Məhkəmə qərarları › İş №2-1(112)-660/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-660/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-660/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “aşağı vəzifəyə keçirilməyi barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirinin 14 sentyabr 1996-cı il tarixli 0929 nömrəli əmrin verilməsi zamanı yol verilən yanlışlıqları aradan qaldırmaq üçün həmin əmrə “hərbihəkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə” sözlərini əlavə etməklə, əmrin - “Hərbi Xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “b” bəndinə müvafiq olaraq (hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə) Bakı Ali Hərbi Dənizçilik Məktəbinin “Dənizçilik fakültəsinin rəisi vəzifəsindən” azad olunaraq Hərbi Dəniz Qüvvələrinin Kimya xidməti rəisinin müavini vəzifəsinə təyin olunsun” kimi verilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “təyin edilmiş pensiya məbləğinin yenidən müvafiq vəzifənin ştat kateqoriyasından hesablanaraq sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi və Bakı Ali Hərbi Dənizçilik məktəbinin “Dənizçilik” fakültəsinin rəisi vəzifəsinin maaşından pensiya hesablanması üçün məlumat vərəqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il tarixdə məlum olmayan səbəblərdən Bakı Ali Hərbi Dənizçilik Məktəbin Dənizçilik fakültəsinin rəisi (ştat kateqoriyası 1-ci dərəcəli kapitan) vəzifəsindən azad olunaraq aşağı vəzifəyə N №-li hərbi hissənin kimya xidmət rəisinin müavini (ştat kateqoriyası 2-ci dərəcəli kapitan) vəzifəsinə təyin olunmuşdur. Aşağı vəzifəyə təyin olunmazdan əvvəl onunla nə söhbət aparılmış, nə səhhətimlə əlaqədar olaraq onun həmin vəzifənin tutulması araşdırılmamışdır, halbuki onun xəstəliyilə əlaqədar Müdafiə Nazirinin xx.xx.2003-cü il tarixli əmri ilə xəstəliyə görə ehtiyata buraxılmışdır. xx.xx.1996-cı il tarixli 594 №-li əmrə əsasən Hərbi Dəniz Qüvvələrinin kimya xidməti rəisinin müavini vəzifəsinə təyin olunmağı barədə nizami hissə üzrə əmrdən arxiv çıxarışı ilə sübuta yetirilir. O, 1979-cu ildən 2003-cü il tarixədək Silahlı Qüvvələrdə xidmət etmişdir. xx.xx.1979-cu il tarixdən 1984-cü il tarixədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) təhsil almış, oranı bitirdikdən sonra zabit kimi Silahlı Qüvvələri sıralarında xidmətini davam etdirmişdir. xx.xx.1993-xx.xx.1995-ci illərdə Bakı Ali Hərbi Dənizçilik Məktəbində milli kadrların hazırlanması üçün yaradılan “Dənizçilik fakültəsinin rəis müavini, 1995-1996-cı illərdə rəis olmuşdur.” 14 iyul 2003-cü il tarixdə ehtiyatda Müdafiə Nazirliyi N saylı hərbi hissənin kimya xidməti vəzifəsindən ehtiyata buraxılmışdır. 2021-ci ildə Cavabdehnə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli 11/5704 №-li cavab məktubuna əlavə edilmiş admiral, general, zabit və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların kartoçkasının surətindən görünür ki, xx.xx.1995-ci il tarixli Hərbi Məktəbin rəisinin 128 №-li Əmrinə əsasən rəisin vəzifələrini icra edirdi. xx.xx.1995-ci il tarixdə isə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə əsasən Dənizçilik fakültə rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1996-cı il tarixdə Müdafiə Nazirin əmrinə və məktəb rəisinin xx.xx.1996-cı il tarixli 1570 №-li nizami hissə üzrə əmrinə əsasən xidmətini davam etdirmək üçün Hərbi Dəniz Qüvvələri sərəncamına göndərilmişdir. Öz vəzifələrini, yəni fakültənin rəisi kimi 128 №-li əmrə əsasən, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və həmin tarixdən 14 sentyabr 1996-cı il tarixədək - həmin gündən xx.xx.1996-cı il tarixədək (əmrə əsasən) hesablansa, 13 ay 23 gün edir, yəni 1 il 1 ay 23 gün təşkil edir. Həmin vəzifədən ona pensiya hesablanmışdır. Halbuki onun əvvəl xidmət etdiyi və daha yuxarı vəzifə maaşı olan Bakı Ali Hərbi Dənizçilik Məktəbinin “Dənizçilik” fakültəsinin rəisi vəzifəsinin maaşından pensiya almaq hüququ vardır. Həmin zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, micmanları və müddətindən artıq xidmətinə hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarında xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 40-cı maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə maaşından hesablanır. Həmçinin, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qullqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.” “Hərbi Qulluqçuların Statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı hüququna dövlət tərəfindən zəmanət verilir və bu Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilir. Təyin edilmiş pensiya məbləğinin yenidən müvafiq vəzifənin ştat kateqoriyasından hesablanaraq sənədlərinin Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, onun təqaüdü hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmənin 14 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iş üzrə iddia tələbi “aşağı vəzifəyə keçirilməyi barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirinin 14 sentyabr 1996-cı il tarixli 0929 nömrəli əmrin verilməsi zamanı yol verilən yanlışlıqları aradan qaldırmaq üçün həmin əmrə “hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə” sözlərini əlavə etməklə, əmrin - “Hərbi Xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “b” bəndinə müvafiq olaraq (hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə) Bakı Ali Hərbi Dənizçilik Məktəbinin “Dənizçilik fakültəsinin rəisi vəzifəsindən” azad olunaraq Hərbi Dəniz Qüvvələrinin Kimya xidməti rəisinin müavini vəzifəsinə təyin olunsun” kimi verilməsi” kimi dəyişdirilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəmə dəftərxanası vasitəsilə 19 dekabr 2022-ci il tarixli ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri götürülmüş sayılmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda isə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, həmin Məcəllənin 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimləndiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prosessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, iddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı) İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutiç Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25) Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Həmin Məcəllənin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Məcəllənin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında 55.3-cü maddəsi göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda həmin Məcəllənin 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünə qiymət vermək zərurəti mövcud deyildir. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırkı iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar