə olmuş normalarının tələblərinə uyğun olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında“ Qanununun 27.1-ci maddəsinə (xx.xx.2010 cu il tarixədək qüvvədə olan redaksiyasına ) əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.
15. Hazırda mübahisə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-14678/2023 saylı qərar əsasında yaranmışdır ki, həmin qərar ilə iddiaçının pensiya məbləği yenidən hesablanmış, pensiya məbləği azaldılmış və artıq ödəmə yaranmışdır. İşin faktiki hallarına əsasən isə iddiaçı əmək pensiyaları haqqında qanunvericiliyi ilə müəyyən edilmiş yaşa çatdığı üçün ona cavabdeh tərəfindən əmək pensiyasının məbləği müəyyən edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yuxarıda istinad edilən qanunvericiliyə əsasən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiya hüququ qanuni olaraq təyin edilmişdir. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmış və tələb olunan staja malik olmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunun tələblərinə əsasən yazılı formada təsbit olunmuş və yazılı şəkildə əsaslandırılmalı olduğu halda, cavabdeh tərəfindən qəbul edilmiş qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş və əsaslandırılmamış inzibati akt qəbul edilmişdir.
16. Məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd hesab edir.
17. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması, pensiya təyin edilən zaman sığorta stajı kimi qəbul edilmiş və sənədlərlə təsdiq edilmiş iş stajlarının sonradan nəzərə alınmaması və ya qanunvericiliyə edilmiş dəyişikliklərinin pensiyaçının ziyanına geriyə şamil edilməsi əvvəlki müddətinin az nəzərə alınması kimi norma nəzərdə utulmamışdır.
19. Faktiki olaraq cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının azalması və DSMFa borc məbləğinin müəyyən edilməsi ilə nəticələnən “Əmək pensiyasının yenidən hesablanması haqqında ” aktın qəbul edilməsində ifadə olunan hərəkətləri həm “İnzibati icraat haqqında” və həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olmuşdur.
20. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
21. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı pensiya məbləği cavabdeh tərəfindən yenidən hesablanmış, əmək pensiyasının məbləği azaldılmış, bununla bağlı iddiaçının DSMF- yə 76669,86 manat məbləğində borcun yaranması barədə məlumat verilmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçının pensiya məbləğinin yenidən hesablanması ilə bağlı inzibati icraatında iştirakı təmin edilməmiş, qəbul edilmiş inzibati akt ona təqdim edilməmişdir.
22. Məhkəmə cavabdehin yuxarıda sadalanan iddiaçıya münasibətdəki hərəkətləri ilə bağlı onu da qeyd edir ki, ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
23. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.
24. İnzibati hüquqda isə ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Sosial təminat insanların həyatının müxtəlif dövrlərində qarşılaşdıqları iqtisadi çətinlikləri aradan qaldırmaq və sosial rifahı təmin etmək məqsədini güdür. Bu sahədə düzgün və ədalətli yanaşma, cəmiyyətin sosial ədalətini təmin etmək və zəif təbəqələrin müdafiəsini gücləndirmək üçün vacibdir. Dövlətin sosial siyasəti, cəmiyyətin zəif və həssas qruplarının həyat şəraitini yaxşılaşdırmaqla, cəmiyyətin ümumi inkişafına və stabilliyinə mühüm təsir göstərir.
25. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Cavabdeh iddiaçının 2010-cu ildə təyin edilmiş əmək pensiyasını 13 il sonra yoxlamış, yenidən hesablayaraq, pensiya məbləğinin azaltmaq qərara qəlmiş, müvafiq inzibati aktı qəbul etmişdir. Halbuki əmək pensiyasının düzgün təyin edilməməsində, pensiya məbləğinin səhv hesablanmasında iddiaçının hər hansı bir təqsiri yoxdur. Bundan əlavə məhkəmə qeyd edir ki, müvafiq səlahiyyətli inzibati orqan tərəfindən müvafiq pensiya işi ilə bağlı inzibati icraat çərçivəsində araşdırılma aparılarkən sosial ədalət prinsipi nəzərə alınmalıdır ki, bu prinsip hazırki mübahisə ilə bağlı dövlət qulluğunda uzun müddət çalışan şəxslərin pensiya hüquqlarının qorunması və müvafiq şəkildə dəyərləndirilməsinin vacibliyini əks etdirir. Sosial ədalət, həmçinin, cəmiyyətin inkişafını, iqtisadi və sosial bərabərliyi təşviq edir. Həmçinin, vətəndaşların pensiya təminatı ilə bağlı inzibati icraatın qanuni aparılması, pensiya sisteminin şəffaflığını, düzgünlüyünü və ədalətliyini təmin etmək üçün vacibdir. Bu, vətəndaşların pensiya hüquqlarını qorumaq, müraciətlərin düzgün icrasını, müvafiq sənədlərin qiymətləndirilməsini və qərarların qanuna uyğunluğunu təmin edir. Əlavə olaraq inzibati icraat, pensiya müavinətlərinin vaxtında və düzgün ödənilməsi, sosial müdafiə sisteminin effektlivliyini artıraraq vətəndaşların inzibati orqana olan etimadını artırır.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Maddə 61.İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması
67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.
Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb- qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da, mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də, göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də, ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv təyin edilməsi ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hər-hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Məhkəmə, həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə, inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalara (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması cavabdeh tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-14678/2023 saylı qərarın qəbul edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindənbiri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Məhkəmə vurğulayır ki, əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə iddiaçı tərəfindən iddia qaldırılmaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşır. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçıya məxsus pensiya işi materiallarına baxış keçirərkən, iddiaçıya artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə hərhansı bir qərarın qəbul edilməsi müəyyən edilmir. Bu hal isə özlüyündə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına dəlalət edir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
30. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-14678/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilməli, xx.xx.2008-ci il tarixində cavabdeh orqan tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilməli, xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ləğv edilməli və xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləğin hesablanaraq iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. 32.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
NƏTİCƏVİ HİSSƏ 33.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34,68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3- 14678/2023 saylı qərarı ləğv edilsin. xx.xx.2008-ci il tarixində cavabdeh orqan tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilməsi; xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən pensiyadan tutulmuş məbləği hesablanaraq İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova