Məhkəmə qərarları › İş №2-1(112)-6588/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6588/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6588/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) hazırlıq icraatı mərhələsində məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, X4, X1, X5 və X2 ünvan 1 ünvanındakı yaşayış sahəsi üzrə qeydiyyatlarının ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21 may 2021-ci il tarixli Qərardadına əsasən X8, X9, X6, X10 və X7 3cü şəxs qismində işə cəlb edilmişlər. 17 avqust 2021-ci il tarixdə iddiaçının həyat yoldaşı Nümayəndə məhkəməyə ərizə təqdim edərək həyat yoldaşının 20 may 2021-ci il tarixdə vəfat etməsi səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 25 may 2021-ci il tarixli AZ-İİ№160266 saylı ölüm haqqında Şəhadətnamədən görünür ki, İddiaçı 25 may 2021-ci il tarixdə beyin infarktı səbəbilə vəfat etmiş, bu haqda 585 №li ölüm haqqında akt qeydi kitabında qeydiyyat aparılmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı öldüyündən, mübahisə edilən hüquq münasibəti isə hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30.1 maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30.5 maddəsinə əsasən hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclasına çağırılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 1.2, 80-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262.1, 262.4, 262.5, 268-269-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra, 10 gün müddətində Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar