Məhkəmə qərarları › İş №2-1(112)-659/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-659/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-659/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə paylı mülkiyyət hüququ üzrə ona məxsus 17.3 kv.metr sahə üçün nəzərdə tutulan 38.170 (otuz səkkiz min bir yüz yetmiş) manat kompensasiyanın və 20000 (iyirmi min) manat mənəvi zərərin dövlət hesabından ona ödənilməsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla həmin evin 1/12 hissəsi ona məxsusdur. Yaşayış evinin ümumi sahəsi 208,3 kv.metrdir. Paylara uyğun bölgü zamanı ona 17,35 kv.metr sahə düşür. Həmin ərazidə yaşayış sahəsinin 1 kv.metrinin dəyəri 2200 manatdır. Hazırda həmin ərazi Cavabdeh tərəfindən sökülmüş, digər payçılara kompensasiya verilmiş, lakin ona heç bir kompensasiya ödənilməmiş, ümumiyyətlə söküntü aparılmamışdan əvvəl xəbərdarlıq edilməmiş, razılığı alınmamışdır. Mülkiyyətçi kimi Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edimiş hüquqları pozulmuşdur. Qanunsuz olaraq mülkiyyətindən məhrum edilmişdir. Söküntü barədə məlumatı ona bacısı Elmira Məmmədova vermişdir. Həmin vaxta qədər onun söküntü ilə bağlı məlumatı olmamış, belə ki, o, həmin ünvanda yaşamamışdır. Məlumatı olan kimi Bakı şəhəri Cavabdeh tərəfindən təşkil edilmiş komissiyaya müraciət etmiş, lakin cavabdeh tərəfindən həmin ərazidə yaşamaması əsas gətirilərək imtina edilmiş, kompensasiya ödənilməmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin digər mülkiyyətçi X6 30 kv.metrə yaxın sahə üçün ona ödənilmiş kompensasiya məbləği ilə bağlı ona qarşı iddia qaldırması da məsləhət görülmüşdür. Lakin o, başqa bir mülkiyyətçi, vətəndaşa qarşı deyil, söküntünü həyata keçirmiş Bakı şəhəri Cavabdehnə qarşı iddia qaldırmasının əsaslı olduğunu hesab edir. Mülkiyyətə sahib olmaq ilə bağlı heç bir məhdudiyyət yoxdur. Hər bir vətəndaş bir neçə daşınmaz əmlaka sahib ola bilər. Mülkiyyətçi olaraq hər bir evdə və ya mənzildə yaşamaq kimi məcburi öhdəlik nəzərdə tutulmamışdır. Bakı şəhəri Cavabdeh tərəfindən söküntü aparılmış evdə yaşamadığı səbəbi ilə kompensasiya ödənilməməsi tam əsassız və qanuna ziddir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddia ərizəsində qeyd olunan tələblər əsassız olduğundan iddia tələbi rədd edilməlidir. İş materiallarından məlum olur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin № 134000 çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən əmlakın ümumi sahəsi 208.3 kv.metrdir. Həmin çıxarışda mülkiyyətin 1/12 hissəsi İddiaçı Əliyulla oğluna, 1/12 hissəsi isə X2 məxsusdur. Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndiriləməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Müstəqil qiymətləndirici “xxxxxxxxxxx” MMC tərəfindən ünvan 4 ünvanında yerləşən İddiaçı Əliyulla oğluna və X2 məxsus əmlaka yerində baxış keçirilən zaman həmin əmlakın faktiki əsas və köməkçi sahəsi 14,56 kv.metr, digər sahəsi 33,16 kv.metr müəyyən edilmişdir. Müstəqil qiymətləndirici “xxxxxxxxxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclərin ödənilməsi üçün verilən 1000 (bir min) manatla birlikdə 37.272 (otuz yeddi min iki yüz yetmiş iki) manat məbləğində qiymətləndirilmişdir. Yasamal Rayonu İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təşkil edilmiş, müstəqil qiymətləndirici “xxxxxxxxxxx” MMC tərəfindən ünvan 2 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı Əliyulla oğlu həmin ünvanda yaşamamışdır. Buna görə də İddiaçı Əliyulla oğlu və X1 mülkiyyətində olan çıxarışda göstərilən sahələri və eyni zamanda sahələrin faktiki ölçülərini nəzərə alaraq ümumilikdə 47.72 kv.metr sahəyə görə 37.272 (otuz yeddi min iki yüz yetmiş iki) manat kompensasiya məbləği müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən əmlakın 1/12 hissəsinə görə X4 ilə Bakı şəhəri Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanılaraq X2 37.272 (otuz yeddi min iki yüz yetmiş iki) manat məbləğində kompensasiya ödənilmişdir. Alqı-satqı müqaviləsi notarial qaydada bağlanarkən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin № 134000 çıxarışı əsas götürülmüşdür. Beləliklə də mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən alqı-satqı müqaviləsində X2 məxsus 1/12 hissə qeyd edilmişdir. Lakin “Daşınmaz Əmlakın Qiymtləndirilməsi barədə” Hesabatla müəyyən edilmiş İddiaçı Əliyulla oğluna və X2 məxsus faktiki sahə üçün alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarın təsirinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyriyaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxxxxxxxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Azərbaycan Respublikasında ən ali qanunvericilik sayılan Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1ci maddəsində qeyd olunub ki, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 52.2.3-cü maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin təsdiq olunması üçün verilir. Beləliklə iddia ərizəsi üzrə Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus 17.3 kv.metr sahə üçün nəzərdə tutulan 38.170 (otuz səkkiz min bir yüz yetmiş) manat kompensasiyanın və 20000 (iyirmi min) manat mənəvi zərərin dövlət hesabından iddiaçıya ödənilməsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi tələbinə dair iddia ərizəsinə etiraz edərək hesab edir ki, həmin iddia ərizəsində qeyd olunan tələblər əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, üçüncü şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 134000 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 208,3 kv.metr olan fərdi yaşayış evinin 1/12 hissəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********26-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 5821 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AN-İ № ******* saylı, xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X7 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 208,3 kv.metr yaşayış sahəsi 105,9 kv.metr yardımçı sahəsi 102,4 kv.metr olan, 8 otaqlı fərdi yaşayış sahəsi evinin paylı mülkiyyət üzrə ona məxsus 1/12 hissəsini 37272 manat qiymətinə Bakı şəhəri Cavabdehnə satmışdır. İşdə olan qiymətləndirmə hesabatında görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 saylı qərarına əsasən ünvan 6 ünvanında yerləşən X4, İddiaçı Əliyulla oğluna məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş “xxxxxxxxxxx” MMC tərəfindən, həmin əmlakın 2018-ci ilin iyun ayına olan bazar dəyəri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla) 37272 manat məbləğində müəyyən edilmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş 38/18 saylı, xx xxxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşmiş (hazırda sökülmüş halda) fərdi yaşayış evinin İddiaçı məxsus 12/1 hissəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 1. Fərdi yaşayış evinin bazar qiyməti: 438 000 manat, 2. İddiaçı məxsus 12/1 hissəsinin bazar qiyməti 36 500 manat təşkil edir. İşdə olan İddiaçı etibarnamə üzrə nümayəndəsi tərəfindən Bakı şəhəri Cavabdehnə ünvanlanmış ərizədən görünür ki, iddiaçı mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla ona məxsus 1/12 hissəyə münasibətdə 17,3 kv.metr sahə üçün kompensasiya sahə üçün nəzərdə tutulan kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməsi iş materialları ilə müəyyən olunmur. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya cavab verilməməsini imtina kimi qəbul edir və hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənilməsindən imtina edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipbri ib nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifıkasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayınm 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.» «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar «Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi «Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.» kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında «Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsi isə «Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir kimi redaksiyada verilmişdir. Yuxarıda qeyd edilən dəyişiklik əsasında yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: Torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Eyni zamanda, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsində isə alan orqanın alınan əmlakla bağlı sahibliyin əldə edilməsinə dair məhkəmə qərarının icrası ilə bağlı müddəa nəzərdə tutulmuşdur. Belə ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən Alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafıq müddəaları tətbiq olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərar vermişdir. Həmin qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür. Bununla bağlı paylı mülkiyyətin digər mülkiyyətçilərinə kompensasiya ödənilsə də, lakin iddiaçının söküntü aparılmış evdə yaşamadığı səbəbi ilə ona kompensasiya ödənilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı həmin ünvanda yaşamadığı əsası ilə ona bu günədək kompensasiya ödənilməməsi barədə cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, digər mülkiyyətçilər kimi iddiaçının da mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətin özgəninkiləşdirilməsinə yanız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, fərdi yaşayış evinin digər mülkiyyətçisi X4 ilə alqı-satqı müqaviləsi onun mülkiyyətində olan 1/12 pay hissəsinə dair bağlanmışdır. Həmin fərdi yaşayış evi üzərində iddiaçının 1/12 hissədə paylı mülkiyyət hüququ ayrıca qeydiyyata alınmışdır və buna dair mülkiyyətçiyə bu günədək kompensasiya ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ona kompensasiya ödənilməsi tələbində haqlıdır. Lakin iddiaçıya ödənilməli olan kompensasiya məbləğini müəyyən edərkən məhkəmə artıq anoloji mübahisələr üzrə təşəkkül tapmış məhkəmə təcrübəsinə istinad edilməsinin tərəflərin mənafelərinə uyğun və ədalətli olacağı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının icrası ilə bağlı anoloji mübahisələr üzrə çoxsaylı məhkəmə qərarları qəbul edilmiş və məhkəmə təcrübəsi formalaşdırılmışdır. Qeyd olunan işlər üzrə Cavabdeh qaldırdığı iddialarında həmin ərazi üzrə mülkiyyətçilərə ödənilməli olan kompensasiya məbləğinin yaşayış sahəsinin hər kv.metri üçün 1500 manat məbləğində ödənilməli olmasını əsaslandırmış və həmin ərazidə söküntü işləri aparılacaq mülkiyyətçilərə yaşayış sahəsinin hər kv.metri üçün 1500 manatdan bütün kompensasiya növləri nəzərə alınmaqla, habelə 20% əlavə olunmaqla ödənilməsi müəyyən edilmiş və buna dair çoxsaylı qərarlar qəbul edilərək, artıq məhkəmə presedenti formalaşmışdır. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı evin ümumi sahəsinin 208,3 kvşmetr təşkil etdiyi, həmin fərdi yaşayış evinin 1/12 hissəsinin İddiaçı məxsus olduğu müəyyən edilir. Belə olan halda iddiaçının paylı mülkiyyətində olan sahə 17,3 kv.metr təşkil edir və hər kv.metr sahə üçün 1500 manatdan hesablanmaqla (17,3x1500 manat) ümumilikdə 25950 (iyirmi beş min doqquz yüz əlli) manat kompensasiya məbləği iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini mənəvi ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbi üzrə 20000 manat mənəvi ziyanın tutulmasını tələb etsə də, bunu əsaslandıracaq hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması nəticəsində cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı qanunsuz hərəkət edilməsi, bunun nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi məhkəmədə təsdiqini tapmadığından dəymiş mənəvi zərərə görə iddia rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə paylı mülkiyyət hüququ üzrə ona məxsus 17.3 kv.metr sahə üçün hər kv.metri 1500 manatdan hesablanmaqla (17,3 kv.metr x 1500 manat) ümumilikdə 25950 (iyirmi beş min doqquz yüz əlli) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 34, 52, 58, 68-69, 71.3, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə paylı mülkiyyət hüququ üzrə ona məxsus 17.3 kv.metr sahə üçün hər kv.metri 1500 manatdan hesablanmaqla (17,3 kv.metr x 1500 manat) ümumilikdə 25950 (iyirmi beş min doqquz yüz əlli) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar