Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-66/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X8 kаtibliyi ilə, Cavabdeh1in nümayəndəsi X18 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X4 cavabdehlər Cavabdeh2 İB-nə və "xxxx" ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ЕTDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X10 cavabdehlər Bakı şəhəri Cavabdeh1ə, Cavabdeh2nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən ödənilən gün qüvvədə olan məzənnəyə uyğun olaraq, 3.334.338 ABŞ dolların (bu məbləğin 5.970 ABŞ dollarının müştərək qaydada Cavabdeh2ndən və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmaqla), yəni 5.668.374 manatın (bu məbləğin 10.150 manatının Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmaqla) tutulması və həmin məbləğin 2/5-nin, bərabər paylarla olmaqla, İddiaçı1 və İddiaçı2, 1/5-nin, bərabər paylarla olmaqla, X6 və İddiaçı4, 1/5-nin İddiaçı3, 1/5-nin X7 ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı (510 manat) və bundan sonra da çəkiləcək xərclər) cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X10 iddianın dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh Bakı şəhəri Cavabdeh1dən 2.476.704 manat, cavabdehlər Cavabdeh2ndən və "xxxx" ASC-dən müştərək qaydada 10150 manat məbləğlərinin tutularaq hər birinə 1/6 pay olmaqla iddiaçılara ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı və bundan sonra da çəkiləcək sair xərclər) müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki,Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 4/6 ünvanında sahəsi 184,1 kv metr olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi və həmin ünvanda yerləşən ikinci mərtəbədə yerləşən sahəsi 190,1 kv metr olan qeyri-yaşayış sahəsi hər birinin payı ½ olmaqla iddiaçılardan İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 4/6 ünvanında yerləşən sahəsi 193,2 kv metr olan qeyri-yaşayış sahəsi söküldüyü anda payı tam olmaqla İddiaçı5 mülkiyyətində olmuşdur.ünvan 1 ünvanında yerləşən sahəsi 193,2 kv metr oilan qeyri-yaşayış sahəsi payları ½ olmaqla iddiaçılar İddiaçı2ın və İddiaçı1 mülkiyyətində olmuşdur. Bakı şəhəri Nərimanov rayonu, Murtuza Nağıyev kuçəsı, 4/6 ünvanında yerləşən, sahəsi 143.20 kv m olan qeyri- yaşayış sahəsi söküldüyü anda payı tam olmaqla İddiaçı3 mülkiyyətində olmuşdur. ünvan 3 ünvanında yerləşən mənzil söküldüyü anda Məmmədov Qoşqarın həmin mənzildə daimi istifadə hüququ olmuşdur. İddiaçılara məxsus mülklər 5 sentyabr 2020-ci ildə Cavabdeh1in hüquq şöbəsinin müdiri X2 başçılığı altında, polis əməkdaşlarının iştirakı ilə, heç bir qanuni əsaslar göstərilmədən, heç bir məhkəmə qərarı olmadan, vəhşicəsinə dağıdılmış, iddiaçılar və onların azyaşlı ailə üzvləri yaşadıqları 3-cü, 4-cü və 5-ci mərtəbələrdən zorla çıxarılmış, birinci və ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin daxili arakəsmələri, pəncərə və qapıları sındırılmış, oradan icarəçi kimi istifadə edən firma (Wellmex və Argus ) zorla qovulmuş və bütün bunlar hadisə yerindən canlı efir verən jurnalistlərin gözü qabağında baş vermişdir. Cavabdehlər Cavabdeh2 və "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 5 sentyabr 2020-ci ildə heç bir hüquqi əsas olmadan, heç bir xəbərdarlıq etmədən, Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 4/6 ünvanında yerləşən 74, 75, 76, 77 və 78 saylı daşınmaz əmlakların qazını və elektrik təchizatını kəsərək orada yaşayan azyaşlı qız uşaqlarının, məktəblilərin və xəstə adamların həyatını cəhənnəmə döndərmiş, soyuducularda olan ərzaqların yararsız hala düşməsinə, xarab olmasına səbəb olmuş, iddiaçıların psixologiyasına ağır zərər vurmuşlar. Dağıdılmış və iddiaçıların zora çıxarıldıqları mülklər onlara 25 yanvar 2012-ci tarixli “Mənzil alqı-satqısına və zaminliyə dair” 17/112 saylı müqaviləyə əsasən, əvvəl yaşadıqları, ünvan 4 ünvanında yerləşən, 320 kv/m-i yaşayış sahəsi olmaqla ümumi sahəsi 650 kv m, qiyməti 2.290.000 manat (2012-ci ildə qüvvədə olan məzənnəyə uygun olaraq 2.935.897 ABŞ dolları) olan mənzillərinin və qeyri-yaşayış sahələrinin əvəzində, X13 qrupunun tərkibinə daxil olan "xxxx" MMC tərəfindən verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçılara, dağıdılmış və çıxarıldıqları mülklərdən başqa, həmin binanın 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 51, 52 və 53 saylı mənzillər və mənzillərin, obyektlərin təmiri üçün əlavə olaraq 300 000 (üç yüz min) manat pul da verilmişdi. Ona görə ki, 2012-ci ildə iddiaçılara verilən mənzillər və obyektlər sadəcə beton sütunlardan ibarət idi və onların tikintisini və təmirini iddiaçılar özləri başa çatdırmalı idilər.Verilmiş 300 min manat pul bütün mənzillərin və obyektlərin təmirinə kifayət etmədiyi üçün, iddiaçılar 51 saylı mənzili 150 min manata və 52 saylı mənzili isə 120 min manta sataraq təmir-tikinti işlərini başa çatdırmağa sərf etdilər. Bu məbləğ onların şəxsi əmlakı kimi onlara vurulan zərərə daxildir.5 sentyabr 2020-ci ildə 1-ci cavabdeh iddiaçıları, qanuni əsaslarla onlara məxsus olan mülklərindən çıxardanda buna heç bir hüquqi əsas yox idi. Elə həmin gün 2-ci və 3-cü cavabdehlər tərəfindən qanunsuz olaraq mənzillərin qaz və elektrik təchizatı kəsilir. Soyuduculardakı ərzaqlar korlanır, iddiaçıların və onların azyaşlı uşaqlarının psixologiyasına ağır zərərlər vurulur. İddiaçılar 5 sentyabr 2020-ci ildən zorla öz qanuni mülklərindən məhrum edildilər və 1-ci cavabdeh tərəfindən heç bir yaşayış sahəsi ilə təmin edilmədilər. İddiaçıların, 1-ci cavabdeh tərəfindən artıq dağıdılmış və 4 il əvvəl çıxarıldıqları həmin mənzillərdən çıxarılmaları haqqında "xxxx" MMC-nin iddiası Nərimanov rayon məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edildi və həmin qətnamə iki dəfə Bakı Apelyasiya məhkəməsində, iki dəfə də Azərbaycan Respublikası Ali Məhkəməsində baxıldıqdan sonra, yalnız 18 aprel 2024-cü ildə icraya yönəldildi.Nərimanov rayon məhkəməsinin həmin qətnaməsində və icra sənədində göstərildi ki, tərəflər ilkin vəziyyətə qaytarılsın. Yəni, 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı “Mənzil alqı-satqısına və zaminliyə dair” müqavilədə, 17 sentyabr 2012-ci il tarixli əlavə № 1-də göstərilən vəziyyətə. Tərəflərin o vəziyyətə qaytarılması isə qeyrimümkündür, çanki iddiaçıların 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı “Mənzil alqısatqısına və zaminliyə dair” müqavilədə göstərilən yaşayış yerləri sökülüb, yerində 16 mərtəbəli çoxmənzilli bina tikilib.Beləliklə də, iddiaçılar 1-ci cavabdeh tərəfindən 5 sentyabr 2020-ci ildə, heç bir qanuni əsaslar olmadan yaşadıqları mənzillərindən və obyektlərdən zorla çıxarıldıqdan bu günə kimi, icarələrdə yaşamaqla çox böyük maddi itkilərə məruz qaldılar. İddiaçılar 5 sentaybr 2020-ci ildən etibarən, icarəyə götürdükləri başqa mənzillərə görə ayda 1600 manat ödəyirlər. İddiaçılar 45 ayda artıq 72 000 (yetmiş iki min) manat icarə haqqı ödəyiblər.İddiaçıların, 1-ci cavabdeh tərəfindən, 5 sentyabr 2020-ci ildə məhrum edildikləri qeyri-yaşayış sahələrinin və mənzillərinin ümumi sahəsi 903.8 kv.metrdir.İddiaçıların, 1-ci cavabdeh tərəfindən, 5 sentyabr 2020-ci ildə qanunsuz olaraq, zorla çıxarıldıqları qeyri-yaşayış sahələri və mənzilləri yüksək səviyyədə müasir standartlara uyğun təmir edilmişdi. Hər mərtəbədə iki ədəd hamam-tualet kompleksi, böyük sahəsi olan mətbəxlər, qaz, su, elektrik və yüksək sürətli internet təchizatı, 7 nəzarət kamerası, daxildən idarə edilən qapı nəzarəti və sair.1-ci və 2-ci iddiaçılar, tək 1-ci və 2-ci mərtəbəni icarəyə verməklə ayda 3000 manat qazanırdılar. “BİNA.AZ” saytının elanlarına uyğun olaraq, iddiaçıların mənzillərinin və obyektlərinin yerləşdiyi ünvanda belə obyektlərin aylıq icarə haqqı 20-25 min manatdır, iddiaçılar öz mülklərini 5 sentyabr 2020ci ildən icarəyə vermis olsaydılar, ən aşağı qiymətlə, yəni ayda 20 min manatdan hesablayanda, onlar tək icarə haqqı kimi, 45 ayda 900 904 (doqquz yüz min doqqu yüz dörd) manat qazana bilərdilər. Bu məbləğ, əldən çıxmış fayda kimi, onlara vurulmuş zərərin bir hissəsidir.İddiaçıların mənzilləri və obyektləri vəhşicəsinə dağıdıldı və bununla da həmin sahələrin təmirinə iddiaçıların qoyduğu vəsait puç oldu.Mənzillərin və obyektlərin hər kvadrat metrinə çəkilən bu günkü təmir xərcləri ***-**** manat arasıdır.Nəzərə alınsa ki, iddiaçıların mənzilləri və obyektləri ən yüksək səviyyədə və peşəkar ustalar tərəfindən təmir edilmişdi, onda, 1-ci cavabdehin təmir xərci kimi iddiaçılara vurduğu zərərin məbləği, kvadratı 1000 manatdan, ən azı 903 800 (doqquz yüz üç min səkkiz yüz) manatdır (903,8 kvadrat metr x 1000 manat).1-ci cavabdeh tərəfindən iddiaçıların mənzilləri və obyektləri vəhşicəsinə dağıdılarkən, onların şəxsi əmlaklarına (mebellər, kondensionerlər, mətbəxt ləvazimatları, hamam kompleksləri, şəxsi əşyalar və sair.) təqribən 100 000 (yüz min) manat zərər dəyib.5 sentyabr 2020-ci ildə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara, xüsusilə də onların azyaşlı qız uşaqlarına vurulmuş mənəvi zərəri (kimsəsizlik duyğusu, qorxu, vahimə, təklənmə vahiməsi, köməksizlik hissi, stres və sairə) iddiaçılar 500 000 (beş yüz min) manat məbləğində dəyərləndirilər.Beləliklə də, 1-ci və 2-ci cavabdehlərin iddiaçılara vurduqları ziyanın ümumi məbləği: 900 904 (icarə haqqı) + 903 800 (təmir xərcləri);+ 100 000 (məhv edilmiş ev əşyaları və şəxsi əmlaklar) + 72 000 (3-cü, 4-cü və 5-ci iddiaçıların 45 ayda ödədikləri icarə haqqı) + 500 000 (mənəvi zərər) = 2 476 704 (iki milyon dörd yüz yetmiş altı min yeddi yüz dörd) manatdır.3-cü və 4-cü cavabdehlərin iddiaçılara vurduqları zərərin ümumi məbləği ilkin iddia ərizəsində göstərildiyi kimi, 10 150 (on min yüz əlli) manatdır.Həmin məbləğlərin (2 476 704 azn + 10 150 azn = 2 486 854 azn) 1/6-i İddiaçı1,1/6-i İddiaçı2,1/6-i İddiaçı3,1/6-i X6,1/6-i İddiaçı4, 1/6-i X7 ödənməlidir.İddiaçılar "xxxx" Nərimanov RİH-nə 26 oktyabr 2020-ci ildə ərizə ilə müraciət etdilər.Nərimanov RİH iddiaçılara cavab olaraq göndərdiyi 2 dekabr 2020-ci il tarixli məktubu ilə vurulmuş zərəri ödəməkdən imtina etdi və bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında iddiaçıların yaşadıqları bina qəzalı elan edildiyi üçün onlar oradan köçürülüblər. Köçürmə əsnasında bəzi “kiçik sanitar cihazlara” dəymiş zərərin müyyənləşdirilməsi məqsədilə, Nərimanov RİH zərər dəymiş əşyaların siyahısını iddiaçılardan tələb etdi.İddiaçılar "xxxx" Cavabdeh2 İB-nə 26 oktyabr 2020-ci ildə ərizə ilə müraciət etdilər.Azəriqaz İB iddiaçıların müraciətinə cavab vermədi.İddiaçılar "xxxx" Azərişıq ASC-nə 26 oktyabr 2020-ci ildə ərizə ilə müraciət etdilər. "xxxx" ASC tərəfindən iddiaçılara cavab verilmədi.İddiaçılar "Manevr fondu" yaşayış sahəsi hesabına mənzillərlə təmin edilməyə dair” Nərimanov RİH-yə 3 dekabr 2020-ci ildə ərizə ilə müraciət etdilər. Nərimanov RİH 6 yanvar 202l-ci il tarixli məktubu ilə iddiaçıların tələbini rədd etdi və bunu belə əsaslandırdı ki, iddiaçılar mübahisəli ərazidən Nərimanov RİH-nin iradəsindən asılı olmayan səbəblərdən köçürüldüklərindən, onlar “Gilan Holding” Şirkətlər Qrupu və "xxxx" MMC-yə müraciət etməlidirlər.İddiaçılar "xxxx" və zərər dəymiş əşyalarının siyahısı ilə bağlı Nərimanov Rİll-nə 14 dekabr 2020-ci ildə yenidən ərizə ilə müraciət etdilər.Nərimanov RİH 15 yanvar 2021-ci il tarixli məktubu ilə vurulmuş zərərin ödənməsindən imtina etdi.İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Bakı şəhəri Cavabdeh1 iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı4 və X4 cavabdehlər Cavabdeh1ə, Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraat, Nərimanov rayon məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı4 və qeyrilərinə qarşı “Alqı-satqı müqaviləsinin, çıxarışın və s. ləğv edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmışdır.Məhkəmə sorğusu əsasında Bakı şəhəri Nərimanov rayon məhkəməsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 2(005)-324/2021 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5262/2023 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-324/2021 nömrəli iş üzrə 19 noyabr 2021ci il tarixli qətnaməsi qismən- qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi rədd edimişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5262/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Bakı İnzibati Məhkəməsinin sözügedən iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş üzrə dayandırılmış icraat təzələnmişdir.İşin faktiki hallarına əsasən AR FHN TTN Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun baş mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi 1927-ci məhəllədə "xxxx" MMC tərəfindən istifadəyə verilmiş, 2 girişli yaşayış binasına bitişik “B" blokuna xx.xx.2020-ci il tarixdə vizual texniki baxış keçirilmiş, akt tərtib olunaraq binanın yükdaşıyan konstruksiyalarında müxtəlif dərəcəli deformasiyaların və çatların, örtük tavanında açıq görünən deformasiyaların mövcudluğu müəyyən edilmiş, faciəli hadisələrin qarşısının alınması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir.1.“B" blokunun istismarı dayandırılmalıdır.2.“B” blokunun mühəndis kommunikasiya təminatı (su, elektrik enerjisi qaz və s ) təcili dayandırılmalıdır.3.Blokun ətrafı çəpərlənərək yaxında yaşayan sakinlərin təhlükəsizliyi təmin olunmalıdır.4.Bu korpusa giriş məhdudlaşdırılmalı və kənar şəxslərin daxil olmasına qəti yol verilməməlidir.5.Korpusun texniki vəziyyəti barədə əlaqədar təşkilatlar ("xxxx" ASC, “Azəriqaz" İB, "xxxx" ASC və s. ) məlumatlandırılmalıdır. Eləcə də bina memarlıq və tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmədiyindən burada bərpa-gücləndirmə işlərinin aparılması iqtisadi və texniki cəhətdən səmərəli hesab edimir və onun təcili olaraq sökülməsi məqsədəuyğun hesab edilmişdir.Qeyd edilənlərlə əlaqədar sözügedən binanın qeyri-yaşayış sahəsinin icarədarları, yaşayış sahələrinin (mənzillərin) sakinləri təcili olaraq həmin sahələrdən çıxarılmış, İ və İİ rnərtəbənin icarədarları özlərinə məxsus bütün əşya və avadanlıqlarını həmin sahələrdən çıxarmışlar və sanitar cihaz və avadanlıqları İ və İİ mərtəbələrdə qismən zədələnmişdir. Baş vermiş fövqəladə vəziyyətlə əlaqədar, yaşayış və qeyri-yaşayış sahələri qəzalı vəziyyətə düşdüyündən həmin ərazidən çıxarılmış İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "vurulmuş ziyana görə” Cavabdeh1dən 3.334.338 ABŞ dolların (bu məbləğin 5.970 ABŞ dollarını müştərək qaydada “Azərqaz” İB və “Azərişıq" ASC-dən tutulmaqla) tutulmasını xahiş etmişdir.Həmin ərəfədə "Atlant” MMC cavabdehlər İddiaçı1 və qeyrilərinə (Fövqəladə vəziyyətlə əlaqədar M.Nağıyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış evinin "B" blokuna bitişik yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılmış şəxslər) eləcə də DƏDRX-nin Bakı Ərazi İdarəsinə və 50 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək cavabdehlərlə bağlanmış alqı-satqı müqavilələrinin, çıxarışların və digər əqdlərin ləğv edilməsini və həmin əmlakın şirkətin mülkiyyətinə qaytarılmasını tələb etmişdir.İş üzrə cavabdehlər İddiaçı1 və başqaları qarşılıqlı iddia tələbi irəli sürərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC və Gilan Holdinq” şirkətlər qrupundan 2.935.897 ABŞ dollarının, 630.000 manat bərabər paylarla olmaqla, İddiaçı1 və X5 ödənilməsi, zərər ödənilənədək İddiaçı4 hər ay 850 manat, İddiaçı3 750 manat ödənilməsi və qarşılıqlı iddiaçılara hər ay əldən çıxmış faydaya görə 1500 manat ödənilməsini tələb etmişlər.Rayon məhkəməsində başlanan mülki icraatla əlaqədar, Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati iş Nərimanov RlH-in vəsatəti ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2-1(112)- 3872/2021 №-li Qərardadı ilə dayandırılmışdır.İddiaçılar tərəfindən məhkəmə qərardadından verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-2033/2021 №-li Qərarı ilə təmin edilməmişdir, ilkin qərardad dəyişdirilmədən saxlanılır.Qərardaddan verilmiş kassasiya şikayəti təmin edilmədiyindən 1-ci instansiya məhkəməsinin qərardadı qanuni qüvvəsini almış və inzibati iş üzrə icraat dayandırılmışdır.İcraatı davam etdirilən mülki iş üzrə Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-324/2021 №-li Qətnaməsi ilə ilkin iddia təmin edilmiş, cavabdehlərlə bağlanmış olan alqı-satqı müqavilələri və çıxarışlar ləğv edilərək həmin daşınmaz əmlaklar şirkətin mülkiyyətinə qaytarılmışdır.Tərəflər əvvəlki vəziyyətinə qaytarılmışlar.Qarşılıqlı iddia üzrə İddiaçı2, İddiaçı4, X9 və X3 “Atlant" MMC və “Gilan Holdinq” şirkətlər qrupuna qarşı “vurulmuş zərərin ödənilməsinə dair" iddia tələbi rədd edilmişdir,İddiaçı1 cavabdeh “Gilan Holdinq" və “Atlant“ MMC-yə qarşı “ziyanın əvəzinin ödənilməsinə dair" iddia tələbi rədd edilmişdir, müstəqil tələb irəli sürən 3-cü şəxslər İddiaçı3 və İddiaçı5 “Atlant" MMC-ə və “Gilan Holdinq”-ə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair" iddia ərizələri rədd edilmişdir.Qarşılıqlı iddiaçılar (İddiaçı1 və başqaları) məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)—1901/2-022 №li qətnaməsi ilə şikayət rədd edilmişdir.Apellyasiya məhkəməsinin qətnaməsindən qarşılıqlı iddiaçılar kassasiya şikayəti vermiş, Ali Məhkəmənin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-13/2023 №-li Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv olunması, işin həmin hissədə yenidən baxılması üçün göndərilməsi, qarşılıqlı iddia üzrə 630.000 manat maddi və mənəvi ziyan tələbinin rədd olunması hissəsində qətnamənin dəyişdirilmədən saxlanması qərara alınmışdır.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5262/2023 №-li Qətnaməsi ilə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-324/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli Qətnaməsi qismən - qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi rədd edilmişdir.Qarşılıqlı iddiaçıların Apellyasiya Məhkəməsinin qətnaməsindən verdikləri kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-191//2024 №-li Qərarı ilə rədd edilmişdir.İş üzrə iddia tələbinin əsasını təşkil edən və iddiaçıların iddialı olduğu daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarına qanuni qüvvəsini almış yekun məhkəmə aktı ilə xitam verilmişdir, həmin əmlaklar "xxxx" MMC-nin mülkiyyətinə qaytarılmışdır, qanunvericilikdə isə yalnız mülkiyyətçinin onun əmlakına vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malik olması təsbit edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkünsüzlüyü barədə müvafiq qərar (qərardad) qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati iş materiallarında olan sənədləri tədqiq etdikdən sonra hesab edir ki, iddiaçıların cavabdehlər Cavabdeh2ndən və "xxxx" ASC-dən müştərək qaydada 10150 manat məbləğinin tutularaq hər birinə 1/6 pay olmaqla iddiaçılara ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı və bundan sonra da çəkiləcək sair xərclər) müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərtərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. .”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 12-ci bəndinə əsasən, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir(2), xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.(3.1) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(3.2) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Cavabdeh2 və "xxxx" ASC inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi Cavabdeh2 və "xxxx" ASC inzibati orqanlar deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci və 2.0.2ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır... Lakin nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının “qərara aldı”hissəsində göstərilmişdir:” 1.Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 2. İnzibati xətalar haqqında işlər üzrə təbii inhisar subyektinin qəbul etdiyi inzibati aktlardan verilən şikayətlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431.1.3-cü maddəsinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. 3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 372 nömrəli, 01 avqust 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin siyahısı"na görə Cavabdeh2 və Cavabdeh3 ASC təbii inhisar sübyektlərinə aid edilərək bu siyahıya daxil edilmişdir. İddiaçıların cavabdehlər Cavabdeh2 İB-nə və "xxxx" ASC-yə qarşı pul tələbləri həmin cavabdehlər tərəfindən öz fəaliyyət sahələrinə aid kommunal xidmətlərin iddiaçılara göstərilməsinin dayandırılması nəticəsində iddiaçıların hesabladığı zərərdən ibarətdir ki, bu məsələ də xüsusi hüququn nizamasalma predmetinə aiddir.Xüsusi hüquq isə onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Cavabdehlər Cavabdeh2 İB və "xxxx" ASC tərəfindən iddiaçıların ümumi (publik) hüquq sahəsinə aid subyektiv hüquqlarının pozulması baş vermədiyi və iddiaçılarla həmin cavabdehlər arasındakı mübahisə xüsusi hüquq – müqavilə münasibətlərindən irəli gəldiyi üçün iddiaçıların cavabdehlər Cavabdeh2 İB-nə və "xxxx" ASC-yə qarşı 10150 manat məbləğinin tutularaq hər birinə 1/6 pay olmaqla iddiaçılara ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı və bundan sonra da çəkiləcək sair xərclər) müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi tələblərinə inzibati icraat qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların cavabdehlər Cavabdeh2ndən və "xxxx" ASC-dən müştərək qaydada 10150 manat məbləğinin tutularaq hər birinə 1/6 pay olmaqla iddiaçılara ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı və bundan sonra da çəkiləcək sair xərclər) müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə iddiaları mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X4 cavabdehlər Cavabdeh2ndən və "xxxx" ASC-dən müştərək qaydada 10150 manat məbləğinin tutularaq hər birinə 1/6 pay olmaqla iddiaçılara ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı və bundan sonra da çəkiləcək sair xərclər) müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-66/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-66/2024
26.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver