Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6599/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin təkrar verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 21.02.1983-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, bu barədə ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15.03.1983-cü il tarixində 340 saylı doğum akt qeydi kitabında qeyd olunaraq doğum haqqında şəhadətnamə verilmişdir. Daha sonra İddiaçı uzun illər bundan öncə doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir ki, o vaxtdan indiyə qədər doğum haqqında şəhadətnaməmin təkrarı alınmamışdır. Hazırda mövcud doğum haqqında şəhadətnamənin arxiv arayışı vardır. İddiaçı doğum haqqında şəhadətnaməsinin olmaması onun Azərbaycan Respublikası vətəndaşı kimi şəxsiyyətini təsdiq edən sənədin alınmasında mane yaratmışdır. Şəxsiyyət vəsiqəsinin alınması üçün dəfələrlə müraciət olunsa da, lakin bu mümkün olmamışdır. Hal-hazırda doğum haqqında şəhadətnamənin təkrarının verilməsi zərurəti yaranmışdır ki, buna dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə rəsmi müraciət edilmişdir. 20.04.2021-ci il tarixli 422-05/75 saylı cavab məktubu ilə doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Həmin məktubda məhkəməyə müraciət olunmasına dair tövsiyə qeyd olunmuşdur. Bundan başqa onun maddi durumunun çox çətin olduğu, həmçinin xəstəliyi ilə əlaqədar xarici ölkədə müalicə olunmağı üçün şəxsiyyət vəsiqəsinə ehtiyacı olduğundan İddiaçı doğum haqqında şəhadətnaməsinin və ya doğum haqqında şəhadətnamənin təkrarının verilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 21.02.1983-cü il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. Cavabdeh Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub göndərərək, iş həcminin çox olmasını nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia ərizəsinə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin 20 aprel 2021-ci il tarixli, 422-05/75 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sonuncunun şəxsiyyətini təsdiq edən sənəd olmadığından, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkan xaricindədir. -Məhkəmə araşdırılması zamanı Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq 07.06.2021-ci il tarixdə daxil olmuş, 206-05/76 nömrəli məktuba qoşma olaraq 15 mart 1983-cü il tarixli doğum haqqında akt qeydi göndərilmişdir. Akt qeydindən gürünür ki, İddiaçı 21 fevral 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atasının X4, anasının isə X5 olduğu göstərilmişdir. - Nikahın qeydə alınmasına dair 30 yanvar 2020-ci il tarixdə verilmiş 206-05/70 saylı aktdan görünür ki, X5 ilə X4 arasında nikah haqqında 08 avqust 1982-ci il tarixində 269 nömrəli akt qeydi tərtib edilmişdir. Məhkəmə soğusu ilə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu göndərilərək X2 X5 ilə nikahlarından neçə övladlarının olması barədə məlumatın verilməsi tələb edilmiş, sorğuya cavab olaraq vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən atası H.Mədətov, anası isə Ş.Mədətova olan 21.02.1983-cü il təvəllüdlü İddiaçı doğumunun Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alındığının məlum olduğu bildirilmişdir. Məhkəmə iclasında iddiaçının anası X6 şahid qismində çıxış edərək ifadəsində bildirmişdir ki, 1 uşağı var, hazırki iddiaçı onun oğludur . X4 ilə 08 avqust 1982-ci il tarixdə nikah bağlamışdır. 21 fevral 1983-cü il tarixində övladı İddiaçı dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnamənin evdən köçərkən itdiyini güman etdiklərini bildirmişdir. Daha sonra oğlunun uzun müddətli xəstəliyi ilə əlaqədar başları qarışıq olmuş, təkrar şəhadətnamənin alınması ilə maraqlana bilməmişlər. Hazırda oğlunun xəstəliyi ilə əlaqədar xarici ölkədə müalicə olunmağına ehtiyac yarandığından, lakin şəxsiyyət vəsiqəsi olmadığından xaricə getməsi mümkün olmamışdır. İddiaçı şəxsiyyət vəsiqəsi olmadığına görə də doğum haqqında təkrar şəhadətnaməni ala bilməmişlər. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı subyektiv hüquqa malikdir. İddiaya cavab verməli orqan iddiaçının yaşadığı yer üzrə qeydiyyat şöbəsidir. Bakı İnzibati Məhkəməsi iddia üzrə mübahisəyə baxmaq səlahiyyətinə malik məhkəmədir. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən imtina məktubu təqdim edilmişdir. İddianın əsaslılığı : İşin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə ona doğum haqqında şəhadətnamənin təkrar verilməsini tələb edir və bu halı onunla əsaslandırır ki, Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 340 nömrəli, 15 mart 1983-cü il tarixli doğum haqqında akt qeydi ilə onun doğumunun qeydiyyata alınması təsdiq olunur. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 26-cı mаddəsinin İİ hissəsinə əsаsən dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir, 60-cı mаddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət оrqаnlаrının, siyаsi pаrtiyаlаrın, həmkаrlаr ittifаqının və digər ictimаi birliklərin, vəzifəli şəхslərin qərаr və hərəkətlərindən (yахud hərəkətsizliyindən) məhkəməyə şikаyət vеrə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra- şəxsiyyət vəsiqəsi). Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərdən biri də doğum haqqında şəhadətnamədir ki, iddiaçı tələbində qeyd etdiyi kimi, doğum haqqında şəhadətnaməsini itirdiyindən şəxsiyyət vəsiqəsini olmadığından, cavabdeh iddiaçıya doğum haqqında şəhadətnaməni təkrar verməkdən imtina edir. İşin araşdırması zamanı müəyyən olundu ki, hazırki iddiaçının atası X4, anası X3r. 21.02.1983-cü ildə Bakı şəhərində anadan olmuşdur, uşağın doğumunu təsdiq edən sənəd 28.02.1983-cü ildə Əzizbəyov adına doğum evi tərəfindən verilmiş sənəddir. Doğum haqqında akt qeydi 15 mart 1983-cü ildə 340 nömrəsi ilə tərtib edilmişdir. İlkin olaraq 283467 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icra edilməsi üçün onun şəxsiyyət vəsiqəsinə malik olması zərurəti ilə bağlı doğum haqqında şəhadətnaməsinin təkrar verilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəlllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Həmin qaydanın 1.12-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hеsаb еdir ki, iddiаçı İddiaçı iddia ərizəsi təmin edilməli, 21 fevral 1983-cü il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85.1-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRАRА АLDİ: İddiaçı iddia ərizəsi təmin edilsin. 21 fevral 1983-cü il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6599/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6599/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver