Məhkəmə qərarları › İş №2-1(112)-6604/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6604/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6604/2025 15.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı üçüncü şəxs – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 15 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1966-cı il təvəllüdlüdür və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, cavabdeh tərəfindən iddiaçıya 6 iyul 2020-ci il tarixdən 54 il 1 ay 28 gün xidmət müddətinə görə təminat xərcliyinin (2052,50 manat) 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və 1 yanvar 2024-cü il tarixdən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası 2879,68 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılmışdır. Həmçinin Fərmanda qeyd edilmişdir ki, bu Fərman 2022-ci il dekabrın 1-dən (bu Fərmanın 1-ci hissəsi – siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli 2342 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2023-cü il tarixli 486 nömrəli Qərarı qəbul edilmişdir. Həmin qərarın 4-cü bəndinə əsasən Qərarın 2022-ci il dekabrın 1-dən (bu Qərarın 2ci hissəsində göstərilən əlavənin 4.3-cü bəndinin ilk on dörd sətrindəki vəzifələr üzrə 2023cü il yanvarın 1-dən) tətbiq edilməsi qeyd edilmişdir. Qərara 1 № li və 2 № li əlavələri məxfidir İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, sözügedən Fərmanın ona tətbiq edilərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Azəbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, sizə 6 iyul 2020-ci il tarixindən Mərkəzi Filia tərəfindən 54 il 1 ay 28 gün xidmət müddətinə görə təminat xərcliyinin (2052,50 manat) 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilib. Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız 2879,68 manat məbləğində müəyyən edilib. Qanunun 1.0.5-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına görə təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, həmin Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli 2342 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2023-cü il tarixli 486 nömrəli Qərarının 4-cü hissəsinə əsasən, həmin Qərarın 2-ci hissəsində göstərilən əlavənin 4.3-cü bəndinin ilk on dörd sətrindəki vəzifələr üzrə artım 1 yanvar 2023-cü il tarixindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq, müvafiq qərarda sonuncu xidmət keçdiyiniz vəzifə üzrə artım 1 yanvar 2023-cü il tarixindən tətbiq edildiyindən qeyd edilən artımın sizə münasibətdə şamil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” 07 noyabr 2023-cü il tarixli 2342 nömrəli Fərmanında nəzərdə tutulan aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılması nəzərə alınmaqla əmək pensiyasının 1 yanvar 2023-cü il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, dəfələrlə müxtəlif tarixlərdə həmin artımların onun əmək pensiyasına şamil edilərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etsə də, cavabdeh orqan tərəfindən sözügedən müraciətlərinə imtina qərarı verilmişdir. Həmin imtinalar qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında qeyd etdi ki, iddiaçının sonuncu xidmət keçdiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2023-cü il tarixli 486 nömrəli Qərarının 4-cü hissəsinə əsasən, həmin Qərarın 2-ci hissəsində göstərilən əlavənin 4.3-cü bəndinin ilk on dörd sətrindəki vəzifəyə aid olduğundan artım ona şamil edilmir ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın onun pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləğinin azalmasını və nəticədə subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (xx.xx.2023-cü il tarixdən hazırda qüvvəd. olan redaksiya). 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir (xx.xx.2023-cü il tarixdən hazırda qüvvəd. olan redaksiya). 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla... Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli Fərmanı:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılsın. …

6. Bu Fərman 2022-ci il dekabrın 1-dən (bu Fərmanın 1-ci hissəsi – siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ödəniləcək artım əmsalının məbləğinin yuxarı həddinin müəyyən edilməsi və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 21 avqust tarixli 115-12 nömrəli qərarına əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 mart tarixli 73-3 nömrəli qərarına və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 199-20 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında” 2008-ci il 26 yanvar tarixli 16-2 nömrəli, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli qərarlarında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər 2 Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 154- 4 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 394 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2023-cü il tarixli 486 №-li qərarı:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin Dəniz Xüsusi Təyinatlı hərbi hissəsinin hərbi qulluqçularına vəzifələr üzrə ödəniləcək artım əmsalının məbləğinin yuxarı həddi müəyyən edilsin (1 nömrəli əlavə, məxfi).

2. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 21 avqust tarixli 115-12 nömrəli qərarına əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006- cı il 14 mart tarixli 73-3 nömrəli qərarına və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006cı il 12 sentyabr tarixli 199-20 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında” 2008-ci il 26 yanvar tarixli 16-2 nömrəli, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan 3 Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli qərarlarında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 154-4 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 394 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1548; 2022, № 8, maddə 999; 2023, № 2, maddə 323; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 yanvar tarixli 32 nömrəli, 15 mart tarixli 86 nömrəli və 8 iyul tarixli 262 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 3.6-cı, 4.3-cü və 6.1-ci hissələri yeni redaksiyada verilsin (2 nömrəli əlavə, məxfi). ...

4. Bu Qərar 2022-ci il dekabrın 1-dən (bu Qərarın 2-ci hissəsində göstərilən əlavənin 4.3-cü bəndinin ilk on dörd sətrindəki vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilsin.

Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya 6 iyul 2020-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı, Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli Fərmanının ona tətbiq edilərək əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir. Həmin Fərmanla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılmışdır. Cavabdeh sözügedən Fərmanın 2023-cü il yanvarın 1-dən tətbiq edildiyini qeyd edərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız, cavabdehin mövqeyi isə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən hərbu qulluqçuların təminat xərcliyi hesablanarkən sonrakı artımlar da nəzərə alınırdı. Qanunun həmin normasına 5 noyabr 2022-ci il tarixdə №627-VİQD Qanunla dəyişiklik edilmiş və normadan “sonrakı artımlar” ifadəsi çıxarılmışdır. № 627-VİQD X3 3-cü bəndinə görə, dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. İddiaçıya 6 iyul 2020-ci il tarixdə hərbi qulluqçu kimi pensiya təyin edilmiş və xx.xx.2023-cü il tarixli dəyişikliyə əsasən sonrakı artımlar təminat xəcliyinə aid edilə bilməz. İddiaçının istinad etdiyi sözügedən Fərman isə 07 noyabr 2023-cü il tarixdə, yəni həm iddiaçı pensiyaya çıxdıqdan, həm də, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində “sonrakı artımlar” ifadəsi çıxarıldıqdan sonra qəbul edilmişdir. Lakin həm Fərmanda həmin Fərmanın 2022-ci il dekabrın 1-dən (bu Fərmanın 1-ci hissəsi – siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilməsi ilə bağlı göstəriş vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2023-cü il tarixli 486 nömrəli Qərarının 4-cü hissəsinə əsasən, həmin Qərarın 2-ci hissəsində göstərilən əlavənin 4.3-cü bəndinin ilk on dörd sətrindəki vəzifələr üzrə artımın 1 yanvar 2023-cü il tarixdən tətbiq edilməsi qeyd edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs Müdafiə Nazirliyinin nümayəndəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2023-cü il tarixli 486 nömrəli Qərarına məxfi olan əlavələrinə əsasən iddiaçının sonuncu tutduğu vəzifənin Qərarın 2-ci hissəsində göstərilən əlavənin 4.3-cü bəndinin ilk on dörd sətrindəki vəzifəyə aid oluduğunu bildirərək artımın ona şamil edilməyəciyni qeyd etdi. Göründüyü kimi, sözügedən Fərman 1 yanvar 2023-cü il tarixdən tətbiq edildiyindən, həmçinin Fərmanda və Fərmanın tədbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarında iddiaçının tutduğu vəzifənin 1 yanvar 2023-cü il tarixdən tətbiq edilməli olan vəzifəyə aid edildiyindən həmin artım iddiaçıya şamil edilə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddiaçının "pensiyanın yenidən hesablanması” tələbindən qanuni əsaslarla imtina olunduğundan, işin bu cür halında isə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi hər hansı dəlil ilə sübuta yetirilmədiyindən, iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar