Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6602/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X3 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində iddiaçının qanuni istifadəsinə verilmiş 0,12 ha sahəsi olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1101E nömrəli bağ sahəsinin, keçmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş 12 saylı order əsasında mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, iddiaçının qanuni istifadəsində və sahibliyində olan 0,1147 ha torpaq sahəsinə malik, Bakı şəhər X3 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında ayrılmış 1101E saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən 1101E saylı bağ sahəsi Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 3/100 saylı 14 aprel 1989-cu il tarixli qərarı ilə 66 saylı Bağ Tikinti Kooperativinin (BTK) nəzdində olmaqla iddiaçının qanuni istifadəsinə ayrılmışdır. Bunu təsdiq edən 12 saylı order verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından xx.xx.2013-cü il tarixli 1242 saylı arxiv arayışı da var. Bağ sahəsi fasiləsiz olaraq istifadəsindədir. İddiaçı hüquqların dövlət qeydiyyatına alınması məqsədilə xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli **********06 saylı məktubla ərizəsinin icrasından imtina edilmişdir. Məktubda imtinanın səbəbi kimi cavabdeh tərəfindən iki səbəb göstərilmişdir. İlk olaraq bildirilmişdir ki, qeyd olunan bağ nömrəsi idarənin arxivində saxlanılan bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış, sxematik xəritəyə əsasən göstərdiyi ərazidə bağ sahələri mövcud deyil. İkinci səbəb olaraq bildirilmişdir ki, bağ sahəsinin bir hissəsi Novxanı- Pirşağı magistral yolunda yerləşir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, xx.xx.2015-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən, avtomobil yollarının qorunma zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr eninə müəyyən edilir. Hesab edir ki, cavabdehin hüquqların qeydiyyatından imtina etməsi əsassızdır. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan bağ nömrəsi idarənin arxivində saxlanılan bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin sxematik xəritəyə əsasən göstərilən ərazidə bağ sahələri mövcud deyil. Bundan əlavə, bağ sahəsinin bir hissəsi Novxanı-Pirşağı magistral yolunda yerləşir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1033 kv.m təşkil edir. Həmçinin təqdim olunan sənədlər surətdir və təqdim olunan sərəncama dair arxiv arayışında bağın ölçüsü və nömrəsi qeyd olunmayıb. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********06 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlanmışdır. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, xx.xx.2015-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: -Cavabdehin xx.xx.2022-ci il tarixli **********06 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, qeyd olunan bağ nömrəsi idarənin arxivində saxlanılan bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin sxematik xəritəyə əsasən göstərdiyi ərazidə bağ sahələri mövcud deyil. Bundan əlavə, bağ sahəsinin bır hissəsi Novxanı- Pirşağı magistral yolunda yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Bakı şəhər X3 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında Novxanı bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 1101E saylı bağ sahəsi İddiaçı verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2013-cü il tarixli 1242 nömrəli arxiv arayışından görünür ki, Bakı şəhər X3 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı, həmçinin qərara əlavə olunmuş Novxanı massivində 66 saylı Bağ-Tikinti Kooperativinin üzvlərinin siyahısı mövcuddur. - “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1-ci maddəsinə əsasən (Avtomobil yollarının qorunma (mühafizə) zolaqları) yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu səbəbdən Novxanı-Pirşağı avtomobil yolu yaşayış məntəqəsi daxilindən keçdiyi üçün qorunma (mühafizə) zolağı nəzərə alınmır. - “X5 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 64 saylı mütəxəssis rəyi ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1101E saylı bağ sahəsi bağ sahələrinin yerləşdiyi əraziyə aiddir. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1101E saylı bağ sahəsinin ətrafında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş bağ sahələri vardır, bu bağ sahələri rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan bağların bölgüsünə dair sxematik xəritənin məlumatlarına əsasən, müayinəsi keçirilən torpaq sahəsi 1101E saylı bağ sahəsinə uyğundur və sahəsi 0,1147 ha təşkil edir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubla məhkəməyə göndərilmiş Novxanı Massivində 66 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısından görünür ki, həmin siyahıda 12-ci sırada İddiaçı adı və ona ayrılmış bağ sahəsinin nömrəsi (1101e) qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********22 nömrəli məktubla məhkəməyə göndərilmiş xx.xx.2005-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəhəri Texniki İnventalaşdırma İdarəsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə ona ayrılmış bağ sahəsinə dair order verilməsinə sərəncam verilməsi xahiş edilmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (bağ sahəsinə dair verilən order) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, məhkəmə cavabdehin “bağ sahəsinin bir hissəsi Novxanı-Pirşağı magistral yolunda yerləşməsi” ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, Novxanı-Pirşağı avtomobil yolu yaşayış məntəqəsi daxilindən keçdiyi üçün qorunma (mühafizə) zolağı nəzərə alınmır. Cavabdehin “Bağ sahəsinin sxematik xəritədə öz əksini tapmaması” dəlili ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, müvafiq bağ sahəsinin sxematik xəritədə öz əksini tapmaması iddiaçının təqsiri hesab edilə bilməz və bu hal “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Məhkəmə cavabdehin “torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1033 kv.m təşkil etməsi” ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan “X5 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 64 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1101E saylı bağ sahəsi bağ sahələrinin yerləşdiyi əraziyə aiddir. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1101E saylı bağ sahəsinin ətrafında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş bağ sahələri vardır, bu bağ sahələri rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan bağların bölgüsünə dair sxematik xəritənin məlumatlarına əsasən, müayinəsi keçirilən torpaq sahəsi 1101E saylı bağ sahəsinə uyğundur və sahəsi 0,1147 ha təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanununun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, iddiaçının qanuni istifadəsində və sahibliyində olan 0,1147 ha torpaq sahəsinə malik, Bakı şəhər X3 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında ayrılmış 1101E saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, iddiaçının qanuni istifadəsində və sahibliyində olan 0,1147 ha torpaq sahəsinə malik, Bakı şəhər X3 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında ayrılmış 1101E saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6602/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6602/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver