Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-66/2020 25.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, Cavabdeh Cavabdeh ASC-nin X1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh ASC-yə qarşı “Ərazinin boşaldılması və texniki şərtin verilməsi tələbi”nə dair iş üzrə verilmiş iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə ərizəyə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səməd Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə inşa olunan yaşayış binalarına binalar təhvil verilənədək müqavilə yolu ilə (və ya müvəqqəti texniki şərt verilməklə) suyun verilməsi (d=20-lik) və kanalizasiya sistminin qoşulması, həmin binaların yaxınlığından keçən, diametri 200 mm olan istifadəsiz borunun cavabdeh tərəfindən çıxarılması (və ya yerinin dəyişdirilməsi), ərazidəki nasos stansiyasının sökülüb götürülərək ərazinin boşaldılması və binalar hazır olduqdan sonra həmin binalara texniki şərtin verilməsi ( d=110-luq) öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş və işin növbəti hazırlıq icraatının iclası 25.02.2020-ci il tarixə təxirə salınmışdır. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarından görünür ki, məhkəmə bildirişləri və sms bildirişlər göndərilməsinə baxmayaraq, iddiaçı iş üzrə hazırlıq icraatı çərçivəsində məhkəmənin 28.10.2019-cu il tarixli, 04.12.2019-cu il tarixli, 22.01.2020-ci il tarixli və 25 fevral 2020-ci il tarixli iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məlumat verməmişdir. Həmçinin, Məhkəmə iddiaçıya ünvanlanmış məhkəmə bildirişləri ilə bağlı poçt zərflərinin “ünvan düzgün deyil” əsası ilə geri qaytarılmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı hüquqi şəxsdir, hüquqi ünvana malikdir, iddia ərizəsi verilən zamanı da ünvan kimi ünvan 1lki Prosessual Məcəllənin 146-cı maddəsini rəhbər tutaraq, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ünvanın dəyişdirilməsi barədə məlumat məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda iddiaçının hüquqi ünvanına məhkəmə bildirişi göndərildiyindən, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-ci maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə icraatından 30 gündən çox müddət ərzində ardıcıl olaraq yayındığından Cavabdeh ASC-yə qarşı Səməd Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə inşa olunan yaşayış binalarına binalar təhvil verilənədək müqavilə yolu ilə (və ya müvəqqəti texniki şərt verilməklə) suyun verilməsi (d=20-lik) və kanalizasiya sisteminin qoşulması, həmin binaların yaxınlığından keçən, diametri 200 mm olan istifadəsiz borunun cavabdeh tərəfindən çıxarılması (və ya yerinin dəyişdirilməsi), ərazidəki nasos stansiyasının sökülüb götürülərək ərazinin boşaldılması və binalar hazır olduqdan sonra həmin binalara texniki şərtin verilməsi ( d=110-luq) öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə iddiası geri götürülmüş sayılmalı və hazırki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 55-ci, 62-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı MTK-nin Cavabdeh ASC-yə qarşı “Ərazinin boşaldılması və texniki şərtin verilməsi tələbi” barədə iddiası geri götürülmüş hesab edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 66/2020 nömrəli işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-66/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-66/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver