Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6589/2024 01.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2024cü il tarixli, 3-52/2-M-5-112/2-24 nömrəli imtinasının qanunsuz hesab edilməsi, iddiaçının anası X1 iddiaçıya miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B” saylı, 0,12 hektar torpaq sahəsinə orderin verilməsinə əsas olmuş 09 sentyabr 1990-cı il tarixli qərarın tarixi ilə həmin qərarın 04 sentyabr 1990-cı il tarixli arxiv arayışının tarixi arasında uyğunsuzluğun aradan götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3-52/2-M-5-112/2-24 nömrəli imtinasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçının anası X1 iddiaçıya miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B” saylı, 0,12 hektar torpaq sahəsinə orderin verilməsinə əsas olmuş 09 sentyabr 1990-cı il tarixli qərarın tarixi ilə həmin qərarın 04 sentyabr 1990-cı il tarixli arxiv arayışının tarixi arasında uyğunsuzluğun aradan götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş Bakı şəhər İcraiyyə Komtəsinin 09 sentyabr 1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən X3 və İstismarı Birliyi tərəfindən 12 sentyabr 1990-cı il tarixli, B/S nömrəli orderlə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B” saylı 0,12 hektar torpaq sahəsi iddiaçının mərhum anası X2 verilmişdir. X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36,2 kv/m olan 3 otaqlı evə müraciəti əsasında ona Bakı şəhəri, 12 saylı notariat ofisinə xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B” saylı 0,12 hektar torpaq sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə Bakı şəhəri, 12 saylı notariat ofisinə müraciət etmişdir. X1 ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B”saylı 0,12 hektar torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyesterində Qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyesteri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən ona göndərilmiş xx.xx.2023cü il tarixli 3-21-330/2-35046/**********635046 nömrəli məktubda göstərilmişdir ki, orderin verilməsinə əsas olmuş 09 sentyabr 1990-cı il tarixli qərarın tarixi ilə həmin qərarın 04 sentyabr 1990-cı il tarixli arxiv arayışının tarixi arasında uyğunsusluq mövcuddur. Göstərilən səbəbdən imtina edilmişdir. Orderin verilməsinə əsas olmuş 09 sentyabr 1990cı il tarixli qərarın tarixi ilə həmin qərarın 04 sentyabr 1990-cı il tarixli arxiv arayışının tarixi arasında uyğunsuzluğun aradan götürülməsi barədə Bakı şəhər İcra hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyətindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-52/2-M-5-112/2-24 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 1990-cı ilə dair qərarları, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilən orderlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа gəlməmiş, səlahiyyətli nümаyəndəsinin iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1970-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhər Sabunçu rayon Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-18-5/2-836/24 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı Maştağa qəsəbəsi, M.Şəfa küçəsi, mənzil 2, ev 29 ünvanında daimi pasport qeydiyyatındadır. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 nömrəli kooperativin B/S nömrəli orderdən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 9 sentyabr 1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən ona Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 492 B nömrəli bağ ayrılmışdır. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 22 avqust 2023-cü il tarixli, 3-48-2F/2-M-05848/2023 nömrəli iddiaçıya ünvanladığı məktub əsasında, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-3-/2-35046/2023 **********46 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, iddiaçının müraciətinə imtina edilmiş, imtinaya səbəb kimi göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi müəyyən olunmuş, bundan əlavə təqdim edilən orderin verilməsinə əsas olmuş qərarın tarixi ilə həmin qərarın arxiv arayışının tarixi arasında uyğunsuzluq mövcuddur.
İV. Məhkəmənin mövqeyi
5. Məhkəmə iş materiallarını qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
Azərbaycan Sovet Sosialist Respublikasının 07 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR Torpaq Məcəlləsi”nə əsasən:
25. torpaqların müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublikas tabeliyində olan şəhər) zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, təşkilatlarına və idarələrinə habelə vətəndaşlara verilir.
Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən:
1. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilsin.
4. Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.
5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar.
6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam. verilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən:
4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunlarına əsasən:
4.1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: 4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları. 7.1. Normativ hüquqi aktlar qəbul etmək hüququna malik olan dövlət orqanı yenidən təşkil edildikdə onun hüquq varisinə normativ hüquqi aktları qəbul etmək hüququ ilə yanaşı, səlahiyyətləri daxilində, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyəti verilir. 7.2. Dövlət orqanı ləğv edildikdə və ya onun hüquq varisi müvafiq normativ hüquqi aktları qəbul etmək hüququna malik olmamaqla yenidən təşkil edildikdə, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyəti yuxarı və ya digər dövlət orqanına verilir. 7.3. Müvafiq normativ hüquqi aktları qəbul edən dövlət orqanının statusunun dəyişdirilməsi əvvəllər qəbul edilmiş normativ hüquqi aktların qüvvəsinin itirilməsinə səbəb olmur. 7.4. Dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. 7.5. Dövlət orqanı bölündükdə və ya ayrıldıqda onun yenidən təşkili haqqında qərarda səlahiyyətlərin aydın bölgüsü nəzərdə tutulmalıdır və həmin qərar hansı normativ hüquqi aktların yeni yaradılmış hansı dövlət orqanlarına hansı həcmdə şamil edilməsini müəyyənləşdirməyə imkan verməlidir. Bu zaman bölünmə və ya ayrılma haqqında qərarı qəbul etmiş dövlət orqanı üç ay müddətində müvafiq normativ hüquqi aktlarda bütün zəruri dəyişikliklər edilməsini təmin etməlidir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. 63.3. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. 63.4. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62- ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. İşin faktiki hallarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B” saylı, 0,12 hektar torpaq sahəsinə dair hal-hazırda mövcud olan bir-birini təkzib etməyən iki sənəddə Bakı şəhər icraiyyə komitəsinin 6/265 nömrəli qərarının tarixi fərqli olduğu aşkar edilmişdir. Belə ki, Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının təqdim etdiyi arxiv çıxarışında Bakı şəhər X6 İcraiyyə Komitəsinin 6/265 nömrəli qərarının tarixi 04 sentyabr 1990-cı il, iddiaçıya verilmiş orderdə isə həmin qərarın tarixi 09 sentyabr 1990-cı ildir. Beləliklə, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 nömrəli kooperativin b/s nömrəli orderində istinad edilən Bakı şəhər icraiyyə komitəsinin qərarı ilə Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının təqdim etdiyi arxiv çıxarışında Bakı şəhər X6 İcraiyyə Komitəsinin qərarında uyğunsuzluq mövcuddur. Bu isə hazırda iddiaçının ona qanuni əsaslarla ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun əldə edilməsində maneələr yaratmışdır. Belə ki, iddiaçı səlahiyyətli inzibati orqana mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə müracət etmiş, lakin həmin orqan tərəfindən hazırki mübahisə predmeti olan uyğunsuzluğun olması səbəbi ilə imtina edilmişdir. Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, səlahiyyətli inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxsin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının uyğunsuzluğun aradan qaldırılması barədə müraciətinin icrasının təmin edilməməsi barədə cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Belə ki, Bakı şəhər İcra hakimiyyəti Bakı şəhər X6 İcraiyyə Komitəsinin hüquqi varisi olduğu üçün, səlahiyyətləri daxilində, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyətinə malikdir. Odur ki, yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 nömrəli kooperativin b/s nömrəli orderində istinad edilən Bakı şəhər icraiyyə komitəsinin qərarı ilə Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının təqdim etdiyi arxiv çıxarışında Bakı şəhər X6 İcraiyyə Komitəsinin qərarında olan uyğunsuzluq aradan qaldırılmaldır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3-52/2-M-5- 112/2-24 nömrəli imtinası qanunsuz hesab edilməli, iddiaçının anası X1 iddiaçıya miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B” saylı, 0,12 hektar torpaq sahəsinə orderin verilməsinə əsas olmuş 09 sentyabr 1990-cı il tarixli qərarın tarixi ilə həmin qərarın 04 sentyabr 1990-cı il tarixli arxiv arayışının tarixi arasında uyğunsuzluğun aradan götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3-52/2-M-5-112/2-24 nömrəli imtinası qanunsuz hesab edilsin. İddiaçı anası X1 iddiaçıya miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B” saylı, 0,12 hektar torpaq sahəsinə orderin verilməsinə əsas olmuş 09 sentyabr 1990-cı il tarixli qərarın tarixi ilə həmin qərarın 04 sentyabr 1990-cı il tarixli arxiv arayışının tarixi arasında uyğunsuzluğun aradan götürülməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova