Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6591/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlunun, cavabdehin nümayəndəsi X9, üçüncü şəxsin (X4) münayəndəsi və vəkili X16 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X12 və X6 cəlb olunmaqla) «torpaq sahəsinə dair qərarın, alqı-satqı aktının və eskizin ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə qarşı (üçüncü şəxslər X12 və X6) «qərarın etibarsız sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, cavabdehin 3 fevral 2003-cü il tarixli 131/1 nömrəli qərarı ilə Xırdalan-Binəqədi yolunun yanında 600 kv.m boş torpaq sahəsi alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə ayrılmışdır. Bundan sonra iddiaçıya aldığı torpaq sahəsinin yanında olan, çirkab sularının yığıldığı digər 600 kv.m boş sahə də cavabdehin 20 fevral 2003-cü il tarixli 151/1 nömrəli qərarı ilə alqı-satqı qaydasında onun mülkiyyətinə verilmişdir. Həmin ərazidə qalan digər boş sahə faktiki olaraq iki şəxsin – X13 və X2 idi. Cavabdehin 26 iyul 2004-cü il tarixli 1026/1 nömrəli sərəncamı ilə həmin ərazidəki boş torpaq sahəsinin 6000 kv.m hissəsi sahibkarlıq fəaliyyəti üçün vətəndaş X7 mülkiyyətinə verilmişdir. Həmin ərazidə boş qalmış 700 kv.m torpaq sahəsi isə, cavabdehin 14 iyun 2007-ci il tarixli 898 nömrəli sərəncamı ilə faktiki sahibliyində olan vətəndaş X17 mülkiyyətinə ayrılmışdır. İddiaçı ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə X10 və X21 ayrılmış torpaq sahələrini almaq niyyətində olmuşdur. X3 ilə razılıq əldə etmiş və onun torpağını almışdır, cavabdehin 4 dekabr 2005-ci il tarixli 1796 nömrəli sərəncamı ilə X7 cavabdehin 26 iyul 2004-cü il tarixli sərəncamı ilə mülkiyyətinə ayrılmış 6000 kv.m torpaq sahəsi onun adına dəyişdirilmişdir. 2007-ci ilin dekabr ayında o, X24 ilə də razılaşaraq onunla cavabdehin 14 iyul 2007-ci il tarixli 898 saylı sərəncamı ilə mülkiyyətinə verilmiş 700 kv.m torpaq sahəsini almışdır. Bundan sonra iddiaçı yenə də cavabdehə müraciət edərək eyni ərazidə öz adına olan torpaq sahələri barəsindəki sərəncamları və həmin ərazidə aldığı torpaq sahələri barəsində sərəncamların bir sərəncamda birləşdirilməsi və bu torpaq sahələrinin birləşdirilmiş eskiz sahəsinin tərtib olunmasını istəmişdir. Torpaq sahələri arasındakı yollar həmin sahəyə birləşdirildiyindən, cavabdehin mütəxəsisləri sahəni yerində ölçərək eskiz xəritə tərtib etmişlər və müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi 9.400 kv.m-dir. Cavabdehin 30 yanvar 2008-ci il tarixli 166 saylı sərəncamı ilə onun mülkiyyətində olan və aldığı torpaq sahələri bir sərəncam altında birləşdirilərək 9.400 kv.m torpaq sahəsi olmaqla iddiaçının adına keçirilmişdir. İddiaçı sahəni hasara almış, əraziyə çirkab suları axaraq bataqlıq yaratdığından oraya böyük həcmdə torpaq sahəsi daşıtdırmış və sahəni düzəltdirmişdir. Bu məsələyə xeyli xərc çəkdiyi üçün, mülkiyyətində sahəyə sahibkarlıq fəaliyyətinə görə vəsait qoya bilməmiş, bir müddət gözləmişdir. 2017-ci ilin iyul ayında Binəqədi RPİ-nin İstintaq Şöbəsinə dəvət olunmuşdur. Həmin Şöbədə onlara bildirilmişdir ki, torpaq sahəsinin zəbt olunması ilə bağlı X22 ərizəsi daxil olmuşdur. Ərizəyə Cavabdeh adından hazırlanmış, Bələdiyyə sədrinin imza etdiyi və Bələdiyyənin möhürü vurulduğu 900/1 nömrəli 3 iyun 2004-cü il tarixli qərar əlavə edilmişdir. Qərarda göstərilir ki, vətəndaş X25 30 yanvar 2004-cü il tarixdə Cavabdeh 636 nömrəli qərarı ilə onun adına rəsmiləşdirilmiş 1 ha torpaq sahəsini X8 adına verilməsinə razılıq vermişdir. Cavabdehin həmin qərarı ilə torpaq sahəsi X8 adına keçirilmişdir. Qərara torpağa dair alqı-satqı aktı və plan-çizgi əlavə edilmişdir. İddiaçı cizgisi çəkilərək ona təhvil verilmiş torpaq sahəsinin 10 ildən çoxdur ki, onun sahibliyində, istifadəsində olduğunu və şikayətçinin təqdim etdiyi qərarın saxta sənədlər əsasında hazırlandığını bildirmişdir. RPİ-nin İstintaq Şöbəsinin sorğusuna Cavabdeh cavab olaraq məktubunda göstərmişdir ki, bələdiyyənin 30 yanvar 2008-ci il tarixli 166 saylı sərancamı ilə İddiaçı adına və istifadəsinə 9.400 kv.m torpaq sahəsinin verilməsi haqqında sənədlər aşkar olunmuşdur, digər 30 yanvar 2004-cü il tarixli 636 saylı qərarla X18 adına 8.000 kv.m torpaq sahəsi ayrılması barədə sərancam aşkar edilsə də, sözügedən torpaq sahəsinin X8 adına keçirilməsi haqqında bələdiyyə arxivində qeyd aşkar olunmamışdır, X8 adına Cavabdeh 24 sentyabr 2004-cü il tarixli 1187 savlı sərancamı ilə 600 kv.m torpaq sahəsinin ayrılması barədə qeyd vardır. Cavbdehin 26 iyul 2017-ci il tarixli məktubunda göstərilir ki, 24 sentyabr 2004-cü il tarixli sərancamla Əliyeva Tamaraya verilmiş 600 kv.m torpaq sahəsi hər biri 300 kv.m olmaqla digər sərancamlarla başqa şəxslərin adına keçirilmişdir. X19 adına 636 saylı 30 yanvar 2004-cü il tarixli qərarla ayrılmış 8.000 kv.m torpaq sahəsinin eskiz planının, cizgisinin surətlərindən görünür ki, həmin torpaq sahəsi Binəqədi Novxanı şossesinin kənarında yerləşir. Göründüyü kimi, bələdiyyənin adından 03 iyun 2004-cü il tarixli 900/1 saylı saxta qərar və torpaq sahəsinin saxta eskiz planını hazırlanmış, həmin sərancamda cavabdehin 30 yanvar 2004-cü il tarixli 636 saylı qərarının nömrəsindən isdifadə etməklə iddiaçının qanuni əsaslarla sahibliyində, istifadəsində olan torpaq sahəsinə X8 adına çıxarış alınmış, sonra isə həmin torpaq sahəsi X1. Bələdiyyə sədri 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərardakı imzanın ona məxsus olmadığını bildirmişdir. Reyestrdən çıxarışlar alınmış və torpaq sahəsi 700.000 manata satılmışdır. İddiaçı cavabdehə müraciət edərək, 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərarın ləğv edilməsini istəmişdir. Cavabdeh ona məhkəməyə müraciət olunmasını tövsoyə etmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərarın etibarsız hesab edilməsini tələb etmişdir. İş üzrə məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərar bələdiyyənin arxivində mövcud deyil və qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir. Məhkəmə 31 oktyabr 2018-ci il tarixdə 2-1(81)-3975/2018-saylı qərardadla iddianı mümkün saymamışdır. İddiaçı Nərimanov Rayon Məhkəməsində X11 və digərlərinə qarşı reyestrdən çıxarışın və eskiz planının ləğv edilməsi, tikililərin sökülməsi və s. tələbləri irəli sürmüşdür. 24 avqust 2018-ci il tarixli məhkəmə qətnaməsi iddia təmin edilməmişdir. Mübahisəyə yuxarı instansiya məhkəmələrində müvafiq şikayətlər üzrə qiymət verilmiş və sonda Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmiş və inzibati məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edərək X8 adına 27 iyul 2017-ci il tarixdə verilmiş, RX ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsini istəmişdir. İşə baxılarkən iş üzrə üçüncü şəxs Cavabdeh məhkəməyə X18 adına 30 yanvar 2004-cü il tarixdə Cavabdeh 636 nömrəli qərarı ilə rəsmiləşdirilmiş 1 ha torpaq sahəsinin X8 adına dəyişdirilməsi barədə 900/1 saylı 3 iyun 2004-cü il tarixli qərarın mövcud olduğunu bildirmişdir. Cavabdehin adından hazırlanmış 3 iyun 2004-cü il tarixli 900/1 nömrəli saxta qərar, yəni vətəndaş X26 30 yanvar 2004-cü il tarixdə bələdiyyənin 636 saylı sərəncamı ilə onun adına rəsmiləşdirilmiş 1 ha torpaq sahəsinin X8 adına keçirilməsi barədə qərar hüquqlarını pozduğundan etibarsız hesab olunmalıdır. Göstərilənlərə əsaslanaraq, cavabdehin 3 iyun 2004-cü il tarixli 900/1 nömtrəli qərarının etibarsız syılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs X4 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilmişdir ki, onunla X12 (nümayəndəsi vasitəsilə) arasında 26 avqust 2017-ci il tarixdə sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, 4 saylı ETK-nin yaxınlığında yerləşən 0,94 ha torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. 28 avqust 2017-ci il tarixdə isə həmin torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bundan sonra Tamara Əliyevanın adına 22 avqust 2017-ci il tarixdə **********45 reyestr və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 15 noyabr 2017-ci il tarixdə RX ******* saylı reyestrdən çıxarışla sahə onun adına qeydiyyata alınmışdır. İddiaçı Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 30 yanvar 2008-ci il tarixli 166 saylı sərəncamı ilə onun adına verilmiş və faktiki olaraq sahibliyində və istifadəsində olan 0,94 ha torpaq sahəsi barəsində həmin bələdiyyənin adından hazırlanmış saxta sənədlər əsasında torpaq sahəsi özəlləşdirilərək Tamara Əliyevanın adına, daha sonra İsfəndiyar Axundovun adına reyestrdən çıxarışın və eskiz planın etibarsız hesab edilməsi, tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbini irəli sürmüşdür. Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsinin 4 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 24 avqust 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 18 mart 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 4 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 12 oktyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş müvafiq göstərişlə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışında qalmış hissədə, yəni “mübahisəli torpaq sahəsində aparılmış tikintinin cavabdeh İsfəndiyar Axundovun hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməmişdir. 25 iyun 2021-ci il tarixli qətnamə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən və Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarına zidd olduğundan ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsi üçün kassasiya şikayəti verilmişdir. Məhkəmə apellyasiya icraatı zamanı 25 iyun 2021-ci il tarixli qərardadı ilə Rayon Məhkəməsinin 24 avqist 2018-ci il tarixli qətnaməsini qismən, yəni iddia tələbinin “iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsinə dair Cavabdeh adından hazırlanmış saxta sənədlər əsasında özəlləşdirilərək cavabdeh Tamara Əliyevanın adına, daha sonra isə digər cavabdeh İsfəndiyar Axundovun adına reyestr çıxarışın və torpaq sahəsinə dair verilmiş eskiz planın etibarsız hesab edilməs” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata əsassız xitam verilmişdir. Həmin qərardadla iddiaçıya izah edilmişdir ki, eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsinin 7-ci səhfəsinin 1-ci abzasında göstərilimişdir ki, İsfəndiyar Axundov Cavabdeh ərazisində yerləşən torpaq sahəsini əldə edərək, həmin əmlakın dövlət reyestrində Tamara Əliyevanın adına qeydə alındığından sonra, sonuncu ilə onun arasında 28 avqust 2017-ci il tarixli müqavilə bağlanarkən reyestrdə əmlak yüklü olmamış və Mülki Məcəllənin 141.3-cü maddəsinə əsasən reyesterdəki qeydə dair etiraz daxil olmamışdır. Buna görə də qanunla müəyyən edilmiş qaydada yəni 900/1 saylı sərəncam əsasında verilmiş 15 noyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarış və torpaq sahəsinin eskiz planı etibarsız hesab edilməmişdir. Bundan başqa, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əqdin etibarsız nəticələrinin tətbiq haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində sürülə bilər. Göründüyü kimi, verilmiş reyestrdən çıxarış və torpaq sahəsinin eskiz planı Mülki Məcəllənin 339-cu maddəsində göstərilən əsaslara uyğun deyil yəni qanuni əsaslarla verilmiş həm də qanunla müəyyən edilmiş iddia müddətini iddiaçı artıq ötürmüşdür. İddiaçı guya Cavabdeh adından hazırlanmış 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərarının etibarsız hesab edilməsi barədə iddiası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2-1(81)- 3975/2018 saylı qərardadı ilə mümkün sayılmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «torpaq sahəsinə dair 3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarın, qeydiyyata alınmayan alqısatqı aktının və eskizin etibarsız sayılaraq ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5386/2022 saylı iş üzrə 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə İPM-in 45.5.1 və 78-ci maddələrinə istinadən qənaətini belə əsaslandırmışdır ki, iddiaçının hazırda qaldırdığı iddianın “3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarının etibarsız hesab olunması” hissəsində predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan və qeyd olunan qərardadda iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından hazırki iddia tələbi mümkün sayılmamalıdır. İddiaçının “Torpaq sahəsinin alqı-satqısına dair akt”ın və torpaq sahəsinin eskizinin etibarsız sayılaraq, ləğv edilməsi tələbinə gəldikdə isə, qeyd olunan tələblər inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati hüquq münasibətinin mövcud olması və ya olmaması ilə bağlı olmadığından qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə bu cür tələblərə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadda məhkəmə kollegiyası aşağıdakıları vurğulamışdır: hazırkı işə birinci instansiya məhkəməsi baxılarkən məhkəmə iddiaçının tələbi ilə bağlı iddianın mümkün sayılmamasına əsas olmuş halların aradan qalxmamasına, eyni zamanda inzibati hüquq münasibətinin mövcud olmamasına istinad etsə də, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, iş materiallarında iddiaçının mübahisələndirdiyi Cavabdeh 3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarı, tarixi məlum olmayan və rayon torpaq şöbəsində qeydiyyata alınmayan “Torpaq sahəsinin alqı-satqısına dair akt”ın və Tamara Əliyevanın adına keçirilmiş 1 ha torpaq sahəsinin eskizi mövcuddur. Belə olan halda, məhkəmə mpvcud olmuş Bələdiyyə qərarının mübahisələndirilməsi ilə bağlı işə mahiyyəti üzrə baxmaqda haqlı olardı. Lakin işə baxmış məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, iddiaçının mübahisələndirdiyi 3 iyun 2004-cü il tarixli qərarın iş materiallarında mövcud olmasına, hətta həmin qərarın Cavabdeh 13 aprel 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilməsinə qiymət verməmiş və nəticədə mümkünlüklə bağlı qanunvericiliyin tələbləri pozulmuş və zəruri araşdırma sonadək aparılmamışdır. İddiaçının “mübahisələndirmə haqqında” iddai növünə aid iddiası üzrə işə baxılması mümkün sayıldığı halda, həmin mübahisələndirilən inzibati aktın davamı olaraq verilmiş Bələdiyyənin alqı-satqı aktı və eskiz layihənin mübahisələndirilməsi tələbinin mümkünlüyü məsələsinə də yenidən qiymət verilməsi istisna olunmur. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra iş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər və üçüncü şəxs X4 nümayəndəsi gəlmişlər, digər üçüncü şəxs gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tiutaraq, onun iştirakı olmadan iclsın keçirilməsini mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri qiymətləndirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlu iddianı müdafiə etdi, iddia ərizəsində və təqdim edilmiş yazılı məlumatda göstərilənləri təsdiqlədi, O, qeyd etdi ki, iddia qaldırılarkən müddəti buraxılmamışdır. Çünki, hazırkı iddia qaldırılarkən iddia müddəti buraxılmamışdır. Ona görə də iddia mümkün iddiadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi etdi və bildirdi ki, iddia mümkün iddiadır, müddət buraxılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 bildirdi ki, mübahisə predmeti olan 3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərar qanuni olmuşdur. Müddət buraxılmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X27 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). İPM-in 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: (32.2.1) barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt. İPM-in 36-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (maddə 36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (maddə 36.2). Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (maddə 36.3). Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır (maddə 36.4). İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iş üzrə iddiaçı üç tələb irəli sürür: - torpaq sahəsinə dair 3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarın etibarsız sayılaraq ləğv edilməsi; - torpaq sahəsinə dair qeydiyyata alınmayan alqı-satqı aktının etibarsız sayılaraq ləğv edilməsi; - torpaq sahəsinə dair eskizin etibarsız sayılaraq ləğv edilməsi. Göründüyü kimi, mübahisələndirilən 3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərar əlverişli inzibati akt sayılır, lakin digər iki tələb üzrə mübahisə redmeti olan akt və eskiz inzibati akt deyil. Həmin akt və eskiz inzibati akt olmasa da, mübahisələndirilən 3 iyun 2004-cü il tarixli qərarın hüququ nəticəsi kimi mümkünlük şərti ödənilən vahid iddiada prredmet ola bilər. Məhkəmə həmçinin diqqətə çəkir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə: - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd olunan məsələ ilə bağlı ilk növbədə diqqətə çəkir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “. . . Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini . . . . yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)". Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı Tapdıq oğlu 2018-ci ildə hazırkı Cavabdeh 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərarının etibarsız sayılması tələbini irəli sürərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır və məhkəmənin 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçı hazırkı mübahisə predmeti olan 3 iyun 2004-cü il tarixli qərardan ən azı həmin vaxt məlumatlı olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı tərəf özü də bu halı təkzib etmir və hazırkı iddianın müvafiq mülki iş üzrə icraata xitam verildikdən sonra məhkəmənin tövsiyyəsi ilə qaldırıldığını bildirir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qərarın qəbul olunduğu dövrdə (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – Mülki Prosessual Məcəlləsinin 297 və 298-ci maddələri dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Məhkəmə məsələyə bu yanaşma ilə bağölı diqqətə çəkir ki, üçüncü şəxsə yönəlmiş əlverişli inzibati aktla bağlı buraxılmış iddia müddəti ilə əlaqədar sonradan tətbiq olunan yeni qanunvericilik normasının («İnzibati icraat haqqında» Qanunun qüvvəyə minməsi) yaranması əvvəlki dövrdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. Lakin hazırkı işin hallarına görə 3 iyun 2004-cü il tarixli qərarın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmadığından, məhkəmə həmin normalara istinadən mümkünlüyə qiymət verilməsini məğbul saymır. Hazırkı iddia tələbi “qərarın etibarsız sayılaraq ləğv edilməsi” kimi irəli sürülməklə mürəkkəb şəkildə verilsə də, “mübahisələndirmə haqqında” iddia kimi təqdim edilmişdir. Çünki, iddia ilkin olaraq «qərarın etibarsız sayılması» kimi irəli sürülmüş, lakin sonradan dəyişdirilmişdir. Göründüyü kimi, hazırkı iddia 2018-ci ilin 31 oktyabr tarixindən əvvəl məlumatlı olan iddiaçı tərəfindən “mübahisələndirmə haqqında” iddia kimi 19 yanvar 2022-ci il tarixdə qaldırmışdır. Bu isə, belə nəticə yaradır ki, iddia qaldırılarkən iddia müddəti buraxılmışdır. Odur ki, məhkəmənin qənaətinə görə iddia “3 iyun 2004-cü il tarixli 900/1 saylı qərarın ləğv edilməsi” hissəsində mümkünsüzdür. Həmçinin qeyd olunmalıdır ki, iddia “3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmadıqda, iddianın qalan (aktın və eskizin ləğv edilməsi) hissəsi də 1-ci hissədən asılı və törəmə olduğu üçün mümkün sayıla bilməz. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6591/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6591/2023
21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver