Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-660/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X40 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı7 etibarnamə üzrə nümayəndəsi və vəkili, digər İddiaçı5 vəkili X19, Cavabdehin nümayəndəsi X24 iştirаkları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X10, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin paylara uyğun olaraq sənədləşdirilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X23, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06113 ha torpaq sahəsinin paylarımıza uyğun bizim adlarımıza, yəni İddiaçı1. İddiaçı2, X11, X6, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 adlarına sənədləşdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia əizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi ünvanında yerləşən 18 nömrəli fərdi yaşayış evinə dair X13 və X22 adlarına ilkin qeydiyyat aparılmışdır. Dövlət Notariat Kontorunda təsdiqlənmiş 25110 reyestr nömrəli 27.10.1933-cü il tarixli aktına əsasən sözügedən ev X14 adına qeydiyyatdan keçmişdir. Dövlət Notariat Kontorunda təsdiqlənmiş 97221 reyestr nömrəli 04.12.1938-ci il tarixli aktına əsasən sözügedən ev X14 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 21708 reyestr nömrəli 10.12.1958-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən ev X3 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 2 kn-“N”-556 reyestr nömrəli 02.03.1984-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1982-ci ildə X3 vəfatından sonra onun vərəsələri aşağıdakılar olmuşdur: İddiaçı2evin yola baxan hissəsində 2 otağı, ön qapı (paradnaya) və mətbəx, X17-məhlənin ortasında olan 2 otağı və mətbəx-qalereya. X1 və İddiaçı1 payları açıq saxlanmışdır. 1 saylı DNK-nın 1 kn-169 reyestr nömrəli 17.08.1985-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X17 özünə məxsus 2 otağını (36.6 kv.m və köməkçi sahə-16.2 kv.m) İddiaçı3 Vüsrət qızına satmışdır. 5 saylı DNK-nın l-“N”-82 reyestr nömrəli 24.05.1989-cu il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 vəfatından sonra onun vərəsələri aşağıdakılar olmuşdur: İddiaçı1- məhləyə baxan 1 otağı və mətbəx; X20- 3 otağı, qalereya, mətbəx. 5 saylı DNK-nm 2V-1-29 reyestr nömrəli 13.03.2008-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X7 vəfatından sonra ona Şövkət Rasim qızının və İddiaçı4 adlarına qeydiyyatdan keçmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin 383 saylı, 01,08.2008-ci il tarixli Sərancamına əsasən sözügedən evin X12 aid hissəsinə əlavə olaraq 1-ci mərtəbəsində 18.5 kv.m, 26.7 kv.m iki yaşayış otağı, 8.0 kv.m köməkçi sahə tikilməsi (13, 14, 15, 16 saylı otaqlar cəmi 53.2 kv.m) nəzərə alınaraq sənədləşdirilmişdir. Hazırda Bakı şəhəri, Yasamal rayonu. Nabat Aşurbəyova (Mustafa- Sübhi) küçəsi, 18 saylı fərdi yaşayış evinin 1 otağı İddiaçı1, 2 otağı İddiaçı2, 2 otağı X10, 4 yaşayış otağından (y/s- 78.3 kv.m, k/s-8.0 kv.m) 1/5 hissəsi X6, 1/5 hissəsi İddiaçı5, 1/5 hissəsi İddiaçı6, 1/5 hissəsi İddiaçı7 və 1/5 hissəsi İddiaçı8 mülkiyyətlərindədir. Hazırda iddiaçılar tərəfindən ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Hazırda Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 18 saylı fərdi yaşayış evi mülkiyyətdə olduğundan, həmin ünvanda yerləşən 0.06113 ha torpaq sahəsinə dair İddiaçı1. İddiaçı2, X11, X6, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 adlarına Çıxarış verilməsi xahiş edilmişdir. Müraciətə cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 16.01 2020-ci il tarixli, **********33 saylı məktubla bildirmişdir ki, “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ********** nömrəli, 12.12.2019-cu il tarixli ərizənizə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildiririk ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə ərizəçilərin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu və paylı mülkiyyətdə olan fərdi yaşayış evinin bütün payçılarının torpaq sahəsinə münasibətdə razılıq ərizələri təqdim edilməmişdir. Həmçinin fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır”. İlk olaraq qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı birlikdə ərizə ilə müraciət etmişlər və bunun özü elə bütün payçılarının razılığı kimi qiymətləndirilməlidir. İkincisi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu elə həmin idarənin özündədir, o ki, qaldı fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamasına, bununla bağlı bildirilir ki, idarənin mütəxəssisləri heç vaxt həmin fərdi yaşayış evinə gəlməmişlər. Sadalanan xüsusatlardan göründüyü kimi, cavabdeh təşkilat uzun müddətdir ki, iddiaçıların istifadəsində və sahibliyində olan 0.06113 ha torpaq sahəsini adlarına sənədləşdirilməsindən hər dəfə bir bəhanə ilə yayınır. Göstərilənlərə əsasən hesab edilir ki, hazırki işdə uzun müddətdir ki, iddiaçıların sahibliydə və istifadəsində olan 0.06113 ha torpaq sahəsinin iddiaçıların sənədləşdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X28 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X37 iddia tələbinə etiraz edərək, imtina məktubunun məzmununa uyğun məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 204.3 kv.m fərdi yaşayış evi İddiaçı1 adına rəsmiləşdirilmişdir. Hüquq sahibləri isə: İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X23, X29, İddiaçı1 qeyd edilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH № ******* çıxarışının surətindən görünür ki, çıxarış verilib X12 ondan ötrü ki, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində istifadədə olan 0.06113 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 158.6 kv.m yaşayış, 45.7 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X6 4 yaşayış otağından (y/s-78.3 kv.m, k/s-8.0 kv.m) 1/5 hissə, İddiaçı6 4 yaşayış otağından (y/s-78.3 kv.m, k/s-8.0 kv.m) 1/5 hissə, İddiaçı5 4 yaşayış otağından (y/s-78.3 kv.m, k/s-8.0 kv.m) 1/5 hissə, İddiaçı8 4 yaşayış otağından (y/s-78.3 kv.m, k/s-8.0 kv.m) 1/5 hissə, İddiaçı7 4 yaşayış otağından (y/s-78.3 kv.m, k/s-8.0 kv.m) 1/5 hissə, X10 2 otaq, İddiaçı1 1 otaq, X21 2 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 8004 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 22.07.2017-ci il tarixli **********99-10301 saylı texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında olan hüquq subyekti: İddiaçı1 və başqalarına məxsus fərdi yaşayış evinin sənəd üzrə torpaq sahəsi gpstərilməmiş, faktiki sahəsi 0.06113 (ha), tikinti altı sahə isə 0.02556 (ha), digər sahələr 0.03557 (ha) kimi göstərilmişdir. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 29.10.2008-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında olan hüquq subyekti: İddiaçı4 və başqalarına məxsus fərdi yaşayış evinin faktiki sahəsi 0.06113 (ha), tikinti altı sahə isə 0.02840 (ha), digər sahələr 0.03273 (ha) kimi göstərilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı1 ünvanladığı 16.01.2020-ci il tarixli, **********33 saylı (imtina) məktubundan görünür ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə İddiaçı1 adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu və paylı mülkiyyətdə olan fərdi yaşayış evinin bütün payçılarının torpaq sahəsinə münasibətdə razılıq ərizələri təqdim edilməmişdir. Həmçinin fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı1 ünvanladığı 15.04.2019-cu il tarixli, **********08 saylı məktubundan görünür ki, “A” reyestr kitabının 27a saylı səhifəsində Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 18 saylı fərdi yaşayış evinə dair X13 və X22 adlarına ilkin qeydiyyat aparılmışdır (tarix qeyd olunmamışdır). DNK tərəfindən təsdiqlənmiş 25110 reyestr nömrəli 27.10.1933-oü il tarixli aktına əsasən sözügedən ev X15 adına qeydiyyatdan keçmişdir. DNK tərəfindən təsdiqlənmiş 97221 reyestr nömrəli 04.12.1938-ci il tarixli aktına əsasən sözügedən ev X27 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 21708 reyestr nömrəli 10 12.1958-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən ev X8 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 2kn-“N”-556 reyestr nömrəli 02.03.1984-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 1982-ci ildə X8 vəfatından sonra onun vərəsələri bunlar olmuşdur: X29 - evin yola baxan hissəsində 2 otağı, ön qapı (парадная) və mətbəx, X17 - məhlənin ortasında olan 2. otağı və mətbəx-qalereya. X2 və İddiaçı1 payları açıq saxlanılmışdır. 1 saylı DNK-nın 1kn-169 reyestr nömrəli 17.08.1985-ci il tarixF alqı-satqı müqaviləsinə əsasən X17 özünə məxsus 2 otağını (36.6 kv.m və köməkçi sahə - 16.2 kv.m) İddiaçı3 satmışdır. 5 saylı DNK-nın 1-“N”-82 reyestr nömrəli 24.05.1989-cu il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X8 vəfatından sonra onun vərəsələri bunlar olmuşdur: İddiaçı1 - məhləyə baxan 1 otağı və mətbəx, X18 - 3 otağı, qalereya, mətbəx. 5 saylı DNK-nın 2V-1-29 reyestr nömrəli 13.03.2008-ci il tarirqanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X4 vəfatından sonra ona məxsus hissə İddiaçı5, İddiaçı6, İddiaçı8, X6 adlarına qeydiyyatdan keçmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin 383 saylı 01 08.2008-ci il tarixli sərəncaməna əsasən sözügedən evin X12 aid hissəsinə əlavə olaraq 1-ci mərtəbəsində 18.5 kv.m, 26,7 kv.m iki yaşayış otağı, 8.0 kv.m köməkçi sahə tikilməsi (13, 14, 15, 16 saylı otaqlar cəmi 53.2 kv.m) nəzərə alınaraq sənədləşdirilmişdir. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova (Mustafa Sübhi) küçəsi, 18 saylı fərdi yaşayış evinin 1 otağı İddiaçı1, 2 otağı X21, 2 otağı X10, 4 yaşayış otağından (y/s-78.3 kv.m, k/s- 8.0 kv.m) 1/5 hissəsi X6, 1/5 hissəsi İddiaçı5, 1/5 hissəsi İddiaçı6, İddiaçı7, 1/5 hissəsi İddiaçı8 mülkiyyətlərindədir. -İddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı6, İddiaçı1, İddiaçı7, İddiaçı4 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə (tikintialtı) paylı mülkiyyətçilərin payları nəzərə alınmaqla paylarına düşən hissələrinə və istifadələrində və sahibliklərində olan torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına etiraz etmədikləri və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə sorğusu əsasında cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş 19 mart 2021-ci il tarixli, **********92 saylı məktuba əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 01.08.2008-ci il tarixli № 383 saylı sərəncamın surətindən görünür ki, M.Sübhi küçəsi 18 saylı evdə yaşayan vətəndaş İddiaçı4 Yasamal rayon İcra Hakimiyyətinə yaşadığı evdə aparılmış əlavə tikintilərin sənədləşdirilməsi haqqında müraciət etmişdir. Müraciəti araşdıran zaman məlum olmuşdur ki, qeyd olunan evin bir hissəsi vətəndaş İddiaçı4 məxsusdur. Keçmiş illərdə İddiaçı4 valideynləri tərəfindən evin 1-ci mərtəbəsində sahəsi 18,5 kv.m və 26,7 kv.m iki yaşayış otağı, 8,0 kv.m köməkçi sahə tikilmişdir. Bu tikililər 1989-cu ildə qırmızı xətlə evin texniki pasportuna qeyd edilmişdir. (13, 14, 15,16 saylı otaqlar cəmi 53,2 kv.m). Aparılmış tikintilərin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlı olması qeyd edilmişdir. Qeyd olunanlara əsaslanaraq: M.Sübhi küçəsi 18 saylı evin vətəndaş İddiaçı4 aid hissəsinə əlavə olaraq 1-ci mərtəbədə 18,5 kv.m və 26,7 kv.m iki yaşayış otağı, 8,0 kv.m köməkçi sahə tikilməsi və bu tikililərin 1989-cu ildə qırmızı xətlə evin texniki pasportuna qeyd edilməsi (13, 14, 15, 16 saylı otaqlar cəmi 53,2 kv.m) nəzərə alınaraq sənədləşdirilməsi və sərəncamın surətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və vətəndaş İddiaçı4 göndərilməsi qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmuş 13 aprel 2021-ci il tarixli, **********73 saylı məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 18 saylı fərdi yaşayış evi ilkin olaraq X13 və X22 adlarına qeydiyyatdan keçmişdir (tarix qeyd olunmamışdır). Dövlət Notariat Kontoru tərəfindən təsdiqlənmiş 25110 reyestr nömrəli 27.10.1933-cü il tarixli aktına əsasən sözügedən fərdi yaşayış evi 14.11.1933-cü il tarixində X16 adına qeydiyyatdan keçmişdir. DNK tərəfindən təsdiqlənmiş 97221 reyestr nömrəli, 04.12.1938-ci il tarixli aktına əsasən həmin fərdi yaşayış evi 06.01.1948-ci il tarixində X33 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı DNK tərəfindən təsdiq edilmiş 10.12.1958-ci il tarixli, 21708 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 12.12.1958-ci il tarixində X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 1 saylı DNK tərəfindən təsdiq edilmiş, 2kn-“N”-556 reyestr nömrəli, 02.03.1984-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən adıçəkilən fərdi yaşayış evinin bir hissəsi (evin yola baxan hissəsində 2 otağı və mətbəx) X21, digər hissəsi (məhlənin ortasında olan 2 otağı və mətbəx-qalereya) X5 adlarına 12.04.1984-cü il tarixində qeydiyyatdan keçmişdir. Həmçinin, X18 və İddiaçı1 aid olan hissələr açıq saxlanılmışdır. İşin araşdırılmış hallarından, iddiaçıların iddia ərizəsindən və iddiaçıların nümayəndəsi və vəkilinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın göründüyü kimi, iddiaçılar birgə mülkiyyət hüququ ilə onlara məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin paylarına uyğun adlarına qeydiyyata alınaraq, çıxarışın verilməsini tələb edirlər. Belə olan halda araşdırılmalı hal- fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair qanunvericiliklə tələb olunan sənədlərin mövcudluğu və paylı mülkiyyətdə olan fərdi yaşayış evinin bütün payçılarının torpaq sahəsinə münasibətdə razılıqları. İş üzrə məhkəmə araşdırması zamanı paylı mülkiyyətdə olan fərdi yaşayış evinin bütün payçıları torpaq sahəsinin paylarına uyğun bölünməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini təqdim etmişdirlər. İlkin araşdırılmalı hal isə iddiaçıların iddia etdikləri 0.06113 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcud olub-olmaması ilə bağlıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (maddə 8.0.2) qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; - (maddə 8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı; - (maddə 8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - (maddə 8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzrində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri; - (maddə 8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); - (maddə 8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; - (maddə 8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (maddə 8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; - (maddə 8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - (maddə 8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (maddə 8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - (maddə 8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; - (maddə 8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; - (maddə 8.0.12) 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndinə görə, torpaq münasibətləri dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarə edilməsi sahəsində ictimai münasibətdir. Həmin Qanunun 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Qanunun 55-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, torpaq sahəsi və daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cü, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda aşağıdakılar nəzərdə tutulmuşdur:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri və inventarizasiya büroları tərəfindən verilən torpaq qeydləri, şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı, kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları, tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 26.08.1948-ci il tarixədək bağlanmış müqavilələr, şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 26.08.1948-ci il tarixdən sonra bağlanmış müqavilələr, yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 26.08.1948-ci il tarixədək qəbul edilmiş qərarları, yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd, ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə), ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı;
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 24.01.1992-ci il tarixdən 19.12.1995-ci il tarixədək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 09.11.1991-ci il tarixdən 19.12.1995-ci il tarixədək qəbul edilmiş qərar, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 01.01.2001-ci il tarixədək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 01.01.2001-ci il tarixədək tərtib olunmuş texniki pasport (texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda), yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud kolxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Göründüyü kimi, mövcud qanunvericilik həm «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli Qanunu qüvvəyə minənədək, həmin də həmin Qanun qüvvəyə mindikdən sonra əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri (o cümlədən, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi) üzərində hüquqların əldə edilməsini təsdiqləyən sənədlərin dairəsini konkret müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş həm 29.10.2008-ci il tarixdə, həm də 22.07.2017-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportun da iddiaçıların iddia etdikləri 0.06113 ha torpaq sahəsi faktiki sahə kimi göstərilsə də, həm texniki pasportda, həm də hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda istifadədə olan tikinti altı torpaq sahəsi kimi 0.02556 ha torpaq sahəsi göstərilmişdir. İş üzrə məhkəmə araşdırması zamanı Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova (Mustafa Sübhi) küçəsi, 18 nömrəli evə dair, evin yerləşdiyi torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər tələb edilmiş, sorğuya cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivindən təqdim edilmiş sənədlər toplusu içərisində sözügedən evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportda (texniki pasport) iddiaçıların qeyd etdiyi torpaq sahəsinə dair münasibət bildirilməmiş, qeydlər mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair heç bir hüquqmüəyyənedici sənədlər mövcud olmamış, iddiaçılar da belə bir sənədləri təqdim edə bilməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X10, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin sənədləşdirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ :
İddiaçılar İddiaçı1, İddiaçı2, X10, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin sənədləşdirilməsi” tələbinə dair idda ərizəsi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə